Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

xar olurlar. O həqiqətlər ki, hər biri Azərbaycan xalqının və 
dövlətimizin xidmətində müstəsna rol oynamışdır. O həqiqətlərin 
adı Heydər Əliyev məktəbidir. Bizim hər birimizin öyrəndiyimiz 
məktəb.  
 
Xalq qəzeti.- 2007.- 11 dekabr.- S. 4. 
 
 
Vaşinqtonda Türkiyə və Azərbaycan musiqisi 
axşamında ümummilli lider Heydər Əliyevin xatirəsinə 
həsr olunmuş əsər səslənmişdir 
 
Azərbaycan–Türkiyə 
İş Adamları Birliyinin (ATİB) 
ictimaiyyətlə  əlaqələr  şöbəsindən verilmiş  məlumata görə, 
Vaşinqtonda keçirilmiş “Azərbaycan–Türkiyə–ABŞ  əlaqələri və 
onların Avrasiya üçün əhəmiyyəti” mövzusunda beynəlxalq 
konfrans “Mayflower Hotel”də Türkiyə  və Azərbaycan musiqisi 
axşamı ilə yekunlaşmışdır. 
Tədbirdə Bakı Musiqi Akademiyasının dosenti, əməkdar artist 
Murad Hüseynovun ifasında Qara Qarayev, Adil Bəbirov, Tofiq 
Quliyev, Fərhad Bədəlbəyli, Vasif Adıgözəlov və Volfqanq 
Amadey Motsartın  əsərləri səslənmişdir. M.Hüseynov Azər 
Dadaşov tərəfindən bəstələnmiş  və ümummilli liderimiz Heydər 
Əliyevin xatirəsinə ithaf olunmuş əsəri ilk dəfə ifa etmişdir. 
Konserti Türkiyənin məşhur pianoçusu və  bəstəkarı Fahir 
Atakoğlu və “Grammy” mükafatı laureatları Horasio Hernandes 
və Con Benites davam etdirmişlər.  
Tamaşaçılar tərəfindən maraqla qarşılanan konsertdə 
Vaşinqtona səfər etmiş Azərbaycan və Türkiyə nümayəndə 
heyətinin üzvləri, o cümlədən, Türkiyə Respublikasının sabiq 
xarici işlər naziri Hikmət Çətin, Azərbaycan Respublikası Milli 
Məclis sədrinin müavini Valeh Ələsgərov, xarici işlər nazirinin 
müavini Hafiz Paşayev, ATİB idarə heyətinin sədri  Əhməd 
Erentok və başqaları iştirak etmişlər. 


 
Xalq qəzeti.- 2007.- 15 dekabr.- S. 2. 
 
 
 
2008 
 
 
Həsənov H. 
 
Ümummilli liderimiz milli-mənəvi dəyərlərimizi məhv 
olmaq təhlükəsindən xilas etdi 
 
Bu gün nəinki Azərbaycanın, bütün dünya azərbaycanlılarının 
öyündüyü Heydər  Əliyev həmişə Azərbaycan ilə, azərbaycanlı 
olmağı ilə fəxr edirdi. Hələ SSRİ dövründə nüfuzu və şöhrəti ilə 
ittifaq miqyasına sığmayan ümummilli liderimiz Azərbaycan adlı 
bir məmləkəti mərhələ-mərhələ dünyaya tanıtdı. Onun zəngin 
mədəniyyətini, tarixini, milli dəyərlərini başqa millətlərə 
çatdırmağa başladı. 
Düzü bu idi ki, hələ o zamanlardan Azərbaycanı Heydər Əliyevlə 
tanıyırdılar. Bu adlar qoşa çəkilirdi.  Əgər gürcülər Stalin 
dövründən SSRİ xalqlarının yaddaşında qalmışdısa, ermənilərin 
apardığı  təbliğat nəticəsində bir qafqazlı obrazı formalaşmışdı. 
Doğrudur, Qafqazı tanıyan, bu xalqlara bələd olan alimlər yaxşı 
bilirdilər ki, ermənilərin Qafqaz xalqlarına heç uzaq qohumluğu 
da yoxdur. Amma erməni təbliğatı öz işini görürdü. 
“Qafqazlıyam”, – deyəndə erməni, yoxsa gürcü olduğumuzu 
soruşurdular. Heydər  Əliyev Azərbaycan KP MK-nın birinci 
katibi olandan sonra vəziyyət tamam dəyişdi. “Bakıdanam, 
Azərbaycandanam”, — deyəndə müsahibimiz dərhal Heydər 
Əliyevin adını 
çəkirdi. 
Məsələnin başqa tərəfi də vardı. Vaxtı ilə Heydər  Əliyevin 
ailəsində — evində qonaq olmuş adamlar — təbii ki, onların 


əksəriyyəti tanınmış  şəxsiyyətlər idilər — ideal bir Azərbaycan 
ailəsindən, azərbaycanlı süfrəsindən məhəbbətlə söz açırdılar. İlk 
baxışda burada qeyri-adi heç nə yoxdur. Qonaq həmişə əziz olub. 
Ancaq diqqət yetirsək görərik ki, burada çox incə bir məqam var. 
Həmin “qonaqlar” Heydər  Əliyev ailəsinin qonaqpərvərliyindən 
danışa-danışa Azərbaycan adət-ənənəsini, Azərbaycan süfrəsini 
təbliğ edirdilər. Bu isə, bütövlükdə Azərbaycanın təbliği idi. 
Ümummilli liderimiz birinci dəfə hakimiyyətdə olduğu illərdə 
çox dəyərlərimiz yenidən həyata “vəsiqə aldı”. Məsələ bunda idi 
ki, 1969-cu ilə  qədər dil məsələsi üstündə, Novruz bayramının 
keçirilməsi ilə bağlı çox ziyalılarımızın başı “ağrımışdı”. Çünki 
onlar imperiya siyasətinin əsl, gizli mahiyyətinə varmadan, milli 
adət-ənənələrə SSRİ  və respublika konstitusiyalarının verdiyi 
imkanlar çərçivəsində əməl etməyə çalışırdılar. Amma bu millilik 
imperiyanın sərt təpkisi ilə qarşılanırdı.  İmperiya belələrini 
müxtəlif yollarla əzirdi, milli bayramların qeyd olunmasına isə 
ciddi qadağalar qoyulurdu. 
Böyük öndər isə  fərqli yol tuturdu. Məsələn, tezliklə 
Azərbaycan cəmiyyəti xəbər tutdu ki, Heydər  Əliyevin ailəsində 
Novruz bayramı çox yüksək, təmtəraqlı, adət-ənənəmizə uyğun 
keçirilir. Məhz elə buna görə  də Novruz bayramını gizlində  də 
keçirməkdən ehtiyat edən məmurların da indi evində Novruz 
xonçası 
bəzədilirdi. Beləliklə, həmin illərdə 
tədricən 
respublikamızın hər yerində bu bayram qeyd edilməyə başlandı. 
Gah Yaz bayramı, gah Bahar bayramı, nəhayət, öz adı ilə Novruz 
bayramı kimi adlandırılmağa başlandı. Demə, bu iş üçün nə qərar 
lazım imiş, nə də göstəriş. 
Elə məsələlər vardı ki, o, doğrudan da hüquqi sənəd tələb edir. 
Məsələn, Azərbaycanın dövlət dilinin tətbiq edilməsi. Doğrudur, 
bu məsələnin qanunda əks olunması bir az gec oldu. Çünki, o 
zaman ayrılıqda bir respublika məsələ qaldıra bilməzdi ki, mən 
Konstitusiyamda belə bir dəyişiklik etmək istəyirəm. Buna 1978-
ci ildə  şərait yarandı. Təbii ki, Moskvanın göstərişi ilə 
Azərbaycan SSR Konstitusiyasında dövlət dilinin rus dili olması 


təsbit edilməliydi. Amma ümummilli liderimiz Heydər  Əliyevin 
gərgin zəhməti, nüfuzu hesabına  Əsas Qanunumuzun 73-cü 
maddəsində belə bir müddəa  əksini tapdı: “Azərbaycan SSR-in 
dövlət dili Azərbaycan dilidir”. İmperiyanın tam ruslaşdırma 
siyasətinə keçdiyi bir dövrdə bunu etmək həqiqətən böyük 
qəhrəmanlıq idi. 
Bu çətinliyi bir neçə  məsələ özündə  şərtləndirirdi.  Əvvəla 
imperiya rəhbərləri Azərbaycan türklərinin coşğunluğunu yaxşı 
bilirdi. Bilirdi ki, yüz illərdən bəridir bu xalqın torpağına, 
sərvətinə  təcavüz edib, istədiklərini ala bilsələr də, onların 
yaddaşına təcavüz edə bilməyiblər.  İndi Konstitusiyada dövlət 
dilinin Azərbaycan dili kimi təsbit olunması millətin oyanışının 
yeni mərhələsi olacaqdı. Sonrası bilirdilər ki, son illər bu məsələ 
Azərbaycanda artıq bir neçə  dəfə qabardılıb. Deməli, bu məsələ 
bir-iki nəfəri yox, respublika ictimaiyyətini narahat edən 
məsələdir. Nəhayət, 1970-1980-ci illər elə bir dövr idi ki, 
Azərbaycan sürətlə inkişaf edirdi. Milli ruh oyanmışdı. Belə ruhlu 
qabaqcıl ziyalılar respublika rəhbəri Heydər  Əliyev tərəfindən 
müdafiə olunurdular. Odur ki, SSRİ-nin türk respublikaları 
Azərbaycana, onun rəhbərinə qibləgah kimi baxırdılar. Bu fikri 
sözgəlişi gətirmədik. Rəsul Rzanın dəfn mərasimində Orta 
Asiyadan gəlmiş nümayəndə heyətlərindən birinin rəhbəri 
ümummilli liderimizə belə demişdir: “Yoldaş  Əliyev, biz 
Azərbaycana qibləmiz kimi baxırıq. Bunu siz etdiniz”. 
Ailədə də, cəmiyyətdə də belədir ki, hər kəs rəhbərin sözünü, 
göstərişini  əsas götürür. Şagird, tələbə müəlliminə  bənzəmək 
istəyir. Uşaq valideyninin, müəlliminin sözünü, hərəkətini  ən 
düzgün sayır. Odur ki, həmin illərdə Heydər  Əliyevin hər sözü, 
hərəkəti cəmiyyətdə  əksini tapırdı. 1970-ci illərdə Novruz 
bayramı ərəfəsində Şıx çimərliyi səmtində — “Dostluq” parkında 
iməcilik keçirilərkən, Heydər  Əliyev yazıçıların yanına gəlir, 
onlarla söhbətləşir, zarafat edir, deyib-gülür. Şair Qabil soruşur: 
- Yoldaş  Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız! 
Heydər Əliyev gülümsünüb, cavab verir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə