Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

Dövlətimizin başçısına məlumat verildi ki, 200 
kvadratmetrdən çox sahəsi olan muzeyin salonlarında Heydər 
Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü və müstəqil 
Azərbaycanın Prezidenti olduğu illəri əks etdirən fotoşəkillər 
vardır.  
Heydər Əliyev beş dəfə – 1971, 1976, 1980, 1993 və 
1994-cü illərdə Beyləqanda səfərdə olmuşdur.  
Muzeydə həmin səfərlərlə bağlı eksponatlar ayrıca guşədə 
toplanmışdır. 
Dövlətimizin başçısı muzeylə yaxından tanış oldu, xatirə 
kitabına ürək sözlərini yazdı. 
 
Xalq qəzeti.- 2008.- 20 aprel.- S.6. 
 
 
Horadiz şəhərində Heydər Əliyev muzeyi ilə tanışlıq 
 
             Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham 
Əliyev aprelin 18-də Füzuli, Beyləqan və Biləsuvar rayonlarında 
olmuşdur. 
Əvvəlcə Horadiz şəhərinə gələn dövlətimizin başçısı 
burada Heydər Əliyev muzeyində oldu.  
Burada rayon ictimaiyyətinin nümayəndələri Prezidenti 
səmimiyyətlə qarşıladılar. 
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti 
kəsdi, eksponatlarla tanış oldu. Muzeydə ümummilli lider Heydər 
Əliyevin həyat və fəaliyyətinə, hələ sovet dövründə Azərbaycana 
rəhbərlik etdiyi illərdə Füzuli rayonuna səfərlərinə dair 
fotoşəkillər, dahi şəxsiyyətə həsr olunmuş kitablar toplanmışdır. 
Dövlətimizin başçısı muzeyin xatirə kitabına ürək 
sözlərini yazdı.  
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin 
nümayəndələri ilə söhbət etdi. 


Horadiz sakini: Bizim sevincimizin həddi-hüdudu yoxdur. 
Çünki ulu öndərimizin layiqli davamçısı rayonumuza gəlmişdir. 
Arzu edirəm ki, bu gəlişiniz uğurlu və bərəkətli olsun. Dünənki 
yağış, bugünkü günəş bütün bu uğurdan xəbər verir. Hazırda 
yaşadığımız bu ərazi 1994-cü ildə ulu öndərimizin səyi 
nəticəsində düşmən tapdağından azad olunmuşdur. Biz çox 
sevinirik ki, Siz bu yerləri abadlaşdırır, inkişaf etdirir və gülüstana 
döndərirsiniz. Sizin sərəncamınızla yeni qəsəbələr salındı, çadır 
şəhərcikləri ləğv olundu və biz abad qəsəbələrə köçdük. Rahat, 
geniş, işıqlı otaqlarda yaşamaq, yurdumuzun gözəl, təmiz 
havasını udmaq, suyunu içmək hamımızın arzusu idi. İnanırıq ki, 
bizim ən böyük arzumuz da gerçəkləşəcək, yəni işğal altında olan 
bütün torpaqlarımız Sizin hərtərəfli, məqsədyönlü fəaliyyətiniz 
nəticəsində düşmən tapdağından azad olunacaqdır.  
Mən hamımızın əzizi, bütün xalqımızın dərin məhəbbətini 
və hörmətini qazanmış Mehriban xanımın da hərtərəfli 
fəaliyyətini qeyd etmək istəyirəm. Biz onunla, Sizinlə fəxr edirik 
ki, xalqımızı həqiqətən işıqlı gələcəyə aparırsınız. Qarşıdan 
prezident seçkiləri gəlir. Mən rayonumuzun bütün ziyalıları 
adından əminliklə və qətiyyətlə bildirirəm ki, füzulililər artıq öz 
seçimini ediblər. Siz bizim daimi və əbədi Prezidentimizsiniz. 
Füzulililər Sizə inanırlar, Sizinlədirlər və Sizi həmişə 
dəstəkləyirlər. Siz bu sevgini, bu məhəbbəti öz səmimiyyətinizlə, 
işgüzarlığınızla və daim xalqın içində olmağınızla qazanmısınız. 
Ulu Tanrı köməyiniz olsun.  
İlham Əliyev: Sağ olun, təşəkkür edirəm sizə. Mən 
gəlmişəm ki, sizinlə görüşüm, sizə öz hörmət və məhəbbətimi 
ifadə edim, sizi dəstəkləyim. Siz ağır vəziyyətdə yaşamış 
insanlarsınız. Qeyd etdiyiniz kimi, bu ərazi işğal altında idi. 
Ermənilər bu bölgəni də işğal etmişdilər. Ondan sonra bizim 
ordumuz Horadiz qəsəbəsini işğalçılardan azad etdi. Bu qəsəbəyə 
olunan yardımlar bundan sonra da davam etdiriləcəkdir. Horadizə 
şəhər statusu verilibdir. Horadizin inkişafı üçün, bütövlükdə 
işğaldan azad olunmuş ərazilərin inkişafı üçün vəsait ayrılmışdır 


və yenə də ayrılacaqdır. Bütün çadır şəhərcikləri ləğv edilib və 
onların əvəzində yeni gözəl qəsəbələr tikilibdir. Bu onu göstərir 
ki, bizim imkanlarımız var. Bütün ərazilər işğaldan azad 
olunandan sonra biz həmin yerləri cənnətə çevirəcəyik. Biz bütün 
dağıdılmış rayonları bərpa edəcəyik, yüksək səviyyədə evlər, 
məktəblər, xəstəxanalar tikiləcəkdir. Yeni istifadəyə verilmiş 
qəsəbələrin timsalında görürük ki, nəyi biz edəcəyik. Mən çox 
şadam ki, burada işlər çox yaxşı gedir, abadlıq, inkişaf var. Daha 
da sürətlə getməlidir və Füzuli rayonunun inkişafına xüsusi diqqət 
göstərilməlidir. Siz düşmənlə üz-üzə yaşayırsınız. Sizin 
kəndlərinizin bir hissəsi təmas xəttinə lap yaxınlıqda yerləşir. 
Yəni burada yaşamaq böyük cəsarət tələb edir, böyük fədakarlıq, 
vətənpərvərlik tələb edir. Bütün bu təhlükələrə baxmayaraq siz 
burada öz doğma torpaqlarınızda yaşayır, yaradır, bu yerləri 
abadlaşdırır, uşaqları böyüdürsünüz, Azərbaycanı inkişaf 
etdirirsiniz. Ona görə siz böyük hörmətə layiq olan insanlarsınız. 
Bütün Azərbaycan ictimaiyyəti bunu bilməlidir və bilir.  
Mən buraya çoxdan gəlmək istəyirdim, ancaq eyni 
zamanda, istəyirdim ki, buraya gələndə yaxşı, xoş tədbirlərdə 
iştirak edək. Bu gün belə tədbirlər baş verəcək - qəsəbələrin 
açılışıdır, sosial obyektlərin təməlqoymasıdır. Həm tibb 
mərkəzinin, həm də elektrik stansiyasının təməlinin qoyulması bu 
bölgənin abadlaşmasına böyük dəstək olacaqdır.  
Sizə cansağlığı, uğurlar arzulayıram. Bilin ki, mən bundan sonra 
da rayonun inkişafına öz köməyimi göstərəcəyəm. 
Dövlətimizin başçısı ictimaiyyətin nümayəndələri ilə 
xatirə şəkli çəkdirdi. 
 
Xalq qəzeti.- 2008.- 20 aprel.- S. 2. 
 
 


Orucov E. 
 
Ulu öndər mədəniyyətimizin hamisi idi 
 
Möhtərəm Prezidentimiz İlham Əliyevin bu yaxınlarda ulu 
öndər Heydər Əliyevin 85 illiyinin qeyd olunması ilə bağlı 
imzaladığı sərəncam biz sənət adamlarını da ürəkdən 
sevindirmişdir. Bu ümumxalq bayramına ölkəmizin hər yerində 
böyük hazırlıq işləri görülür. Biz rəssamlar da ulu öndərin 
yubileyinə, sözsüz ki, əliboş qatılmayacağıq. 
Hər dəfə ümummilli liderimiz Heydər Əliyev haqqında 
düşüncələrə dalanda mənə elə gəlir ki, cəmiyyətin də inkişafında 
əbədiyyət qanunları mövcuddur. Fərq ondadır ki, həmin qanunları 
təbiət yox, insan yaradır. Bu qanunlar kəşf olunmur. Onu böyük 
şəxsiyyətlər, işıqlı zəka sahibləri formalaşdırır. Mən onları Tanrı 
tərəfindən seçilmiş insanlar adlandırardım. Dünyanın mizan-
tərəzisi məhz onların çiyinləri üzərində qərar tutur. 
Belə insanlarla bir zəmanədə yaşamaq, onların həyat və 
fəaliyyətlərinin canlı şahidi olmaq da hər kəsin qismətinə düşmür. 
Bu baxımdan mən həmişə özümü xoşbəxt saymışam ki, gəncliyim 
məhz böyük öndərimiz Heydər Əliyevin hakimiyyəti illərinə 
təsadüf etmişdir. Odur ki, gözlərimizin qarşısında canlı tarix 
yaratmış bir şəxsiyyət barədə fikirlərimi bildirməyi özüm üçün, 
sadəcə, vətəndaşlıq borcu hesab edirəm. Çünki Heydər Əliyev elə 
şəxsiyyətdir ki, insanların onun həyat və fəaliyyətinə münasibəti 
siyasi mənsubiyyətindən, əqidəsindən və dünyagörüşündən asılı 
olmayaraq birmənalıdır. Bunun səbəbi aydındır. İctimai-siyasi, 
sosial-iqtisadi, elmi-mədəni həyatın elə bir sahəsi yoxdur ki
orada Heydər Əliyevin adı ilə bağlı olmayan bir məqam tapılsın. 
Fikir verin: bütün sahələrdə çalışan insanlar onu “öz adamları” 
hesab edirlər. Ona görə də mən “Heydər Əliyev Azərbaycan 
mədəniyyətinin və incəsənətinin hamisi idi” kəlməsini yazmaqdan 
çəkinmirəm. Çünki biz mədəniyyət xadimləri bu dahi 
şəxsiyyətdən həmişə qayğı və diqqət görmüşük.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə