Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə46/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   42   43   44   45   46   47   48   49   ...   147

 

142 


“Pambığı  əyirtdirib  parça  toxutduraram.  Aparıb  bazarda  sataram, 

filan qədər qabağa düşərəm”.  

Bunlar hər ikisi evə çatır. Kosa torbanı boşaldıb görür ki, ha-

mısı  fındıq  qabığıdır.  Başına  döyə-döyə  qalır.  Keçəl  də  torbadan 

cır-cındır çıxanda yanıb-yaxılır. 

Kosa keçəldən, keçəl də kosadan hayıf almaq ümidiylə yaşa-

yırlar.  

Günlərin bir günü bunlar yenə bazarda bir-birinə rast gəlirlər. 

Kosa deyir: 

–  Mən  pambıq  əkən  deyiləm.  Özümün  döyüldü.  Alanda 

inanıb torbanın içinə baxmamışam.  

Keçəl də özünü təmizə çıxarmaq məqsədiylə diyir: 

– Mən də fındığı bazarda bir qışdaxlıdan

52

 almışdım.  

Hər ikisi yalana inanıb təzədən dostlaşır. Bunlar birlikdə bazar-

da  xeyli gəzirlər. Birdən carçı  hündürdən elan edir  ki,  “Filan ağaya 

iki nəfər nökər lazımdı. İşləmək istəyən filan ünvana getsin”.  

Kosayla  keçəl  işlədikləri  evin  ağalarından  narazıydılar.  Bir 

qarın  yeməyi  doyunca  vermirdi.  Bu  səbəbdən  onlar  belə  qərara 

gəlirlər ki, carçının dediyi ünvana getsinlər.  

Yeni ağaları  nökərlərlə  şərtləşib aralarinda  iş  bölgüsü aparır. 

Deyir:  


–  Biriniz  öydə  qalıb  öy  işlərini  yerinə  yetirsin,  digəriniz  də 

malı otarmağa aparar.  

Beləcə, ağa hər ikisini işə ötürür.  Kosa öydə qalır, keçəl isə 

mal otarmağa gedir.  

Ağa təzə öy tikdirmək istəyir. Səhər tezdən ustalar gəlir. Ko-

saya tapşırılır ki, ustalara daş versin. Kosa axşama qədər yerdən 3-

cü mərtəbəyə daş qaldırır. Onun  bel-buxunu qırılır.  

Keçəl  də  naxıra  çatan  kimi  qabağına  bir  sürü  mal  qatırlar, 

əlavə olaraq bir başıbaglı öküzün ipini əlinə verirlər. Ona deyirlər 

ki,  “Mal-qaranı  filan  yerdə  otararsan.  Öküzdən  də  muğayat  ol, 

qaçmasın”.  Mal  qapıdan  çıxandan  öküz  dartınıb  qaçmaq  istəyir. 

Axşamacan keçəli dalınca sürüyür. Dəfələrlə yıxılıb torpaqda eşə-

lənsə də, keçəl qorxusundan öküzün  ipini  buraxmır.  Axşam olur, 



 

143 


hər ikisi evə gəlir. Yemək-içməkdən sonra ağa bunlara mal töləsi-

nin qabağındakı səkidə yer göstərir. Deyir: 

– Burda yıxılıb yatın. 

Keçəl kosadan soruşur: 

– Sən nə iş gördün?  

Kosa deyir: 

– Ustalara çay qoymuşam, neçə dəfə yeməklərini aparmışam, 

boş qabları evə qaytarmışam, sərin su gətirmişəm. Bu işdərdən ba-

şim açılanda da özüm yeyib- işmişəm. Bəs sən nağarmısan?  

Keçəl deyir: 

– Bir neçə baş mal tapşırdılar, agamızın böyük bagı var. Mal-

ları  aparıb  saldım  bağa,  yaxşı  bir  agacın  kölgəsində  oturub  mal-

qaraya göz qoydum. Bağda yaxşı hovuz var. Arabir gedib hovuz-

da yuyundum, sərinlədim.  

Söz yox ki, bunlar bir-birinə inanmırdılar, ürəklərində biri o bi-

rinin paxıllığını da çəkirdi. “Bəlkə onun işi mənimkindən yüngüldü”.  

Keçəlin  günü gündən  narazılığı artır. Amma  hələ də  ikibaşlı 

danışır:  

–  Haxdı,  rahat  işdi,  -  deyir,  -  amma  adamın  axşamacan 

təkbətək ürəyi darıxır. Darıxan kimi hövuzda yuyunub vaxtımı ke-

çirirdim ki, axşam olsun. 

Kosa da ona qoşulub şikayətlənir:  

–  İki  evin  arasında  qalmışam.  Ustalar  tez-tez  çay  istəyirlər. 

Xanım da elə qılıqsız adamdı ki, “çay süz”, - diyən kimi başlayır 

deyinməyə.  

Bir gün keçəl kosaya deyir:  

– A kosa, istəyirsən işlərimizi dəyişə-dəyişə günümüzü başa vu-

rax. Adam həmişə işləyəndə də, işləməyəndə də yorulub tıncıxır



53

.  


İnamsız razılaşırlar. 

Keçəl kosaya deyir: 

– Çöl  işindən  narazı qalmazsan. Otlaq qalın otlu  yerdir. Gü-

nortayacan  çəməndə  şeh  qurumur.  Adam  ayaqüstə  dayanmaqdan 

yorulur. Oturmağa yer tapmır. İstəyirsən gedəndə özünnən bir də-

nə kürsü götür. Çiy quruyana qədər üstündə oturarsan. 




 

144 


Söhbətin bu yerində keçəl nəsə düşünüb sözünə davam eləyir: 

– Kürsünü axşam qaytarmiyərsən. Mənim növbəmdə də mən 

oturaram. 

Səhərdən kosa  malqaranı otarmağa aparır, keçəl  də evdə qa-

lır.  Kosa  özüylə  bir  kürsü  də  götürür.  Kürsünü  dalına  bağlayıb 

öküzün  ipinnən  yapışır.  Kosa  malı  ağıldan



54

  çıxaran  kimi  öküz 

dartınıb  qaçmağa  hazırlaşır,  kosanı  kürsü  qarışıq  yerə  yıxıb  da-

lınca  sürüyür.  Öküz  kosanı  o  qədər  sürüyür  ki,  dalına  bağladığı 

kürsü  sınıb  tikə-tikə  tökülür.  Keçəl  də  evdə  bütün  günü  daş  qal-

dırır, öküz gəzdirməyə “şükür” deyir. 

Bir müddət işlədikdən sonra ağa onları yanına çağırıb haqqla-

rını verir. Deyir: 

– İzinlisiniz, öyünüzə dəyib qayıdın. 

Keçəllə  kosa  pulları  ciblərinə  qoyub  yatdıqları  yerə  gəlirlər. 

Hər  ikisi  işin  agılıgından  şikayətlənir.  Dərdləri  açılır.  Xeyli  söh-

bətləşirlər. Ağa elə bilir nökərlər çıxıb gedib, malları özü tövləyə 

salıb qapısını qıfıllayır. Sonra yıxılıb yatır. 

Keçəl deyir: 



–  A  kosa,  belə  adama  qul  olmaqdansa,  işləməmək  yaxşıdı. 

Mən qayıdası döyləm.  

Kosa deyir:  

– Mən də qayıtmiyicəm. 

Bir qədər yerlərində uzanırlar. Birdən kosa deyir: 

– İndi ki, biz qayıdası olmadıq, gəl ağadan bir hayıf çaxaq. 

Keçəl soruşur: 

– Nağarax. 

Kosa deyir: 

– Gəl, dəli öküzü kəsax, nə apara biləriksə, aparax. Ağa öyü-

müzü tanımır. O bizi haradan tapacaq?.. 

Razılaşırlar.  Çardağa  çıxıb  töylənin  tavanını  sökürlər.  Kosa 

keçələ deyir: 

– Öküzü kəsmağa sən  yaxşısan. Düş öküzü kəs. Əvvəlcə bir 

budunu  özünnən  ötrü,  sonra  o  biri  budunu  mənnən  ötrü  kəndirin 

ucuna bağlayarsan, yuxarı qaldırram. Axırda da  kəndiri belinə sa-



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə