Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə16/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   12   13   14   15   16   17   18   19   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



34

Xoca [Mövlana] qazı və Xoca Hüseynin qardaşı Uzun Həsən elçi ola-

raq [Sultan Əhməd Mirzəyə] göndərildi. Söyləyəcəkləri söz bu idi: «Bu 

vilayətə onsuz da onun adamlarından biri təyin ediləcək. Mən onun həm öz 

adamı, həm də övladıyım. Bu iş  mənə verilsə, məsələ daha yaxşı  və daha 

asan həll edilmiş olar». 

Sultan Əhməd Mirzə az danışan, sadə və həlim adam idi. Hər hansı bir 

sözü, ya da işi bəylərinin fikrini öyrənmədən həll etməzdi.  Bəyləri mənim 

bu sözlərimi dinləmədilər və qaba bir şəkildə qarşılıq verərək üstümə  gəl-

məyə davam etdilər. Tanrı  təala öz kamil qüdrətilə  hər işimi hər zaman

kimsəyə minnət etmədən və layiq olduğu şəkildə həll etdiyi üçün bu dəfə  də 

onların önünə bir neçə maneə  çıxardı. Onlar da bundan usandılar, peşman 

olub arzularına çatmadan geri qayıtdılar. 

Bu maneələrdən biri budur: Kubanın bataqlı bir qara çayı var və onu 

körpü dışında başqa yerdən keçmək mümkün deyil. Çoxlu əsgər (l7 a) bir 

yerə gəlib bu körpüdə yığışdığı üçün bir çox at və dəvə bu qara çaya düşə-

rək boğuldu. Bunlar üç-dörd il əvvəl Çir çayının keçidində də belə bir məğ-

lubiyyətə uğramışdılar. Bu dəfə də o məğlubiyyəti xatırlayan əsgərlər vahi-

məyə düşdülər. Bir də o zaman elə bir at epidemiyası oldu ki, atlar ilxılarla 

qırılmağa başladı. Bir də bizim əsgərimizi və xalqı bir-birinə çox bağlı  və 

əzmli gördülər, son nəfəslərinə və qüvvələrinə qədər mübarizə aparacaqları-

nı başa düşdülər. Axırda məcbur qalıb Əndicana bir ağac məsafədən Dərviş 

Məhəmməd Tarxanı göndərdilər. İçəridən Həsən Yaqub çıxdı, namazgah ci-

varında sülhə bənzər bir şey bağlayıb çəkildilər.  

Xocənd çayının  şimal tərəfindən gələn Sultan Mahmud xan Axsini 

mühasirəyə aldı. [Baburun kiçık qardaşı] Cahangir Mirzə, eşik ağası  Şeyx 

Abdullah və  bəylərdən  Əli Dərviş  bəy, Mirzəqulu Göyəldaş, Məhəmməd 

Bakir bəy Axsidəydi. Veys Lağari və Mir Qiyas Tağayi də orada idi, lakin 

onlar digər bəylərdən  şübhələnərək Veys Lağarinin vilayəti olan Kasana 

getdilər. Veys Lağari Nasir Mirzənin bəy-atəkəsiydi və bu buna görə də Na-

sir Mirzə Kasanda idi. [Sultan Mahmud] xan Axsi civarına gələndə bu bəy-

lər xanın tərəfinə (17 b) keçərək Kasanı təslim etdilər. Mir Qiyas xanın xid-

mətində qaldı. Veys Lağari isə Nasir Mirzəni Sultan Əhməd Mirzəyə apardı 

və Məhəmməd Məzid Tarxana təhvil verdi. 

Sultan Mahmud xan Axsi yaxınlarına gəlib bir neçə  dəfə  müharibə  

etsə də, heç bir şey əldə edə bilmədi. Axsidəki bəylər və igidlər böyük cəsa-

rət göstərdilər. O əsnada Sultan Mahmud xan xəstələndi, zatən müharibədən 

də bezmişdi, odur ki, öz vilayətinə qayıtdı. 

Əba Bəkr Duğlat Kaşğari heç kimə boyun əymədən neçə illərdi ki 

Kaşğarın və Xotənin hakimi idi. O da vilayət almaq həvəsinə düşdü, Özgənd 

yaxınlarına gəlib kurqan qurdu və vilayətdə qarışıqlıq çıxarmağa başladı. 

Xoca [Mövlana] qazıya və bütün bəylərə Kaşğarini dəf etmək tapşırıldı. On-




BABURNAMƏ 

 

35



lar yaxınlaşanda Kaşğari bu qoşunun qabağıda dura bilməyəcəyini başa düş-

dü və araya Xoca qazını vasitəçi kimi qoyaraq min bir hiylə ilə qurtuldu. 

Belə böyük hadisələr baş verən zaman Ömər  Şeyx Mirzədən qalan 

bəylər və igidlər hər şeyə qatlanaraq cəsarətlə hərəkət elədilər. Ömər Şeyx 

Mirzənin anası [Şah] Sultan bəyim, Cahangir Mirzə, hərəmdəkilər və bəylər 

Axsidən Əndicana gəldilər. Matəm mərasimini yerinə yetirərək kasıb-kusu-

ba və miskinlərə sədəqə payladılar. (18 a) 

Bu ağır və önəmli işlərdən sonra qoşunun və vilayətin qaydaya salın-

ması, idarəsi və nizamı ilə məşğul olduq. Əndicanın idarəsinə və eşik ixti-

yarlığına Həsən Yaqubun təyin edilməsi qərara alındı. Oşa Qasım Koçin, 

Axsiyə  və  Mərginana Uzun Həsən və  Əli Dost Tağayi təyin edildi. Ömər 

Şeyx Mirzənin digər bəy və igidlərinin hər birinin mövqeyinə uyğun bir vi-

layət, yer, müçə və çərgə

1

 verildi, vəzifələri müəyyənləşdirildi. 



 

SULTAN ƏHMƏD MİRZƏ 

 

Sultan Əhməd Mirzə geri qayıdanda iki-üç mənzildən sonra xəstələnib 



qızıl qızdırmaya tutuldu. Ura-Təpə  tərəflərində, Ağ-Suya gəldiyi  əsnada, 

899-cu ilin şəvval ayının ortalarında (=1494 iyul) qırx dörd yaşında bu fani 

dünyaya vida etdi. 

Doğumu və  nəsəbi:  Sultan  Əbu Səid Mirzənin taxta çıxdığı il, yəni 

855-ci ildə (=1451/2) doğuldu. Sultan Əbu Səid Mirzənin oğullarının ən bö-

yüyü idi. Anası Orda Buğa Tarxanın qızı  və  Dərviş  Məhəmməd Tarxanın 

böyük bacısı və Mirzənin mötəbər arvadı idi. 



Xarici görkəmi:  uzun boylu, qalın saqqallı, qırmızı üzlü və kök bir 

adamdı. Saqqalı yalnız çənəsində vardı, iki yanağı tüksüz idi. (18 b) Söhbəti 

çox xoşdu. Sarığını zamanın adətinə görə çar-piç sarıyır və ucunu da bir 

azca qabağa, qaşının üstünə sallayırdı. 



Əxlaqı və xasiyyəti: hənəfi məzhəbindən, təmiz etiqadlı bir adam idi. 

Beş rükət namazını qılır və içdiyi zamanlarda da namazını buraxmazdı. Xo-

ca Übeydullah həzrətlərinin müridi idi. Hər zaman, xüsusilə xocanın söhbət-

lərində fövqəladə tərbiyəli idi. Dediklərinə görə, xocanın məclisində heç bir 

zaman dizini diziylə dəyişdirməmişdir. Bir dəfə xoca həzrətlərinin söhbətin-

də, adətinin tərsinə, ayağını dəyişdirərək oturmuşdu. Mirzə qalxdıqdan son-

ra xoca həzrətlərinin əmriylə oturduğu yerə baxmışlar, orada bir sümük var-

mış.  


Təhsil almamışdı, ümmi idi. Şəhərdə böyüdüyü halda, sadə  və  bəsit 

geyinirdi. Şeirdən nəsibi yox idi. Adildi. Xoca həzrətlərinin də hər işdə əli 

vardı, önəmli məsələlər  əksər hallarda şəriət yoluyla həll edilirdi. Heç bir 

zaman verdiyi sözün və dediyinin tərsinə  hərəkət etməzdi. Cəsur idi. Hər-

                                                           

1

 Müçə "rütbə" və çərgə "dərəcə" sözlərinin açıqlaması üçün bax: Qeydlər və izahlar. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə