Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə7/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   2   3   4   5   6   7   8   9   10   ...   69

 
 
26
 
 
 
çap olunmuş elmi əsərlərində problemin sosial-iqtisadi 
aspektləri geniş  təhlil edilmışdır. Buna misal olaraq, alim 
geniş  təkrar istehsalın intensiv formasının mahiyyətini və 
ilkin  şərtlərini müəyyənləşdirmiş  və geniş  təkrar istehsalın 
bu tipinin iqtisadi qanunlarla qarşılıqlı  əlaqəsini göstər-
mişdir. O, müasir şəraitdə intensivləşdirmənin iqtisadi 
qanunların fəaliyyət mexanizminə  təsirini aşkar etmiş, 
istehsal vasitələrinə  yığım fondunun səmərəli istifadə 
edilməsinin milli gəlirdə istehlak fondunun xüsusi çəkisinin 
artmasına səbəb olduğunu qeyd etmişdir. Sonra o, belə bir 
nəticəyə  gəlmişdir ki, istehsalın intensivləşdirilməsi ilə 
əlaqədar olaraq daha məhsuldar və effektli əmək vasitə-
lərinin, material və texnoloji proseslərin tətbiqini, işçi 
qüvvəsinin ixtisasının yüksəldilməsini, xüsusilə yeni iş 
yerlərinin yarandığı  şəraitdə istehsalın maddi və  şəxsi 
amillərinin proporsional və balanslı qaydada inkişafını təmin 
edir. Nəticədə istehsalın daxili imkanlarından maksimum 
istifadə edilməsi  əmək məhsuldarlığının yüksəldilməsinə 
geniş şərait yaradır.  
Əhməd Mahmudov dərin elmi axtarışlar  əsasında belə 
bir qənaətə  gəlmişdir ki, istehsalın intensivləşdirilməsi 
xammal və materialların emalının dərinləşdirilməsini, sadə 
məhsul istehsalından daha dərin istehsala keçirilməsini və 
onların emal texnologiyalarının müasirləşdirilməsini tələb 
edir. Təbii ki, bu da yeni sahə  və istehsalın meydana gəl-
məsinə, yeni texnikanın tətbiqi imkanlarının dərinləşməsinə 
və miqyasının genişlənməsinə, ÜDM-in tərkibində 
xammalın xüsusi çəkisinin azalmasına səbəb olur. Daha 
sonra o, əsərlərində göstərmişdir ki, geniş  təkrar istehsalın 


 
 
27
 
 
 
intensiv tipi kapital qoyuluşunu modernləşdirməyə, yenidən-
qurmaya və  fəaliyyətdə olan müəssisələrin texniki səviy-
yəsinin yüksəldilməsinə yönəldilən, xüsusi çəkisinin 
artırılması xeyrinə onun quruluşunun təkmilləşdirilməsini 
tələb edir. Alimin bu fikirlərinin icrası bu gün Azərbaycan 
Respublikasının dünya iqtisadi sisteminə inteqrasiya etdiyi 
bir zamanda daha qiymətli və aktualdır. 
Əhməd Mahmudov 70-ci illərdə qlobal iqtisadi inkişaf 
məsələlərinə, xüsusilə iqtisadi inkişaf, struktur, səmərəlilik 
problemlərinə dair geniş  tədqiqatlar aparır, bu elmi 
istiqamətlərin gələcəkdə də vacib olduğunu xüsusilə vurğu-
layırdı.  Əhməd Mahmudovun ötən  əsrin 70-80-ci illərdə 
apardığı  tədqiqatların mühüm istiqamətlərindən biri də 
iqtisadi mexanizmlərdən istifadə, həvəsləndirmə sisteminin 
təkmilləşməsi ilə bağlı idi.  
O dövrün ideologiyasını, idarəetmə sistemini real 
qiymətləndirən hər bir şəxs bilirdi ki, qeyd edilən istiqamət-
lərdə elmi fikir söyləmək qeyd olunan illərdə asan məsələ 
deyildi. O, çox ustalıqla rəhbərlik etdiyi elmi kollektivi, 
eləcə  də respublikanın iqtisadçılarını bu sahədə  tədqiqatları 
genişləndirməyə çağırırdı. Çünki bu problemlərin tədqiqinin 
arxasında respublikanın maraqlarının qorunması dururdu. Bu 
baxımdan onun kənd təsərrüfatında qiymət sisteminin 
təkmilləşməsi, ictimai əmək bölgüsündə respublikanın rolu, 
mərkəz tərəfindən kənd təsərrüfatına ayrılan kapital 
qoyuluşu, iqtisadi və maddi həvəsləndirmə metodlarının 
təkmilləşdirilməsi barədə fikirləri çox aktual və  əməli 
əhəmiyyət kəsb edirdi. 


 
 
28
 
 
 
Akademik  Əhməd Mahmudovun respublikanın gələcək 
inkişafı ilə bağlı fikirləri elmi cəhətdən əsaslı idi. 80-ci illərin 
ortalarında, daha doğrusu, 1987-1988-ci illərdə respub-
likamızın iqtisadi müstəqillik konsepsiyasının hazırlanması 
üçün gərgin iş aparılır respublika üçün taleyüklü problem-
lərin həllinə öz müsbət münasibətini bildirməklə yanaşı, 
konkret təkliflərlə respublikanın böyük imkanlara malik 
olduğunu sübut edirdi.  
Akademik Əhməd Mahmudov Azərbaycanın gələcəyini 
düşünən bir vətəndaş, görkəmli ziyalı  idi.  O,  Qarabağ 
münaqişəsinin ilk günlərindən ürək ağrısı ilə erməni 
millətçilərinin mənfur siyasətinə öz nifrətini bildirən, xalqla 
bağlı olan bir vətənpərvər alim, şəxsiyyət  kimi çıxış edirdi. 
O, elmi ictimaiyyət və xalq arasında öz sanballı  və 
faydalı  əsərləri ilə elmin mahir təşkilatçısı,  əlaqələndiricisi 
olmaqla yanaşı, həm də  gözəl insan kimi gələcək nəslin 
yetişməsində mühüm rol oynayırdı. Təsadüfən demirlər ki, 
“alim olmaq asandır, insan olma çətin”. Əhməd müəllim  əsl 
insan və əsl alim idi. Bu sahədə də Əhməd müəllimdə xüsusi 
səriştə və vətəndaşlıq məsuliyyəti var idi. O, elmi istiqamət-
lər üzrə tədqiqatçılara mövzu verilməsində, rəhbər seçilmə-
sində müqayisəolunmaz təşəbbüskarlıq və prinsipiallıq 
göstərməklə yanaşı, gənc alimlərin işlədiyi təşkilatdan asılı 
olmayaraq dissertasiyalarının müzakirəsinə, müdafiəsinə  və 
hətta təsdiqinə belə ciddi qayğı ilə yanaşardı. 
Onun SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutun-
da, digər mühüm elmi mərkəzlərlə  əməkdaşlığın formalaş-
ması  və inkişafında müstəsna rolu indiki nəslin də 
inkişafında öz müsbət nəticələrini verir. 
 


 
 
29
 
 
 
Nadirov Asəf Abbasqulu oğlu 
 
Azərbaycan Respublikası Milli 
Elmlər Akademiyasının həqiqi üzvü, 
tanınmış iqtisadçı alim, iqtisad elmləri 
doktoru, professor, əməkdar elm xadimi 
Asəf Abbasqulu oğlu Nadirov 1930-cu il 
mart ayının 13-də Azərbaycanın qədim 
mədəniyyət və elm mərkəzlərindən biri 
sayılan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun 
Cəlilabad kəndində anadan olmuşdur.  
Asəf Nadirov 1936-cı ildə doğma kəndində  məktəbə 
getmiş  və 1946-cı ildə  həmin rayonda Yengicə  kənd orta 
məktəbini bitirmişdir. Elə  həmin il Azərbaycan Dövlət 
Universitetinin “geoloji-coğrafiya” fakültəsinə daxil olmuş 
və  1951-ci ildə Universiteti əla qiymətlərlə bitirərək 
universitetin coğrafiya kafedrasında assistent vəzifəsində 
saxlamışlar. Az sonra o, gənc mütəxəssis kimi diqqəti cəlb 
etmiş  və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti 
yanında Respublika inzibati-ərazi bölgüsü üzrə  məsləhətçi 
kimi məsul vəzifəyə irəli çəkilmişdir. O, iki ilə yaxın bu 
vəzifədə çalışmışdır.  
Asəf Nadirov 1952-ci ildə Azərbaycan SSR Elmlər 
Akademiyası Coğrafiya  İnstitutunun aspiranturasına daxil 
olmuş  və  təhsilini davam etdirmək üçün 1953-cü ildə 
Moskva  şəhərinə - SSRİ Elmlər Akademiyasına ezam 
olunmuşdur. Dünya şöhrətli alimlərin çalışdığı bu elm 
ocağında Asəf Nadirov böyük elmi məktəb keçmiş və 1956-
cı ildə SSRİ EA Coğrafiya  İnstitutunda "Naxçıvan MSSR: 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə