Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə185/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   181   182   183   184   185   186   187   188   189

BABURNAMƏ 

 

409



Həbəş padşah: əsl adı Şəmsəddin Müzəffərdir. 1494-97-ci illərdə padşah 

olmuşdur. 



Həftənin günləri: Hindistanda bunlardır:  

Şənbə = saniçer.  

Bazar = eytvar.   

Bazar ertəsi = somvar.  

Çərşənbə axşamı = manqalvar.  

Çərşənbə = budvar.  

Cümə axşamı = prispatvar.  

Cümə = sükrvarə  



Hənəfilik: islamın dörd qolundan biri. Əsası  Əbu Hənifə (vəfatı: 150= 

767-ci il) tərəfindən qoyulmuşdur. 



Hidayə: islam fiqhinin hənəfi qolu üzrə klassik məcmuə. Onu Bürhanəd-

din Əli ibn Əbubəkr əl-Fərqani əl-Mərginani əl-Riştani (vəfatı: 593 = 1197) 

tərtib etmişdir. 

Hindal: Baburun oğlu, 925-ci ildə (=1519) anadan olmuş, 958-ci ildə (= 

1551) ölmüşdür. 



Hinduquş: Himalayın qolları. 

Hövzü-kəbir: çarbağ içində tikilən hovuz.  

Huna: bir geyik növü, dişisinə ceyran, erkəyinə huna deyilir. 

Hülakü xan:(654-668=1256-1265).Hülakülər adlanan sülalənin banisi.   

Hüma: Hümayun, Feniks, əfsanəvi quş.  İnama görə, onun qanadlarının 

kölgəsi kimin üstünə düşsə, o, xoşbəxt olarmış.  



Hürmüz: İranın cənubunda kiçik bir ada. 

Xalçı/xilçi: 839-cu ildən (=1435) Malvidə hökm sürmüş bir sülalə. 

Xandəmir Qiyasəddin ibn Hümaməddin: tarixçi. Vəfatı: 942 = 1535-ci il.  

Xanım:  Baburun ana tərəfdən qohumları olan, Kaşğar və Moğolistan 

hökmdarları ailəsinə mənsub qadınlar üçün işlənir. 



Xas(sə): hökmdara aid olan şey. Məs.: xas, xassə libas. Dövlətə, xəzinəyə 

aid olan şey. Məs.: xassə mülk. Bu mülk hökmdara, şahzadələrə və ya başqa 

heç bir şəxsə verilə bilməzdi.  

Xassə bəkavul: hökmdarın şəxsi aşpazı. Bax: bəkavul. 

Xassə tabın: qvardiya alayı. Bax: tabın. 

Xeybər dağları: Makedoniyalı  İskəndər, Mahmud Qəznəvi,  Əmir Tey-

mur və Babur Hindistanı işğal etmək buradan keçmişlər. 



Xəmsə:  beş poemadan ibarət  ədəbi  əsər.  Ən məşhurları Nizamı,  Əmir 

Xosrov Dəhləvi (XIV əsr) və Nəvai (XV əsr) tərəfindən yazılmışdır.  



Xəzərilər:

 mənşəcə monqol olan, tacikcə danışan Əfqanıstan əhalisi. Ad-

ları Xəzər sözündən deyil, farsca həzar (min) sözündəndir.

 

Xoca Xosrov: məşhur şair Əmir Xosrov Dəhləvi. Vəfatı: 725=1325. 



Xoca Übeydüllah Əhrar: məşhur sufi. Vəfatı: 895 = 1498-ci il.  


Zəhirəddin Məhəmməd BABUR  

 

 



410

Xocənd: keçmiş Stalinabad, daha sonra Leninabad şəhəri. Xoca Bakırqan 

çayının Sır-Dəryaya qarışdığı yerdə yerləşir. Fərqanə vadisinə açılan qapı 

kimi Orta Asiya iqtisadiyyatında mühüm rol oynamışdır. 

Xorasan: sərhədləri dəqiq bilinməyən coğrafi məkan. Müxtəlif dövrlərdə 

Xorasana Herat vilayəti və qonşu ərazilər daxil olmuşdur. Hazırda İranın bir 

vilayətidir, mərkəzi Məşhəd şəhəridir. 

Xotən: Uyğuristanın Tarım bölgəsində şəhər və vahə. 

Xuttalan: Pənc ilə Vəxş arasında vilayət. Taciksitanın ərazisindədir. 

İçki: içə aid, içdə olan, səmimi. Hökmdarın şəxsi tapşırıqlar məmuru. 

İddət müddəti: keçmişdə ərindən ayrılan qadının təkrar ərə getməsi üçün 

keçməsi lazım olan zəruri müddət, yəni üç dəfə aybaşı keçirib təmizlənənə 

qədər keçəcək müddət (ərindən boşansa - 100 gün, əri ölsə - 130 gün). 

İgid: hökmdarın və ya bəyin yanında və  şəxsi xidmətləri məmuru; dö-

yüşçü.  


İki namaz arası: günorta namazı ilə ikindi namazı arası. 

İqlim: Ptolomeyin coğrafiyasına görə, dünya cənubdan  şimala doğru 

yeddi iqlimə ayrılır və üçüncüdən beşinciyə  qədər olan iqlimlər yaşamağa 

əlverişlidir. 

İlbasun: bu söz yırtıcı quşlar və sərçə kimi kiçik quşlar xaricində bütün 

ovlanan quşlara verilən ümumi addır.  



İlqar:  çox sürətlə  hərəkət edən yüngül silahlı böyük, yaxud kiçik hərbi 

dəstə, bölük və ya hissə.  



İrəvül:  önçü, önçü bölüyü, önçü qolu, irəli qol; döyüş nizamına girmiş 

ordunun ən öndəki qismi.  



İskəndər Feyləkus oğlu: Makedoniyalı İskəndərin Şərqdəki adı. 

Kafiristan: indiki Nuristan. Bir vaxtlar əhalisi kafir olmuşdur. 

Kari: altı tutam uzunluğunda bir uzunluq ölçüsü. 

Karşi: (əski Nəxbəş, Nəsəf) Özbəkistanda vilayət mərkəzi. 

Karvan: ümumi qaydaya görə, 7 dəvə bir karvan sayılır. 

Kaşğar: qədimdən bəri Orta Asiya, Əfqanıstan və Hindistanla Uzaq Şərq 

arasında ticarətin, mədəni əlaqələrin inkişafında mühüm rol oynayan uyğur 

şəhəri. İndi Sincan-Uyğur Muxtar Rayonunun paytaxtıdır. 

Katik: Hindistanda yağmur fəslinin son ayının adı. 

Keş: Özbəkistanın Qaşqa-Dəyra vilayətində şəhər. Əmir Teymurun vətə-

ni. Bəlxlə Səmərqənd arasında mühüm ticarət mərkəzi olmuşdur.  



Keyik/geyik:  geyik, maral. Ağ geyik, ala geyik, qara geyik, qızıl geyik 

növləri var. Ahu, antilop, sığın və maraldır. 



Kəmaləddin Behzad: XVI əsrin məşhur miniatürçü rəssamı, Herat mini-

atür məktəbinin banisi. Vəfatı: 943 = 1537-ci il. 



Kəmali: məcuna bənzəyən ləzzətli, nəşə verən narkotik bir maddə. 

Kərb: Hindistanda işlənən bir say. l kərb = 100 ərb. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə