Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə92/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   88   89   90   91   92   93   94   95   ...   147

 

293 


dim. Elə  yeməkxanaya girən kimi ağ xalatının  döşündə “nəzarət-

çi” yazılmış bir kişi tez qabağımıza gəldi: - Sizin canoozu yiyim, 

qardaş, hayindi siz bizim Şəkiyə xoş gəlif səfa gətirmisooz, büyü-

rüf bəyəndiyoz yerdən əyləşə bilərsooz. “Özümüz də, istolovamız 

da sizə qurbandi. Qeysər, gəl gör qonaqlar  nə  büyürür” Tez hün-

dür  boylu  bir  oğlan  qarşımızda  dayandı.  “Sizin  gözoozu  yiyim, 

qulluğuzda hazıram, nə yiyirsoz?” 

Biz piti istədiyimizi bildirdik. Heç beş dəqiqə keçməmişdi ki, 

əlində  iri  bir  mis  “podunoz”  olan  kök,  gödək  bir  kişi  iki  yana 

başa-başa  bizim  stola  yaxınlaşdı.Gətirdiyi  dolu  piti  qablarını, 

boşqabları, narın doğranmış baş soğanı, ağ xiyar tutmasını, suma-

ğı və s. stolun üstünə qoya-qoya dedi: 

Atam oğlu  qardaşlarım, yenə də bizim Şekiyə xoş gəlmisooz. 

Bu pitiləri mən bu əllərimlə sizin kimi uzax yerlərdən gələn “can-

ciyərlər” üçün biçirirəm. Nuşi-canooz olsun. Xalis erkək  quzunun 

ətinnəndi. Baax, qonaqsooz ha, birdən pulooz - paroz olmaz, çəki-

lif  eləməyin,  qonağımız  ola  bilərsooz.  Haqqı-halalxoşooz  olsun, 

deyif getdi.Sonra bildik ki, bu elə yeməkxananın müdiri Zənqərə-

voğlunun  ozü imiş. Sən demə, çoxunu da o özü bişirirmiş. Nə isə, 

Əlipaşa dayı, bilmirəm daha nə deyim. Düzünə qalsa yeməkxana-

da işləyənlər  bizim “canımızı”, “gözümüzü”, “ağzımızı” yedi; biz 

də “şəkililərin” şirin dilini “yedıx”. 

 

“Bəhrəm, yoxsa Qolya?” 

 

Hərbi xidmətini Rusiyada başa vurub kəndə qayıdan qaraqo-

yunlu (Dərəcənnət kəndi) Bəhram həmişə əzik-üzük şəkildə rusca 

danışmağa çalışar, adamları güldürərdi. Ona görə də kənddə hamı 

onu “Kolya” deyə çağırardı. Bu da onun anası  Sitarə arvadın acı-

ğına gələrdi. Bir gün təsərrüfat  birqadiri  rayon partiya komitəsi-

nin  nümayəndəsi  ilə  (söhbət  sovetlər  dövründən  gedir)  kənddə 

evbəev düşüb adamları iməciliyə çağırır və gəlif Bəhramgilin evi-

nə çatır. Sitarə arvadı (Bəhramın anasını) həyətdə görüb deyir: 



 

294 


-  Sitarə  xala,  Koliyaya  de  ki,  tez  yabasını  götürüf  iməciliyə 

gəlsin!  

Sitarə arvad tərs-tərs birqadirə baxıb deyir: 

- A bala sən bərkə (bəlkə) səhv salmısan, bizdə Qolya adında 

adam yoxdu! Get ituyini (itiyini) ayrı yerdə axtar.  

Onun  bu sözündən  hiddətlənən  briqadir  bir-iki addım da  ha-

sara yaxınlaşıb arvadın üstünə qoqazlanır: 

- Yekə arvadsan, heç ağ birçəyinnən utanmırsan, yalan danış-

mağa!  İndi  biz  gələndə  Kolya  məhəllədəyidi:  Mən  cəhənnəm, 

yanımdakı bu partiya komitəsinin məsul işçilərindən də olsa xəcə-

lət çəkmirsən. Bu yalana görə adamı yuxarı çağırıb bilirsən başına 

nə oyun  açarlar?! 

Bu  səs-küyə  Bəhram  evdən  çıxıb  onlara  tərəf  gəlir.  Bunu 

görən briqadir Zülü bir qədər də səsini qaldırır. 

- A imansız, bəs bəyaxdandı deyirsən Kolya evdə yoxdu? Bəs 

bu kimdi, a həyasız!! 

Sitarə arvad sakitcə Bəhramı göstərib deyir: 

-  A  köpək  oğlu,  bu  mənim  qıçlarımın  arasınnan  çıxartdığım 

oğuldursa onun adı “Bəhrəmdi”, “Qoliya yox”!! 

 

Ən çox dil bilən 



 

Pəpişin  nitqi  anadangəlmə  qüsurlu  idi.  Kəkələyə-kəkələyə 

adamları  başa  salırdı.  Bəziləri  zarafatla  ondan  soruşanda  ki,  “Pə-

piş, sən hansı dilləri yaxşı bilirsən?” Pəpiş də dərhal “O - öz dili-

mizdən” ba-başqa b-büttun dilləri; deyə cavab verərmiş. 

 

“Hayindi heylə döli ki?” 



 

Bir tərəkəmə Şəkidə qəssabdan ət almaq istəyir və bilərəkdən 

bir cəmdəyi göstərib deyir: 

- And içə bilərsənmi ki, bu erkəkdi. 

-  And  olsun  Məhəmməd  Əfəndinin  qəbrinə  ki,  dayı,  dədəm 

ərkəkdi: 




 

295 


Tərəkəmə hiddətlə deyir: 

-  Tfuu sənin üzüyə, heç utanmırsan adamlara yalan danışmağa?!  

Sən  elə  bilirsən  ki,  mən  nuxuluyam  (Şəkinin  köhnə  adı)  er-

kəhnən  dişini  ayıra  bilmiyəm.  Hindı  bazarkoma  şikayət  edərəm 

sənin payıyı (payını) verəllər. Kişi getmək istəyəndə qəssab deyir: 

- Dayı, hayindi mən nə didim ki, cırniyirsən? Yalan didim ki? 

- Bəs hindiyə (indi) demədin ki dişi heyvanın leşini görkəzif 

and içmədin ki, erkəh ətidi? 

-    Dayı,  sən  özün  şərçisən.  Mən  dimədim  ki,  “qoyun  ərkək-

di”,  dedim  ki,  “dədəm  ərkəkdi”  Hayındı  düz  dimirsən  ki?  Hamı-

mızın dədəmiz  “ərkək”, ciyimiz də  dişi döli?  Dayı, ağzoo yiyim, 

məə  inanmırsan,  get  kəndoozda  soruş,  göz  heylədi,  heylə  dölü?.. 

Düz get yolnan, çaşmıyasooz haa...  

 

“Hər yerdə sarağan kötüyü olmur ha” 

 

Qaraqoyunlu  Fərəcullah kişinin  yaşı 80-ni  keçmişdi  və  buna 

görə də bir az ağlı “o söz”. Fərəcullah kişi son zamanlar məclislər-

də, yığıncaqlarda, gimgə yerlərində dil boğaza qoymurdu ki, Allah 

tərəfindən  ona  peyğəmbərlik  verilibdi.  Yaşlılar,  tay-  tuşları  onu 

qınayır,  sinninin  bu  çağında  özünü  el  içində  biyabır  etməməyi 

məsləhət bilirdilər. Lakin Fərəcullah heç kəsi eşitmir, dediyini de-

yib dururdu. Onun bu boş inadını görənlər zarafata salıb deyirlər: 

“Peyğəmbərlərin bir çoxu ölmüyüf, qayv (qeyb) oluf. Sən də qayv 

olsan  inanarlar  ki,  doğrudan  da  sən  də  peyğəmbərsənmiş.Get  bir 

hündür qayadan özüyü at; sən həqiqi peyğəmbərsənsə, Allah səni 

göyə qaldıracax və qayv eləyəcək”. 

Zarafatla  deyilən  bu  sözlər  Fərəcullahın  beyninə  batır  və 

günlərin  bir  günü  səhər  tezdən  heç  kəsin  diqqətini  cəlb  etmədən 

gedib Quzğun qayasının başına qalxır. Əyilib uçrumun hündürlü-

yünü yoxlamaq istəyəndə ayağı büdürəyib bir-iki dəfə tullamanın 

başına  doğru  dığırlanır  və  xoşbəxtlikdən  uçurumun  lap  başında 

çuxasının ətəkləri qayadakı möhkəm bir sarağan kötüyünə dolaşır, 

onu havadan asılı  saxlayır. Fərəcullahın  harayına  gələn  naxırçılar 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə