Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə6/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   2   3   4   5   6   7   8   9   ...   69

 
 
22
 
 
 
Dünyanın bütün sivil və inkişaf etmiş ölkələrində  aqrar 
elmi yüksək inkişaf edən bir sahədir. Akademik Əhməd 
Mahmudov bunun nə  dərəcədə böyük əhəmiyyət kəsb 
etdiyini cəsarətlə qeyd edir, böyük potensial imkanlara malik 
olan respublikamızda da bu elmin inkişafı üçün böyük əmək 
sərf edirdi. Əhməd Mahmudov sözün əsl mənasında Azər-
baycan torpağının imkanları haqqında geniş informasiyaya, 
biliyə malik idi. O, tədqiqatlarında inandırıcı faktlarla sübut 
edirdi ki, respublikanın kənd təsərrüfatının strukturu 
təkmilləşdirilməlidir, onun maddi-texniki bazasının yenidən 
qurulması üçün sərf ediləcək maddi-maliyyə resursları 
yüksək səmərə ilə  nəticələnəcəkdir.  Ə. Mahmudov aqrar 
sahəyə dövlət himayəsinin güclənməsini təklif edir və bu 
zaman dünya təcrübəsinə əsaslanmağı tövsiyə edirdi. 
Əhməd Mahmudov kənd təsərrüfatının intensivləş-
dirilməsi problemləri, eyni torpaq sahəsinə  əlavə  vəsait 
qoyuluşu və  əmək sərfi nəticəsində ikinci diferensial 
rentanın yaranması sahəsində geniş  tədqiqat işləri aparan 
görkəmli sovet alimlərindən biri hesab olunur. Geniş təkrar 
istehsalın bir forması kimi çıxış edən istehsalın intensivləş-
dirilməsi, məhsul istehsalını artırmaq məqsədilə vahid torpaq 
sahəsinə  əlavə  vəsait qoyuluşu və  əmək sərfini nəzərdə 
tuturdu. Heç təsadüfi deyildir ki, Ə.Mahmudov öz tədqiqat-
larında torpaqdan istifadə, onun iqtisadi münbitliyi, kənd 
təsərrüfatında torpağın başlıca istehsal vasitəsi kimi malik 
olduğu spesifik xüsusiyyətləri məsələlərinə  hərtərəfli və 
dərindən yanaşır və sübut edirdi ki, torpağın malik olduğu bu 
xüsusiyyətlər kənd təsərrüfatının intensivləşdirilməsinin 
kökündə durur, əlavə  vəsait qoyuluşu nəticəsində istifadə 


 
 
23
 
 
 
edilən torpaq sahəsinin hər hektarından məhsul istehsalının 
artırılması zəruridir, mümkündür.  
Eyni torpaq sahəsinə  səmərəli investisiya qoyuluşunun 
nəticəsində onun təbii münbitliyi daima bərpa olunur və yeni 
iqtisadi münbitlik yaranır. Bu sahədə müəllifin tədqiqat-
larında intensivləşmənin amilləri müəyyənləşdirilərək 
sistemləşdirilmişdir. Bu amillər onun tərəfindən iki qrupda 
birləşdirilmişdir: 
  təbii amillər istehsalın təbii-zəruri əsasını və fərqlərini 
yaradır, istehsalda yüksək intensiv texnologiyaların tətbiqi, 
onun ixtisaslaşdırılması 
və 
təmərküzləşdirilməsinin 
optimallaşdırılması yolu ilə intensivləşdirilməsinə imkan 
verir; 
 təsərrüfatın intensivləşdirilməsinin texniki-iqtisadi 
amilləri təsərrüfatın iqtisadi vəziyyətindən və onun lazımi 
əlavə material məsrəflərini sərf edilməsi imkanlarından 
asılıdır. 
Müəllif öz tədqiqatlarında intensivləşdirmənin bu iki 
qrup amilləri arasında yaranmış qeyri-mütənasibliyi aşkar 
etmiş  və aradan qaldırılmasının konkret yol və metodlarını 
vermişdir. Onun bir sıra elmi əsərlərində kənd təsərrüfatının 
intensivləşdirilməsinin ümumi xarakteristikası, torpaq və 
əkin sahələrinin quruluşu, istehsalın və  əməyin texnika ilə 
silahlanması, kənd təsərrüfatının enerji resurslarına tələbatı 
və respublika iqtisadiyyatının intensivləşdirilməsinin 
xüsusiyyətləri təhlil edilir. 
Ə.Ə.Mahmudovun  əsərlərində texniki tərəqqi ilə 
əlaqədar olaraq istehsalın intensivləşdirilməsi mənbələrinə, 


 
 
24
 
 
 
amillərinə  və stimullaşdırılmasının tədqiqinə xeyli yer 
verilir.  
Ə.Ə.Mahmudovun elmi axtarışlarında aqrar-sənaye 
inteqrasiyası, ictimai istehsalın intensivləşdirilməsi,  əmək 
ehtiyatlarından səmərəli istifadə edilməsi,  əmək məhsul-
darlığının yüksəldilməsi, təsərrüfat hesabı kimi problemlərin 
tədqiqi  əsas yer tutur. O, kənd təsərrüfatının hərtərəfli 
intensivləşdirilməsinin aqrar-sənaye kompleksinə daxil olan 
bütün sahələrə təsir edəcəyini tutarlı elmi nəticələri ilə sübut 
edirdi. Bununla əlaqədar olaraq Əhməd Mahmudov həm-
çinin aqrar-sənaye kompleksinin formalaşması, onun iqtisadi 
və sosial inkişaf yolu, müttəfiq respublika şəraitində aqrar 
sənaye kompleksində elmi-texniki tərəqqinin kompleks 
proqramının işlənib hazırlanması  və  həyata keçirilməsi 
məsələlərini öyrənilməsinə geniş yer verirdi. Zəngin 
materiallar  əsasında təsərrüfatlararası kooperasiya və aqrar-
sənaye inteqrasiyası zəminində kənd təsərrüfatının ixtisaslaş-
dırılması  və  təmərküzləşdirilməsi, aqrar-sənaye birliklərinin 
və müəssisələrinin yaradılması sahəsində Azərbaycanın 
təcrübəsini ümumiləşdirir və müvafiq qanunauyğunluqlar 
müəyyən edirdi. Sonra o, məhsulların daşınması, tədarük, 
kənd təsərrüfatı  və yeyinti məhsullarının emalı  və 
saxlanması da daxil olmaqla ASK-nın bir müstəqil planlaş-
dırma obyekti kimi öyrənilməsinin zəruriliyini irəli sürürdü. 
Əhməd müəllimin  ciddi seçimi, tələbkarlığı  və birbaşa 
rəhbərliyi altında fəaliyyət göstərən  tədqiqatçılar sonralar 
respublikada aqrar iqtisadi məktəbin yaranmasını  və 
müstəqil bir elmi istiqamətin, məktəbin  əsası qoyuldu. Heç 
də  təsadüfi deyildir ki, respublikada bu potensial əsasında 


 
 
25
 
 
 
1962-ci ilin may ayında Elmi-Tədqiqat Kənd Təsərrüfatının 
İqtisadiyyatı İnstitutu fəaliyyətə başladı.  
Əhməd Mahmudov səmərəli aqrar siyasətin forma-
laşdırılması  və  həyata keçirilməsini ASK-da səmərəliliyin 
yüksəldilməsi, onun sənaye əsaslarında qurulmasını, istehsal 
vasitələrinin və  iş qüvvəsinin keyfiyyətcə köklü surətdə 
dəyişdirilməsinin, yeni peşə  və ixtisasların yaranması ilə 
qarşılıqlı əlaqədə tədqiq edirdi. 
Müəllifin  əsərlərində ASK-nın sferalarının balanslaş-
dırılması, proporsional inkişafı  və  təkrar istehsal prosesinin 
fazaları məsələlərinə də xüsusi fikir verilərək qeyd olunur ki, 
bu nisbətlərin pozulması istehsalın səmərəliliyini aşağı salır. 
O ilk dəfə kompleks hesablamalar nəticəsində ASK-nın ayrı-
ayrı sferaları və təkrar istehsal prosesi fazaları arasında olan 
disproporsiyaları müəyyənləşdirir. Əhməd Mahmudov haqlı 
olaraq göstərirdi ki, bu disproporsiyalar ASK-nın üç sferası 
arasında, yəni kənd təsərrüfatı üçün istehsal vasitələri 
istehsal edən sahələr, kənd təsərrüfatı məhsulları istehsalı və 
bu xammal emal edən istehsal gücləri, məhsulların daşın-
ması, saxlanması, kənd təsərrüfatı texnikasının təmirə olan 
tələbatı ilə onun keyfiyyətli surətdə  həyata keçirilməsinin 
mövcud imkanları arasında təzahür edir. Bu disproporsiya-
ların  əsaslı  vəsait qoyuluşu, onun quruluşunun dəyişdiril-
məsi,  əlavə investisiya qoyuluşunun məqsədəuyğun olaraq 
yenidən bölüşdürülməsi yolu ilə aradan qaldırılması təklifini 
irəli sürürdü. 
Qeyd etmək lazımdır ki, daha sonralar müəllif istehsalın 
intensivləşdirilməsi sahəsində tədqiqatlarını genişləndirərək, 
bütünlükdə ictimai istehsalı  əhatə edir. Bu baxımdan onun 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə