Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə181/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   177   178   179   180   181   182   183   184   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



400

Şahəm, vəli bəndeyi dərvişanəm. 



 

Dərvişlərlə bir qohumluğum olmasa da 

Onlara can və könüldən bağlıyam,  

Sahlıqla dərvişlik bir-birindən uzaq deyil, 

Mən şaham, lakin dərvişlərin bəndəsiyəm. 

Farsca bu mətləni söyləmişdir:  

Həlak mikondəm firqət tu danistəm, 

Və gər nə rəftən əz in şəhr sitvanistəm 



Bilirəm, səndən ayrılmaq məni həlak edir,  

Elə olmasaydı, bu şəhərdən gedə bilərdim. 

Bu mətlə də onundur: 

Ta bə zülfi siyahəş dil bəstəm

Əz pərişani-ye aləm bəstəm.  



Sənin qara zülfünə könül bağlayandan bəri  

Cahanın pərişanlığından qurtuldum. 

O padşahın əruz və qafiyə barədə də risalələri vardır. Bunlardan biri 



Müfəssəl adında və bu elmin açıqlanması haqqındadır və fövqəladə də yaxşı 

tərtib edilmişdir. 

Tanrə təala o padşaha dörd oğul və üç qız ehsan etmişdi. Oğulları Mə-

həmməd Hümayun padşah, Kamran Mirzə, Əsgəri Mirzə və Hindal Mirzə-

dir, qızları isə Gülrəng bəyim, Gülçöhrə bəyim  və Gülbədən bəyimdir. Bu 

üç qız eyni  anadandır. 

Bu padşahın heç bir söhbətinin dışında buraxmadığı bir neçə  təbiət 

əhli bunlardır:  

Əbülbəqa elmi-hikmət [fəlsəfə ilə əlaqəli mövzuları tədqiq edən elm] 

babında misilsizdi. Şeyx Zeyn Sədr isə Zeynəddin Hafinin nəvəsiydi, işlək 

bir zəkası vardı, nəzm və nəsrdə qabiliyyətli idi, Hümayun padşah zamanın-

da  əmir də olmuşdu.  Şeyx  Əbülvahid Fariği  Şeyx Zeyn Hafinin əmisidır, 

zövq sahibiydi, şeir də söyləyirdi. 

Sultan Məhəmməd Kosa Mir Əli  Şirin müsahiblərindəndi və padşah 

məclisində etibar görərək yüksəlmişdi. 

Mövlana Şəhab Müəmmai isə Fəqiri təxəllüsünü işlədirdi, fəzl və şeir-

dən nəsibi vardı. 

Mövlana Yusif təbibdi və Xorasandan çağırmışdı, nəbzə baxmaq və 

təşhis qoymaq onun işiydi. 

Sürx Vidal türkcə və farsca nəzm söyləyirdi. 

Molla Bəqai də çox qabiliyyətli idi, Məxzən ül-əsrar vəznində padşah 

adına bir məsnəvi söyləmişdi. 

Xoca Nizaməddin Əli Xəlifənin xidmət, səmimiyyət və vəzirlikdə ağıl 

və tədbiri vardı, padşahın hüzurunda hörmət və etibarı o qədər böyük idi ki, 




BABURNAMƏ 

 

401



sözü əksərən qəbul edilirdi. Tibdən də başı çıxırdı. 

Mir Dərviş  Məhəmməd Sarban Xoca Əhrarın yaxşı müridlərindəndi. 

Xoşsöhbət bir adamdı və fəzilətindən dolayı hüzurda yaxınlıq və etibar qa-

zanmışdı. 

Xandəmir tarixçi və mümtaz bir adamdı,  əsərləri xalq arasında məş-

hurdur. Həbib üs-siyər, Xülasət ül-əxbar, Düstur ül-ənvar və digər əsərləri 

vardır. 

Xoca Kəlan bəy əmirlərindəndi və padşahın özəl xidmətində çalışırdı, 

fəziləti və yüksək qabiliyyətilə tanınmışdı. 

Onun kiçık qardaşı Kiçık Xoca da möhürdar və yaxın adamlarındandı, 

o da padşahın özəl xidmətində idi. 

Sultan Məhəmməd Dulday böyük əmirlərindən idi, xoştəbiət bir adam 

idi.  

Vallahü bikülli şeyin alim.  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

QEYDLƏR VƏ İZAHLAR 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



402

 

Bu qeydlər və izahlar «Baburnamə»nin türkcə, özbəkcə və rusca nəşr-

lərində verilən izahlar və bəzi məlumat-soraq mənbələri əsasında tərtib edil-

mişdir. Biz tərcümə boyu mətnaltı haşiyədə bəzi terminlərin mənası açıqla-

mış, şəxslər, coğrafi məntəqələr və s. haqqında kiçik bilgilər vermişdik. La-

kin ana mətni bu cür bilgilərlə çox yükləməməyə çalışdıq. Ona görə də bu-

rada bəzi ifadə və terminlərin geniş şəkildə açıqlanmasını münasib gördük.  

Kitabın türkcə tərcüməsinin sonunda verilən və Timur Gürkan tərəfin-

dən hazırlanan Notlar həddindən artıq geniş və əhatəlidir. Baburda işlənmiş 

bu və ya digər terminin izahı zamanı Orxon-Yenisey abidələrini, Kitabi-Də-



də Qorqud  və  Manas dastanlarını  çıxmaq  şərtilə  Divanü lüğat-it-türk, Qu-

tadğu bilig, Turfan mətnləri, Kodeks Kumanikus kimi əski türk yazılı mətn-

lərindən, habelə Şəmsəddin Saminin Qamusi-türki, Şeyx Süleyman Əfəndi 

Buxarinin  Lüğati-çağatayi və türki osmani, V.V.Radlovun  Versuch eines 

Wörterbuches der Türk Dialecte lüğətlərindən, eləcə də ibn Mühənnanın və 

Əbu Həyyanın, K.K.Yudaxinin, P.de Kurteylin, N.Poppenin, Y.T.Zenkerin, 

S.L.Kingin lüğətlərindən və s. və i.a. mənbələrdən istifadə etmişdir.     

Baburnamənin rusca nəşrinə M.Salyenin və D.Voronovskinin əlavə 

etdikləri Qeydlər qismində izaha ehtiyac duyulan açıqlamalar həm  fəsillərin 

sonunda, həm də kitabın axırında eyni şəkildə verilmişdir. Biz isə  bəzi 

qeydləri hər səhifədə  mətnaltı haşiyədə  qısa, axırda isə daha geniş  şəkildə 

verməyi qərara aldıq. Biz buraya özəlliklə Hindistana xas olan heyvan, quş, 

bitki və gül adlarının hamısını daxil etmədik, çünli Babur özü onları  təsvir 

və izah etmişdir. 

 Təbii ki, bu qeydlər və izahlar mükəmməllikdən uzaq və iddiasızdır. 

Çünki bundan 500 il əvvəl çağatay türkcəsində hərbi, siyasi, ictimai, iqtisadi, 

ərazi-inzibati, mədəni sahələrdə işlənmiş bir çox terminin müasir dildə qar-

şılığını tapmaq çətin, bəzən isə qeyri-mümkündür. Lakin Baburun işlətmiş 

olduğu ifadə və terimlərin heç olmazsa qismən anlaşılması üçün bu qeydlər 

və izahlar vacibdir.  Oxucularımızın əfvinə sığınırıq. 

 

Abdullah Hatifi: Əbdürrəhman Caminin qohumu, vəfatı: 927=1521-cu il. 



Ağ axça: gümüş pul, sikkə. Bax: təngə və yarmaq. 

Ağa, ağaça/ağaçə: yaşça böyük deməkdir. Sonralar siyasi məna qazana-

raq titula çevrilmiş, hər hansı bir quruma rəhbərlik edən  şəxsin ünvanı ol-

muşdur. Məs.: Süleyman ağa (İraq elçisi), Hüseyn ağa (Sistan elçisi). Bu tə-

bir eyni zamanda nüfuzlu kişilərin adı və ya adının tərkib hissəsi kimi müşa-

hidə edilir. Məs.: Ağa Hüseyn. Qadınlarda isə sadə xalqdan olan, ailə qur-

maq yolu ilə ali zümrəyə girmiş olan xanımlar üçün işlənir. Məs.: Ağa bə-

yim, Ümid ağaçə, Minqli Bi ağaça və s. 

Ağac (orijinalda: yığac): Baburun ağac ilə göstərdiyi məsafə bugünkü  öl-



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə