Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə174/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   170   171   172   173   174   175   176   177   ...   189

BABURNAMƏ 

 

385



man Mirzənin getməsinə engəl olduq. Şah İskəndər üç-dörd yüz adamla bir-

likdə Behara göndərdik. 

Şənbə günü Dudunun və onun oğlu  (368 b)  Cəlal xan Behar xanın 

adamı gəldi. Benqallar bunları göz bəbəkləri kimi qoruyurlarmış. Mənə qa-

tılmaq üçün benqallarla vuruşub zorla ayrılaraq suyu keçmiş və Behar civa-

rına gəlmişlər. Mülazimət üçün gəlirlərmış. 

Həmin gün benqal elçisi İsmayıl Mitaya belə bir əmr verildi: əvvəlcə 

göndərdiyimiz üç maddənin cavabı gecikir. Onlara yazın ki, əgər səmimi bir 

şəkildə anlaşmaq istəyirlərsə, bizə tez cavab versinlər. 

Bazar günü axşam üstü Turdu Məhəmməd ilə Cəng-Cəngin bir adamı 

gəldi. Bunların önçüləri çərşənbə günü, şaban ayının beşində [=13 aprel] sa-

bah tezdən bu tərəfdən yaxınlaşınca, Behar şikdarı da digər qapıdan çıxıb 

qaçmışdı. 

Bazar günü o yurddan qalxıb Ari pərgənəsinə endik. Burada ikən Xa-

rid əsgərinin yüz-yüz əlli gəmiylə gəlib Saru ilə Qanqın birləşdiyi yerə, Saru 

çayının digər sahilinə yerləşdiyi xəbəri çatdı.. Benqallar ilə sülhə bənzər bir 

şey bağlanmış olduğu için belə işlərdə daima uğurlu sayıldığı üçün sülh yolu 

tərcih edilmişdir. Ədəbsizlik edərək gəlib yolumun üstündə yerləşmiş olma-

larına baxmayaraq əski qaydaya uyaraq və  əvvəlki üç sözü söyləyərək 

Molla Məhəmməd Məzhəb ilə birlikdə benqal elçisi İsmayıl Mitanın (369 a) 

getməsinə izin verilməsi qərarlaşdırıldı. 

Bazar ertəsi günü benqal elçisi mülazimətə  gəlmişdi, getməsinə izin 

verildiyi söylətdirildi və deyildi ki: düşməni dəf etmək üzrə oraya-buraya 

hərəkət etməkdəyik. Sizlərə aid yer və suya zərər və ziyan dəyməyəcəkdir, 

necə ki üç şərtin biri də bu idi: Xarid əsgərinə söylə, yolumuzdan çəkilib 

Xaridə gəlsin. Türkdən bir neçə adamı ona verək. Xarid əhalisinə vədlərdə 

bulunaraq onları yerlərinə götürsünlər. Keçid üzərindən getməz və bu qəribə 

iddiadan vaz keçməzlərsə başlarına gələcək hər yamanlığı  və önlərinə  çı-

xacaq hər bəlanı özlərindən və sözlərindən bilsinlər. 

Çərşənbə günü, adət olduğu üzrə, benqal elçisi İsmayıl Mitaya bir xə-

lət geydirilərək ehsanlarla getməsinə izin verildi. 

Cümə axşamı günü Şeyx Camal da vəd fərmanları və inayət sözləri ilə 

Dudu ilə oğlu Cəlal xanın yanına göndərildi. O gün Mahım bəyimin adamı 

gəldi, o, Baği-Səfanın digər tərəfindən məktublar gətirdi. 

Şənbə günü İraq elçisi Murad Qurçu Qacarı qəbul etdim. 

Bazar günü, adət olduğu üzrə, Molla Məhəmməd Məzhəbə hədiyyələr 

təqdim edilərək getməsinə izin verildi. 

Bazar ertəsi günü Xəlifə  (369 b) ilə  bəzi bəylər çayın keçilə biləcək 

yerini təsbit etməyə göndərildi. Çərşənbə günü Xəlifə iki suyun arasındakı 

bölgəni tədqiq etməsi üçün təkrar göndərildi. 

Cənub tərəfdə Ari pərgənəsinin yaxınlığında yerləşən nilufər çiçəkli-



Zəhirəddin Məhəmməd BABUR  

 

 



386

yini gəzməyə getdim. Gəzinti əsnasında Şeyx Gürən nilufərin təzə toxumla-

rından gətirdi. Fıstığa çox bənzəyir və olduqca gözəl bir şeydir. Onun çiçə-

yinə, yəni nilufərə hindistanlılar kəvəl-kəkri, toxumuna isə dudə deyirlər. 

Sunun oradan yaxın olduğunu söylədilər, gedib seyr etdik. Sun çayı-

nın aşağı tərəfində çoxlu ağac gördüm. Oranın Münir olduğunu və Şeyx Şə-

rafəddin Münirinin atası Şeyx Yəhyanın məzarının orada olduğunu söylədi-

lər. Bu qədər yaxınına gəlmiş olduğumuz üçün Sunu keçərək, Sundan aşağı 

iki-üç küruh gedib Müniri seyr etdik və bağlarının arasından keçib məzarı 

ziyarət etdikdən sonra Sun sahilinə gəlib qüsl etdik və günorta namazını da 

bir az erkən qılıb ordugaha doğru hərəkət etdik. 

Atlar kök olduğu üçün bir neçə at geridə qaldı, bir neçə at isə yorul-

muşdu. Bir neçə adamı orada qoyub xəstələnən atları yığaraq su və yem ve-

rib yavaş-yavaş gətirmələrini əmr etdim. Əks təqdirdə, bir çox at tələf olardı.  

Münirdən dönərkən, bir adama Sunun sahilindən ordugaha qədər atı-

nın hər addımını saymasını tapşırdım. İyirmi üç min yüz (370 a) addım say-

mış ki, bu da qırx altı min iki yüz qədəm, yaxud on bir yarım küruh edir. 

Münirdən Suna da yarım küruh qədər olar. Dönüşdə beləcə on iki küruh qət 

etmiş olduq. Gedərkən hər tərəf seyr edilərək gedildiyi üçün on beş-on altı 

küruh qədər olmuşdur. Bu surətlə o gün otuz küruha yaxın gəzdik. Gecənin 

ilk pəhərindən altı geri keçəndə ordugaha gəldik. 

Ertəsi cümə axşamı günü Cunpurdan Sultan Cüneyd Barlas ilə Cun-

purdakı igidlər gəldilər. Gecikdikləri üçün onları bir az danlayaraq görüşmə-

dim. Qazı Ciyayı çağırıb söhbət etdim. 



 

SAVAŞ PLANLARI 

 

O gün türk və hind əmirləri məşvərətə çağrılaraq suyu necə keçmək 

haqqında danışdıq və buna qərar verdik: «Qanq ilə Saru çayının aralığındakı 

yüksək bir yerdə Ustad Əliqulu top-frəngi qurub, bir çox zərbzən və tüfəng-

əndazla oradan savaşacaq. İki çayın birləşdiyi yerdən bir az aşağıda yerləşən 

adada benqalların bir fili və bir çox gəmisi vardı, onun qarşısında Qanq ça-

yının Behar tərəfində də Mustafa ləvazaimatını hazırlayıb tamamlayaraq sa-

vaşa girəcək, bir çox tüfəngəndaz da onunla birlikdə olacaq. Məhəmməd 

Zaman Mirzə və yanındakılar da Mustafanın arxasında olub ona kömək edə-

cəklər. Ustad Əliqulu ilə Mustafanın əmrinə zərbzən atıb, (370 b) top qur-

maq üçün yer hazırlamaq üzrə bir çox istehkamçı, işçi və çavuş verildi. Si-

lah-sursatı toplayıb hazırlamaqla məşğul oldular. 

Sultanlar, əmirlər və xanlar sürətlə yürüyüb Həldi keçidindən Sarunu 

keçərək hazırlıqlı olacaq və bəlli bir zamanda o tərəfdən düşmənin üzərinə 

yürüyəcəkdilər. 

Bu zaman Sultan Cüneyd ilə Qazı Ciya səkkiz küruh yuxarıda daha 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə