Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə45/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   41   42   43   44   45   46   47   48   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
143
Müttəfiqlər isə Qarabağa hücum etdilər. Rüstəm onlara qarşı 
mübarizədə Ərdəbil  şeyxi Heydərin oğlu Sultanəliyə arxalandı. 
Baysunqur və onun müttəfiqləri 1493-cü ildə Əhər yaxınlığında 
darmadağın edildi, özü isə öldürüldü (45, s.111- 314). 
Ruzbixan Xunci bildirir ki, «Rüstəm 897-ci il rəcəb ayının 
axırıncı günündə (miladi 1492-ci ilin mayın 28-də) taxta çıxdı. 
Beləliklə,  Şirvanşahlar Səfəvi Cüneyd və Heydərın ölümünə 
görə məsuliyyətli idilər, Rüstəm axırıncının uşaqlarını azad etdi 
və onları Ayba-sultanla birlikdə Baysunqura qarşı göndərdi. 
İkinci toqquşmada Baysunqur (898-ci il zülqədə ayının 
əvvəlində – 1493-cü il avqustun ikinci yarısında) Gəncə yaxud 
Bərdə yaxınlığında həlak oldu» (364, s.144). 
Gödək  Əhməd XV əsrin sonlarında Azərbaycana hücum 
etdi və hakimiyyəti  ələ aldı. Hüseynəli Tərxan Gödək  Əhmədi 
padşah elan etdi və onun adına pul kəsdirdi. Həmin pullar 
Bərdədə  kəsilirdi. Bu vaxt şəhərin iqtisadiyyatı da bir qədər 
dirçəldi (332, s. 28). 
Gödək Əhməd 1496-cı ildə Naxçıvan yaxınlığında Rüstəm 
Mirzəni də  məğlub etdi. O, Ağqoyunlu dövlətini 
möhkəmləndirməyə çalışırdı. Lakin qiyam qaldırmış feodallar 
onu öldürdülər. Onun istəyi həyata keçmədi (45, s.123; 141). 
Muradın  əmisi olan Yusifin oğlu  Əlvənd Mirzə isə 
Diyarbəkrə  gələrək dayıları Qasım bəy və Rüstəm bəyin 
köməyilə  Ağqoyunlu taxtı  uğrunda mübarizəyə hazırlaşdı (45, 
s.123; 141; 304). XV əsrin axırında iki güclü varis – Murad və 
onun  əmisi oğlu  Əlvənd arasında mübarizə  kəskinləşdi. Lakin 
bu çəkişmə çox çəkmədi. 1500-cü ildə bağlanmış sülhə görə, 
Ağqoyunlu torpaqları iki yerə bölündü. Diyarbəkr, 
Azərbaycanın Kürdən cənuba doğru olan hissəsi, Qarabağ  və 
Qərbi Azərbaycan ərazisi Əlvəndə,  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
144
Ərəb  İraqı, Fars və Kirman isə Murada çatdı. Bu parçalanma 
tezliklə Ağqoyunlu dövlətinin dağılmasına səbəb oldu (24, s.43; 
45, s.111-113). 
1501-ci ildə  Şah  İsmayılın başçılığı altında Səfəvilər 
dövləti yarandı  və  qısa müddət  ərzində Azərbaycan  ərazisi bu 
dövlət ətrafında birləşdirildi (24, s.33; 45, s.113; 261, s.26; 282, 
s.64). 
Səfəvilər 13 bəylərbəylikdən ibarət ayrı-ayrı inzibati qu-
rum yaratdı. Bunlardan bir də Qarabağ  bəylərbəyliyi idi. 
Qarabağ bəylərbəyliyinin ilk əmiri Şahverdi sultan təyin olundu. 
Qacar nəslindən olan Ziyadoğlu sülaləsi  Şahverdi xandan 
başlayaraq nəsilbənəsil Qarabağ  bəylərbəyliyində hökmranlıq 
etdi. Qarabağ  bəylərbəyliyinə  Şəmkir, Zəyəm, Tovuz, 
Şəmsəddinqulu, Qazax, Borçalı, Bərdə, Beyləqan, Yevlax, 
Ağdam və digər yerlər daxil idi (48, s.26; 49; 282, s.64). 
XVI  əsrdə Osmanlı dövlətinin hücumları zamanı Krım 
xanı Qazi Gəray dəfələrlə  Gəncə-Qarabağ  əyalətinə basqın 
edərək Gəncə ilə Bərdə ərazisini talan etdi (49, s.15; 112, s.256). 
Krım xanı  Məhəmməd Gəray Osman paşa ilə birlikdə Kürü 
keçərək Gəncə, Qarabağ  və Muğana hücum etdi. Lakin 
Qızılbaşların  Şirvana daxil olduğunu eşidib geri qayıtdı (7, 
s.209). 
Osmanlı-Krım ordusunun törətdiyi dağıntılar, talan-
qarətlər nəticəsində Azərbaycanda aclıq və taun baş qaldırdı (7, 
s.209). 
1580-1581-ci illərdə Qazı Gəray və Səfi Gərayın başçılığı 
ilə tatar ordusu daha iki dəfə hücum etdi. Sonuncu yürüş zamanı 
Peykər xan Qacarın rəhbərliyi altında qızılbaş  dəstəsi Krım 
tatarlarını Şabranla Şamaxı arasındakı ərazidə qarşıladı. Peykər 
xan onları ağır məğlubiyyətə uğratdı. Qazi Gəray əsr düşdü. An-
caq hərbi əməliyyatlar davam etdirildi (7, s.209). 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
145
Krım tatarları Osmanlılara hakimiyyətlərini 
möhkəmləndirmək üçün çox mühüm köməklik göstərirdilər (7, 
s.209). 
XVI  əsrin sonlarında Osmanlıların hücumları gücləndi. 
Osmanlı sultanı III Muradın (1574-1594) vaxtında – 1578–ci 
ildə Mustafa paşa Azərbaycanı tutdu (8, s.245; 24; 48, s.26; 49). 
Sonra Qarabağ, o cümlədən Bərdə Osmanlıların  əlinə keçdi. 
Sultan qoşunları 1588-ci ildə  Məhəmməd xan Ziyad oğlu 
Qacarıın  əlində olan Qarabağı bütünlüklə  ələ keçirdi. 
Gürcüstandan keçib gələn Fərhad paşa Gəncə və Bərdəyə daxil 
oldu və Osmanlı  hərbi hissələrini burada yerləşdirdi. Osmanlı 
qoşunları  tərəfindən təqib edilən «Qacarlar» və  «İyirmidördlü» 
tayfaları Arazın cənub sahilinə geri çəkildilər (24, s.178). 
Osmanlı-Səfəvi münasibətlərini diqqətlə araşdıran Yaqub 
Mahmudov yazır: “Osmanlı imperiyası ilə Səfəvi arasında 12 ilə 
qədər davam edən yeni müharibə (1578-1590-cı illər) başlandı” 
(115, s.199). 
Bu müharibə nəticəsində bütün Azərbaycan  sultan III Mu-
rad tərəfindən tutuldu (24, s.179; 115, s.203). Əhalisinin çox 
böyük  əksəriyyəti yerli türk-müsəlmanlardan ibarət olan 
Qarabağ  əhalisi Səfəvi-Osmanlı qarşıdurması  nəticəsində 
bölgəni tərk etdi və bu səbəbdən də Qarabağda türk əhalisinin 
sayı, müvəqqəti də olsa, nəzərəçarpacaq dərəcədə azaldı. Bu 
zaman hakimiyyət dəyişikliyini düzgün qiymətləndirən 
Qarabağın xristian məlikləri boşalmış türk kəndlərini və 
torpaqlarını rüşvət və hədiyyələrlə ələ keçirdilər. Müasir erməni 
tarixşünaslığının Qarabağ  əhalisinin  əsrlər boyu ermənilərdən 
ibarət olması  və  hətta onların burada əksəriyyət təşkil etməsi 
haqqında uydurmaları Eçmiədzin keşişi İsrael Ori tərəfindən or-
taya  atılmış avantüranın nəticəsində yaranmışdır ki, onlar da 
həmin bu “faktlara” söykənir (49, s.19). 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə