Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə4/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   2   3   4   5   6   7   8   9   ...   69

 
 
14
 
 
 
inteqrasiya münasibətlərinin inkişafı, istehsalın proqnoz-
laşdırılması, aqrar sahənin investisiya cəlbediciliyinin 
artırılması, sahədə investisiya siyasətinin prioritetlərinin 
əsaslandırılması və bir sıra başqa aktual problemlərin həlli 
üzərində  işləyir. Bunlardan əlavə, aqrar istehsalçıların 
maliyyə resursları ilə  təmin edilməsi, kənd yerlərinin 
sosial-iqtisadi inkişafının sürətləndirilməsi və aqrar 
istehsalçıların məhsullarının rəqabətə davamlılığının 
artırılması üzrə  məqsədli kompleks proqramlar hazırla-
mağın zəruriliyi əsaslandırılmışdır. 
İnstitutun elmi araşdırmalarını daha uğurlu təbliğ 
etmək məqsədi ilə 2000-ci ildən etibarən hər  rübdə 
"Azərbaycan Elmi -Tədqiqat Kənd Təsərrüfatının İqtisadiy-
yatı və Təşkili İnstitutunun Elmi Əsərləri" adlı elmi-praktik 
jurnal nəşr edilir. Jurnalda həm Azərbaycan Respublika-
sında, həm də Müstəqil Dövlətlər Birliyinin üzvü olan başqa 
ölkələrdə çalışan elmi işçilərin, aspirantların və 
dissertantların məqalələri dərc edilir. Jurnal Ali Attestasiya 
Komissiyasının elmlər doktoru və elmlər namizədi elmi 
dərəcələri almaq üçün dissertasiyaların  əsas elmi nəticə-
lərinin dərc edilməli olduğu aparıcı elmi jurnallar və nəşrlər 
siyahısına daxil edilmişdir. Jurnalın redaksiya şurasının və 
redaksiya heyətinin üzvləri həm Azərbaycan Respublikasını, 
həm də bir sıra MDB ölkələrinin: Rusiya, Qazaxıstan, 
Dağıstan və Gürcüstanı təmsil edən məşhur elm xadimləri – 
akademiklər, akademiyaların müxbir üzvləri, elmlər 
doktorları, professorlardır. 
İnstitutda
 
aqrar sahənin aktual iqtisadi problemlərini, 
ixtisaslı elmi kadrların hazırlanması məsələlərini müzakirə 


 
 
15
 
 
 
edən Elmi Şura fəaliyyət göstərir.  İnstitutun yaradılma-
sının ilk günlərindən elmi-praktik konfranslar keçirilmə-
sinə böyük diqqət yetirilir. Bu konfransların işində  həm 
Azərbaycan Respublikasında, həm də Müstəqil Dövlətlər 
Birliyinin üzvü olan başqa ölkələrdə  fəaliyyət göstərən 
elmi tədqiqat təşkilatlarının, ali məktəblərin, nazirlik və 
idarələrin nümayəndələri iştirak edirlər. 2001-2011-ci 
illərdə İnstitutda 11 konfrans, o cümlədən 3 beynəlxalq və 
8 respublika elmi-praktik konfransı keçirilmişdir. 
İnstitutda elmi kadrların hazırlanması  və möhkəm-
lədilməsi məsələsinə böyük diqqət və qayğı göstərilir. 
1991-2011-ci illərdə 82 nəfər aspiranturaya, 135 nəfər 
dissertanturaya və 42 nəfər doktoranturaya qəbul edilmiş-
dir. Bu müddətdə 140 nəfər iqtisad elmləri namizədi və 11 
nəfər iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün 
dissertasiya müdafiə etmişdir. Hazırda institutda çalışan 
112 nəfərdən 66-sı elmi işçi, onlardan 8-i iqtisad elmləri 
doktoru və 24-ü iqtisad elmləri namizədidir.  İnstitutda 
namizədlik və doktorluq dissertasiyaları müdafiə etmiş 
alimlərin böyük bir qismi müxtəlif təşkilatlarda - 
nazirliklərdə, idarələrdə, elmi və  tədris təşkilatlarında 
rəhbər vəzifələrdə işləmişlər və hal-hazırda işləyirlər.  
İnstitutun xarici ölkələrdəki həmkarlarla elmi əlaqələri 
müvəffəqiyyətlə inkişaf edir. Məsələn, 2011-2012-ci 
illərdə aqrar profilli on elmi tədqiqat institutu:Rusiya Kənd 
Təsərrüfatı Akademiyasının Ümumrusiya kənd təsərrüfa-
tının iqtisadiyyatı institutu,-Ümumrusiya kənd təsərrü-
fatında istehsalın,  əməyin və idarəetmənin təşkili elmi 
tədqiqat institutu, A.A.Nikonov adına Ümumrusiya aqrar 


 
 
16
 
 
 
problemlər və informatika institutu, Qazaxıstan elmi 
tədqiqat aqrar-sənaye kompleksinin iqtisadiyyatı  və  kənd 
ərazilərinin inkişafı institutu, Moldova Dövlət Aqrar 
Universiteti,- M.M. Cambulatov adına Dağıstan Dövlət 
Aqrar Universiteti, Dağıstan Elmi Tədqiqat Kənd 
Təsərrüfatı İnstitutu, Dağıstan Dövlət Universiteti,Belarus 
Milli Elmlər Akademiyasının ASK-də sistemli tədqiqatlar 
institutu, Sankt-Peterburq Dövlət Aqrar Universiteti ilə 
elmi  əməkdaşlıq haqqında müqavilələr bağlanmışdır. 
2001-2012-ci illərdə institutun aparıcı alimləri təcrübə 
mübadiləsi məqsədi ilə, həmçinin konfranslarda, 
simpoziumlarda, treninqlərdə  və  sərgilərdə  iştirak etmək 
üçün İngiltərə, Fransa, Almaniya, Norveç, Türkiyə, Misir, 
Hollandiya,  İsrail, Çin, Macarıstan, Albaniya, Polşa və 
MDB ölkələrinə ezam edilmişlər. 
Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisa-
diyyatı  və  Təşkili  İnstitutu mövcud olduğu 50 il ərzində 
ölkənin aparıcı aqrar-iqtisadi tədqiqat mərkəzlərindən biri 
ola bilmişdir.  İnstitut ölkənin aqrar siyasətinin strategiya-
sının və elmi əsaslarının, aqrar münasibətlərin,  ərazi-
sahəvi  əmək bölgüsünün, aqrar bazarın formalaşmasının, 
aqrar sənaye kompleksində  təsərrüfatçılığın müxtəlif 
təşkilatı-hüquqi formalarının inkişafının, aqrar sənaye 
kompleksində islahatların, yüksək effektivliyə malik 
çoxukladlı aqrosənaye istehsalının yaranması, formalaş-
ması və tənzimlənməsi, aqrar-sənaye kompleksində innova-
siya proseslərinin, təsərrüfatlararası kooperasiyanın və 
aqrosənaye inteqrasiyasının inkişafı, aqrar sahədə maddi-
texniki ehtiyatlar bazarının formalaşması  və idarəetmənin 


 
 
17
 
 
 
təkmilləşdirilməsi, kəndin sosial inkişafı, ölkənin aqrar-
sənaye kompleksinin səmərəliyinin artırılması  və başqa 
aktual problemlərinin həllinin nəzəri və metodoloji 
əsaslarının işlənib hazırlamasına nəzərəçarpacaq töhfələr 
vermişdir.  Əminliklə demək olar ki, islahatların müasir 
mərhələsində institutun alimləri qüvvə  və bacarıqlarını 
səfərbər etməklə, qarşıda duran vəzifələri layiqincə yerinə 
yetirəcəklər. 
 
 
Az.ETKTİ və Tİ-nin direktoru, 
i.e.d., 
professor 
    S.V.Salahov 
 
 
 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə