Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə3/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   2   3   4   5   6   7   8   9   ...   54

Сечилмиш ясярляри
  
 
 
9
  
 
 
 
 
 
 
 
 
 
 
 
          ÈØIQLAR,  
      PßRVANßLßR 


 
    
Адил Ъямил
  
 
 
10


Сечилмиш ясярляри
  
 
 
11
 
AZƏRBAYCANIM 
 
Dəli çaylarının səsində muğam
Bu səs ürəyimin başından keçər. 
A doğma məskənim, a isti yuvam, 
Taleyim yazından, qışından keçər. 
 
Çəkmə gözlərimə dumanı-çəni 
Qoy sənə yaxından baxım, ey Vətən. 
Qışda torpağına qarışdır məni 
Baharda göyərib çıxım, ey Vətən… 
 
Ən uca zirvəndə ocaq qalaram, 
Ürəyim isinər od-ocağında. 
Çiçəkli çölündə ölüb qalaram, 
Qalmaram yad elin yad qucağında. 
 
Sən mənim gözümdə uludan ulu
Mən səni od-alov yaşıdı billəm. 
Dəysəm bir daşına gözüyumulu 
Doğma diyarımın daşıdı, billəm… 
 
Buludlu göyümdə aya çevrilib 
Qaranlıq gecəmə boylanmısan sən. 
Havaya çevrilib, suya çevrilib 
Ömrümə-günümə paylanmısan sən. 
 
Köksündə kök atan bir ağacam mən
Üzümə baxmasan quruya billəm. 
Sən məni oğultək yetişdirmisən, 
Mən səni Vətəntək qoruya biləm!.. 
 
1978 
 


 
    
Адил Ъямил
  
 
 
12
 
QURBAN OLUM 
 
Dağın döşündəki balaca kəndi 
Dünyanın ən böyük kəndi bilmişəm. 
Elsiz-obasızın mayası kəmdi, 
El-oba nə imiş indi bilmişəm, 
elimə qurban olum. 
 
Məndən incimişdi dağ çiçəkləri, 
Məni çiçəklərlə barışdırdılar. 
Ağgünlü kəndimin ağbirçəkləri 
Məni şirin dillə danışdırdılar — 
dilimə qurban olum. 
 
Dağların qarı tək əriyər ahım, 
Xalqımın qədrini bilərəmsə mən. 
Bu yerlər ömürlük ziyarətgahım — 
Belə bir obada ölərəmsə mən
ölümə qurban olum!.. 
 
1978 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
13
 
DÜNYANIN XƏRİTƏSİ 
 
Baxıram dünyanın xəritəsinə, 
Dənizlər bölünüb, göllər bölünüb. 
Baxıram dolaşıq Yer kürəsinə 
Ölkələr bölünüb, ellər bölünüb. 
 
Bölünüb bölünmüş torpaqlar yenə - 
Bir xalqın yurduna min xətt çəkiblər. 
Cadarlı çöllərə su əvəzinə 
Tikanlı məftildən sərhəd çəkiblər. 
 
Millət var, yadlaşıb yad dilləriylə, 
Doğma laylası da bölük-bölükdür. 
Sərhədlər bu yüngül məftilləriylə 
Torpağın çiynində ən ağır yükdür. 
 
Ölkə var, buludsuz göylərindəki 
Ulduzlar əbədi sayrışıbdılar. 
Ölkə var, qonaqlıq süfrəsi təki 
Bəlalı başına yığışıbdılar. 
 
Analar görürəm əli dizində, 
Sızlayır mehri də, məhəbbəti də. 
Elə bil dünyanın xəritəsində 
Bölünüb dünyanın səadəti də… 
 
1978 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
14
 
BU BAHAR 
 
Bu bahar gəlmədi sükut içində, 
Bu bahar gəlmədi bulud içində; 
Onun bu gəlişi haylı-haraylı, 
Gündüzü günəşli, gecəsi aylı. 
 
Bu bahar torpağa, insana həyan, 
Torpaq da, insan da onu sayıbdır. 
O bahar könlümdə tumurcuqlayan 
Bu bahar ömrümdə yarpaqlayıbdır. 
 
Dağlarım yamyaşıl, çaylarım gümüş, 
Gözüm ağacların boy artımında. 
Bu bahar nə yaman sehirli imiş, 
Min çiçək açıbdır hər addımında. 
 
Çıxın görüşünə qızaranda dan - 
Bir də düşəcəkmi ələ bu bahar?.. 
Amandır, ayılın qış yuxusundan, 
Amandır, qoymayın ölə bu bahar!.. 
 
Dünyanın baharı, dünyanın yazı - 
Elə bu bahardan başladı bəlkə… 
Dünyanın alnına baharı yazın - 
Bu bahar ömürlük yaşadı bəlkə. 
 
1978 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
15
 
NOVXANI BAĞLARI 
 
Bu yerlər eləcə yaşıla çalır, 
Başqa boyaların kasadlığıdır. 
Çəpərlər alçalıb, bağlar ucalır – 
Ağaclar torpağın azadlığıdır. 
 
Yarpaqlar gözümün yaşıl eynəyi, 
Bu yaşıl baxışda bir dünya heyrət. 
Töküldü üstümə durna lələyi – 
Torpaqda vətən var, səmada qürbət. 
 
Sübhün şeh düzümü yaşıl muncuqtək 
Ağacların yaşıl qolunda yandı. 
Günəşin özü də yaşıl işıqtək 
Göylərin təyyarə yolunda yandı. 
 
…Bu yerlər eləcə yaşıla çalır, 
Başqa boyaların kasadlığıdır. 
Çəpərlər alçalır, bağlar ucalır – 
Ağaclar torpağın azadlığıdır. 
 
1978 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
16
 
AĞ YAĞIŞ 
 
Alça çiçəyitək ağappaq yağış 
Mənim pəncərəmdə puçurlayıbdır. 
İldırım çırpdıqca boz buludları 
Torpağın «dodağı» uçuqlayıbdır. 
 
Boz bulud üzümə bozarıb mənim, 
Ağ yağış yamanca ağ eləyibdir. 
Bulud damcı-damcı tökülüb yerə, 
Yağış çəmən-çəmən çiçəkləyibdir. 
 
Kimsə bu yağışın üşəntisində 
Nə günəş gəzəcək, nə gizlənəcək; 
Bir qızın qızılı saçlarındaca 
Bu yağış oxşanıb əzizlənəcək. 
 
Gümüş gölməçəyə dönüb bu yağış 
Yaşayır günəşdən xəbərsiz, uzaq. 
Gərək küçələri qurutmaq üçün 
Şəhəri günəşin telindən asaq. 
 
Günəş doğulacaq, şəfəq yağacaq 
Köçən buludların yır-yığışından. 
Bir bəyaz xatirə qalacaq mənə 
Baharlı günlərin ağ yağışından!.. 
 
1979 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə