Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix01.07.2018
ölçüsü2,7 Mb.
#53040
1   2   3   4   5   6   7   8   9   ...   24

 
21 
 
 
 
Ümummilli Lideri ölkənin islamla münasibətini düzgün və sağlam müstəvidə  həll 
etməyə girişdi. Bununla bağlı bir neçə məqamı ümumiləşdirmək olar: 
       
     1.    İslam Azərbaycan xalqının dini etiqadı olmaqla milli mədəniyyətinin 
            tərkib hissəsidir. 
2.   Din cəmiyyətin milli, əxlaqi və mənəvi bütövlüyünün önəmli amili kimi 
çıxış edir. 
3.   Müasir dövrdə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsinə 
ehtiyac duyulur. 
4.   Dinlər və xalqlar arasında anlaşma və dialoq yeni beynəlxalq şəraitin 
əsas tələblərindən biridir. 
 
Ümumiyyətlə, islam Azərbaycan xalqının çox önəmli və zəngin milli-mənəvi atributu sayılırdı və 
bu ölkənin beynəlxalq aləmdə gerçək siyasi, iqtisadi müstəqilliyini qoruması, öz milli simasını  və 
varlığını saxlaması üçün həmin zəngin xəzinəyə müraciət etməsi lazım gəlirdi. Heydər Əliyev bütün 
işlərdə olduğu kimi, burada da, həm məsələnin nəzəri cəhətlərini bilən, onu düzgün həyati məcraya 
istiqamətləndirən rəhbər, həm də onun icra mexanizmini tənzimləyən praktik bir dövlət xadimi kimi 
fəaliyyət göstərdi. Prezident dəfələrlə din xadimləri və ruhanilərlə göruşdü, məscid və ziyarətgahlara 
baş çəkdi, bütün dini mərasim və bayramlarda xalqa müraciət etdi, bir sıra mərasimlərdə özü iştirak 
etməklə camaatla və möminlərlə ünsiyyətə girdi. O, dini məsələlərə özünəxas bir maraqla, həssaslıqla 
yanaşırdı, hadisələrin seyirçisi yox, fəal iştirakçısı olaraq onun əsas istiqamətlərini müəyyənləşdirirdi. 
O, dinin, daha 
  
 
doğrusu, İslamın müasir Azərbaycan cəmiyyətində tutduğu yeri açıb 22 göstərmək, məqsəd 
və məramını lüzumsuz yad ideoloji cərəyanların, qeyri-ənənəvi dini firqələrin və missioner 


 
22 
təşkilatların pozucu fəaliyyəti və  təxribatlarının qarşısını almaq üçün ölkədə dini işləri 
tənzimləmək, dövlət-din, müasirlik-din münasibətlərini sağlam bir müstəvidə qurmaq üçün 
müdrik addımlar atdı.  İslam mənəvi cəhətdən sağlam insanların və sağlam cəmiyyətin 
qaynağıdır. Sağlam cəmiyyət isə güclü və sarsılmaz dövlətçiliyin  əsas sütunudur. Sağlam 
cəmiyyəti və güclü dövləti olan xalq bütün problemləri həll etməyə, öz işıqlı  gələcəyini 
qurmağa, müasir dünyanın inkişaf və tərəqqi karvanına qoşulmağa qadirdir. 
  


 
23 
I BÖLÜM 
 
 
 
 
SSRİ-NİN SÜQUTU,  
ATEİZMİN İFLASI VƏ YENİDƏN İSLAMA QAYIDIŞ 
 
 
 
 
 
 
 
 
 
 
 
Dinimizin yasaq edildiyi sovet dönəmində hər bir etiqadlı azərbaycanlı 
onu öz qəlbində gizlincə yaşatmışdır. 
İndi isə müstəqil Azərbaycan Respublikası, 
İslama etiqad edən azərbaycanlılar müsəlman aləminin və 
ümmətinin tərkib hissəsidir. 
 
 
 
 
 
HEYDƏR ƏLİYEV 
 
  
 
  
 
 


 
24 


 
25 
 
Sovet  İttifaqı dağılan kimi bu nəhəng kommunist imperiyasının ideoloji dayaqları, o 
cümlədən ateizm təbliğatı  dərhal iflasa uğradı  və onun sərt buxovlarından azad olan 
müsəlman respublikalarında yeni əlamətdar dövr-xalqların öz kökünə, eləcə də, öz dininə 
qayıdış dövrü, dalğası başlandı. Uzun illər idi ki, bu ölkələrdə müsəlman xalqları doğma 
dinindən uzaq salınmış, onlara zorla allahsızlıq, inamsızlıq təlqin edilir, insanlar yad 
mənəvi dəyərlər ruhunda tərbiyə edilirdilər. Lakin bütün bunlar xalqların dinə bağlılığını 
tam halda sarsıda, aradan qaldıra bilmirdi. Hədsiz təzyiqlərə sinə  gərənlər dini hisslərini 
ürəklərində yaşadır, dini mərasimləri gizli icra edirdilər. Siyasi-ideoloji iqlimin kəskin 
yeniləşməsi, müstəqillik  əldə edilməsi iqtisadiyyatdan tutmuş  mənəviyyatacan bütün 
sahələrdə  əsaslı  dəyişikliklər doğurdu, tarixi yaddaşına, dini-əxlaqi dəyərlərinə qayıdış 
xalqların özlərini yenidən tanımasına və  dərk etməsinə, bununla bağlı  şəkildə  həyatlarını 
ruhlarına uyğun təməl üzərində qurmasına imkan yaratdı. Lakin bütün bu yenidənqurma 
prosesi geniş, vüsətli olduğu qədər də çətin, mürəkkəb idi. Odur ki, həmin meyilləri düzgün 
anlamaq və istiqamətləndirmək zəruri idi. 
 
Bunları  ağılla tənzimləməyin nə  qədər vacib olduğunu Azərbaycanın timsalında 
xüsusilə  yəqin etmək mümkündür. Azərbaycan müstəqilliyə qovuşmuşdu, burada, bayaq 
dediyimiz, ictimai-ideoloji dəyişikliklər özünü göstərmiş, yeni sosial-mənəvi  əlamətlər 
formalaşmışdı. Lakin həmin proseslər  əvvəllər burada daha ağır, daha çətin getmişdir. 
Respublikanın idarə olunmasında açıq-aşkar siyasi iradə  və  səriştəlilik çatışmır, nəticədə, 
ölkə sürətlə qarışıqlığa, xaosa doğru 
  


 
26 
 sürüklənirdi. 90-cı illərin  əvvəlində Azərbaycan dərin sosial-iqtisadi və    mənəvi böhran 
içində idi. Bu ağır vəziyyətin yaranmasına  əlavə amillər də ciddi təsir göstərmişdi. Başı 
bəlalar çəkmiş ölkə qonşuları tərəfindən yenə də (neçənçi dəfə!) ərazi iddiaları ilə üzləşmiş, 
müharibəyə cəlb olunmuş və torpaqlarının 20 faizini itirmişdi. Bir milyon azərbaycanlı öz 
doğma yurd-yuvasından didərgin düşmüş, ümüdsizlik, hərc-mərclik cəmiyyəti caş-baş 
qoymuşdu. 
 
Real vəziyyət belə acınacaqlı idi. Azərbaycanı bu bəlalardan, bu böhrandan çıxartmaq, 
özünə inam hissini, sabaha ümidini xalqa qaytarmaq lazım idi. Qarşıda duran, həlli vacib 
olan başlıca vəzifə bundan ibarət idi. Əks halda, xalq bir daha bu qədər həsrətlə gözlədiyi 
və sevinclə qarşıladığı müstəqilliyini itirə, bu dəfə ölkə tamamilə parcalana və dağıdıla 
bilərdi. 
 
Belə dözülməz şəraitdə hakimiyyətə Heydər Əliyev yenidən qayıtdı. Azərbaycanda bu 
qayıdışı cox düzgün səciyyələndirdilər: O, xalqın istəyi və  tələbi ilə hakimiyyətə qayıtdı! 
Bu isə o demək idi ki, Azərbaycanın bu fenomenal şəxsiyyətə  kəskin ehtiyaçı var idi, 
zaman özü onu intixab etmişdi. 
 
Heydər Əliyev sovet dövrünün ən təcrübəli, nüfuzlu dövlət xadimlərindən idi və Sovet 
hakimiyyət iyerarxiyasında zəngin təcrübə toplamışdı. O, kommunist-ateist ideologiyasının 
mahiyyət və məramını dərindən bilir, uzun illər Azərbaycana rəhbərlik etmiş və öz ölkəsini 
də, xalqını da yaxından tanıyırdı. Heydər Əliyev xeyli müddət SSRİ kimi nəhəng ölkənin 
başçılarından olmuşdu. Odur ki, Müstəqil Dövlətlər Birliyi məkanında da onun böyük 
hörməti və nüfuzu var idi. XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi bu nadir siyasi 
xadimi bütün dünya tanıyırdı, böyük siyasətçilər və ölkə başçıları ilə onun tanışlığı və şəxsi 
əlaqələri var idi. Respublikanı dünyanın yeniləşən geosiyasi mənzərəsinə  cıxartmaq və 
tanıtmaq üçün bu amil də mühüm əhəmiyyət kəsb edirdi. Nəhayət, bir cəhəti də  nəzərə 
almaq lazımdır ki, Heydər  Əliyev, yalnız keçmişdəki böyük xidmətləri,  əvvəlki siyasi 
təcrübəsi ilə seçilən dövlət xadimi deyildi, onda həm də yenilik hissi, müasirlik duyğusu 
çox qüvvətli idi. O, həmişə bu keyfiyyəti ilə  də tanınmışdı. Elə onda da zamanın sürətlə 
dəyişilən ritmini həssaslıqla duydu, nəbzini vaxtında tutdu və qətiyyətli, müdrik addımlar 
atdı. 1990-cı il yanvarın 20-də Sovet qoşunları Bakıya hücum çəkib  əliyalın, günahsız 
insanları kütləvi  şəkildə  qətlə yetirəndə  çəkinmədən Sovet dövlətini və Kommunist 
Partiyasını  kəskin  şəkildə ittiham etməsi bütün dünyada əks-səda doğurdu. Onda Heydər 
Əliyevin Dövlət Təhlükəsizlik Orqanları tərəfindən nəzarətdə saxlandığını da yada salsaq, 
bu addımın onun üçün nə qədər təhlükəli olduğunu təsəvvür etmək olar. Lakin artıq heç bir 
təhdid-qorxu bu cəsarətli rəhbərin xalqının ağır vəziyyətində onunla bir səngərə girmək 
qərarının qarşısını ala bilməzdi. Bundan sonra Heydər  Əliyev vətəni Naxçıvana gəlir, 
blokada 
  


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə