Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
#31002
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   26

Yerli  feodallarla  ittifaqa  girən  çar  hökuməti  digər  milli  ucqarlarda  olduğu 

kimi  Zaqafqaziyada,  o  cümlədən  Azərbaycanda  aqrar  islahatın  keçirilməsini 

qəsdən  ləngidirdi.  Rusiya  təhkimçiliyin  ləğv  edilməsi  1853-1858-ci  illərdə  Krım 

müharibəsində Rusiyanın biabırcasına məğlubiyyətindən sonra daha da labüd oldu. 

1861-ci il fevralın 19-da çar II Aleksandr Rusiyada kəndli islahatı haqqında fərman 

verdi.  60-cı  illərin  ortalarında  neft,  zəy  və  duz  mədənlərinə  təhkim  olunmuş 

kəndlilərin  məcburi  əməyi  ləğv  edildi.  Rusiyadan  9  il  sonra  çar  hökuməti 

Azərbaycanda  aqrar  islahat  keçirməyə  razı  oldu.  Azərbaycanda  kəndli  islahatının 

ə

sas qanuni sənədi 1870-ci il mayın 14-də verilən «…Əsasnamə» idi. 1870-ci il 14 



may  «Əsasnaməsi»nin  maddələri  əsas  etibarilə  aşağıdakı  üç  məsələyə:  1. 

Kəndlilərin  feodal  asılılığının  ləğv  edilməsi.  2.  Pay  torpağı.  3.Mükəlləfiyyətlər  - 

həsr  olunurdu.  Əsrin  birinci  yarısında  olduğu  kimi,  ikinci  yarısında  da  kəndlilər 

dövlət  və  sahibkar  kəndlilərinə  bölünürdülər.  Onların  70,6%-ni  dövlət  kəndliləri, 

29,4%-ni sahibkar kəndliləri təşkil edirdi. 

Rusiyada  olduğu  kimi,  islahatdan  sonra  Azərbaycanda  da  kəndlilərə  pay 

torpaqları müəyyən edilirdi. Pay torpağının sahəsi ailədə 15 yaşından yuxarı hər bir 

kişiyə 5 desyatin hesabı ilə nəzərdə tutulurdu. Qadınlar və uşaqlar nəzərə alınmırdı. 

Ailədə pay torpağının maksimum həddi 15 desyatindən artıq ola bilməzdi. 1870-ci 

il  Noyabrın  8-də  qüvvəyə  minən  1870-ci  il  14  may  «Əsasnaməsi»  Azərbaycan 

kəndlilərinin kütləvi hissəsini (70%-ni) təşkil edən dövlət kəndlilərinə deyil, azlığı 

təşkil  edən  sahibkar  kəndlilərinə  şamil  edildi.  Rusiyadan  fərqli  olaraq, 

Azərbaycanda pay torpağını satın almaq məcburi deyildi. Bundan başqa Qubada və 

Car Balakəndə bu islahatlar keçirilmədi. Bir sözlə, bu yarımçıq islahat idi. Lakin, 

bununla belə çatışmamazlıqlara baxmayaraq kəndlilərin şəxsən azad olunması, pay 

torpaqları alması, işçi qüvvəsinin yaranması kapitalist münasibətlərinin inkişafına 

şə

rait yaradırdı. 



1880-90-cı  illərdə  əkinçilikdə  maşınlardan  və  təkmilləşdirilmiş  alətlərdən 

istifadə olunmağa başlandı. Tarixən Azərbaycanda becərilən taxıl bitkiləri buğda, 

arpa, çəltik və darı idi. Zaqafqaziyadaiətehsal olunan taxılın 40%-i, çəltiyin 64%-i 

Azərbaycanın  payına  düşürdü.  Şuşa,  Quba,  Zaqatala,  Ordubad  əhalisi  ipək 

yetişdirilməsi  ilə  məşğul  olurdu.  Azərbaycanda  becərilən  texniki  bitkilərdən  ən 

gəlirlisi  pambıq  idi.  Pambıq  əkilən  sahələrin  və  məhsulun  60%-i  Azərbaycanın 

payına  düşürdü.  Pambıqla  yanaşı,  gəlirli  texniki  bitkilərdən  biri  tütün  idi.  Kür 

çayının  axarı  boyu  geniş  yayılmış  biyan  kökündən  hazırlanan  lakritsa  maddəsi 

texniki  və  müalicəvi  (sinə  xəstəliklərinin  müalicəsində  istifadə  olunurdu) 

ə

həmiyyətə malik idi. Burada bağçılığın və üzümçülüyün inkişafına maraq artırdı. 



Zaqafqaziyada  Azərbaycan  maldarlıq  sahəsində  birinci  yerdə  dayanırdı. 

Qoyun  cinslərindən  ən  çox  tərəkəmə  və  dağ  qoyunları  geniş  yayılmışdı.  Onların 

yununa Rusiya və dünya bazarlarında böyük maraq vardı. Burada ildə orta hesabla 

166 min pud yun istehsal edilirdi. Onun bir qismi yerli istehsala, qalan əksəriyyəti 

Rusiya  və  dünya  bazarına  çıxarılırdı.  Əsrin  axırında  Azərbaycanda  2,6  mln.  baş 

qoyun və keçi, 150 min baş at və milyondan artıq qara mal vardı. 

Islahatlardan  sonrakı  dövrdə  həm  dövlət,  həm  də  sahibkar  kəndlilərin 

vəziyyətində,  əslində,  yaxşılığa  doğru  elə  bir  dəyişiklik  yox  idi.  Əsasnamənin 

şə

rtlərinə  heç  də  əməl  olunmurdu.  Pay  torpaqları  1-2  bəzən  3  desyatindən  çox 




olmurdu.  Kəndlilərin  çoxusu  1847-ci  ilin  əsasnaməsi  ilə  icarədə  saxladığı 

torpaqdan da az torpağa malik idi. Kənddə ciddi sosial təbəqələşmə gedir, torpaqlar 

ə

ldən  çıxır,  borcları  verə  bilməyən  kəndlilər  müflisləşərək  muzdlu  işləməyə 



məcbur olurdu. Kənddə sinfi mübarizə güclənirdi. Mülkədarlara, çar məmurlarına 

qarşı “qaçaq” hərəkatı güclənirdi.  

 

 

46.XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda sənətkarlıq,  



ticarət, şəhərlər. 

 

Rusiyanın Azərbaycanı işğalından sonra əldə edilən rəsmi məlumatlar təsdiq 



edir ki, Şimali Azərbaycanda 8 minədək sənətkar var idi. Şəhər və kənd yerlərində 

çoxsaylı  dəriaşılama,  rəngləmə,  dulusçuluq,  yağ-pendir,  kərpic  və  s.  sexləri 

fəaliyyət göstərirdi. Bu sözlərdə dərzilər, dəmirçilər, xarratlar, zərgərlər, keramika 

ustaları,  musiqi  alətləri  hazırlayanlar  və  s.  fəaliyyət  göstərirdi.  Şəhərlərdə 

dulusçuluq, qalayçılıq,  dəmirçilik və s. sənət  növləri inkişaf  edirdi.  Lahıcda silah 

və  mis  qablar  istehsal  olunurdu.  Xalçaçılıqda  əsasən  qadın  əməyindən  istifadə 

olunurdu.  Azərbaycan  xalçalarını  heç  bir  fabrik-zavod  məmulatı  əvəz  edə 

bilməzdi. Bu sənət sahəsi şəhər və kəndlərdə geniş inkişaf tapmışdır. Təkcə quba 

qəzasında  30  min,  Yelizavetpol  quberniyasının  4  qəzasında  isə  100  minə  qədər 

qadın  xalça  toxuyurdu.  XIX  əsrin  sonunda  təkcə  Xaçmaz  stansiyasından  bir  il 

ə

rzində  300  min  manatlıq  (qızıl  pulla)  xalça  ixrac  olunmuşdu.  pəksarıma, 



ipəktoxuma,  baramaçılıq  da  inkişaf  edirdi.  Xanabadda  (Şəki)  1830-cu  ildə  20 

ipəkaçan  dəzgah  var  idi.  50-ci  illərdə  buxarla  işləyən  dəzgahların  burada 

quraşdırılması  sənayenin  manufakturadan  fabrik  mərhələsinə  qədəm  qoyması 

demək idi. 

Bakı  ətrafında  olan  kəndlərin  ərazisində  ilk  əvvəl  120-dən  artıq  neft 

quyusundan ildə 200-220 min pud neft çıxarılırdı. Bakıətrafı göllərdə narın xörək 

duzu  istehsal  olunurdu.  Azərbaycanda  sənətkarlığın  inkişafı,  yeraltı  sərvətlərin 

istehsalı  təkcə  rus  tacirlərinin  deyil,  digər  əcnəbi  tacir  və  iş  adamlarının  da 

diqqətini  çəkirdi.  Bakı  limanı  bu  işdə  mühüm  rol  oynayırdı.  Xəzər  dənizi  ilə 

Rusiya,  ran, Orta Asiya ölkələri ilə ticarət əlaqələri saxlanılırdı. Vahid ölçü, çəki 

sisteminin,  pul  vahidinin  olması  ticarətin  inkişafını  təmin  edən  amillərdən  idi. 

Ticarətin  inkişafında,  xüsusilə  kənd  təsərrüfatı  məhsullarının  satışında  Lahıcda, 

Baskalda, Altıağacda, Səlyanda, Ağdamda, Masallı-Astarada, Bərdədə, Tərtərdə və 

b. yerlərdəki həftəbazarları mühüm rol oynayırdı.  

Sənətkarlığın, ticarətin inkişafı Azərbaycanda şəhər həyatının canlanmasına 

səbəb olmuşdu. Çünki, şəhər əhalisinin xeyli hissəsini tacirlər və sənətkarlar təşkil 

edirdi.  Ölkədə  olan  sənətkarların  4  mindən  artığı  şəhərlərdə  yaşayırdı.  Şəhərlərin 

içərisində  ən  böyüyü  19  –cu  əsrin  sonlarında  100.000-dən  çox  əhalisi  olan  Bakı 

şə

həri idi. Bakı əhalisinin sürətlə artması burada neft sənayesinin inkişafı ilə bağlı 



idi. Əgər 1863-cü ildə Bakıda 14.000 əhali yaşayırdısa, artıq 1903-cü ildə 206.00 -

ə

  çatmışdı.  Azərbaycanda  Gəncə,  Şuşa,  Nuxa  və  Şamaxı  kimi  şəhərlərin  hər 



birində  20-30  mindən  artıq  adam  yaşayırdı.  Bütövlükdə  Bakı  və  Yelizavetpol 

quberniyalarındakı  şəhər  əhalisi  1897-ci  ildə  259.000-i  adlamışdı.  Şəhərlərin 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə