93
başçıları ilə görüşlər keçirərək ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi
barədə
danışıqlar apardı. O, Küveytin əmiri Cabir 93 Əhməd əs-Sabahla görüşündə Azərbaycan
dövlətinin bu ölkə ilə əlaqələrini möhkəmləndirmək əzmində olduğunu bildirdi. Fələstin
rəhbəri Yasir Ərafatla danışıqlarda bu xalqın öz müstəqilliyi uğrunda apardığı qəhrəmanlıq
mübarizəsini təqdir etdi.
Sonrakı dövrdə Heydər Əliyevin çevik siyasi-diplomatik səyləri nəticəsində İslam
ölkələri ilə əlaqələr yeni mərhələyə qədəm qoydu, İslam İnkişaf Bankı ilə münasibət
quruldu. Bu Bank 1996-cı il sentyabrın 25-də Bakıda Beynəlxalq İnvestisiya Konfransı
keçirdi. O zamandan Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq
genişlənməkdədir. Bu Bank Azərbaycanda bir sıra iqtisadi layihələrin icrası üçün yatırımlar
qoymaqla yanaşı, qaçqın müsəlman bacı-qardaşlarına maliyyə yardımları da etdi, onlar
üçün məktəb və başqa infrastrukturların tikilməsinə kömək əli uzatdı.
Azərbaycanın Rəhbəri 9 -11 dekabr 1997- ci il tarixində İslam Konfransı Təşkilatının 8-
ci Zirvə toplantısına da qatılaraq burada həm çıxış etdi, həm də bir sıra İslam ölkələrinin
liderləri ilə görüşdu. O, bütün görüş və çıxışlarında İslam ölkələri arasında əməkdaşlıq
əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırdı. Heydər Əliyev cənabları
müsəlman dünyasında həmrəylik və birliyə nail olmağı, qlobal irimiqyaslı məsələlərin
həllində çoxtərəfli əməkdaşlığı genişləndirməyi, ümummüsəlman mədəniyyətini qoruyub
saxlamağı, İslam ölkələrinin qarşılaşdığı problemlərin çözülməsində birgə çevik siyasi-
diplomatik addımlar atmağı İslam Konfransı Təşkilatının ümdə vəzifələri kimi
səciyyələndirdi.
O, son dövrlər Türkiyə,
Pakistan, İranla yanaşı, Misir, Ərəbistan, Livan, BƏƏ və
Küveyt kimi ərəb dövlətləri ilə əlaqələrin inkişafına da ardıcıl diqqət yetirirdi.
Azərbaycanın Küveytlə münasibətləri dinamik inkişaf yoluna qədəm qoymuşdur.
Heydər Əliyevin ilk dəfə 1994 cü ildə Kasablankada Küveyt Əmiri Şeyx Cabir Əhməd əs -
Sabah ilə görüşündən sonra bu ölkənin Milli Məclisi 28 may 1995-ci ildə Azərbaycan-
Küveyt dostluq qrupu yaratmışdır. Həmin ilin 20-22 sentyabrında isə Küveyt Məclisinin
sədr müavini Saleh Yusif əl-Fadallahın başçılıq etdiyi nümayəndə heyəti Bakıda olmuşdur.
Bu sayaq qarşılıqlı səfərlər nəticəsində iki ölkənin əlaqələri genişlənmişdir.
Küveytdə Beynəlxalq İslam Xeyriyyə Cəmiyyətinin nəzdində yaranmış Asiya
Müsəlmanları Komitəsinin Azərbaycandakı fəaliyyətini ayrıca qeyd etmək olar. 1995-ci ilin
sonlarında Bakıda rəsmi qeydiyyatdan keçmiş bu komitə Qarabağ münaqişəsi nəticəsində
məcburi köçkün düşən müsəlmanlara hümanitar yardım göstərir. Asiya Müsəlmanları
Komitəsi həmçinin kimsəsiz uşaqlara da himayədarlıq edir.
94
Bundan başqa, həmin təşkilat Azərbaycanda elm, maarif və mədəniyyət sahəsində də
xeyriyyəçilik fəaliyyəti göstərir.
Son vaxtlar Azərbaycan Respublikası ilə Küveyt arasında
siyasi-diplomatik əlaqələr
genişlənməkdədir, hər iki ölkədə səfirliklər fəaliyyətə başlayıb. Bütün bunlar iki müsəlman
və dost xalq arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın daha da dərinləşməsinə zəmin
yaradır.
Ümumiyyətlə, Heydər Əliyev İslam dünyası ilə münasibətlərə iki əsas yöndən baxırdı:
birincisi, Azərbaycan Respublikasının İslam ölkələri ilə siyasi-iqtisadi və mədəni-
humanitar əlaqələrinin
genişləndirilməsi; ikincisi, İslam dünyasına mənsub olan bütün ölkə
və xalqlarla münasibətlərin dərinləşməsi, onlar arasında birlik və həmrəyliyin
möhkəmləndirilməsi.
Azərbaycan Rəhbəri bunun üçün həm ayrı-ayrı İslam ölkələri arasında
ikitərəfli və
regional əməkdaşlığın genişləndirilməsini, həm də onların beynəlxalq səviyyədə vahid
mövqe nümayiş etdirməklə müsəlmanların mənafelərinin qorunmasını zəruri sayırdı.
Azərbaycanın dövlət başçısı İslam dünyasının gələcəyi barədə daha çox düşünürdü.
Zəngin tarixi keçmişə, elmi və mədəni mirasa malik olan İslam ölkələrinin müasir tarixi
dönəmdə qarşılaşdıqları ictimai-siyasi və sosial-iqtisadi problemlər, onların öz suveren
hüquqları və müstəqillikləri yolunda apardıqları mübarizə bu
müdrik siyasətçinin diqqət
mərkəzində dayanırdı. Onu daha çox İslam dünyasının ümumbəşər inkişaf karvanına
qoşulması yolları qayğılandırırdı.
95
Heydər Əliyev hər bir görüşündə İslam ölkələrinin perspektivini, müasir dünya ilə
ayaqlaşmaq istəklərini dilə gətirir və ən başlıcası, gələcəyə inamla, ümidlə baxırdı. O, bu
məsələdə yenə İslamın əsil qaynaqlarına və Qurani-Kərimin hikmətinə əsaslanaraq
söyləyirdi ki, biz Allahın yolu ilə, Qurani-Kərimin və Peyğəmbər əleyhissəlamın
tövsiyəsinə uyğun işıqlı bir gələcəyə doğru gedirik.
Azərbaycanın Ümummilli Lideri ölkəsini qabaqcıl İslam mərkəzi kimi görmək istəyirdi.
O, sovetlər dönəmində burada islamşünaslığın unudulmasını təəssüf
hissi ilə qeyd edərək
həmin sahənin yenidən dirçəlməsini arzulayırdı. Azərbaycan Respublikasında Qafqazın
mötəbər bir islamşünaslıq mərkəzinin yaranmasını ictimaiyyətin İslam baxımından
maariflənməsi, xalqın milli-mənəvi köklərinə qayıdışı və bu ölkənin bir örnəyə çevrilməsi
üçün çox vacib sayırdı.
"Azərbaycan Avropa ilə Asiya, Qərb sivilizasiyası ilə Şərq sivilizasiyası arasında bir
körpüdür".
Bu sözləri söyləyən Heydər Əliyev cənabları öz ölkəsi üçün nümunəvi bir inkişaf
modeli haqqında düşünürdü.
Avropanın texnoloji, iqtisadi-sosial tərəqqisi ilə ayaqlaşmaq,
lakin öz milli-mənəvi
simasını saxlamaq, islamlaşmaq, milliləşmək və yeniləşmək, yəni üçrəngli Azərbaycan
bayrağındakı simvollara uyğun orta bir seçim-Azərbaycan rəhbərinin öz xalqına tövsiyə
etdiyi və həyata keçməsi üçün misilsiz xidmətlər
göstərdiyi ölkəni, cəmiyyəti belə
səciyyələndirmək olar. Dediklərimizdən də yəqin