Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə175/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   171   172   173   174   175   176   177   178   ...   189

BABURNAMƏ 

 

387



bir keçidin olduğunu bildirdilər. Gəmicilərdən bir-ikisinə Sultan Cüneyd

Mahmud xan və Qazı Ciyanm adamlarıyla birlikdə gedib keçidi araşdırma-

ları, əgər keçid tapılrsa, o keçiddən keçmələri əmr edildi. Benqalların Həldi 

keçidinə də adam təyin etmək təklif olundu. Mahmud xan Nuhaninin Sikən-

dər-purdakı şikdarının ərzi-halı gəldi: Həldi keçidində əlli qədər gəmi topla-

yıb gəmiçilər tutduğunu, lakin gəmiçilərin benqalların gələcəyi xəbərindən 

fövqəladə qorxduqlarını bildirirdi. 

Saru çayından keçid axtarmağa vaxt qalmadığı üçün keçid aramağa 

gedən adamları gözləmədən şənbə günü bəyləri məşvərətə çağırıb belə de-

dim: «Saru çayının keçidləri Sikəndərpur Çetürmükdən Ud və Behrayicə qə-

dər hər yerdə vardır. Beləcə oturmaqdansa, iri bir hərbi hissə ayıraq və bu 

hissə  (371 a) Heldi keçidindən gəmilərlə keçərək düşmən üstünə yürüsün. 

Bunlar yetişincəyə qədər Ustad Əliqulu ilə Mustafa top-tüfəng, zərbzən və 

frəngiylə savaşaraq düşmənin başını qatsın. Bu arada biz də Qanq çayını ke-

çərək Ustad Əliquluya köməkçilər verib hazırlıqlı olaq. Keçiddən keçən his-

sə yaxınlaşanda biz də buradan savaşa qoşularaq. Məhəmməd Zaman Mirzə 

və o tərəfə təyin olunanlar isə Qanq çayının Behar tərəfində Mustafanın ya-

nında savaşsınlar». 

Buna qərar verib Qanqın şimalındakı əsgəri dörd qitəyə ayrılaraq Əs-

gərinin komandanlığında Heldi keçidinə göndərdik: bir qitə  Əsgərinin ko-

mandanlığında olub onun öz nökərlərindən ibarətdi, bir qitə Sultan Cəlaləd-

din Şərqi, bir qitə özbək sultanlarından Qasım Hüseyn Sultan, Bixub Sultan, 

Tan-Atmış Sultan, Mahmud xan Nuhani Qazipuri, Kuki Baba-Qaşqa, Tol-

muş Özbək, Qurban Çərxi və Hüseyn xanın [Dəryaxani] idarəsində olan 

dəryaxanilərdən, bir qitə  də Musa Sultan [Məruf Fərmüli], Sultan Cüneyd 

və təxminən iyirmi min qədər Cunpur adamından ibarət idi.  

Həmin bazar gecəsi  (371 b)  əsgəri sövq etmək üçün çavuşlar təyin 

edildi. Bazar sabahı da əsgər Qanqdan keçməyə başladı. Mən ilk pasta gə-

miylə çayı keçdim. Üç pəhər olanda iss keçid aramağa gedən adamlar geri 

gəldilər, keçid tapa bilməmişdilər. Gəmilərə və qitələrə yolda rast gəlmişlər.  

Çərşənbə axşamı günü suyu keçdiyimiz yerdən qalxıb savaş meydanı 

olan suların birləşdiyi yerə bir küruh qala düşərgə qurduq. Özüm gedib Us-

tad Əliqulunın firəngi və zərbzən atmasını seyr etdim. O gün Ustad Əliqulu 

firəngi daşıyla iki gəmini vurub batırdı. Digər tərəfdən Mustafa da firəngi 

daşıyla iki gəmini vurub suya qərq etdi. Böyük topu savaş  səfinə götürüb 

yerini düzəltmək üçün Molla Qulam ilə çavuş, yasavul və seçmə igidlərdən 

bir dəstəni ona köməkçi olaraq verdikdən sonra dönüb ordugahın qarşısında 

bir adada məcun yedik. Məcun yedikdən sonra gəmini çadıra yaxınlaşdıra-

raq gəmidə uyudum. 

O axşam qəribə bir hadisə oldu. Gecənin üçüncü pasına yaxın gəmidə 

savaş nərələri atıldı, gurultu çıxdı. Çöhrələrdən hər kəs gəminin bir ağacını 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



388

alıb bir-birinə «Vur! vur!» deyə bağrışırdu. Fərmayiş gəmisi mənim uyudu-

ğum Asayiş gəmisinin yanındaydı. (372 a) Mühafizlərdən biri də orada idi. 

Yuxudan gözünü açıb baxanda bir adamın Asayiş gəmisinə dırmanaraq çıx-

mağa təşəbbüs etdiyini görür və özünü onun üzərinə atır. Suya dalıb təkrar 

çıxdıqlarında adam mühafizin başına qılıncla vurur və bir az yaralayır. Son-

ra özü suya doğru qaçır. Gurultu bu üzdən qopmuşdu. Münirdən gəldiyimiz 

gecə də bir-iki mühafiz gəminin yaxınlığıında bir neçə hindi qovaraq bir-iki 

qılınc və bir xəncərlərini gətirmişdilər. Tanrı təala saxladı. 

Əgər tiği-aləm becünbəd zi ca, 

Nəbürrəd rəgi tu nəxahəd xuda.  

Qılınc dünyanı yerindən oynada bilsə də,  

Allahın izni olmadan, bir damar belə kəsməz. 

Ertəsi çərşənbə günü Güncayiş gəmisinə minib daş atılan yerin bir az 

yaxınına getdim və hər gəmiyə ayrı-ayrı vəzifələr müəyyən etdim. 

Uğanverdi Moğolun komandanlığında minə yaxın igid hər hansı bir 

şəkildə suyu keçmək üçün iki-üç küruh daha yuxarıya göndərilmişdi. Bunlar 

gedərkən  Əsgərinin ordugahının qarşısındakı benqallar iyirmi-otuza qədər 

gəmiylə suyu keçərək izdihamlı bir piyada qrupu halında hücum etmək is-

təyirlər. Bunlar da onların üzərinə atla saldırıb qaçırır, bir neçəsinı  yaxala-

yıb başlarını kəsir, bir çoxunu da oxla vurur, yeddi-səkkiz gəmini ələ keçi-

rirlər. 


Həmin gün benqallar Məhəmməd Zaman Mirzə olan tərəfdən də bir 

neçə gəmiylə suyu keçərək (372b) savaşmaq istəyirlər. Mirzə də öz tərəfin-

dən sıxışdıraraq benqalları qaçırır və üç gəminin adamları suda boğulur. Bir 

gəmini ələ keçirib mənim hüzuruma gətirdi. Orada Baba Çöhrə yaxşı vuru-

şub şücaət göstərir. 

Onların ələ keçirdiyi yeddi-səkkiz gəmini gecə qaranlıqda yuxarı çə-

kib daha öncə keçmələrinə  qərar verilmiş olan Məhəmməd Sultan, Yekə 

Xoca, Yunus Əli, Uğanverdi ilə adamlarının bu gəmilərlə keçmələri haqqın-

da Uğanverdiyə əmrlər verdim. 

O gün Əsgəridən bir adam gəlib hamısının suyu keçdiklərini və ertəsi 

günü sabah tezdən -ki cümə axşamı günü olur- düşmənin üzərinə gedəcək-

lərini bildirdi. Bu keçənlərin də  Əsgəriyə qoşularaq düşmən üzərinə yürü-

mələri əmr edildi. 

Günorta üstü Ustadın yanından bir adam gəlib daşın hazır olduğunu 

bildirdi. O daşı atmasını və mən gəlincəyə qədər bir daş daha hazırlamasını 

əmr etdim. İkindi üstü kiçık benqal qayığına minib topların yerləşdirildiyi 

yerə getdim. Ustad Əliqulu böyük bir daş və bir neçə firəngi atdı. 

Benqallar atəş atmaqla məşhurdu. Bu dəfə yaxşı  təcrübə etdik: onlar 

bir yeri nişan alıb atmır, rastgələ atırlar. 

İkindi çağı Saru çayıyla onların qarşılarından bir neçə  gəmini çəkib 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə