Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə184/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   181   182   183   184   185   186   187   188   189

BABURNAMƏ 

 

407



Eşik ağa: vəzifəsi dəqiq bilinməyən ünvan.

 Teymurilər sarayında mühüm 

bir məmuriyyət.

 Ehtimal ki, təşrifatçı, hacib, seremonmeyster, 

kamergerdir.  

Eşik ixtiyarı: səlahiyyət dairəsi dəqiq bilinməyən bir ünvan. Saraydan k-

ənardakı bütün işlərə baxan adamın ünvanı olmalıdır.  



Eşşək yükü:  mətndə xarvar və ya xərvar olaraq keçən bu ağırlıq ölçüsü-

nün dəyəri dəqiq müəyyən deyil. 80 kilo ilə 300 kilo arasında dəyişir. Xal-

var sözü də bu sözdən olmalıdır. 

Eytvar: bazar günü; Hindistanda həftənin günlərindən birinin adı. 

Əbülqasım Babur: Baysunqur Mirzənin oğlu,  Şahruxun nəvəsi. Vəfatı: 

861 = 1459-cu il. 



Ədədlər/saylar: Hindistanda:  

 

1 lek = 100.000.  



  100 lek = 1 kürur və ya 10.000.000. 

  100 kürur = 1 ərb və ya 1.000.000.000.  

 100 

ərb = 1 kərb və ya 100.000.000.000.  



 100 

kərb = 1 nil və ya 100.000.000.000.000.  

  100 nil = 1 pədəm və ya 100.000.000.000.000.000.  

 

100 pədəm = 1 sanq və ya 100.000.000.000.000.000.000.   



Əfqanlar: adları ilk dəfə XI əsr tarixçisi Məhəmməd Ütbinin “Tarixi-

Ütbi” əsərində çəkilir. Əsər Mahmud Qəznəviyə ithaf edilmişdir. 



Əhməd xan: Baburun “Kiçik xan”, “Alaca xan” adlandırdığı dayısı. 909-

cu ildə (1505) Kaşğarda ölmüşdür. 



Əkə: böyük qardaş və ya bacı.  

Əlik: barmaq; yan-yana düzülmüş altı arpa boyunda uzunluq ölçüsü. 

Əməl: musiqi əsəri növü. 

Əmlük:  Kabilin bir bölgəsində olub digər yerlərdə olmayan bir meyvə. 

Türklər ona "qara yemiş" deyirlər.  



Əndəxud: Şimali Əfqanıstanda şəhər. İndi xarabalıqları qalır. 

Əndican: Özbəkistanda vilayət mərkəzi. IX əsrdən bilinir. 

Ərb: Hindistanda işlənən bir say. l ərb = 100 kürur. Bax: lek. 

Ərəfə: zilhiccə ayının 9-u. Zəvvarların Ərəfat dağına gəldikləri gün. 

Ərk: qala, içqla, bürc, daxili qala, qala içində qala. Ətrafı divarlarla əhatə 

olunan, əksərən yüksəkdə və divarla təkrar hörülmüş qala. Hökmdarın və ya 

həmin yerin ən böyük amirinin sarayı və mühafizlərinin olduğu məkan. 

Əsar: Hindistanda yay fəslinin sonuncu ayı. Bax: ay.  

Əsəs: gecə qarovulu.  

Əshabi-fil: fil sahibləri. Həbəşistan kralı Nəcaşi Əshamə tərəfindən Yə-

mənə hökmdar təyin edilən Əbrəhə bin Səbbah ül-Əşrəm və ordusu fil sa-

hibləridir. Ziyarətçiləri Kəbə yerinə öz bölgəsinə  çəkmək istəyən  Əbrəhə 

Sənada Qülleys deyilən bir kilsə tikdirir. Kinanə qəbiləsindən bir adam isə 

bir gecə bu kilisəyə təcavüz və həqarətdə bulunur. Bundan qəzəblənən Əb-



Zəhirəddin Məhəmməd BABUR  

 

 



408

rəhə Kəbəni yıxmağa and içir və ordusuyla birlikdə Məkkəyə gəlir. Yanında 

ən qüvvətlisi Mahmud adını daşıyan bir sürü fil varmış. Əbrəhə bu fillərlə 

Kəbəyə doğru getmək istədikdə heyvanlar diz çöküb hərəkətsiz qalır, başqa 

səmtlərə yönəldildikdə isə qaçaraq gedirdilər. Allah Əbrəhənin ordusunun 

və fillərinin təpəsinə sürülərlə quşlar göndərib hamısını öldürdü. Hz. Mə-

həmməd bu hadisənin baş verdiyi il içində doğulduğu üçün bu ilə "fil ili" adı 

verilmişdir.  



Əşəreyi-mübəşşirə: cənnətlik olduqlan sağlıqlarında özlərinə peyğəmbə-

rimiz tərəfindən müjdələnən on adam: hz. Əbubəkr, hz. Ömər, hz. Osman, 

hz. Əli, hz. Talha, hz. Zübeyr, Əbdürrəhman bin Övf, Əbu Übeydə bin Cər-

rah, Səid bin Zeyd, Səd bin Əbu Vəqqas. 



Əşrəfi: altın sikkələrə verilən ümumi ad.   

Əvrad: vird sözünün cəmidir, oxunması adət halına gələn dualar. 

Fagün: Hindistanda qış mövsümünün dördüncü ayı. 

Fatihə: Quranın ilk surəsi, yeddi ayədən ibarətdir. 

Fülus: mis pul, bir təngənin dörddə biri. Maaşlar və bəxşişlər fülusla ifa-

də edilirdi. 



Geri: hindcə: ghari. Hindistanda zaman ölçüsü. 

Geriyal: müəyyən fasilələrlə bürünc bir lövhəyə vurmaqla saatın bildiril-

məsi. Bu işlə xüsusi bir kasta məşğul olurmuş.  



Gəmilərin adları: Baburun öz gəmilərinə verdiyi adlar bunlardır:  

 Asayiş – rahatlıq, sakitlik.  

 Arayiş – bəzək.  

 Gündəiş – tutumluluq.  

  Fərmayiş – əmr, fərman.

 

Gicək: simli musiqi aləti, skripkanın bir növü. 



Gili-məxdum: zəhərlənməyə qarşı dərman kimi işlənən bir cür torpaq. 

Göy saray: Səmərqəndin ən məşhur saraylarından biri. 

Göyəldaş: süd qardaşı, süd bacısı. Bəzi alimlərin fikrincə, könüldaş sö-

zündən yaranmışdır. 



Gümüş çəki daşı: = 250 misqal = 0,5 sir = təxminən 10,25 kiloqram. 

Gürgən cədvəli: 847-ci ildə (=1444) Uluğ bəyin rəhbərliyi altında Rumi 

Qazızadə, Qiyasəddin Cəmşid və Əli Quşçunun iştirakı ilə tərtib edilmişdir. 

Uluğ bəyin şərəfinə onun titulu ilə (Gürgən) adlandırılmışdır. 

Havaq: bir aşırım. Hündürlüyü 3.800 metrdir.  

Herat: Heri-rud çayının sahilində yerləşən qədim şəhər. Teymurilər döv-

ründə böyük mədəniyyət mərkəzi olmuşdur. 



Heydər Mirzə: Məhəmməd Heydər Mirzə Gürgan Duğlat (vəfatı: 958 = 

1551). «Tarixi-Rəşidi» adlı xatirə kitabının müəllifi, Baburun silahdaşı  və 

xalası oğludur. 

Heyət/elmi-heyət/nücum: astronomiya deməkdir.

  




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə