Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə11/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   7   8   9   10   11   12   13   14   ...   63

~ 34 ~
II FƏSİL 
ŞUŞALI ZİYALILARIN MİLLİ MƏTBUATIN  
İNKİŞAFINDA ROLU 
Odlar yurdunun qədim mədəniyyət beşiklərindən olan Qara-
bağ  və onun gözəl guşəsi  Şuşa torpağı  bəşər sivilizasiyasma kori-
feylər bəxş etmişdir. XX əsrin ilk yarısında maarifçi qüvvələrin mo-
nolit cəbhəsi formalaşmış, müxtəlif milli-mədəni problemlər həll 
olunmuşdur. 
"İrşad" qəzeti 1905-1908-ci illərdə Bakıda çıxmışdır. Müdir və 
imtiyaz sahibi şuşalı Əһməd bəy Ağayev (Ağaoğlu) idi. 1908-ci ildə 
müvəqqəti redaktoru M.Ə.Rəsulzadə olmuşdur. A."İrşad"ın  ən fəal 
əməkdaşlarından idi. Burada işlədiyi müddətdə 100-ə yaxın publisis-
tik məqalə, "Ordan-burdan" ümumi başlığı altında 200-dən çox felye-
ton və satirik miniatür yazmış, "İrşad"-ın felyetonçusu kimi şöhrət 
tapmışdı. "İrşad"-ın nəşri iki dəfə dayandırılmışdı: 1907-ci ildə mü-
vəqqəti, 1908-ci ildə isə həmişəlik. Hər ikisinin "günahkarı" Üzeyir 
bəy Hacıbəyov olmuşdur. Birinci dəfə "Stolıpinin xəyalı" felyetonu-
na, ikinci dəfə isə çar һökumətinin "İvan" obrazı ilə ciddi məsxərə 
olunduğu "Nağıl" felyetonuna görə. 
"İrşad" qəzetinin  ədalət yolunda müdafiəsinə çalışacağı digər 
zümrə və sinfə  gəlincə,  Ə.Ağayev bildirirdi ki, "saniyən, müsəlman 
fəhlələrinin, kəsbü-sənət və ziraətkarların haqlarını, ixtiyarlarını  və 
nəflərini gözləyib müdafiə edəcəğiz". Müəllif "İrşad"ın bu məsələ ilə 
bağlı mövqeyini belə izah edirdi: "Əsl millət bunlardan (yəni sənət-
karlar, fəhlə və kəndlilərdən - A.B.) ibarətdir. Bunlar nərəyə gedərsə, 
millət də oraya gedər, bunlar nə istərsə, millət də onu istər. Bunlardır 
aləmləri dolandıran. Kassaları, xəzinələri milyonlar ilə dolduran. 
Bunların alınlarının tərləri və  əllərinin qabarlarıdır". (Bu fikirlər 
Süleyman Sani Axundovun "Qonaqlıq" hekayəsində "Cəmiyyətin sü-
tununu kimlər təşkil edir?" sualına tapılan (verilən) cavabı yada salır. 


~ 35 ~
İslam ümməti kimi müsəlman fəhlələrinin də avam, hüquqsuz 
və köməksiz, arxasız olduğunu nəzərə alan qəzetin məqsədi onların 
gözünün açılması, haqlarının və hüquqlarının başa salınması, məna-
felərinin müdafiəsi yolunda əlindən gələni edib, güclərinin birləş-
dirilməsinə nail olmaq idi. 
"İştə bizim ümdə qəsdlərimizdən birisi də bizim fəhlə, kəsbü 
sənətkarlarımızın gözünü açıb qəflət uyqusundan oyadıb öz gücləri-
ni, zorlarını, qüvvələrini özlərinə andırmaqdır. Bizim cümlə milləti-
mizin oyanması, dirilməsi bu fəhlənin, kəsbü sənətü ziraətkarların 
oyanmasına və dirilməsinə bağlıdır". 
Ə.Ağayev diqqətə onu da çatdırırdı ki, qarşıda duran bu və ya 
digər taleyüklü məqsədə çatmağın əsas şərtlərindən birini də bizim 
qonşu xalqlar, o cümlədən ermənilər ilə sülh və əmin-amanlıq şərai-
tində yaşayıb azadlıq və tərəqqi naminə gücümüzü birləşdirməkdən 
ibarətdir. O, hər iki xalqın bir-biri ilə olan milli xüsumət və davası-
nı, bu üzdən Qafqazın xarabazara çevrilməsini həm ermənilər, həm 
də azərbaycanlılar üçün zərərli hal hesab edirdi. Ona görə bildirirdi 
ki, "iştə bu mülahizələr üçün qəzetəmiz ələddəvam Qafqazyada sa-
kin taifələri sülh və müsəlimatə, ittihad və ittifaqa dəvət edəcəkdir, 
ta ki birlik və yeganəlik ilə ümumi vətənimiz Qafqazın səadət və 
nikbəxtliyinə çalışaq". 
Göründüyü kimi, "İrşad"ın tutduğu yol illər, əsrlər boyu ətalət və 
cəhalət cəngində qalıb digər xalqlar yanında və istismar altında xar və 
zəlil olan Qafqaz müsəlmanlarının (Azərbaycan türklərinin) tərəqqisi, 
elm və  mədəniyyət, haqq, ədalət mərtəbəsinə yüksəlib, öz hüquq və 
azadlığına, işıqlı sabahına qovuşmasına nail olmaqdır. Bunun üçün o
Azərbaycan ziyalı, fəhlə, kəndli və  sənətkarlarını  mədəni tərəqqi və 
şüuru inkişafa, cəhalətə və istismar dünyasına, müstəmləkəçiliyə qarşı 
təşkilatlanmağa, öz güclərini birləşdirməyə, digər xalqlarla dostluq və 
əmin-amanlıq şəraitində ünsiyyət qurmağa səsləyirdi. 
Qəzet bu yolda daha çox ziyalıların, elm və mərifət sahiblərinin, 
fəhlə, kəndli və sənətkarların gücünə arxalanır, ümid bəsləyirdi. Ancaq 
həmin mövqe sosialistlərin və bolşeviklərin mübarizə üsullarından 
fərqlənirdi;  əgər bolşeviklər ancaq zəhmətkeş siniflərin, daha dəqiq 


~ 36 ~
desək, fəhlə və kəndlilərin - proletarların azadlığını tanıyır və bu amal 
uğrunda kapitalist və mülkədarlığın ləğvini özlərinə baş  məqsəd 
alırdılarsa, "İrşad" xalqın geniş kütləsini təşkil edən fəhlə, sənətkar və 
kəndlilərin gücünü milli ziyalı zümrəsinin vətəndaşlıq səyləri ilə 
birləşdirib bütövlükdə millətin, islamiyyətin nicatına çalışırdı. 
Bu nöqtədə  "İrşad" nicatı ancaq məhəbbətdə, türk və islam 
xalqlarının küll halında tərəqqisində görən və buna çalışan füyuzat-
çılardan da fərqlənirdi. Daha dəqiq desək, füyuzatçılar hər  şeyi – 
milli nicatı, azadlıq və istiqlaliyyəti ümumi təkamüldə, mənəvi-əx-
laqi saflaşmada, ümumtürk və islam birliyində görüb, ancaq bu ne-
mətlərə sahib olmağı əsas götürmüşdülərsə, irşadçılar bütün bunlar-
la yanaşı, həm də aktiv siyasi və hüquqi mübarizə  tərəfdarı idilər. 
Bu yolla Ə.Ağayevlə birgə  "İrşad" və "Tərəqqi" səhifələrində 
M.Ə.Rəsulzadə, N.Nərimanov, Ü.Hacıbəyov və b. milli vətənpərvər 
ziyalı ədib və mütəfəkkirlər qələm işlətdilər. Onlar ancaq sinfi yox
milli və dini dirilik, azadlıq uğrunda çalışırdılar. Təsadüfi deyil ki, 
Ə.Ağayev "İrşad"ın birinci nömrəsində dərc etdiyi "İslam və hürriy-
yət" məqaləsində islamla azadlığın, müsəlmanlıqla hürriyyət uğrun-
da mübarizənin bir araya sığmadığını iddia edənlərə qəti etirazla is-
lamın öz yaranışından cəbrə, zülm və haqsızlığa qarşı barışmaz 
mövqe tutmaqla kollektiv idarəçiliyə, söz, fikir və vicdan azadlığına 
əsaslandığını, ona görə də əvvəlki dövrlərdə sürətlə tərəqqi etdiyini, 
lakin sonralar idarəçilikdə və baxışlarda baş verən əyinti, aşınma və 
qərəz ucbatında hər şeyin dağılmağa, islamın isə tənəzzülə üz qoy-
mağa başladığını tutarlı dəlil və mühakimələrlə əsaslandırıb. 
"İrşad"ın tutduğu yol "Tərəqqi", "Həqiqət" (Ü.Hacıbəyovun 
redaktorluğu dövründə), "Azərbaycan" və digər mətbu orqanlarda 
davam və inkişaf etdirildi, qabaqcıl milli ictimaiyyət tərəfindən təq-
dir olundu. 
"Həyat" qəzeti nəşrə 1905-ci il iyunun 7-də başladı. “Həyat”ın 
fəaliyyətə başladığı ilk iki ayda - iyun və iyul aylarında Bakıdakı sə-
naye müəssisələrinin dörddəüç hissəsini tətil bürüdü. Çar quruluşu 
idarəsinin zəifləməsindən istifadə edən Tiflis və Bakıda özlərinin 
siyasi mərkəzlərini yaratmış Daşnaksütun Partiyasının üzvləri və 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə