Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   ...   21   22   23   24   25   26   27   28   29

 

70 


 

nominal dəyəri saxlanılmaqla tez bir zamanda nağd pula çevrilmək imkanını 

nəzərdə tutur. 

-gəlirlilik-əvvəli prinsiplərin gözlənilməsi şərti ilə investisiyaya yönəldilmiş 

aktivlərin daimi və yüksək gəlir gətirməsini nəzərdə tutur. 

 Sığorta fəaliyyəti haqqında qanuna əsasən sığortaçılar sığorta ehtiyatlarını 

aşağıdakı istiqamətlərə investisiyaya yönəldə bilərlə 

-dövlət qiyməli kağızları-1oo%, 

- bank hesablarındakı pul vəsaitləri-100%, 

-daşınmaz əmlak -80%, 

-qeyri-dövlət qiymətli kağızları-80%, 

- sığorta və təkraasığorta müqavilələri üzrə alınmalə olan sığorta və təkrarsığorta 

haqları: 

     1)hesabat tarixinə ödəmə vaxtı  gecikdiriməmiş və (və ya) 90 gündən az 

müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları-100%, 

    2)hesabat tarixinə ödəmə vaxtı 90 gündən artıq müddətə gecikdirilmiş sığorta 

və təkrarsığorta haqları-0%, 

    3)dövlət icbari şəxsi sığortalılar üzrə alınmalı olan sığorta və təkrarsığorta 

haqları-100%. 

-sığorta ehtiyatlarında təkrarsığortaçıların payı-100%, 

- həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc verilmiş 

pul vəsaitləri-100%. 

Sonda onu da qeyd etmək lazımdır ki,sığortaçının ödəniş qabiliyyətinin təmin 

edilməsi baxımından sığorta ehtiyatlarının yerləşdirilmə müddətləri sığorta 

müqavilələri üzrə qəbul edilmiş öhdəliklərin müddətlərinə uyğun olmalıdır 

 

 



 

 

 




 

71 


 

 

 



 

 

 



 

 

 



 

III Fəsil. Bazar iqtisadiyyatı şəraitində sığorta təşkilatlarının 

maliyyəsinin formalaşmasının təkmilləşdirilməsi istiqamətləri 

 

3.1. Sığorta təşkilatlarının maliyyəsinin formalaşmasının dövlə



tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri 

 

Sığortaçının fəaliyyəti digər təsərrüfat subyektlərindən köklü şəkildə fərqlənir,çünki 

bu fəaliyyət istehsal prosesinin fasiləsizliyinə və müxtəlif təsadüflər nəticəsində 

dəyən zərərlərin ödənilməsinə yönəldilmişdir.Sığorta riskinin hər biri fərdi ölçüyə 

malikdir.Onun həcmi  bir sıra amillərdən  ,o cümlədən,sığorta hadisəsinin ehtimal 

səviyyəsindən asılıdır.Təbiətin dağıdıcı qüvvələrinin təsiri bir sıra hallarda faciəli 

xüsusiyyətə malik olur,maddi və insan həyatının itkiləri ilə nəticələnə bilər.Belə 

şə

raitdə fəaliyyət göstərən sığortaçının əhəmiyyəti daha da artır.Bu hər şeydən əvvəl 



mürəkkəb təsərrüfat əlaqələri ilə əhatə olunmuş elmi-texniki inqilab dövründə 

risklərin həcmi və miqyasının artması ilə əlaqədardır. 

 Fəaliyyətinin sosial məsuliyyətli olması sığortaçının dövlət tərəfindən nəzarətə 

alınmasının zəruri edir.Daha ümumi forma kimi bu nəzarət sığortaçının maliyyə 

vəziyyətinin tədqiq olunmasında və onun sığorta etdirən şəxs qarşısındakı müqavilə 

öhdəçiliyinin qəbul etməsi üçün ödəniş qabiliyyətinə malik olmasında öz əksini 

tapır.Qəbul olunmuş öhdəçiliklər üzrə hesablaşmaların aparılması üçün sığortaçıda 



 

72 


 

maliyyə vəsaitlərinin mövcud olmaması ,nəinki konkret sığortaçıya ,həmçinin  sığorta 

ideyasının özünə olan etimadı da sarsıtmış olur.Məhz buna görə də dövlət sığorta 

nəzarətinin təşkilinin əsası sığortaçının ödəniş qabiliyyətinə zəmanət verən 

ehtiyatların ölçü problemlərindən ibarətdir. 

 Maliyyə-kredit sahəsinin bir hissəsi olan sığorta ictimai təkrar istehsal prosesində 

sığortanın mahiyyətini nəzərə almaqla ,onun sabit şəkildə fəaliyyət göstərməsini 

təmin edən dövlətin tənzimləyici və nəzarətedici obyektidir.Sığorta fəaliyyətinin 

dövlət tənzimlənməsi xüsusi vergi siyasəti və eləcə də sığorta müqavilələrinin 

bağlanması qaydalarında əmələ gələn mübahisələri əks etdirən sahibkarlıq 

fəaliyyətinin müxtəlif növləri üzrə qanunların qəbul edilməsi vasitəsilə həyata 

keçirilir. Dövlət həmçinin bütün cəmiyyətin maraqlarını nəzərə almaqla sığortanın 

icbari növünü də müəyyən edir. 

Dövlət sığorta orqanlarının tənzimləyici rolu sığorta etdirən şəxslərin etibarlı 

müdafiəsini təmin edən  3 əsas funksiyanın yerinə yetirilməsini nəzərdə tutur. 

Sığorta müqavilələrinin bağlanması ilə əlaqədar olan fəaliyyətin həyata keçirilməsinə 

razılıq verən qeydiyyatın aparılması-birinci və əsas funksiyadır.Sığortaçıların hamısı 

qeydiyyatdan keçməlidirlər.Qeydiyyat sığortaçının peşəkarlıq səviyyəsini və onun 

maliyyə vəziyyətini müəyyən edir. Qeydiyyat aktı dövlətin sığorta nəzarəti orqanları 

tərəfindən müvafiq icazə və ya lisenziyanın sığortaçıya verilməsi ilə rəsmiləşdirilir. 

 Növbəti funksiya-aşkarlığın təmin olunmasıdır.Sığorta fəaliyyəti ilə peşəkar 

səviyyədə məşğul olan hər bir şəxs sığortaçının maliyyə vəziyyəti haqqında tam 

,doğru və aydın informasiyadan ibarət olan prospekti nəşr etdirməlidir.Aşkarlıq 

prinsipi sığorta fəaliyyəti haqqında qanunvericilik aktları  vasitəsilə həyata keçirilir. 

 Rəqabət mübarizəsində məhdudiyyətlərə yol verməmək üçün dövlətin sığorta 

nəzarəti orqanları təqdim olunmuş informasiyanın nə qədər düzgün olduğunu 

yoxlamalıdır. 

Sığortaçıların maliyyə vəziyyəti haqqında informasiyaların aşkar şəkildə olması 

rəqabət mübarizəsinin qorunub saxlanmasına şərait yaradır. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə