Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə176/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   172   173   174   175   176   177   178   179   ...   189

BABURNAMƏ 

 

389



keçirmələrini əmr etdim. Gəmini çəkən adamlar heç çəkinmədən (373 a) və 

saxlanmadan bir neçə  gəmini çəkib keçirdilər.  İsən Teymur Sultan, Toxta 

Buğa Sultan, Baba Sultan, Arayiş xan və  Şeyx Gürənə  gəmilərin keçdiyi 

yerdə qalaraq gəmini qorumalarını əmr etdim. 

Oradan dönüb ilk pasda ordugaha gəldim. Gecə yarısına yaxın bir sa-

atda yuxarıya çəkilən gəmilərdən «Qitələr daha irəliyə getdilər. Gəmini çə-

kirdik ki, benqallar gəmilərin bizim tərəfimızdən çəkildiyini duyaraq savaş-

mağa girişdilər. Bir gəmiçinin ayağına daş dəydi, ayağı qırıldı, keçə bilmə-

dik» xəbəri gəldi. 

Cümə axşamı sabahı sipərdəkilərdən də «Yuxarıdakıların hamısı gəldi. 

Düşmənin atlıları atlara minərək bizim gəlməkdə olan qitələrimizə qarşı hə-

rəkətə keçdilər» xəbəri gəldi. Dərhal ata minərək axşamüstü suyun bu tərə-

finə keçirdiyimiz gəmilərə  gəldim. Məhəmməd Sultan Mirzə komandanlı-

ğında suyu keçmələri qərarlaşdırılan birliklərə  dərhal suyu keçib Əsgəriyə 

qoşulmaları üçün adam yolladım. İsən Teymur Sultan ilə Toxta Buğa Sultan 

bu gəmilərdə idi, keçməyə başlamalarını  əmr etdim. Baba Sultan isə təyin 

edildiyi yerə hələ gəlməmişdi. 

İsən Teymur Sultan dərhal bir gəmiyə minib otuza qırx qədər adamıy-

la birlikdə atlarını (373 b) gəminin yanında yedəkdə tutaraq keçdi. Bunların 

arxasından təkrar bir gəmi yola çıxdı. Bunların keçdiklərini görən benqallar-

dan izdihamlı bir piyada taqımı üstlərinə yürüdü. İsən Teymur Sultanın yed-

di-səkkiz adamı atlara minərək bu piyadaların qarşısına gedib Sultan ata 

minincəyə qədər qılınc-qılınca savaşaraq piyadaları başqa tərəfə çəkdi. İsən 

Teymur Sultan da ata mindi. İkinci gəmi də keçdi. Otuz-otuz beş atlı adamla 

izdihamlı piyadalara qarşı mücadilə edərək onları tamamən məğlub etdi. 

Çox yaxşı iş gördü. İlk öncə çevik və qətiyyətli davranaraq hər kəsdən öncə 

keçdi, sonra da izdihamlı piyadaların üstünə az adamla yaxşı yürüyüb onları 

məğlubiyyətə uğratdı. 

Toxta Buğa Sultan da keçdi və digərləri də arxa-arxaya keçməyə baş-

ladı. Lahorlu və hindistanlılar öz üsullarına görə, kimisi dəstəklə, kimisi də 

qamış dəmətiylə keçməyə başladılar. 

Bunu görən sipər qarşısındakı izdihamlı benqal gəmiləri də suyun aşa-

ğısına doğru qaçmağa başladı. Dərviş Məhəmməd Sarban, Dost eşik-ağa və 

digər bəzi igidlər sipərin qarşısından keçdilər. Sultanlara adam göndərərək 

keçənləri yığıb o tərəfdəki qitəyə yaxınlaşınca yanlardan yürüyüb düşmənə 

(374 a) hücum etmələrini söylədim. Sultanlar da keçənləri özlərinə qataraq 

düşmən tərəfinə üç-dörd topa halında hərəkət etdilər. 

Bunlar yaxınlaşınca düşmən piyadaları qabağa keçirib səfini pozma-

dan yürüməyə başladı. Əsgəriylə birlikdə yürümələri qərarlaşdırılan qitədən 

olan Kuki adamlarıyla birlikdə gəlib yetişdi. O tərəfdən Kuki, bu tərəfdən də 

sultanlar yetişərək hücum edir və düşməni vurub pozurlar. 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



390

Kukinin adamları Bəsənt Rav adlı mötəbər bir kafiri ələ keçirib başını 

kəsirlər. Bəsənt Ravın on-on beş adamı bunların üzərinə atılır və onları da 

kəsirlər. 

Toxta Buğa Sultan isə düşmənin ön tərəfindən gedib qılınc çəkərək 

yaxşı vuruşur. Moğol Əbdülvəhhab ilə kiçık qardaşı də düşmənlə qılınc qı-

lınca gəlirlər. Moğol suyu bilmədiyi halda özü zirehli və atı yedəkdə olaraq 

keçir. 


Mənim gəmilərim geridəydi. Gəmilərə adam göndərdim. Fərmayiş gə-

misi bir az irəli gəldi.  Fərmayiş  gəmisinə minib suyu keçərək benqalların 

düşərgəsini gəzdikdən sonraGüncayiş  gəmisinə minib çayın yuxarı qismi 

haqqında bilgi aldım. 

Mir Məhəmməd Caleban Saru çayının bir az yuxarısının keçmək üçün 

daha yaxşı olduğunu bildirdi. Onun söylədiyi yerdən əsgərin keçməyə başla-

ması əmr edildi. Məhəmməd Sultan Mirzə komandanlığında olanlara keçmə 

(374 b) əmri verilmişdi. Suyu keçərkən Yekə Xocanın gəmisi batdı və özü 

də Allahın rəhmətinə qovuşdu. Adamlarını və vilayətini kiçık qardaşı Qasım 

Xocaya ehsan etdim. 

Günorta üstü qüsl əsnasında sultanlar gəldi. Özlərini yaxşı qarşılayıb 

təvəccühüm barədə ümid verdim. Əsgəri də o sırada gəldi. Bu, Əsgərinin sa-

vaş meydanında ilk işi idi. Uğurlu oldu. O axşam ordugah hələ  təzə yerə 

nəql edilməmiş olduğu üçün bir adada Güncayiş gəmisində uyudum. 

Cümə günü Saru çayının şimalında Xaride tabe olan Nirhün pərgənə-

sinin Kündbə adlı kəndinə endik. Bazar günü isə Kuki adamlarıyla birlikdə 

xəbər bilmək üçün Hacipura göndərildi.  

Keçən il gələndə böyük etibar göstərərək Sarən vilayətini vermiş oldu-

ğumuz Şah Məhəmməd Məruf bir neçə yaxşı hərəkətdə bulundu. Öz atasıyla 

iki dəfə çarpışaraq onu məğlub və əsir etmişdi. Sultan Mahmud [Ludi] xain-

lik edərək Beharı  zəbt edəndə Bibən ilə  Şeyx Bəyazid üzərinə yürüyüncə 

məcburən onlara qoşulmuşdu. O günlərdə  də neçə  dəfə  ərzi-halı  gəlmişdi. 

Xalq arasında onun haqqında qarışıq sözlər söylənirdi.  Əsgəri Heldi keçi-

dindən keçər-keçməz, adamlarıyla birlikdə  gəlib  Əsgərini  (375a) gördü və 

onunla birlikdə benqalların üstünə yürüdü. Bu yurdda ikən də gəlib bizə mü-

lazimət etdi. 

O günlərdə  Şeyx Bəyazid ilə Bibəndən arxa-arxaya xəbərlər gəlird: 

onlar Saru çayını keçmək niyyətində imişlər. 

Bu zaman Sənbəldən qəribə bir xəbər gəldi. Əli Yusif [Riqabdar] Sən-

bəldə qalıb, oranı yaxşıca ələ keçirib nizama salmışdı. Özü və yaxın adamı 

olan bir təbib eyni gündə Allahın rəhmətinə qovuşmuşlar. Sənbəlin zəbt və 

rəbti üçün Abdullahın [Kitabdar] oraya getməsinə qərar verildi. Cümə günü

ramazan ayının beşində [=13 may] Sənbələ getməsi üçün Abdullaha izin ve-

rildi. 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə