Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə186/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   181   182   183   184   185   186   187   188   189

BABURNAMƏ 

 

411



Kibək: mis sikkə; ruscadakı kopek, kopeyka bu sözdən ola bilər. 

Kim: bəzi yerlərdə boza mayası kimi işlənən bir meyvə. 

Koçin: Teymur zamanında xanədanı qoruyan saray qvardiyasına verilən 

addır. Bu ad zamanla atadan oğula keçmişdir. Koçinlər hər hansı bir bölgəyə 

deyil, hökmdara bağlı idilər.  

Köç: köç, köç-külfət; dağa-arana və ya başqa yerə köçən ailə üzvləri. 

Kuxaq: Zərəfşan çayının əski adı. 

Kurqan:  əslində, qorurğan, qorğan, yəni içinə girən adamın qorunduğu 

yer, qala, istehkam deməkdir.  



Kutas: bir dağ öküzü növü. 

Küruh: Hindistanda 4.000 qədəm (= 1 mil) uzunluğundakı məsafə ölçüsü.  

Kürur: Hindistanda işlənən bir say. 1 kürur =  100  lek. Bax: lek. 

Kütub:  sufilərin işlətdiyi bir təsəvvüf deyimi olub mənəvi dərəcələrin 

yeddincisi və ən yüksəyidir. Hər dövrdə tanrı tərəfindən təsəvvüf qüdrəti ve-

rilmiş bir kütub olur. 

Kütval: qalabəyi, qarnizon rəisi, dizdar.  

Küvar: Hindistanda yağmur fəslinin üçüncü ayının adı. 

Qanun: 36 simli kanon və ya ərğanun.  

Qaravul: gözətçi, keşikçi; kəşfiyyat qolu; avanqard. 

Qarış:  gərilmiş halda baş barmağın ucundan çəçələ barmağın ucuna 

qədər olan bir uzunluq ölçüsü.  



Qazax: igid, cəsur adam, döyüşçü. 

Qazaxlıq: köçərilik; əldə vilayət və hakimiyyət olmayan dövr.    

Qazi: O dövrdə müsəlman olmayan şəxslərin idarə etdiyi torpaqlara hərbi 

səfərlərdə iştirak edən hökmdarlara "qazi" ünvanı verilirdi.  



Qədəmgah: Xızırın ayaq izi. 

Qəndahar: Əfqanıstanda şəhər və vilayət. Əfqanıstan dövlətinin ilk pay-

taxtı (1747). Hazırda vilayət mərkəzi. 



Qəsideyi-bürdə (Xirqə haqqında qəsidə) : VII əsri şairi Kəəb bin Zübeyr 

tərəfindən hz. Məhəmmədin şərəfinə yazılmış bir əsərdir. 



Qəznə: Kabildən 135 km cənub-qərbdə yerləşir. Onun yaxınlığında qəz-

nəvilərin paytaxtı tarixi Qəznənin xarabalıqları var. 



Qılquyruq: çox incə quyruqlu bir cins ördək, çöl toyuğu, qır kəkliyi, fa-

zan. Quşun bir qədər də poetikləşmiş adı. 



 Qımız/kımız:  qısraq südünü xüsusi qaydada mayalandıraraq hazırlanan 

ənənəvi türk içkisi. 



Qızıl çəki daşı: = 500 misqal = 1 sir = təxminən 20,5 kiloqram. 

Qızıl söyüd: bax: tubulğu. 

Qol: savaş nizamına girmiş ordunun mərkəzinə verilən ad. 

Qövs:oxatan bürcü; yay. 

Qunduz: Qunduz (Sürxab) çayının sağ sahilində şəhər. 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



412

Qurçu, qurbəyi: hərbi bir rütbə, cəbbəxana rəisi. Qur «silah» deməkdir. 

Qurilər:  Əfqanistanda hökm sürən Quri xanədandan olan Sultan Şəha-

bəddin Quri qəznəvilərin son hökmdarı Xosrov Məliki yenərək 1187-ci ildə 

bu xanədana son vermiş  və Hindistan içlərinə  səfərlər edərək burada quri-

lərin hakimiyyətini qurmuşdur. Onun xanədanı Şimali Hindistanda 1206-cı 

ilədək hakimiyyət sürmüşlər. 

Quşbəyi: quşçubaşı, hökmdarın ov və ev quşlarına, göyərçinlərinə baxan 

məmur. 


 Quşçu:  quş ovlamağa, habelə göyərçin və xoruz saxlamağa çox maraq 

duyan adam, quşbaz. 



Qüsəm ibn Abbas: hz. Peyğəmbərin  əmisi oğlu. 56=676-cı ildə  Səmər-

qənddə öldürüldüyü güman olunur. Şahi-Zindədə dəfn edilmişdir. 



Lek: Hindistanda işlənən, 100.000 rəqəmini ifadə edən bir say.  

Luli: qaraçı. 

Lüng: Hindistanda qadınların paltar yerinə istifadə etdikləri uzun bir par-

çanın adı; sari.  



Lüngutə: Hindistanlı kişilərin paltar yerinə bellərinə bağladıqları bez par-

çasının adı. 



Maq: Hindistanda qış fəslinin üçüncü ayına verilən ad.  

Mani: Hindistanda işlənən bir ağırlıq ölçüsü. 100 mani = 1 minasə. 

Manqıt: noqaylarla qohum olan türk boyu.  

Marağa: Urmiya gölündən 35 km şərqdə yerləşən şəhər. Marağa rəsəd-

xanası burada tikilmişdir.  



Maşə: Hindistanda işlənən bir ağırlıq ölçüsü. 5 maşə = 1 misqal = 40 reti.  

Mavəraünnəhr: Amu-Dərya ilə Sır-Dərya arasında yerləşən ərazinin tari-

xi adı. Ərəbcə “(Ceyhun) çayının arxasındakı ərazi” deməkdir.  



Meymənə: (ərəbcə) ordunun sağ qolu. 

Meysərə: (ərəbcə) ordunun sol qolu.  

Məcun: bədəni möhkəmləndirən dərman qarışığı, konfortativ.  

Məhəmməd Salih: şair, “Şeybaninamə” əsərinin müəllifi. 

Məhəmməd Şeybani xan: Baburun əsas düşmənlərindən biri. 906-cı ildə 

Baburu Mavəraünnəhrdən tamamilə sıxışdırıb çıxarmışdır. Hakimiyyət döv-

rü:  906-915 = 1500-1510-cu illər. 

Məhfə: dəvə, fil kimi heyvanların belinə qoyulan, içində iki adamın qar-

şılıqlı olaraq üzbəüz otura biləcəyi şəkildə düzəldilmiş səbət. 



Məmun cədvəli: Klavdi Ptolomeyin (ərəbcə adı: Bitlimus) “Almagest” 

əsəri əsasında dahi türk astronomu Məhəmməd Musa əl-Xarəzminin xəlifə 

Məmun (198-218 = 813-833) üçün yenidən işlədiyi və təkmilləşdirdiyi ul-

duz kataloqu.   



Məngəlvar: çərşənbə axşamı; Hindistanda işlənən gün adlarından biri.  


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə