Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə10/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   6   7   8   9   10   11   12   13   ...   63

~ 31 ~
incəsənət” adı ilə Azərbaycan Sovet Yazıçıları İttifaqının, Azərbay-
can SSR Kinematoqrafiya Nazirliyinin və Azərbaycan SSR Nazirlər 
Soveti yanında İncəsənət İşləri İdarəsinin orqanı kimi öz vəzifəsini 
şərəflə yerinə yetirərək  ədəbi və  mədəni həyatımızın güzgüsünə 
çevrildi. Azərbaycan mədəniyyətinin,  ədəbiyyat və incəsənətinin 
tarixində elə bir mühüm hadisə göstərmək olmaz ki, bu qəzetin sə-
hifələrində öz əksini tapmasın. 
1934-cü ildə  “Ədəbiyyat qəzeti”nin cəmi 19, 1935-ci ildə 29, 
1936-cı ildə isə 35 nömrəsi çap edilib. İlk dövrdə qəzet on gündən bir 
nəşr olunduğu halda, 1935-ci ildən etibarən altı gündən bir çıxmağa 
başladı. Bununla da 1959-cu il yanvarın 31-də qəzetin 1000-ci, 1968-
ci il dekabrın 8-də 1500-cü, 1982-ci il mayın 21-də 2000-ci sayı 
çapdan çıxdı. 1934-1966-cı illərdə  qəzet dörd səhifə olduğu halda
1967-ci il yanvarın 7-dən 1976-cı il yanvarın 24-dək on altı səhifədə 
kiçik və 1976-cı il yanvarın 31-dən səkkiz səhifədə böyük formatda 
çap olundu. O zaman ədəbi tənqid də nəzəriyyə sahəsində fəal çalışan 
Ə.Nazim, H.Zeynallı, M.K.Ələkbərli, S.Mümtaz, A.Musaxanlı, 
Ə.Abid, B.Çobanzadə,  İ.Xəlil, M.Rəfili, M.Arif, Ə.Ə.Səidzadə, 
Ə.Şərif, M.Rzaquluzadə,  Ə.Sultanlı,  Ə.Hidayət və digərləri yazdıq-
ları bir sıra prinsipial tənqidi məqalələri, Ü.Hacıbəyovun, Q.Qaraye-
vin, F.Əmirovun Azərbaycan musiqisinə dair qiymətli mülahizələri 
məhz bu qəzetin səhifələrində çap olunub. 
Sovetlər dönəmində Azərbaycanda qəzetlərlə bərabər, müxtə-
lif səpkidə jurnalların nəşri də geniş vüsət almışdı. Sovet hakimiy-
yətinin ilk illərində çap olunan jurnallar sırasında “Füqəra füyuzatı” 
(1920-1921), “Xalq maarifi” (1920), “Yeni yıldız” (1921-1922), 
“Azərbaycan Ali İqtisadi  Şurasının  Əxbarı” (1921-1924), “Koope-
rativ işi” (1921-1925), “Gələcək” (1922) və başqalarının adını çək-
mək olar. Bu jurnallarda ictimai həyatın müxtəlif sahələri ilə bağlı 
bir çox məqamlar öz əksini tapsa da, müntəzəm olaraq ədəbi-bədii, 
elmi və əxlaqi-tərbiyəvi mövzularda yazıların nəşr edildiyi, irihəcm-
li, ictimai-siyasi və elmi jurnala ehtiyac hiss olunurdu. Odur ki, 
Azərbaycan SSR Xalq Komissarları Şurasının sədri Nəriman Nəri-
manov, Maarif komissarı Mustafa Quliyev və komissar müavini 
Tağı Şahbazi (Simurq), maarif xadimləri və ədiblər müstəqil ədəbi 


~ 32 ~
jurnal yaratmaq təşəbbüsünü irəli sürdülər. Azərbaycan Xalq Maarif 
Komissarlığı 1922-ci ilin oktyabr ayının 14-də olan iclasında res-
publikada maarif işçilərinə, müəllimlərə kömək etmək, ədəbiyyatın, 
elmin, incəsənətin inkişafına yardım göstərmək məqsədi ilə “Maa-
rif” adlı aylıq jurnalın nəşr olunmasını qərara aldı. 
Beləliklə də, 1923-cü il yanvarın 28-də xalqımızın fikir tərcü-
manı və Azərbaycan Sovet Yazıçıları İttifaqının orqanı “Azərbaycan” 
jurnalının sələfi olan “Maarif və mədəniyyət” jurnalının birinci nöm-
rəsi çapdan çıxdı. Jurnalın birinci nömrəsində “Bir-iki söz” adlı re-
daksiya məqaləsində etiraf edilirdi ki, vətəndaş müharibəsindən son-
rakı ağır illərin bütün çətinliklərinə baxmayaraq, yeni jurnalın mey-
dana gəlməsi bir zərurət idi. İndi respublikamızın sərhədlərindən xey-
li uzaqlarda məşhur olan “Azərbaycan” jurnalı müxtəlif dövrlərdə
müxtəlif adlar altında 1923-1927-ci illərdə “Maarif və mədəniyyət”, 
1928-ci ilin yanvarından 1936-cı ilin mayınadək “İnqilab və  mədə-
niyyət”, 1936-cı ilin iyunundan 1941-ci ilin mayınadək “Revolyusiya 
və kultura”, 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək “Vətən 
uğrunda”, 1946-cı ilin may-iyunundan 1952-ci ilin dekabrınadək 
yenə  də  “İnqilab və  mədəniyyət” adı ilə  nəşr edilib. “Azərbaycan” 
adını jurnal 1953-cü ilin yanvarından daşımağa başlayıb. 
“Maarif və mədəniyyət” adını daşıdığı dövrdə jurnalın redakto-
ru 1923-1924-cü illərdə Tağı  Şahbazi Simurq, 1924-1927-ci illərdə 
Cəlil Məmmədquluzadə, 1927-1928-ci illərdə Ruhulla Axundov 
olub. 1928-ci ildən “İnqilab və  Mədəniyyət” adlanan jurnalda 
R.Axundovdan sonra Mustafa Quliyev (1929-1932), Müseyib Şahba-
zov (1932-1933), Hacıbaba Nəzərli (1933-1934), Məmməd Kazım 
Ələkbərli (1934-1936) redaktor kimi çalışıblar. Jurnal “Revolyusiya 
və kultura” adı ilə çap olunduğu illərdə M.K.Ələkbərli (1936-1937) 
və Mirzə İbrahimov (1938-1941), “Vətən uğrunda” adlandığı dövrdə 
1941-1946-cı illərdə isə Məmməd Arif redaktor səlahiyyətlərini icra 
edib. II Dünya müharibəsi başa çatdıqdan sonra jurnalın əvvəlki adı 
yenidən özünə qaytarıldı. Jurnal “Azərbaycan” adlandığı 1953-cü 
ildən isə Ə.Vəliyev, Ə.Əbülhəsən, Ə.Cəmil, Q.Musayev, C.Məmmə-
dov və başqaları redaktor vəzifəsində çalışıblar. Jurnalın hər nömrəsi 
təsdiq edir ki, o hansı adla çıxmasından asılı olmayaraq, həmişə öz 


~ 33 ~
vəzifəsini şərəflə yerinə yetirməyə çalışıb, ədəbi və mədəni həyatımı-
zın salnaməsi olub. (Yeni Azərbaycan.- 2010.- 22 iyul.- S.5-7.) 
Hazırda Azərbaycanda 200-dən artıq qəzet, 100-ə yaxın jurnal, 
50-dən çox televiziya və radio kanalı, onlarla mətbuat yayımı şirkəti 
və jurnalist təşkilatı fəaliyyət göstərir. İnternetin sürətli inkişafı çox-
saylı informasiya resurslarının yaranmasına səbəb olmuş, ölkə əhalisi 
arasında internet yayımı 75 faizə çatmış, sosial şəbəkə istifadəçilə-
rinin sayı 2 milyona yaxınlaşmışdır. 2008-ci ildə  təsdiq olunmuş 
“Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inki-
şafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq milli mətbuatın 
müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin 
təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mət-
buat arasında səmərəli  əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin 
peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşı-
laşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl təd-
birlər davam etdirilir. 
 
 
 
 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə