Microsoft Word Azf-279258. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   2   3   4   5   6   7   8   9   ...   36
    Bu səhifədəki naviqasiya:
  • Yaxud

 
16
Onu yaşamalıyıq, o yaşantılara dözməliyik. Axı, 
“Allah bilən məsləhətdir”.  
Belə kədərli, ağrılı yaşantılardan biri də Allahın 
gözəl bəndəsi Firudin Zeynallının başına gəldi. Heç 
yatsa, yuxusuna da girməzdi.  Ağlına gəlməyən
yuxusuna girməyən başına gəldi. İstəkli qızı Kəmaləni 
itirdi. 38 yaşlı həkim qızı – Kəmalə qəza nəticəsində 
dünyasını  dəyişdi. Hər gün gözünün qabağında olan 
Kəmaləsi indi fiziki cəhətdən yoxdur. Qara torpaq 
altında nə edir, onu hardan bilsin?! Onun bu dərdi, bu 
kədəri mənim yadıma türk şairi Məhməd Bütücün 
aşağıdakı misralarını salır:  
                        Nədən əl sallarkən 
                        köç edən quşları izlərsən 
                        Qocacıqda Prizrendə Mamuşada 
                        və buraların bilməm harasında 
                        şam işığıyla titrəyən hıçqırıqlar 
                        yarar koyu qaranlığı issız gecələrdə 
                        bir quş olsan uçsan uzaqlara 
                        o yerlərə mutluluq 
                       bir ovuc torpaq götürsən oralara 
                       onlara bir ovuc torpaq gətirsən buralara  
                       onlardan yenidən ağlarmıydın 
                       əl sallarkən o quşlara üzün gülərmiydi  
                       ananın qucağında sıcaqlığa sarılsan 
                       bilməm ana qucağında olmaq başqa  
                       öksüz bir çocuq kimi anadan uzaq 
                       buralarda yaşamaq bam-başqa. 


 
17
Firudin müəllimi – Firudin Zeynallını  ağrıdan 
dərd var idi. Bu dərd də - övlad dərdi dərdin üstünə 
gəldi. Vətən dərdi onun qaysaq bağlamamış yarası idi. 
Üz-gözündən hiss olunurdu ki, Vətən dərdi onu 
göynədir, bəzən heç özündə olmur, göylə, yerlə 
danışır. Öz dünyasına qapılaraq özünə hesabat verir, 
bəlkə  də  xəyalında Vətəndən uçub gələn quşlardan 
Vətən barədə soraq alır. Bəlkə  də erməni tapdağı 
altında qalan Vətəndəki ulularımızın ruhundan soraq 
alır. Bəlkə də qürbətdə qalan ruhların qarşısında aciz 
qalaraq özünü danlayır. Bəlkə  də qürbətdə qalan 
Vətəndən bir ovuc torpaq, bir içim su, bir udum hava 
istəyir. Hər halda bəlkələr çox şey deyir. Gümanlar 
yüz yerə gedir, iman isə birdir. Gümanlardan başımızı 
itirmişik, başımız ağrılar çəkibdir. Bu ağrılar, acılar 
içərisində başını itirmiş Firudin müəllimin başına bir 
dərd də olmazın oyun açdı. Öz ciyərparasını itirdi. 
Onun sorağını kimdən alacaq?! Onun sorağını kimdən 
soracaq?! Ciyərparasına istidirmi, soyuqdurmu, 
küləkdirmi, qardırmı, borandırmı, bütün bunların 
hamısını haradan biləcək?!  
Deyillər ki, qara torpağın üzü soyuqdur. Bu 
soyuqluq onu nə qədər yandıracaq, külə döndərəcək?! 
Bu dərd onu nazildib iynənin ucundanmı keçirəcək?! 
Heç nə bilmirəm, bircə onu bilirəm ki, bu dərd Firudin 
müəllimin  əl-ayağını toparlayıb yumağa çevirdi. Bu 
dərd Firudin müəllimi bu dünyaya gəlməyinə peşiman 
etdi. Bu dərd Firudin müəllimin anadan əmdiyi südü 
burnundan gətirdi. Bu dərd onu yandırıb-yaxdı. 


 
18
Əlindən nə gələ bilərdi?! Ümid yeri kimi sözə əl atdı, 
sözdən yapışdı, sözlə  dərdini bölüşdü. Qızının 
dünyasını  dəyişməsi ilə bağlı  şeirlər yazdı, bayatılar 
qoşdu. Onu yandıran dərddən çıxmaq yolunu sözdə 
tapdı. Firudin müəllim sözə  sığınmaqla dərdinə  əlac 
axtardı. Dərdində sözün özünü yandırmaq istədi. 
Beləcə  şeirlərini, bayatılarını düzdü, qoşdu. Onun 
şeirlərini, bayatılarını oxuyanda bir daha əmin oldum 
ki,  ən güclü, tutarlı folklor nümunələrini (bayatılar, 
laylalar) xalqın adından elə bu cür yaradıblar. Xalqın 
içərisində olan insanlardan biri, bir neçəsi yazıb-
yaradıb və bu yazılanlar  xalqın ürəyindən xəbər 
verdiyi üçün xalqın malına, sərvətinə çevrilibdir. 
Xalqın qəlbinə yaxın olanları xalqın istəyinə uyğun 
verən insanların yaradıcılığı xalq yaradıcılığı kimi 
formalaşıbdır. Bunları ona görə qeyd edirəm ki, 
Firudin müəllim də belələrindən biri kimi ürəyi yaralı 
insanların qəlbindən xəbər verən  şeirlər, bayatılar 
qoşmaqla öz sözünü deyir. Daha doğrusu, dərdini 
bölüşür. Xalqın vaxtilə  dərd, kədər mövzusunda 
yazdıqlarını  öz  sözü  ilə yeniləşdirir. Bir sözlə, dərd 
onu dilləndirir.   
                             Əzizim dağdan aşdı, 
                             Səbirim dolub daşdı. 
                             Kəmalə küsüb getdi, 
                             Mən qaldım gözü yaşlı. 
Doğrudanmı “Kəmalə küsüb getdi”?! Bunun 
əyrisini, doğrusunu yenə  də Allah yaxşı bilir. Ancaq 
onu bilirəm ki, insan insandan küsdüyü kimi, insan 


 
19
dünyadan da küsə bilir. Əgər belədirsə, bu dünyaya 
uyuşmayanlar, bu dünya ilə barışmayanlar bu 
dünyadan üz çevirə bilirlər, bu dünyadan küsüb gedə 
də bilirlər. Bu dünyadan küsüb getməyi rahat bir yol 
kimi seçirlər. Unudurlar ki, geridə qalanlar hansı ağrı 
və acılara mübtəla olur, hansı  məşəqqətlərə düçar 
olurlar. Məhz həmin ağrı, acı və məşəqqət Firudin                        
                   Zeynallını sızladır.  
                             Əzizim ağı qaldı, 
                             Gözümün ağı qaldı. 
                             Ürəyimin başında, 
                             Kəmalə dağı qaldı. 
                                      Yaxud:  
                              Eləmin bayram aşı,  
                              Dəmlənib bayram aşı. 
                              Ay qızım, ahı-naləm, 
                              Yandırar dağı-daşı. 
Firudin müəllim atadır. Balalarını sevən, 
onların qayğısını  çəkən, uğurlarına sevinən, 
uğursuzluqlarından məyus olan atadır. Başqa cür ola 
da bilməz. Başqa cür ola bilməyən atanın gözündə 
dünyanın dadı- tamı itibdir. Dünya ata üçün bir 
zindana çevrilibdir. Ata isə bu zindanda gücü heç 
nəyə çatmayan bir quldur, kölədir. Heç kəs 
fikirləşməsin ki, biz atanın dözümünü, səbrini, gücünü 
azaldırıq. Yox belə deyildir. Atanın vəziyyətini 
görürük, çəkdiyi  əzabları hiss edirik, ən başlıcası 
əlindən heç nə  gəlmədiyindən sözlə  ağladığını 
dərindən başa düşürük.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə