Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix01.07.2018
ölçüsü2,7 Mb.
#53040
1   2   3   4   5   6   7   8   9   ...   24

 
17 
 
Heydər  Əliyev cənabları öz güclü xarizmatik xarakteri, mətanət və  əzmkarlığı, möhkəm 
iradə və şəxsiyyət bütövlüyü ilə seçilən nadir dövlət xadimlərindən olub. Hələ 1984-cü ildə 
Fransanın "Fiqaro" qəzeti SSRİ-dəki iqtisadi-siyasi böhranı araşdıran geniş bir təhlilində bu 
ölkəni idarə edə biləcək liderlər arasında Heydər Əliyevin adını önə çəkərək qeyd edirdi ki, 
onun SSRİ-yə  rəhbərlik etməsinə Kreml razılıq verməz, çünki o, müsəlman Azərbaycan 
Respublikasındandır. 
 
Məlum olduğu kimi, nəhəng Sovet imperiyasının ideologiyasında sosialist şüarlarla 
yanaşı ateist təbliğat da xüsusi yer tuturdu və bu ideologiya əsas gücünü islamla 
mübarizəyə sərf edirdi. Heydər Əliyev həmin təbliğatın mahiyyət və hədəflərini yaxından 
izləyən və anlayan müsəlman Azərbaycan xalqının nümayəndəsi olaraq onun psixoloji 
ağırlığını öz içərisində yaşadan canlı bir şahiddir. 1990-cı ildə baş verən 20 Yanvar 
faciəsindən dərhal sonra sovet ordusunun Azərbaycan xalqına divan tutmasına etiraz edən 
və Kommunist Partiyasından istefa verən Heydər  Əliyev müstəqil Azərbaycana rəhbərlik 
etdiyi ilk ildə müqəddəs Mədinə və Məkkəni ziyarət etdi. Bunu isə, sadəcə, böyük bir siyasi 
xadimin, zəngin təcrübəsi olan dövlət adamının ömrünün ahıl çağında öz köklərinə qayıdışı 
kimi dəyərləndirməklə kifayətlənmək olmaz, bu eyni zamanda, Allahın hikməti və 
həqiqətin təntənəsi idi. 
 
70 il SSRİ-nin hərbi-siyasi və təbliğat maşını ilə dondurulmuş ateizmin nəhəng buz dağı 
Haqqın bir anlıq ilıq nəfəsi ilə əriyib yox oldu. Allahın lütfü Heydər Əliyevin qəlbində kök 
salmışdı və tale onu bu ehsandan məhrum etmədi. O, 
  
  


 
18 
 
1997-ci ildə  Mədinə  şəhərindəki Peyğəmbər məscidinin  şərəf kitabına yazdığı ürək 
sözlərində öz duyğularını belə ifadə etmişdi: 
 
"Allaha şükür olsun ki, uzun illər qəlbimdə yaşayan arzuma, niyyətimə nail oldum. Bu    
tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissi yaratdı, Allahın böyüklüyünü dərk 
etdim!" 
 
Bu sözlər Allahın qüdrət və hikmətinin təsdiqi kimi səslənir. Allah sevdiyi bəndələrinə 
iman bəxş edər, səbr edənlərə müjdə verər, insanların qəlbində olanları bilər, istədiyi 
bəndəsinə isə hikmət, elm və mərifət bağışlayar. Qurani-Kərimin əl-Bəqərə surəsinin 284-
cü ayəsində deyilir: 
 
"Göylərdə  və Yerdə  nə varsa, hamısı Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə 
çıxarsanız da, çıxarmasanız da Allah onunla müvafiq sizinlə haqq-hesab çəkər. Allah 
istədiyini bağışlayar, istədiyinə də əzab verər. O, hər şeyə qadirdir'. 
 
Həmin surənin 269-cu ayəsində isə belə deyilir: 
 
"Allah istədiyi  şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş 
edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu, ancaq ağıllı adamlar dərk edər". 
 
Heydər  Əliyev Azərbaycanın
 
müstəqilliyinin ilk illərində hakimiyyətə qayıdarkən bu 
müsəlman ölkəsi öz tarixinin mürəkkəb, çətin və ağır illərini yaşayırdı. Qafqazın əsas ölkəsi 
sayılan, öz zəngin enerji qaynaqları, coğrafi-siyasi  
  
  


 
19 
 
mövqeyi və insan potensialı ilə seçilən bu gənc respublika aşağıdakı ciddi böhranlarla 
üzləşmişdi: xarici təcavüz və Qarabağ münaqişəsi, köhnə siyasi-ideoloji sistemin dağılması 
ilə ölkə daxilində hakimiyyət boşluğu və  hərc-mərclik meyilləri, cəmiyyətin psixoloji 
durumunda müşahidə edilən ümidsizlik, inamsızlıq və çaşqınlıq,  əxlaqi-mənəvi mühitdə 
baş verən qeyri-müəyyənlik, insanlarda və  cəmiyyətdə özünəgüvənmə hisslərinin 
zəifləməsi. Belə bir məqamda, həm öz siyasi təcrübəsi və intellekti ilə xarici amillərin 
təsirini zəiflətməyə və neytrallaşdırmağa qadir olan, ölkədaxili ixtilafları və hərc-mərcliyi 
cilovlaya bilən qüdrətli dövlət xadimi, həm də  cəmiyyətin inamını özünə qaytarmağı, 
burada Milli-mənəvi birlik mühiti yaratmağı bacaran müdrik el ağsaqqalına ehtiyac vardı. 
Heydər  Əliyev, məhz ağır böhran şəraitində bütün lazımi siyasi, ictimai və  mənəvi 
keyfiyyətləri özündə birləşdirən bütöv bir şəxsiyyət kimi Azərbaycan xalqının qabağına 
çıxaraq bütün sahələr üzrə düşünülmüş məntiqi ardıcıllıqla gərgin fəaliyyətə başladı. 
 
Azərbaycan Respublikası Qafqaz məntəqəsində Avropa ilə Asiyanın, Qərb ilə  Şərq 
mədəniyyətinin kəsişdiyi bir bölgədə yerləşdiyindən, beynəlxalq güc mərkəzlərinin və 
yaxın qonşuların maraq dairəsində olduğundan burada ölçülüb-biçilmiş və balanslı siyasət 
yürütmək lazım gəlirdi. 
 
Yeni dünya düzənindəki vəziyyəti nəzərə alaraq, həm Qərb və Avropa ilə, həm də 
Rusiya, Yaxın Şərq və Asiya ölkələri ilə əlaqələr yaradan Azərbaycan rəhbəri ölkənin İslam 
dünyasının bir parçası olmasına xüsusi önəm verirdi. Uzun müddət Sovet Kommunist 
sistemində fəaliyyət göstərən Heydər Əliyev Şərq mentalitetini və Şərq dəyərlərini yaşadan, 
milli-mənəvi keyfiyyətlərə böyük  
  
  


 
20 
 
əhəmiyyət verən, eyni zamanda, müasir dünyada baş verən proseslərin nəbzini tutmaqla 
praqmatiq gerçəkliyi dərindən dərk edən bir şəxsiyyət idi. O, Azərbaycanı düçar olduğu 
ağır böhrandan çıxarmaq üçün balanslaşdırılmış siyasi gedişlər etməklə yanaşı, sovetlərdən 
sonra cəmiyyətin öz milli-mənəvi köklərinə qayıdışı üçün mühüm addımlar atdı. Ölkədə 
dini-mənəvi dəyərlərə və İslama münasibətin nəzəri əsaslarını irəli sürməklə yanaşı, onların 
təşəkkülü və inkişafı üçün əməli işlər görməyə başladı. Digər bir tərəfdən, Azərbaycan ilə 
Şərq ölkələri, xüsusilə  ərəb və  İslam dünyası arasında çoxsahəli  əlaqələrin qurulması, 
genişlənməsi və möhkəmlənməsi üçün ictimai-siyasi, elmi-mədəni və  mənəvi zəmin 
hazırladı. 
 
Ümumiyyətlə, yeni tarixi şəraitdə Azərbaycanın qarşılaşdığı böhranlardan çıxaraq 
özünə güvənməsi üçün ümummilli dirçəliş konsepsiyasına böyük ehtiyac var idi. Bu 
ideologiya, həm milli adət-ənənələrə  və dini-mənəvi dəyərlərə söykənməli, həm də 
Azərbaycanın çağdaş dünyaya qovuşmasını  təmin etməli idi. Deməli, təzəcə müstəqilliyə 
qədəm qoyan ölkə dünyada gedən demokratiya, inkişaf və qloballaşma prosesindən geridə 
qalmamalı, həm milli mədəniyyətini və simasını, mənəvi özəlliyini yaşatmalı, həm də başqa 
mədəniyyət və dinlərlə dözümlülük şəraitində münasibət qurmalı idi. Bu olduqca çətin və 
həssas məsələnin düzgün həlli üçün düşünülmüş  və ölçülüb-biçilmiş addımlar atılması 
tarixi zərurət kimi qarşıya qoyulmuşdu. Sovet ideologiyasının sürətlə çökməsindən sonra, 
Azərbaycan xalqının yenidən öz milli-mənəvi dəyərlərinə qayıdışı təbii bir prosesə çevrildi 
və burada İslam xüsusi bir yer tutdu. Ona görə Azərbaycanın 
  
  


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə