Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə182/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   178   179   180   181   182   183   184   185   ...   189

BABURNAMƏ 

 

403



çülərə görə 4-8 ingilis mili arasında dəyişir. Orta qiyməti 6 km-dir. 

Ağırlıq ölçüləri: 

(Hindistanda):  

  8 reti = 1 maşə, təxminən  0,2 qram.  

 4 


maşə = 1 tank = 32 reti, təxminən 0,8 qram.  

 5 


maşə = 1 misqal = 40 reti, təxminən. 4,1 qram.  

 12 


maşə = 1 tülə = 96 reti, təxminən 10,2 qram.  

 14 


tülə = 1 sər, təxminən 143,5 qram.  

 40 


sər = 1 batman, təxminən 5,74 kiloqram.  

  12 batman = 1 mani, təxminən 73 кг.  

  100 mani = 1 minasə, təxminən 729,8 кг. 

Axtaçı: hökmdarın atlarıyla məşğul olanlar mehtər, veterinar. 

Aqan: Hindistanda qış fəslinin ilk ayının adı. Bax: ay. 

Aqra zəlzələsi: 911-ci il səfər ayının 3-də (15 iyul 1505-ci ildə) baş ver-

mişdir.  



Almaz: 787 karatlıq məşhur almaz. Cilalandıqdan sonra 280 karat ol-

muşdur. Babur həmin almazı Hümayuna bağışlamışdır. 



Amu-Dərya: orta Asiyanın iki əsas çayından (digəri Sır-Dərya) biri. 

Barlas: Əmir Teymurun mənsub olduğu türk boyu.. 

Arça: şam və ardıc kimi izah edilir, bizcə, arçan ağacıdır. 

Ardçı: bax: çağdavul. 

Arğamcı/urğamçı: məsafə (hündürlük) ölçüsü. 70-90 sanntimetrdir. Bəzi 

mütəxəssislərin fikrincə, 7-8 gəz,  yaxud 20 zira uzunluğundadır [zira: dir-

səkdən orta barmaq ucuna qədər olan bir uzunluq ölçüsü]. 

Arğun: türk boyu. 

Arxarqulça: qızılkeyik. Geyikin bir növü. 

Arpa: bax: cev. 

Asəfi: bu təxəllüsü vəzir oğlu olduğu üçün qəbul etmişdir. Burada şairin 

öz atası deyil, Süleyman şahın əfsanəvi vəziri Asəf nəzərdə tutulur.  



Aşçı/aşpaz: bax: bavurçu. 

Aşçılıq/bavurçuluq: hökmdar sarayında mətbəxdə çalışanlara məxsus rüt-

bə. Bəkavulluqdan [yeməklərə  nəzarət edən  şəxsin ünvanı] aşağı  dərəcədə 

bir rütbə. 

Ata-bəy: bax: atəkə, bəy-atakə. 

Atakə:  əslində ata və əkə «böyük qardaş» sözlərindən ibarət bir sözdür. 

Gənc şahzadələrin tərbiyə edilməsi və onlar üçün ayrılmış vilayətlərin idarə-

si ilə məşğul olan şəxsin titulu. Bizdəki atabəy və lələ tituluna uyğundur.  

Ay-balta:  təbərzin, kəsən tərəfi, yəni ağzı aypara şəklində olduğu üçün 

belə adlanır.  



Ayı(ğ) otu: ayı otu; Fərqanədə mehr-giyah otuna verilən ad. 

Aylar və fəsillər:

 Hindistandakı aylar və fəsillər bunlardır:  

 Yay 

fəsli ayları:  




Zəhirəddin Məhəmməd BABUR  

 

 



404

 

Çitar



  

hut [balıq bürcü] 

   21 fevraldan başlanır.  

 

Bisaq



  

həməl [qoç bürcü]

   22 martdan başlanır.  

 

Çit



  

səvr [buğa bürcü]

   22 apreldən başlanır, şiddətli isti olur.  

 

Əsar 



– 

cövza [ekizlər bürcü]



22 maydan başlanır, şiddətli isti olur. 

 Yağmur fəsli ayları:  

 

Savən 


– 

sərətan [xərcəng] 



– 22 iyundan başlanır, şiddətli yağış yağır. 

 

Badun 



– 

əsəd [şir bürcü] 



– 24 iyuldan başlanır, şiddətli yağış yağır. 

 

Küvar 



– 

sünbülə [başaq, qız bürcü] 



– 24 avqustdan başlanır.  

 

Katik 



– 

mizan [tərəzi bürcü] 



– 24 senytabrdan başlanır.  

  Qış fəsli ayları: 

Aqan 

– 

əqrəb bürcü

  24 oktyabrdan başlanır.  

 

Pus



qövs [yay, oxatan]



23 noyabrdan başlanır, şiddətli soyuq olur. 

 

Maq 



– 

cədi [oğlaq]

  23 dekabrdan başlanır, şiddətli soyuq olur. 

 

Fagün



  

dəlv [dolça bürcü]

  22 yanvardan başlanır. 

Aymaq:  xalq, uruğ, boy, qəbilə, tayfa, el-oba; bəzi məqamlarda: başqa 

soydan olan, yad adam. 



Baburi xətti: Baburun özü tərəfindən 910-cu ildə (1504/5) Kabildə icad 

edilən, hərflərin ayrı-ayrı yazılış  şəkilləri və qaydaları olan bir əlifbadır. 

Türkcənin fonetikasına daha uyğun olan bu əlifba ilə Babur Quran yazdır-

mışdır.  



Badrəng:  Kabildə yetişən, formaca limona bənzəyən bir meyvə. Böyük 

bir xiyar növünə də badrəng deyilir. 



Bağlan qaz: vəhşi qaz, qarabataq quşu. 

Bağrıqara: quşun rənginə görə verilən bir sifətdir, sonra quşun adı yerinə 

keçmişdir.  



Bahadırlıq ülüşü, culdu: savaşda göstərilən şücaətə görə hökmdarın hü-

zurunda verilən maddi mükafat üçün işlənən termin.  



Balqabaq/balqabaq meydanı: təlim atışları üçün hədəf olaraq balqabağa 

ox atılan meydan olmalıdır.  İstanbulda da "Ox meydanı" adlı bir meydan 

mövcuddur.  

Bamyan: bu vadidən başlayan aşırımlar Hinduquş üzərindən keçir. Hin-

distanı işğal edən hər fateh buradan keçmişdir. 



Baranğar: döyüş səfində olan ordunun sağ qolu. 

Barin: türk boyu. 

Batman: türklərdə və qonşu xalqlarda ağırlıq ölçüsü, 1 batman = 40 sir.  

Bavurçu:  aşçı, aşpaz. Hökmdar sarayında mətbəxdə çalışan bəkavuldan 

aşağı dərəcədə bir rütbə.  



Bazaraq: bir aşırım adı. Hündürlüyü 5.300 metrdir.  

Bədəxşan: Amu-Dəryanın yuxarı axarında, onun Pənc, Göyçə və Bədəx-

şan adlı qolları üzərində yerləşən vilayət. Qunduz, Kaşğar və Kafiristanla 

həmsərhəddir.XVI əsrə qədər özlərini Makedoniyalı İskəndərin soyuna bağ-

layan yerli şahlar tərəfindən idarə olunmuşdur. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə