Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə179/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   175   176   177   178   179   180   181   182   ...   189

BABURNAMƏ 

 

395



neçə gün boyunca mən adada qaldım. 

Müxaliflər haqqında dəqiq bir məlumat alına bilmədiyi üçün Baqi 

Şiğavul Uddakı igidlərlə birlikdə sudan keçirilərək düşməndan xəbər tutmaq 

üçün göndərildi. Ertəsi cümə günü ikindi üstü Baqi bəyin nökəri gəldi. Şeyx 

Bəyazid ilə Bibənin önçülərini məğlub edərək Mübarək xan Cilvani adlı 

yaxşı bir adamıyla digər bir neçə adamını öldürüb bir neçə baş  və bir əsir 

göndərmişdi. Sabah olanda isə Baqi [Şiğavul] ilə birlikdə gedən Şah Hüseyn 

Bəxşi gəldi, düşmənin önçüsünün yenildiyini və oradakı xəbərləri müfəssəl 

bir  şəkildə anlatdı. O gecə, yəni bazar gecəsi ayın on üçündə Cun çayı 

yüksəldi, sabah bu adanı tamamilə su basdı. Bir ox atımı daha aşağıda yerlə-

şən başqa bir adaya gedərək çadır qurdurub oturdum. 

Bazar ertəsi günü Cəlal Daşkəndi ilqar gedən sultan və  bəylərin ya-

nından gəldi.  Şeyx Bəyazid ilə Bibən ilqar xəbərini alınca Məxubə  pərgə-

nəsindən qaçmışlar. (380 a) 

Yağmur mövsümü yaxınlaşmışdı. Beş-altı ay boyunca fasiləsiz səfər-

de olan əsgər və heyvanlar da yorulmuşdular. Onun üçün ilqar gedən sultan 

və  bəylərə Aqra və civarından təzə  və qüvvətli ilqar gəlincəyə  qədər ol-

duqları yerdə qalmaları əmr edildi. O gün ikindi üstü Baqi Şiğavul ilə ud əs-

gərinə getmək üçün izin verildi. Əsgərin dönüb Saru çayından keçdiyi za-

man gəlmiş olan Musa Məruf Fərmüliyə də təxsisat üçün Əmərxardan otuz 

leklik pərgənə təyin edilib bir dəst xassə paltar və yəhərli bir at ehsan  edi-

lərək Əmərxara getməsinə izin verildi. 



 

AQRAYA QAYIDIŞ 

 

Bu tərəflərdəki əndişə ortadan qalxınca çərşənbə axşamı gecəsi üç pas 



bir geri sonra sürətlə Aqraya hərəkət etdik. Ertəsi gün on altı küruh yol gəlib 

çeştə yaxın bir vaxtda Kalpiyə tabe olan Bəladər deyilən pərgənədə yemək 

yeyib atlara da arpa verdikdən sonra axşam üstü oradan hərəkət etdik. O 

gecə on üç küruh yol yürüyüb üçüncü pasta Kalpi pərgənələrindən Sugend-

purda Bahadır xan Sərvaninin məzarının yanında uyuduqdan sonra sabah 

namazını qılıb oradan təkrar atlandıq. On altı küruh gedib günortaya doğru 

Ətavəyə gəldik. Mehdi Xoca qarşılamağa çıxdı. Gecənin ilk pasında oradan 

hərəkət etdik və yolda bir az uyuduqdan sonra on altı küruh (380 b) yol alıb 

Rabirinin Fəthpuruna endik. Günorta namazından bir az əvvəl Fəthpurdan 

hərəkət edərək on yeddi küruh yol alıb gecənin ikinci pasında Aqranın Həşt-

Behişt bağına endik. 

Ertəsi cümə günü, Məhəmməd Bəxşi ilə digər bəziləri gəlib mülazimət 

etdilər. Günortaya yaxın Cundan keçib Xoca Əbdülhaqa mülazimət etdikdən 

sonra qalaya gedib xalalarımı gördüm. 

Bəlxli bir bostancını qovun əkməsi üçün burada qoymuşduq. Bir neçə 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



396

qovunu qoruyub saxlamışdı, gətirdi. Olduqca yaxşı qovunlardı. Həşt-Behişt 

bağında bir-iki üzüm meynəsi əkdirmişdim. Onun da gözəl üzümləri olmuş-

du.  Şeyx Gürən də bir səbət üzüm göndərmişdi, pis deyildi. Hindistanda 

qovun və üzümün bu qədər yetişməsi məni çox sevindirdi. 

Bazar gecəsi iki pas olmuşdu ki, [Hümayunun anası] Mahım bəyim  

gəldi. Biz cəmadiyüləvvəl ayının onunda [=21 yanvar] səfərə çıxmışdıq. Qə-

ribə bir təsadüf əsəri o da eyni gündə Kabildən hərəkət etmişdi. 

Cümə axşamı günü, zülqədə ayının ilk günündə [=7 iyul] böyük di-

vanxanada bir divan toplantısında ikən Hümayun ilə Mahımın hədiyyələrini 

gətirdilər. O gün Məğfur Divanın bir adamına bu məqsəd üçün tutulmuş yüz 

əlli adam verilərək qovun, üzüm (381 a)  və meyvə  gətirmək üzərə Kabilə 

göndərildi. 

Şənbə günü, ayın üçündə, mühafiz olaraq Kabildən gələn və Əli Yusi-

fin [Riqabdar] ölümü dolayısıyla Sənbələ göndərilmiş olan Hindu bəy [Ko-

çin] gəlib mülazimət etdi. Hüsaməddin  Əli Xəlifə  də eyni gün Əlvardan 

gəlib mülazimət etdi. Ertəsi gün də Əli Yusifin ölümü dolayısıyla Sənbələ 

göndərilmiş olan Abdullah [Kitabdar] Tirmühanidən gəldi. 



 

LAHORDAKI İTAƏTSİZLİK HADİSƏLƏRİ 

 

Şeyx  Şərif Qarabağinin  Əbdüləzizin [Miraxur] təşviqi ilə  və ya ona 



bağlılığından edilməyən zülm və olmayan zalımlıqları bizim etdiyimizz ifti-

rasında bulunaraq sənədlər tərtib ediib Lahor mollalarının adlarını da zorla 

yazdırıb surətlərini digər şəhərlərə göndərərək oralarda da bir hərəkət oyan-

dırmaq niyyətində olduğu və Əbdüləzizin də bir neçə əmrə itaət etməyərək 

hər cür nalayiq sözlər söyləyib hərəkətlərdə bulunduğu Kabildən gələnlər-

dən eşidilmişdi. 

Bu üzdən bazar günü, ayın on birində [=17 iyul] Şeyx Şərif ilə Əbdül-

əzizi və Lahorun mollalaryla irəli gələnlərini hüzura gətirməsi üçün Qənbər 

Əli Lahora göndərildi. 

Cümə axşamı günü, ayın on beşində [=21 iyul] Ticarədən Çin Teymur 

Sultan gəlib mülazimət etdi. O gün pəhlivan  Sadiq ilə böyük Udi pəhlivan  

(381 b) güləşdilər. Sadiq Udini yarı yarıya yıxdı, amma çox zəhmət çəkdi. 

Bazar ertəsi günü, ayın on doqquzunda [=25 iyul] qızılbaş elçisi Mur-

ad Qurçu Qacara dəyərli daşlarla işlənmiş kəmərli bir xəncər və münasib bir 

xələt geydirilərək iki lek təngə ehsan edilib getməsnə izin verildi.  



 

GÜVALYARDA DÜŞMƏNÇİLİK FİTNƏSİ 

 

O günlərdə Güvalyardan Seyid Məşhədi gəlib Rəhimdadın düşmənlik 

fitnəsini  ərz etdi. Xəlifənin nökəri  Şah Məhəmməd Möhürdar bir çox nə-



BABURNAMƏ 

 

397



sihətli sözlər yazılaraq onun yanına göndərildi. Getdi və bir neçə gün sonra 

Rəhimdadın oğlunu da özü ilə  gətirərək gətirərək döndü. Gərçi oğlu gəl-

mişdi, lakin özünün gəlməyə niyyəti yoxdu. 

Onun qorxusunu rəf etmək üçün çərşənbə axşamı günü, zilhiccə ayı-

nın beşində [=11 avqust] Nur bəy Güvalyara göndərildi. Bir neçə gün sonra 

Nur bəy gəlib Rəhimdadın istəklərini ərz etdi. İstədiyi tərzdə fərmanlar ha-

zırlayıb göndərmək üzərəykən bir adamı gəlib «Məni oğlunu qaçırmaq üçün 

göndərdi, gəlmək niyyətində deyildir» deyə ərz etdi. 

Bu xəbər gəlincə biz dərhal Güvalyar üzərinə  hərəkət etmək istədik. 

Amma Xəlifə «Mən də bir dəfə  nəsihətamiz bir məktub yazıb göndərim, 

bəlkə yola gələr» deyə ərz etdi. Bu iş üçün Şəhabəddin Xosrov göndərildi. 

Cümə axşamı günü, ayın on yeddisində [=13 avqust] (382 a) Mehdi 

Xoca Ətavədən gəldi. Bayram günü Hindu bəyə bir dəst xassə libas, qiymət-

li daşlarla işlənmiş kəmərli bir qılınc və cins bir at ehsan edildi. Türkmənlər 

arasında Çağatay deyə  məşhur olan Həsən  Əliyə bir dəst paltar, qiymətli 

daşlarla işlənmiş kəmərli bir xəncər və yeddi leklik pərgənə ehsan  edildi.  

Çərşənbə axşamı günü, məhərrəm ayının üçündə [=3 sentyabr] Şəha-

bəddin Xosrov ilə birlikdə Şeyx Məhəmməd Qövs Rəhimdada şəfaət diləyi 

ilə Güvalyardan gəldi. Dərviş və əziz bir adam olduğundan onun xətrinə Rə-

himdadın günahını bağışlayıb  Şeyx Gürən ilə Nur bəyi Güvalyara göndər-

dim ki, Güvəlyarı bunlara tapşırıb... 

1



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

MƏTNƏ EDİLƏN ƏLAVƏLƏR 

                                                           

1

 Baburun xatirələri 936-cı il  məhərrəm ayının 3-də (3 sentyabr 1529) kəsilir. Ondan 



sonra yaşadığı on beş ay yarım boyunca ya bir şey yazmamış, ya da yazdıqları itmişdir. Ba-

bur 937-ci ilin 5 cümadüyüləvvəl günü (25 dekabr 1530) vəfat etmişdir.  

 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə