Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   ...   21   22   23   24   25   26   27   28   29

 

79 


 

tənzimləyir.Sığortanın bu növləri ilə bağlı hər hansı vasitəçilik fəaliyyətini qiymətli 

kağızlar  və investisiyalar üzrə Şura yaxud şəxsi investisiyalara nəzarət orqanı 

tərəfindən lisenziyalaşdırılır. 

    Böyük Britaniya müəssisələri 31% dərəcəlik korporativ vergi ödəyirlər. Böyük 

Britaniyanın rezidenti olan şirkət bütün dünya üzrə əldə etdiyi gəlirlərdən vergi ödəsə 

də,onların fəaliyyət növündən asılı olaraq vergi rejimi tətbiq edilir.Həyat sığortası ilə 

məşğul olmayan şirkətlər adi tarif dərəcəsi üzrə vergi ödəyirlər.investisiya 

fəaliyyətindən əldə olunan gəlirlərə kapital qoyuluşundan əldə olunan gəlir kimi 

deyil,kommersiya fəaliyyətindən olan gəlir kimi baxılır.Həyat sığortası şirkətlərinə 

xüsusi vergi rejimi tətbiq edilir.pensiya sığortası və xaricdə həyat sığortası kimi 

sığorta növləri adi həyat  sığortası hesab edilmir.Onlara ayrıca fəaliyyət növü kimi 

baxılır,məxaric və mədaxil ayrıca hesablanır.Sığorta fəaliyyətinin bir növü üzrə 

xərclər başqa növlərdən olan gəlirlər hesabına kompensasiya oluna bilməz. 

    Almaniya. 2008-ci ildə alman sığorta şirkətləri birbaşa sığorta üzrə bütün dünyada 

toplanmış sığorta haqlarının  ümumi həcmi 262,2 mlrd.alman markası ,o cümlədən , 

bədbəxt hadisələrdən və zərərlərdən sığorta üzrə 45,2%, kredit ,aviasiya və nüvə  

sığortası üzrə 1,0%, könüllü tibbi sığorta üzrə 14,2%, həyat sığortası üzrə 39,5% 

təşkil etmişdir.Həmin il alman təkrarsığorta şirkətlərinin yığdığı sığorta haqlarının 

ümumi həcmi 60,0 mln. alman markası təşkil etmişdir. 

   Almaniya ərazisində sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziya alan 2157 

sığorta şirkəti vardır ki,onlardan da 32-si təkrarsığorta şirkətidir. Onların fəaliyyəti 

federal sığorta nəzarəti orqanları  tərəfindən tənzimlənir. 

 Öz növbəsində,Almaniyada birbaşa və təkrarsığorta ilə məşğul olan kifayət qədər 

xarici şirkətlər fəaliyyət göstərirlər.Onlardan 57-si A -na daxil olan ölkələrin ,18-i isə 

digər ölkələrin təmsilçiləridirlər.Almaniyadakı  xarici sığortaçılar əsasən qeyri-həyat 

sığortası sahəsində fəaliyyət göstərirlər.Bunlar əsasən Böyük Britaniya,Fransa və 

Belçika sığorta şirkətləridir.Xarici sığortaçılar həmçinin 29 alman şirkətinin nəzarət 

səhm paketinə nəzarət edirlər ki,onlardan 25-i birbaşa və 4-ü təkraasığorta şirkətidir. 



 

80 


 

  Son zamanlar Almaniyada bankların və sığorta şirkətlərinin iştirakı ilə formalaşan 

bank sığortaçılığı adlanan yeni maliyyə qrupu təşkil tapdı.Bunun əsas səbəbi 

bankların və sığortaçıların sığorta müqavilələrinin satışı sahəsində əməkdaşlığı 

idi.Sığorta xidmətləri satışının daha çox yayılmış və ənənəvi kanalı sığorta 

vasitəçiləridir,sığorta agentləri və brokerləridir. Lakin Almaniyada bank institutları 

yalnız vasitəçi qismində yaxud sığortaçıların agentləri qismində çıxış edə 

bilərlər,onlara sığorta müqavilələrini tərtib etmək icazəsi verilmir,çünki bunun üçün 

nəzarət orqanları tərəfindən lisenziya verilməlidir. 

    Almaniyada sığorta fəaliyyətini tənzimləyən qanunvericilik 1902-ci ildə əsası 

qoyulmuş və 1992-ci ildə dəyişikliklər edilmiş Almaniyanın Federal Sığorta Nəzarəti 

Aktından  və regional səviyyədə qəbul olunmuş əlavə qanunverici aktlardan ibarətdir. 

 Almaniya ərazisində sığorta ilə məşğul olmaq üçün sığorta şirkətləri Almaniya  

sığorta  nəzarəti orqanlarından müvafiq lisenziya almalıdırlar. 

 Almaniyanın sığorta qanunvericiliyinə uyğun olaraq əgər sığorta şirkəti qeyri-həyat 

sığortası ilə məşğul olursa,bu şirkət həyat sığortası ilə məşğul ola bilməz.Burada əsas 

prinsipial məqsəd  xüsusi sosial əhəmiyyətə malik olan həyat sığortası sektorunu 

başqa növlərdən yarana biləcək zərərlər hesabına şirkətin maliyyə vəziyyətinin 

pisləşməsi və ödəniş qabiliyyətinin aşağı düşməsi kimi risklərdən qorumaqdır. 

  Almaniyada sığorta təşkilatları digər müəssisələr kimi mənfəət vergisi 

ödəyirlər.Bununla yanaşə sığorta ehtiyatları,sığorta ödənişləri və dividendlərlə bağlı 

müəyyən istisnalar mövcuddur.Almaniyada sığortaçılar sığorta məbləğlərindən də 

vergi ödəyirlər.Sığortalı tərəfindən ödənilən ,ancaq sığortaçının  vasitəsilə yığılan bu 

verginin həcmi sığorta məbləğindən asılıdır.Həyat sığortası ,tibbi sığorta və 

təkrarsığorta,həmçinin sosial  sığortanın bütün növlərinə vergi qoyulmur.Verginin 

orta tarif dərəcəsi 15% təşkil edir. 

 Şirkətlərin likvidliyinin hesablanması və sığorta ehtiyatı vəsaitlərinin investisiyaya 

yönəldilməsi qaydasının hazırlanması zamanı alman qanunvericiliyi A  

direktivlərinin qərarlarına əsaslanır. 



 

81 


 

 1932-ci ildən bu günə kimi Almaniyada sığorta şirkətləri tərəfindən ödəniş 

qabiliyyətsizliyi hallarına rast gəlinməyib.Lakin federal sığorta nəzarəti orqanı sığorta 

bazarının liberallaşdırılmasının milli sığortaçıların maliyyə sabitliyində problemlərin 

yaranmasına səbəb ola biləcəyindən narahatdır.Bununla əlaqədar sığorta 

təşkilatlarının maliyyə fəaliyyətinin nəzarətinə böyük diqqət yetirilir və sığortaçıların 

nizamnamə kapitalı,zərərlər ehtiyatı,aktivlərin yerləşdirilməsi üzərində maliyyə 

nəzarətinin gücləndirilməsi planlaşdırılır. 

   Fransa.Fransız sığorta şirkətlərinin və onların xarici filialları ilə birlikdə 2008ci ildə 

yığdığı  sığorta haqqının ümumi həcmi 867,8mlrd.fr.frankı təşkil etmişdir.Bununla da 

fransız sığorta bazarı dünyada 5-ci yer tutmuşdur.2008-ci ildə fransız sığorta 

ş

irkətlərinin həyat sığortası üzrə yığdıqları sığorta haqları məcmu sığorta haqlarının 



69,5%,digər sığorta növləri üzrə isə 30,5% təşkil etmişdir. 

 Fransa sığorta bazarında 571 peşəkar iştirakçı mövcuddur.Onlardan 98-i həyat,360-i 

isə qeyri-həyat sığortası ilə məşğul olan sığorta şirkətləridir.Bundan başqa Fransada 

xarici sığorta şirkətlərinin 107 filialı fəaliyyət göstərir ki,bunlardan 12-si həyat 

sığortası üzrə,95 –i isə digər sığorta növləri ilə məşğul olurlar. 

 Fransada sığorat fəaliyyətini tənzimləyən əsas qanunverici akt  Sığorta 

Məcəlləsidir.Məcəlləyə uyğun olaraq sığortaçı sığortanın hər bir növü üzrə Maliyyə 

Nazirliyindən inzibati icazə almalıdır.Qanunvericiliklə həmçinin sığortaçıların 

minimum nizamnamə kapitalına qoyulan tələblər müəyyən edilir. 

  Fransa sığorta nəzarətinin əsas orqanı sığorta fəaliyyətinə nəzarət üzrə 

Komissiyadır.1989-cu ildə təsis edilmiş bu orqan  5 üzvdən ibarət olmaqla Maliyyə 

Nazirliyi tərəfindən 5 il müddətinə təyin olunur.Sığorta fəaliyyətinin həyata 

keçirilməsinə lisenziya vermək hüququ isə  Maliyyə Nazirliyinin Xəzinədarlıq 

darəsinə məxsusdur. 

 Sığorta Məcəlləsi sığortaçılara 3 istiqamətdə investisiya qoymağa icazə verir.Bunlar 

aşağıdakılardır: 

 -Qiymətli kağızlar 

-Daşınmaz əmlak 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə