Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə183/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   179   180   181   182   183   184   185   186   ...   189

BABURNAMƏ 

 

405



Bədrəddin Həlai: şair, vəfatı: 939 = 1532-ci il.  

Bəgi: əsasən özbək mənşəli qadınlara məxsus bir ünvan. Məs.: Bəgi Sul-

tan ağaçə, Zöhrə Bəgi ağa. 



Bəhmənilər xanədanı: bu xanədan Dəkkən bölgəsində 1347-1527-ci illər-

də hökmdarlıq etmişdir. 



Bəxşi: katib; uygur hərfləri ilə yaza bilən, bu yazının işləndiyi dilləri bi-

lən məmur; yazıçı; həkim, türkəçarəçi, cərrah; şaman; din xadimi; aşıq, şair, 

çalğıçı. 

Bəkavul:  yemək dadan, dequstator, çeşnigir. Xassə bəkavul dərəsəsi bə-

kavuldan, bəkavul isə bavurçudan daha yüksəkdir. Bu həm də şəxs adı kimi 

işlənmişdir: Aşiq Bəkavul, Hacı Pir Bəkavul, Qul-Bəyazid Bəkavul. 

Bəlx: Əfqanıstanda eyniadlı çayın yanında yerləşən şəhər. Qədimdə onun 

yerində Baktriananın paytaxti Baktra şəhəri olmuşdur. 



Bəluclar:  İran dilləri qrupunda danışan təqribən 30 milyonluq bir xalq. 

İran, Əfqanıstan və Pakistanda yaşayırlar. 



Bəy: türk dövlətçilik ənənəsində və hərbi təşkilatda əskidən bəri yüksək 

vəzifə, səlahiyyət və  məsuluyyət sahibi şəxslərin ünvanı. Baburda həmin 

zümrəyə daxil olanlar bunlardır: içki, içki bəy, böyük bəy, habelə bəy-atəkə, 

sahib ixtiyar, eşik ağa.   



Bəy-atəkə: bax: atəkə. 

Bəyim: hökmdar ailəsinə mənsub qadınların ünvanı.  

Bi  (<bəyailə qurma yoluyla ali zümrəyə girən özbək qadınların 

daşıdığı ünvan. Məs.: Sultan Hüseyn Mirzənin özbək cariyəsi Minqli Bi 

ağaçə. Kişilərdə də müşahidə olunur: Kibək Binin oğlu Qənbər Bi. 

Bicangər racəliyi:  Dəkkəndə 1336-cı ildə qurulmuşdur və bu sülalədən 

gələn racələr 1565-ci qədər, yəni güclərini birləşdirən digər Dəkkən racələri 

tərəfindən yenilib Bicangər şəhəri yıxılanadək hökm sürmüşlər. 

Bikə: Baburda ad olaraq (məs.: Bikə Bəyim, Bikə Sultan bəyim) işləndiyi 

də müşahidə olunur. 



Bikramacit (Vikramaditya) Hindu: ulduz kataloqu tərtib etmişdir. Lakin 

Nəsirəddin Tusinin və əl-Xarəzminin kataloqları qədər dəqiq deyil.  



Bisak: Hindistanda yay fəslinin ikinci ayının adı. 

Bismillah: Quranın, hər əsərin və işin başlandığı söz.  

Boy: savaş nizamına girən ordunun mərkəzindəki özəl bir bölüyün adı. 

Boza: bir türk içkisi; pivə (?).  

Budvar: çərşənbə; Hindistanda həftənin günlərindən birinin adı.  

Buğu:  geyik. Baburda bəzən buğu-maral şəklində birlikdə və tək bir ad 

kimi keçir, lakin bu iki təbirlə geyiyin erkəyi və dişisi nəzərdə tutulur. 



Cavanğar: savaş nizamına girən ordunun sol qolu. 

Cev: arpa, taxıl; uzunluq ölçüsü. 6 cev (arpa) = 1 əlik (barmaq).  

Cikə: nə olduğu tam olaraq anlaşılmayan bir bitki. 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



406

Civə:ondan hazırlanan dərmanlar Şərqdə çox məşhur olmuşdur. 

Çağdavul: hərəkət halındakı ordunun arxa qolu.  

Çahargah nəqşi: musiqi əsərinin növü. 

Çakər: bax: nökər . 

Çarbağ: çahar bağ, dörd bağça. Bu sözlə bir qismi park, bir qismi üzüm-

lük, bir qismi meyvə ağacı, bir qismi də bostan olan hovuzlu bağlar nəzərdə 

tutulur. Babur öz hakimiyyəti dövründə çoxlu bağ saldırmışdır.  

Çar-piç/dəstar-piç:çalma sararkən parçanın dolaşma, bükülmə və ya qıv-

rılmalarına görə işlənilmiş terminlər olmalıdır. 



Çeşnigir: bax: bəkavul. 

Çəng: musiqi aləti. 

Çərgə: dərəcə deməkdir. 

Çərik: ordu, qoşun. 

Çərşənbehi: sevimli qadın, cariyə, gözdə, favori qadın.  

Çikin-tala otu: ot, yem, yaşıl ot.  

Çil sütun: qırx sütun. 

Çilgüzə: bir fıstıq növü.  

Çin Teymur Sultan ibn Əhməd xan: dayısı oğlu olsa da, Babur ona “qar-

daş” deyirdi, çünki hər ikisi Yunus xanın törəməsi idi. Çin Teymur xan 936 

= 1530-cu ildə ölmüşdür.  

Çirçik  (Çir, Paraq): Sır-Dəryanın sağ qolu. Daşkənd (əski adları:  Şaş, 

Çaç) Çirçik vadisində yerləşir.  



Çit: Hindistanda yay fəslinin üçüncü ayının adı. 

Çitar: Hindistanda yay fəslinin ilk ayının adı. 

Çöhrə: üz, gözəl üz; oğlan.   

Damğa: möhür; vergi rüsumu; nişan. 

Daruğa: darğa; qalabəyi, hərbi qarnizon rəisi, vali, qubertator, xişnə. 

Daş: qiymətli şeyləri çəkməkdə istifadə edilən bir ağırlıq ölçüsü. 

Daşkənd: 2.500 illik tarixi olan bir şəhər. XV əsrdə Baburun ana babası 

Yunus xanın hakimiyyəti altında idi. 



Dəbusi: qədim bir qala. Xarabalıqları Səmərqənd yaxınlığındadır. 

Dəstar-piç: çalma sarıyan çalmaçı, sarıqçı, çalmaçı, əmmaməçi. 

Dəstur: vəzir, məsləhətçi. 

Dəyirman suyu: axan suların miqdarını ölçmək üçün işlənən bir təbir.  

Dəyirman suyu: axar suların miqdarını ifadə edən bir tabir. 

Dirhəm: gümüş sikkə. Dinarın 1/20-nə bərabər oımuşdur. 

Divan: dövlət dəftərxanası, ali hökumət orqanı və ayrı-ayrı idarələr; rəs-

mi qəbul; ən yüksək mülki amir, yəni sahib-divan; qəzəl toplusu.  



Dizək/Çizək:  Səmərqənd vilayətində yaşayış məskəni. 

Ehram: zəvvarların geydikləri xüsusi paltar. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə