Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

 

 

43



 

 

 



 

 

ALT STANDARTLAR ÜZR



Ə

  

REALLA



Ş

DIRILACAQ BACARIQLAR 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

T

Ə

DR

İ

S VAH


İ

D

İ

 ÜZR

Ə

 ÜMUM


İ

 SAATLARIN M



İ

QDARI: 


6 saat 

K

İ

Ç

İ

K SUMMAT


İ

V  Q


İ

YM

Ə

TL

Ə

ND

İ

RM

Ə

 



    

1 saat 

BÖYÜK SUMMAT



İ

V Q


İ

YM

Ə

TL

Ə

ND

İ

RM

Ə

:  


 

    


1 saat

 

KOMPYUTER

3.1.1. Fərdi kompyuterlərin təsnifatını şərh edir. 

3.1.2. Kompyuterin əməliyyat sistemlərinə dair  sadə anlayışları izah   

edir. 

3.1.3. Proqramın icrasına dair bacarıqlar nümayiş etdirir.  



 

T

Ə

DR

İ

S VAH


İ

D

İ

 –

2



 

44

KOMPYUTERDƏ PRAKTİK DƏRSLƏRİN TƏŞKİLİ İLƏ BAĞLI  



ÜMUMİ TÖVSİYƏLƏR 

 

İnformatika dərslərində praktik işlərin kompyuter sinfində keçirilməsi çox vacibdir. 

Kompyuter sinfində  işi düzgün təşkil etmək üçün müəllimə  aşağıdakı  məsələlərə 

diqqət yetirmək tövsiyə olunur.  

Praktik dərslərdə  şagirdlərin yerinə yetirəcəkləri tapşırıqların proyektor vasitəsilə 

şərh edilməsi nəzərdə tutulan bacarıqların reallaşdırılması üçün faydalı ola bilər. 

Proyektor olmayan siniflərdə lövhədən və plakatlardan istifadə etmək mümkündür. 

Hər iki halda müəllim zəruri məlumatlar verə  və  işin yerinə yetirilmə ardıcıllığını 

izah edə bilər.  

Şagird işlərinin kompyuterdə saxlanılması çox vacibdir. Yaxşı olar ki, hər bir şagird 

praktik məşğələlərdə eyni bir kompyuterdə işləsin. Əgər bu, mümkün deyilsə, onda 

çalışmaq lazımdır ki, şagirdlərin daim istifadə etdikləri işçi qovluqlar şəbəkə 

vasitəsilə bütün kompyuterlərdən açıla bilsin.  

Bu məqsədlə müəllim hər bir şagird üçün kompyuterin yaddaşında ayrıca qovluq ya-

ratmalıdır. Şagirdin bütün işləri öz adı ilə adlanan qovluqda saxlanılır.  

Şagirdlərdə  işlərini kompyuterdə saxlamaq mədəniyyətinin formalaşdırılması çox 

əhəmiyyətlidir.  İşlərin saxlanmasının başqa səbəbi də odur ki, kompyuterdə 

şagirdlərin hər biri üçün ayrıca portfolio yaradılır. Müasir təhsil qiymətləndirmənin 

daha uzunmüddətli müşahidələrə  əsaslanmasını  tələb edir. Bu baxımdan  şagirdlərin 

işlərinin toplanması onların bilik və bacarıqlarının inkişafının izlənməsi üçün böyük 

əhəmiyyət kəsb edir. Portfolioların surətləri istənilən vaxt şagirdin özünə, yaxud 

valideyninə verilə bilər.  

Praktik dərslərdən  əvvəl müəllimə bütün kompyuterləri işə salmaq və nasazlıqları 

mümkün qədər aradan qaldırmaq tövsiyə olunur. Dərsə başlayarkən kompyuterlərin 

qoşulu vəziyyətdə olması vaxta qənaət etmək baxımından çox əhəmiyyətlidir. Elə bu 

məqsədlə bütün kompyuterlərin iş masalarına istifadə olunan proqramların (mətn və 

qrafik redaktor, ALPLogo, müxtəlif brauzerlər və s.) simgələri çıxarıla bilər.   

Kompyuter sinfində  işi düzgün təşkil etmək üçün aşağıdakı  məsələlərə diqqət 

yetirmək lazımdır:  

 



uşaqlar kompyuterdə işə o qədər aludə olurlar ki, uzun müddət ondan əl çəkə 

bilmirlər. Ekran qarşısında çox oturmaq onların görmə orqanlarına və fiziki 

sağlamlıqlarına mənfi təsir göstərə bilər;  

 



displeydə bir obyektə uzun müddət baxdıqda uşaq gözünün akkomodasiya qa-

biliyyəti (fokusun dəyişməsi) xeyli zəifləyir. Buna səbəb odur ki, göz uzun 

müddət monitordan eyni məsafədə yerləşən nöqtələrə zillənir. Ona görə də gö-

zü ekrandan çəkəndən sonra yaxında və uzaqda yerləşən obyektlərə fokusun 

uyğunlaşması dərhal deyil, bir müddətdən sonra və tədricən baş verir; 

 



bütün diqqəti ekranda olan şagird gözlərini daha az qırpır. Bunun nəticəsində 

göz almasının xarici səthi az islanır. Bu da gözün selikli qişasının qıcıqlanma-

sına səbəb olur.  

Sadalanan mənfi halların qarşısını almaq üçün müəllimə  aşağıdakılar tövsiyə 

olunur: 



 

 

45



1.

 

Hər bir praktik dərsə başlayan zaman kompyuter otağında davranış  və 



təhlükəsizlik qaydaları barədə  şagirdlərə xatırlatmaq lazımdır. Bu qaydalar 

dərsliyin son səhifəsində yerləşdirilmişdir.  

2.

 

Dərsə başlamazdan  əvvəl hər bir şagirdə yaxınlaşıb onun monitorunun 



parlaqlığını və kontrastlığını nizamlayın.  

3.

 



Kompyuter siniflərində müxtəlif fəaliyyət növlərindən istifadə edilməsinə fi-

kir verin. Sinifdə kompyuter stolları ilə yanaşı, adi partaların olması digər 

fəaliyyətlər – kitab və dəftərlə iş, layihələrin işlənməsi və oyunların keçiril-

məsi üçün faydalı olardı.  

4.

 

Fikir vermək lazımdır ki, 5-ci sinif şagirdləri kompyuter qarşısında 25 – 30 



dəqiqədən çox işləməsinlər. Əgər şagirdin gözlə bağlı şikayəti varsa, dərhal 

onu, kompyuterdən ayırmaq lazımdır.  

Müəllim praktik dərsləri, əsasən, üç mərhələdə qura bilər: 

1.

 



Şagirdlərdə maraq oyatmaqla yanaşı, dərsdə formalaşdırılacaq bacarıqlar 

noutbuk və proyektor vasitəsilə nümayiş etdirilir, lazım olan təlimatlar 

verilir. 

2.

 



Şagirdlər kompyuter qarşısında  əyləşdirilir və müəllimin nəzarəti ilə yeni 

bacarıqları formalaşdıracaq tapşırıqları yerinə yetirirlər. 

3.

 

Şagirdlərin işlərinə baxış keçirilir, onların çətinlik çəkdikləri məqamlar 



müzakirə olunur və işlər dəyərləndirilir.  

 

____________________________________ 



 

 

Dərs 



5

 / Mövzu:

 FƏRDİ KOMPYUTERLƏR 

 

Şagirdlər ibtidai siniflərdə masaüstü kompyuterlərdə işləyiblər. Ona görə də onlar 



kompyuterin yalnız bu növü ilə daha yaxşı tanışdırlar. Bu mövzunu keçərkən mü-

əllim kompyuterlərin fərqli məqsədlər üçün istifadəsini yada sala və onların dün-

yada artan rolunu vurğulaya bilər. Kompyuterləri imkanlarına, istifadəçi kontingen-

tinə, ölçülərinə, daşınabilmə imkanlarına və başqa göstəricilərinə görə  fərqlən-

dirmək olar. Dərslikdə kompyuterlərin sadə  təsnifatı verilir. Təlim məqsədlərini 

reallaşdırarkən müəllim digər təsnifatlara da toxuna bilər.  

 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə