Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə3/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   2   3   4   5   6   7   8   9   ...   229

 

8

OXUCULARA 



 

Hörmətli oxucu, diqqətinizə  təqdim edilən bu dərslik 1993-2005-ci illərdə 

Azərbaycanın müxtəlif ali məktəblərində müəllifin  “Müasir beynəlxalq münasibətlər və 

Azərbaycanın xarici siyasəti”, “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində”, 

“Dünya siyasəti, müasir beynəlxalq münasibətlər və Azərbaycan” mövzularında xüsusi 

kurslarda oxunmuş mühazirələri 

əsasında hazırlanmışdır. Azərbaycanda 

siyasətşünaslıq, xüsusən beynəlxalq münasibətlər, dünya siyasəti və dövlətlərarası 

əlaqələr üzrə ümumiləşdirici tədris-metodiki  ədəbiyyat, dərsliklər demək olar ki,  yox 

vəziyyətindədir.  Bu da təbiidir. Çünki ölkəmizdə bu sahənin öyrənilməsi və tədrisi yalnız 

müstəqilliyə qovuşduğumuz son 10-15 ildə mümkün olmuşdur.  O zamana qədər 

beynəlxalq münasibətlər, dünya siyasəti, dövlətlərarası  əlaqələr yalnız SSRİ 

səviyyəsində, bu sahənin öyrənilməsi və  tədrisi isə  əsasən Moskva və Kiyev 

şəhərlərində həyata keçirilirdi.  Azərbaycanda bəhs edilən sahə üzrə dərsliklərin, tədris-

metodiki vəsaitlərin çox az olduğunu nəzərə alaraq,  indiyə qədər toplanmış materiallar 

və  oxunmuş  mühazirələr üzərində xüsusi  iş aparmaqla  bu sahə üzrə təhsil sisteminin 

ümumi proqram tələblərinə cavab verən dərslik  tərtib etmək qərarına gəldik.  

Dərslik öz quruluşuna görə iki hissədən ibarətdir.  

Birinci hissədə beynəlxalq münasibətlərin tədqiqi və  tədrisi ilə bağlı dünyada 

mövcud olan  ümumi baxışlar,  ümumiləşdirilmiş  və sistemləşdirilmiş  fikir və 

mülahizələr, nəzəri-metodoloji  istiqamətlər; beynəlxalq  münasibətlər anlayışı, onun 

meydana çıxması  və müasir xarakteristikası; beynəlxalq münasibətlər nəzəriyyəsi və 

onun  əsas cərəyanları, bu fənnin öyrənilmə  vəziyyəti  və perspektivləri haqqında 

məlumat verilir.  

Bundan başqa,  bu hissədə beynəlxalq münasibətlərin və dövlətlərarası sistemli 

əlaqələrin yaranması  və    inkişafı tarixi; beynəlxalq aləmdə mövcud olan sistemlər və 

onların xarakteristikası; müasir beynəlxalq münasibətlər sisteminin əsas tendensiyaları, 

aktorları, xarakterik xüsusiyyətləri; yeni dünya nizamı və onun mahiyyəti; dövlətlərarası 

ikitərəfli  əlaqələrin vəziyyəti və perspektivləri; müasir dünya siyasəti, onun mahiyyəti, 

tendensiyaları  və s. haqqında hər bir ali təhsilli  şəxs üçün vacib olan ümumi məlumat  

verilir.  Bu məlumatlar tələbələrə  və maraqlanan digər oxuculara müasir dünyada baş 

verən hadisələri, yürüdülən transmilli və milli siyasəti, dövlətlərarası münasibətlərin 

mürəkkəb və ziddiyyətli  vəziyyətini, dünyada, ayrı-ayrı regionlarda həyata keçirilən 

siyasəti, beynəlxalq münasibətlərdə dövlətlərin ayrılıqda  və qruplar şəklində apardığı 

mübarizəni, onun mahiyyəti və  məqsədlərini, beynəlxalq münasibətlərin subyekti olan  



 

9

digər aktorların, hökumətlərarası  və qeyri-hökumət təşkilatlarının rolunu başa düşmək 



imkanı verəcəkdir. Eyni zamanda,  təqdim olunan materiallar oxucuda  Azərbaycanın 

beynəlxalq münasibətlər sistemindəki yeri, rolu, mövqeləri, maraqları, dostları, 

tərəfdaşları  və  rəqibləri, dövlətimizin xarici  siyasətinin müasir vəzifələri haqqında da 

təsəvvür formalaşdırmağa kömək edəcəkdir.  

Dərsliyin birinci hissəsində müasir beynəlxalq münasibətlərin və dünya 

siyasətinin aparıcı tendensiyalarına – dünya siyasətinin transmilliləşməsi; 

demokratikləşmə  və onun dünya siyasətinin  əsas tələbinə çevrilməsi; qloballaşma və 

onun  müasir beynəlxalq münasibətlərə  təsiri; regional inteqrasiya  və dövlətlərarası  

əlaqələrin intensivləşməsi; yeni dünya nizamı  və onun əsas xarakterik xüsusiyyətləri 

kimi məsələlərə də nəzər salınır.  

Əlbəttə, bütün bu problemlər, beynəlxalq münasibətlərin fundamental  əsası 

hesab olunan məsələlər neçə illərdir ki, Amerika, Avropa, Rusiya, Çin və başqa ölkələrin 

siyasətşünaslıq  mərkəzləri, elm və tədris müəssisələri tərəfindən öyrənilir, təhlil və şərh 

edilir. Bu mənada bizim bu dərslikdə gördüyümüz iş “beynəlxalq münasibətlər sistemi” 

haqqında mövcud olan müxtəlif baxışları və yanaşmaları ümumiləşdirmək, vahid müəllif 

“sisteminə” salmaq və oxucuya təqdim etməkdən ibarətdir. Lakin bu, ilk anda  

göründüyü kimi,  heç də  təkcə “texniki iş” deyil.  Əvvəla, ümumiləşdirmə  və mövcud 

materialların müəyyən prinsiplər  əsasında vahid sistemə salınması özü yaradıcı  işdir.  

İkincisi, Azərbaycandan kənarda yazılmış mövcud dərsliklərin hər biri  bir alimin, yaxud 

elmi mərkəzin  əməyinin, təfəkkürünün yaradıcılıq məhsuludur.  Və deməli, mövcud 

reallıqları, beynəlxalq münasibətlərin tarixini, onun ayrı-ayrı sistemlərini, tendensiyalarnı 

da hər bir müəllif  “öz şəxsi, subyektiv mülahizələrindən, milli hissindən” çıxış edərək 

şərh edir. Bizim isə bu anlamda vəzifəmiz  öz mülahizələrimizdən çıxış etməklə,  

beynəlxalq münasibətlər sisteminin “ümumi panoramasını, vəziyyətini və 

tendensiyalarını” oxucularımıza obyektiv şəkildə təqdim etməkdən ibarətdir. 

Dərsliyin ikinci hissəsi Azərbaycana, onun beynəlxalq münasibətlər sistemindəki 

yerinə, roluna, vəzifələrinə, imkan və perspektivlərinə; müstəqil dövlətimizin beynəlxalq 

aləmlə, dünya və region dövlətləri ilə, beynəlxalq və regional təşkilatlarla ikitərəfli və 

çoxtərəfli əlaqələrinə;  beynəlxalq aləmdə cərəyan edən proseslərdə və transmilli dünya 

siyasətində  iştirakına; dünyanın və regionun təhlükəsizlik,  əməkdaşlıq, inteqrasiya 

proseslərinə qatılmasına; müstəqil dövlət maraqlarını reallaşdırmaq üçün həyata 

keçirdiyi müxtəlifyönlü  xarici siyasət fəaliyyətinə və s. məsələlərə həsr olunub. 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə