Microsoft Word Antol-18-Seki


Akademik İmam Mustafayevin



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə91/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   87   88   89   90   91   92   93   94   ...   147

 

290 


Akademik İmam Mustafayevin 

qaraqoyunlu Cavad kişi ilə görüşü 

 

Bir gün maşınla Suçma kəndindən keçən İ.Mustafayevin gö-



zü (Allah ona rəhmət eləsin!) yol kənarında minik gözləyən adam-

lar  içərisində  ağsaqqal,  nurani,  əli  əsalı  bir  kişiyə  sataşır.  Bir  az 

keçmələrinə baxmayaraq maşını saxladır və sürücüyə deyir ki, hə-

min  kişini  maşına  çağırsın  və  qabaqda  əyləşdirsin  (rəhmətlik 

İ.Mustafayev,  deyilənə  görə,  çox  vaxt  maşının  arxa  oturacağında 

oturarmış). 

Cavad kişi salamsız-kəlamsız keçib sürücünün yanında oturur 

və acıqlı-acıqlı deyir: 

– Ə, görürsən ki, hasamı yola uzatmışam ki, andırıyı saxlaya-

san, tay niyə keçif gedirsən, qorxdun ki, puluyu vermiyəjəm. Mən 

heylə müftəxor deyiləm. 

Sürücü  bir  anlıq  çaşır,  bilmir  ki,  nə  desin,  karıxmış  halda 

maşının  güzgüsündən  akademikin  üzünə  baxır.  İ.Mustafayev  də 

gülümsəyərək  sürücüyə  işarə vurur ki, dinməsin,  öz işində olsun. 

İ.Mustafayev sakit səslə soruşur: 

–  Kişi,  maşına  mindiyin  kənddənsən?  (yəni  Suçma  kəndini 

nəzərdə tutur). 

Cavad kişi arxaya baxmadan deyir: 

– Allah eləməsin,  muğal

82

 olam,  mən qaraqoyunluyam, tərə-

kəməyəm. 

– Niyə elə deyirsən, muğal adam döylü? 

– Adam olmağa adamdılar, amba tənbəldilər, mal-qaradan iş-

dəri yoxdu, olarınkı elə ver yeyim, ört yatım, gözlə canım çıxma-

sındı. Axşamnan yatıf, günorta durullar. 

–  Yaxşı,  bir  vaxt  sizin  Azərbaycanın  bir  rəhbəri  vardı  ey, 

İmam  Mustafayev,  eşitmisən,  o  da  muğal  kəndindən  idi,  niyə  o 

boyda vəzifəyə qalxdı bəs? Özün də muğalı bəyənmirsən? 

– Yox, sən düz demirsən, o muğal kəndinnən olsa da, diyillər 

ləzgidi, qırıyatdı uşax oluf.    

– Yaxşı, de görüm, neçə il Stalinin sədrlərindən olmusan? 



 

291 


– Sən hardan bilirsən ki, mən sədr olmuşam? 

– Bilirəm ki, olmusan, bilməsəm demərəm. 

Cavad  kişi  başını  arxaya  çevirib  acıqlı-acıqlı  Mustafayevə 

baxaraq deyir:  

– Yox əşi, mən səni tanımıram, amba otuzuncu illərdə 2 - 3 il 

doğurdan da kəndimiz Dərəcənnətdə sədr işləmişəm. 

– Bəs niyə elə tez çıxardıblar səni? 

–  Heç,  kəndin  aj  muğulları  andırmışdılar  ki,  bunun  dədəsi 

havaxsa filan yerdə, filan qaçağa çörək verif. Kişi çörək verər da.    

– Bəs yerinə kimi qoydular? 

– Kənddə bir anadangəlmə lüt vardı - Yetim Qoja, onu. 

– Sədr işləyəndə heç adam döyüf - eləmisən, kolxozçulardan 

- zaddan? 

– Elə tənbəllər olur ki, onu döyməsən olmur axı... 

– Deyəsən, qıl qurtardı,  əsanı  bu şoferin də qulağının dibinə 

ilişdirmək istəyirdin.  



 

Kişi papağı 

 

Ömrü boyu  başına papaq qoymayan  birisi tanış  bir adamdan 

borc pul alır və nə vaxt qaytaracağına and içir. Lakin verdiyi vaxt-

dan xeyli keçməsinə baxmayaraq  pulu qaytarmır və müxtəlif bə-

hanələrlə pul sahibini aldatmaq istəyir. Verdiyi borcu ala bilməyə-

cəyini yəqin edən şəxs məhkəməyə şikayət edir. Bundan xəbər tu-

tan  borclu  hakimin  yanına  gedir  və  bildirir  ki,  ona  kömək  etsə 

borcluya  çatacaq  pulun  yarısını  hakimə  verəcək.  Hakim  razılaşır 

və deyir:  

-  Onda  sən  məhkəmədə  ondan  pul  aldığını  heç  cür  boynuna 

götürmə. De ki, o sənə şər atır. Dalınca sənin işin yoxdur. 

Məhkəmə  günü  iddiaçı  öz  iddiasını  irəli  sürür  və  məhkəmə-

dən ona kömək etmələrini  xahiş edir. Hakim sözü müttəhimə ve-

rir. Müttəhim öz çıxışında  bu  adamdan bir manat da olsun borc 

pul almadığını və ona böhtan atıldığını söyləyir.  

Hakim üzünü şikayətçiyə  tutub deyir: 




 

292 


- Kişi, ona pul verməyin haqda əlində bir sənədin, yaxud şa-

hidlərin varmı? Əgər bunların heç biri yoxdursa, onda sən bu kişi-

yə  şər  atırsan.  Hər  halda  şərçinin  də  maddəsini  bilməmiş  olmaz-

san. Hər şeyi  indi  başa düşən iddiaçı yandığından borcluya deyir: 

-  Tfuu  sənin  alçaq  üzünə!  Özü  də  başına  kişi  papağı  qoyur-

san, utanmırsan o papaqdan?! 

Bunu eşidən borclu  tez yerindən qalxıb hakimə deyir: 

- Möhtərəm hakim, bütün kənd adamları bilir ki, mən ömrüm 

boyu  başıma  papaq  qoymamışam.  Kənddə  hamı  mənə  “başıaçıq 

Murtuz”  deyir.  Mənə  şər  atdığı  üçün  xahiş  edirəm  onun  cəzasını 

verəsiniz. 

Hakim deyir:  

- Siz bu dedikləriniz haqda məhkəməyə  şahidlər gətirə bilər-

sinizmi, yoldaş “başıaçıq Murtuz”?  

Murtuz deyir.  

- İstədiyiniz qədər, hörmətli hakim. 

- Elə isə bugünkü məhkəmə təxirə salınır. Gələn həftənin bu-

günkü günü şahidlərin bir neçəsini gətirəcəksən, məhkəməni onda 

yenidən başlayaraq və “başaçıq oğlu Murtuz” sənə şər atan bu ki-

şinin də layiqli cəzasını verərik. Onda dərk edər ki, halal adamlara 

şər atmaq nə deməkdi. 

Məhkəmə bitdi, gedə bilərsiniz.    

 

“Zənqərəvoğlunun pitisi”, yoxsa şirin dili 

 

Dərəcənnətli Əlipaşa kişi (Allah rəhmət eləsin) Şəkidə iki nəfər  



bərdəli tanışına rast gəlir və qısa hal-əhvaldan sonra onları yeməkxa-

naya  dəvət  edir,  tanışları  da  5-10  dəqiqə  bundan  əvvəl  “Zənqə-

rəvoğlu  Əlinin  stalovası”  deyilən  yerdə  piti  yediklərini  söyləyirlər. 

Əlipaşa kişi təbiətən çox baməzə və şən bir adam idi. “Zənqərəvoğ-

lu”  adını  eşidən  kimi  dodağı  qaçır  və  tanışlarından    nə  yediklərini, 

onlara necə qulluq olduğunu soruşur. Qonaqlardan  biri deyir: 

-  Əlipaşa  kişi,  vallah,  mən  bu  şəkililərin  qonaqpərvərliyi, 

şirin  dili  haqqında  çox  eşitmişdim,  amma  heç  belə  təsvir  eləmir-




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə