Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə177/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   173   174   175   176   177   178   179   180   ...   189

BABURNAMƏ 

 

391



O günlərdə Çin Teymur Sultanın ərzi-halı gəlmişdi. Kabildən mənim 

ailə üzülərimlə gələn bəylər ona qoşula bilməmişlər. Məhəmmədi və digər 

bəziləri onunla birlikdə yüz küruh qədər məsafəni aşıb bəlucları tamamən 

məğlub etmişlər. Abdullah [Kitabdar] vasitəsilə Cin-Teymur Sultan, Sultan 

Məhəmməd Dulday, Məhəmmədi və orada olan digər bəylərə  fərmanlar 

göndərərək onların da Cin-Teymur Sultan ilə birlikdə Aqrada toplaşmaları, 

hazırlıqlı olmaları və düşmənlər hansı tərəfə getsələr, oraya hərəkət etmələri 

əmr edildi. 

Bazar ertəsi günü, ayın səkkizində [=l6 may] yanına  Şeyx Camaliyi 

göndərdiyimiz Dərya xanın (375 b) nəvəsi Cəlal xan bütün mötəbər əmirləri 

ilə birlikdə gəlib mülazimət etdi. Bir müddət əvvəl qulluğunu göstərmək üz-

rə Yəhya Nuhani də kiçık qardaşını göndərmiş və məndən fərman almışdı, o 

da həmin gün gəlib mülazimət etdi. 

Yeddi-səkkiz min nuhani və  əfqan bəzi ümidlərlə  gəlmiş olduqları 

üçün onların ümidlərini qırmayaraq Behardan bir kürur xassə mülkü edib 

bundan əlli lek də Mahmud xan Nuhaniyə ehsan etdim. Qalan qismi Cəlal 

xana verildi, o da bağlılığının işarəsi olaraq bir kürur verməyi qəbul etdi. Bu 

pulun yığımı üçün Molla Qulam yasavul göndərildi. Məhəmməd Zaman 

Mirzəyə Cunepur vilayəti verildi. 

 

NÜSRƏT ŞAH İLƏ SÜLH BAĞLANMASI 

 

Cümə axşamı günü, Xəlifənin [Nizaməddin Əli Barlas] Qulam Əli ad-



lı adamı yanıma gəldi. O, İsmayıl Mitadan bir az əvvvəl şahzadə Müngirin 

Əbülfəth adlı adamıyla birlikdə haqqında danışılan üç şərtı götürmüşdü. 

Qulam Əli bu Əbülfəth ilə birlikdə şahzadə Müngir ilə vəzir Həsən xan Lən-

gərin Xəlifəyə yazmış olduqları məktubları da gətirdi. O, üç şərti kabul edib 

Nüsrət şah işini öz üzərinə alaraq sülh təklifində bulunurdu. Bu səfər asi əf-

qanlarm dəf edilməsi üçün gerçəkləşmişdi. Bu asilərin bəziləri başlarını alıb 

getdilər, bəziləri də  gəlib xidmətkarlıq və qulluğu  (376 a)  qəbul etdilər. 

Qalan önəmsiz bir qismi isə benqalın köməkçiləri idi. Onları da benqallar öz 

öhdələrinə aldılar. 

Yağmur mövsümü də yaxınlaşmışdı. Onun üçün biz də onun qarşılı-

ğında bəhs edilən şərtlər daxilində sülhü qəbul etdiyimizi bildirdik. 

Şənbə günü İsmayıl Cilvani, Adil xan Nuhani və Övliya xan İşraqi  

beş-altı əmirlə birlikdə gəlib mülazimət etdilər. 

Yenə həmin gün İsən Teymur Sultan ilə Toxta Buğa Sultana mükafat 

olaraq kəmərli qılınc, kəmərli xəncər, zirehli paltar, xələtlər və cins atlar, 

İsən Teymur Sultana Narnul pərgənəsindən otuz altı lek, Toxta Buğa Sulta-

na isə Şəmsabad pərgənəsindən otuz lek ehsan edilərək yükündürüldülər. 

Bazar ertəsi günü, ayın on beşində [=23 may] Behar və benqal tərəfini 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



392

təskin etdikdən sonra Saru çayının sahilində yerləşən Kündbə civarındakı 

yurddan haramxor Bibən ilə  Şeyx Bəyazidi dəf etmək niyyətilə  əzm-cəzm 

edib yürüdük. Arada iki dəfə dincəldikdən sonra çərşənbə günü Sikəndər-

purun Çetürmük Çuparə adlı keçidi üzərinə endik. Əsgər də o gündən eti-

barən keçməyə başladı. 

Bu alçaqların Saru ilə Gəgərdən keçib Leknuya doğru hərəkət etdik-

ləri haqqında arxa-arxaya xəbərlər gəlməyə başladı. Bunların irəliləmələrini 

əngəlləmək üçün türk və hind əmirlərindən Sultan Cəlaləddin Şərqi, Əli xan 

Fərmüli, Turdukə  və Nizam xan Biyani, Tolmuş Özbək, Qurban Çərxi və 

Hüseyn xan (376 b)  Dəryaxani komandanlığında olan qüvvələr təyin 

edilərək cümə axşamı axşamı yola düşmələri üçün onlara izin verildi.  



 

BİR MÖVSÜM YAĞMURU FIRTINASI 

 

O axşam təravihdən sonra bir pas və beş geri olmuşdu. Mövsüm yağ-

muru buludları boşanıb bir anda elə bir tufan oldu, elə müdhiş bir fırtına 

qopdu ki, hardasa yıxılmayan heç çadır qalmadı. 

Mən çadır içində yazı yazırdım, kağızlarımı  və kitablarımı ylğmağa 

vaxt qalmadı, çadır üst qismiylə birlikdə başıma uçdu. Çadırın pəncərəsi 

parça-parça oldu, tanrı qorudu, heç bir zərəri toxunmadı. İslanan yazı və ki-

tablar çətinliklə  yığıla bildi. Bunları  qırmızı xalçanın içinə qoyub dürdük,  

stolun altına qoyaraq üstünü kilimlə örttük. 

İki geri sonra yağmur dindi. Yataq çadırını qurdurub şam gətirtdim və 

çətinliklə od qalayaraq sabaha qədər uyumadan kağızları və kitabları qurut-

maqla uğraşdım.  

Cümə axşamı günü çayı keçdim. Cümə günü ata minərək Harid və Si-

kəndərpuru gəzdik. O gün Abdullah [Kitabdar] ilə Baqi mənə Leknurun 

düşmən tərəfindən zəbt edildiyini yazmışdılar.  Şənbə günü gedib Baqiyə 

[Şiğavul] qatılmaq üzərə Kuki adamlarıyla birlikdə öndən göndərildi. 

Bazar günü Baqiyə qoşulub mən yetişincəyə  qədər  əllərindən gələni 

əsirgəməmələri üçün Sultan Cüneyd Barlas ilə  Həsən Xəlifəyə  və  (377 a) 

Molla Apağın camaati ilə Mömin Atəkənin böyük və kiçık qardaşlarına izin 

verildi. O gün ikindi üstü Şah Məhəmməd Mərufa xassə  xələt və cins bir at 

ehsan edilib getməsinə izin verildi. Ona keçən ilki üsula uyğun olaraq Sarə-

ni təxsisat və Kündləyi də oxçulara maaş olaraq ehsan etdik. 

Yenə o gün İsmayıl Cilvaniyə Sərvardan yetmiş iki lek təxsisat, xassə  

xələt və cins bir at ehsan edilərək getməsnə izin verildi. Adil xan Nuhani 

başda olmaq üzrə onunla birlikdə  gələnlərə  də  Sərvardan təxsisatlar təyin 

edilib getmələrinə izin verildi. Hər birinin bir kiçık qardaşının və ya oğlu-

nun Aqrada daimi mülazimətdə bulunmasına qərar verildi. 

Güncayiş və Arayiş gəmiləri ilə birlikdə yeni ələ keçən benqal gəmilə-



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə