Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

 

28

QİYMƏTLƏNDİRMƏ 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün 

meyar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq 

şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır.  

 

Meyarlar: 

1. Seçdirmə alətlərini tanıyır. 

2. Şəklin fraqmentini çoxaldır. 

3. Şəklin fraqmentinin yerini dəyişir, onu silməyi bacarır. 

 

№ 

Şagirdin soyadı və adı



 

Meyarlar üzrə müəllimin qeydləri 

1 2 3 

1. 


 

   


2. 

 

   



3. 

 

   



... 

 

   



Ev tapşırığı.  Seçdirmə alətlərindən istifadə edərək rəsm hazırlayın. Onu fləş-

yaddaşa yazıb sinfə gətirin. 

 

 

Dərs 



25

 / Mövzu:

 DÜNYA HÖRÜMÇƏK TORU 

 

MOTİVASİYA 

Müəllim sinfə müraciət edir: 

 



Nə üçün insanlar kompyuterlərlə, telefonlarla  İnternetə qoşulurlar?  İnternetdə 

nə var? İnternet sizə hansı işlərinizdə kömək edə bilər? 

Şagirdlərin fikirləri dinlənilir.  

Müəllim soruşur: 



DƏRSİN 

MƏQSƏDİ 

 



İnternetin imkanlarını şərh etmək; 

 



brauzerdə sadə iş bacarıqları nümayiş etdirmək; 

 



ünvanı məlum olan veb-səhifəni İnternetdə açmaq. 

 

alqoritmmmmmm 



Əsas 

ANLAYIŞLAR 

İnternet xidmətləri, Dünya hörümçək toru – WWW, istinad, 

brauzer, veb-sayt,  saytda gəzişmə 

 

 

DƏRSİN TİPİ 

Praktik 

 

 

İstifadə olunan 



İŞ FORMALARI 

Bütün siniflə iş, fərdi iş 

 

İstifadə olunan 

ÜSULLAR 

Müsahibə, kompyuterdə iş,  



 

Fənlərarası 

İNTEQRASİYA 

H-b. – 2.2.2, 3.3.1 



 

 

TƏCHİZAT 

İş vərəqləri, proyektor, noutbuk 




 

 

29



 

İnternetdəki məlumatlar konkret olaraq harada yerləşir? “Məlumat  İnternetdə-



dir” dedikdə nə başa düşülür?  

 

Lövhədə  tədqiqat sualı yazılır və müəllim tərəfindən səsləndirilərək izah olunur. 



Şagirdlərin fərziyyələri qeyd olunur.  

Tədqiqat sualı: 

İnternetdə veb-səhifələrə necə baxmaq olar? 

 

TƏDQİQATIN APARILMASI 

Tədqiqatı aparmazdan əvvəl müəllim  şagirdlərlə kompyuterdə  iş qaydalarını  və 

təhlükəsizlik  texnikası qaydalarını təkrarlayır. Sinif cütlüklərə bölünür. Hər cütlük 

bir kompyuterin qarşısında  əyləşir və onlara dərsliyin “Fəaliyyət” hissəsində olan 

tapşırıq verilir. 

Müəllim işi qruplarla da təşkil edə bilər. Bu zaman hər bir qrupa aşağıdakı saytların 

birində işləmək tapşırılır:  

 



mektebli.president.az  

 



din.az 

 



eco.preslib.az 

 



uzeyir.musigi-dunya.az 

Müəllim brauzerlə  iş qaydalarını nümayiş etdirə bilər. O, şagirdlərə saytın 

ünvanının düzgün yığılmasını, hiperistinadlara keçidi və əvvəlki səhifəyə qayıtmaq 

üçün hansı düymənin basıldığını xatırlada bilər.  



 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Müəllim suallar verə bilər: 

 

Hansı brauzeri açdınız? 



 

Saytın ünvanını hara daxil etdiniz? 



 

Açılan səhifədə hansı məlumatlarla tanış oldunuz? 



 

Həmin səhifədən yeni səhifəyə necə keçdiniz? 



 

Bu səhifələrdə hansı məlumatlar var?  



İşin müzakirəsini dərslikdə verilmiş suallarla da davam etdirmək olar.  

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ

  

Müəllim sinfə müraciət edir: 



 

 



İnternetdə istədiyiniz sayta necə baxmaq olar?  

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və onlarla birlikdə nəticə çıxarır: 

 

İnternetin ən qiymətli xidmətlərindən biri Dünya hörümçək toru (World Wide 



Web), yaxud Veb adlanır. O, veb-səhifələr adlanan elektron fayllar yığınından 

ibarətdir. Veb-səhifələrdə  məlumatlar və onları bir-biri ilə  əlaqələndirən 



istinadlar olur. İstinadı çıqqıldatdıqda başqa səhifəyə keçilir. Bir-biri ilə əlaqəli 

veb-səhifələr seriyası  veb-sayt  əmələ  gətirir. Veb-də yüz milyonlarla veb-sayt 

fəaliyyət göstərir.  



 

30



 

Veb-saytlara baxmaq üçün kompyuterlərdə xüsusi proqramlardan – 



brauzerlərdən istifadə olunur. 

 



Veb-səhifəni yükləmək üçün brauzerin ünvan zolağında onun ünvanını yığmaq 

lazımdır. 

Müəllim dərsin  əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları  şagirdlərin 

fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

Şagirdlər veb-brauzeri açdıqdan sonra, onun ünvan zolağında gulzarnene.com, 

baladili.ws ünvanlarından birini daxil etməklə, açılan saytla tanış ola bilərlər. Onlar 

bu saytlardan digər saytlara da keçə bilərlər. Müəllim  şagirdlərdən saytlarda 

oxuduqları materiallar haqqında danışmağı tapşırır.  

 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün 

meyar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq 

şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır.  



 

Meyarlar: 

1. İnternetin imkanlarını şərh edir. 

2. Brauzerdə sadə iş bacarıqları nümayiş etdirir.  

3. Ünvanı məlum olan veb-səhifəni İnternetdə açır. 

 

№ 

Şagirdin soyadı və adı



 

Meyarlar üzrə müəllimin qeydləri 

1 2 3 

1. 


 

   


2. 

 

   



3. 

 

   



... 

 

   



Ev tapşırığı.  İnternetdə ixtiyari sayta girmək, onun səhifələri ilə tanış olmaq və 

alınan məlumat haqqında məruzə hazırlamaq.   

 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə