Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə43/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   39   40   41   42   43   44   45   46   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
137
Teymurun Azərbaycana hücumu zamanı  Bərdə  şəhəri də 
dağıdıldı (178, s.27-30). Tədqiqatçıların qənaətinə görə, Teymu-
run (1333-1405) Gürcüstana hücumları zamanı (1402-1403) fa-
tehin qoşunu Bərdə – Gəncə – Şəmkir yolu ilə  hərəkət etmək 
üçün Ağdamdan – Bərdə – Yevlax istiqamətində getmiş, oradan 
Gəncəyə keçmişdi (48, s.25). 
Teymur Gürcüstanla sülh bağlayandan sonra Səmərqəndə 
getmək üçün geri qayıdarkən Azərbaycandan keçdi (8; 188, 
s.393). Bu zaman Azərbaycan digər vilayətlərlə birlikdə 
Miranşahın oğlu Mirzə Ömər tərəfindən idarə olunurdu. 
Teymurun ölümündən (1405-ci il) sonra onun vərəsələri 
arasında daxili çəkişmələr başlandı (8; 188, s.393; 312). 
Bu dövrdə
 
Qafqaz və Kiçik Asiyada yayılmış  oğuz 
tayfalarının bir qrupu qaramanlılar Kiçik Asiyada və digər 
yerlərdə kalonlar yaratmaqda mühüm rol oynayırdılar. Bu 
tayfanın cəsur nümayəndələrindən biri XV əsrdə  Gəncə  və 
Bərdənin hakimi olmuş Əmir Yar Əhməd Qaraman idi (22, s.32; 
336, s.163). 
XV  əsrdə Azərbaycan, həmçinin Qarabağ, teymurilərlə 
qaraqoyunluluların müharibə meydanına çevrildi. Azərbaycanda 
teymurilərə qarşı vuruşmuş Qaramanlı tayfasının başçısı  əmir 
Yar Əhməd bir müddət Bərdə və Gəncə şəhərlərini zəbt edib, bu 
şəhərləri idarə etməyə başladı, lakin o, tezliklə teymuri Baysun-
qur tərəfindən məğlub edildi (1433 – cü ildə) (45, s.110; 48, 
s.25; 309, s.23). 
Mirxond məlumat verir ki, «Yar Əhməd  və Qaraman 
oğulları Gəncə və Bərdədən olan böyük ordu halında birləşdilər. 
Digər sərdarlar, ölkə şahları və xeyli hakimlər, əmir Qara Yusif, 
o sıradan Hacı  Cəfər Təbrizli, Gürcüstan səfiri Baqrat və 
digərləri Qarabağa gəldilər. … Hər tərəfdən  əmirin 
iqamətgahına axışıb gəlir, onunla əlaqələri yaxşılaşdırmağa 
çalışırdılar. Yaz gələndə Teymur Qarabağdan  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
138
çıxıb Təbrizə getdi. Onun sərkərdələri bütün əyalətlərə yayılaraq 
öz hakimiyyətlərini qurmaqla məşğul oldular» (312, s.50). 
Mirxond həmin dövrün hadisələri barədə bildirir: 
«Qaramanlı  əmirliyinə  məlumat verdilər ki, Yar Əhməd 
Qaramanlı açıq şəkildə qiyam qaldırıb və əmirlər arasında xəbər 
yayıb ki, Mirzə Baysunqur vəzifəsindən kənarlaşdırılmalıdır» 
(312, s.50). Yar Əhməd bir müddət  Şahzadənin qoşununa 
müqavimət göstərsə  də, nəhayət, Mirzə Baysunqura təslim 
olmağa məcbur oldu (312, s.50). 
Yaranmış siyasi vəziyyətdən istifadə edərək bir çox 
vilayətlərin hakimləri, o cümlədən  Şirvanşah  İbrahim, xalq 
kütlələrinə arxalanaraq öz hakimiyyətlərinin müstəqilliyi 
uğrunda mübarizəyə qalxdılar  (188, s.393). 
Qısa bir müddətdə  İbrahim  Şirvanın müstəqilliyini bərpa 
etdi (203). Teymurilər bu vəziyyətlə razılaşmalı oldular. 
Şirvanın müstəqilliyini də tanıdılar. Belə  vəziyyətdə bir sıra 
vilayətlərdə, o cümlədən  Şəki hakimi, gürcü çarı, eləcə  də 
cənubi Azərbaycan feodalları kimi feodal hakimlər meydana 
çıxdı. Azərbaycanda, həmçinin Cənubi Qafqazda feodal 
hakimlər sırasında şirvanşah mühüm yer tuturdu. Teymuri Ömər 
Şirvanı özünə birləşdirmək istəyirdi. Ömərə qarşı Ərdəbil haki-
mi əmir Bestam Cəyir üsyan hazırladı. Ömər bundan xəbər tutan 
kimi onu zindana salmaq əmrini verdi. Bestam cənubi 
Azərbaycandan Qarabağa keçərək Şirvanşah İbrahimin yanında 
sığınacaq tapdı.  İbrahim, Ömərlə mübarizədən qaçmağın 
mümkün olmayacağını bilsə  də, Bestamı öz yanında saxladı. 
Tarixçilər qeyd edir ki, İbrahim Bestamla birlikdə  hərəkət 
edərək Kürü keçdilər və  Bərdədə dayandılar (188, s.393; 312). 
Yaranmış vəziyyətdən istifadə edərək şirvanşah Arranın bir neçə 
şəhərini zəbt etdi. Bestamın  Şirvana gəlişi  İbrahimlə Ömər 
arasında qarşılıqlı əlaqəni gərginləşdirdi. Ömər Şirvanşahdan  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
139
əmir Bestamı verməsini tələb etdi. Bu təklif İbrahim tərəfindən 
rədd edildi. İbrahim öz etirazını onunla əsaslandırdı ki, «yaydır, 
indi istirahət lazımdır, qışda isə Ömər Qarabağa qışlamağa gələn 
zaman  əmir Bestam onun ordusuna veriləcəkdir» (188, s.393; 
156; 312). 
Bu hərəkətlər  Şirvanşah  İbrahimlə Ömər arasında 
müharibənin başlaması üçün bəhanə oldu. Onların arasında Kür 
çayının hər iki sahilində gedən vuruşmalar uzun müddət davam 
etdi. Bu döyüşlər zamanı Qarabağın şəhər və kəndləri, həmçinin 
Bərdə xeyli zərər çəkdi (188, s.394; 312). 
XV  əsrdə Azərbaycan  ərazisində üç böyük dövlət – 
Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri mövcud idi. 
Qaraqoyunlu və  Ağqoyunlu  ərazisi Azərbaycanın cənubunu və 
şimalda Kür çayına qədər Gəncə  və  Şəmkiri  əhatə edirdi (141, 
s.5; 304, s.31). 
Azərbaycanın cənubi-şərqində yerləşən Qaraqoyunlu 
dövləti ilə onun qərbində yerləşən Ağqoyunlu dövlətləri 
arasında gərgin mübarizə gedirdi. Vaxtilə atasına qarşı üsyan 
etdiyinə görə üç dəfə  həbs edilmiş  Həsənəli qaraqoyunlu 
Cahanşahın ölümündən sonra qoşun toplamağa başladı. Lakin 
tezliklə Uzun Həsən tərəfindən  əzilən bu şahzadə  əvvəlcə 
Bərdəyə qaçdı, oradan da artıq hücumla Ərdəbilə  gəlib çatan 
teymuri Sultan Əbu Səidə pənah gətirdi (45, s.102; 156). 
Cahanşahın öldürülməsi ilə araya düşən qarışıqlıqdan 
istifadə edən Uzun Həsən dərhal böyük oğlu Sultan Xəlili 
Təbrizə yolladı  və bununla da Azərbaycan taxtına sahibləndi. 
Ancaq bu zaman Sultan Əbu Səidin Azərbaycana hücumu baş 
verdi və Uzun Həsən oğluna Təbrizdən çıxmağı  əmr etdi (45, 
s.103; 156). 
Qara Yusifin ölümündən sonra da Qaraqoyüunlularla 
Ağqoyunluların müharibəsi davam etdi. Qaraqoyunlu  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə