Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə101/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   94   95   96   97   98   99   100   101   102

 
304 
 
“Güc 
mərkəzləri”nin 
beynəlxalq 
münasibətlərdə 
davranışları 
 
Hal-hazırda  dövlətlər  arasında  münasibətlər  beynəlxalq 
hüquq  normaları  ilə  tənzimlənir.  Hüquq  normaları  dövlətlərin 
beynəlxalq müstəvidə davranışlarını müəyyən edir. Dövlətlərin 
beynəlxalq 
münasibətlərdə 
davranışları 
dedikdə 
həmin 
dövlətlərin  (“güc  mərkəzləri”nin)  müvafiq  beynəlxalq  hüquq 
normalarına  pis  və  ya  yaxşı  formada  (burada  normalara  əməl 
etmək  forması  və  səviyyəsi)  əməl  etmələri,  dövlətlərin  bir-
biriləri  ilə  münasibətlərinin  səviyyələri  başa  düşülməlidir. 
Buradan dövlətlərin beynəlxalq münasibətlərdə davranışlarının 
pis  və  ya  yaxşı  formaları  əmələ  gəlir.  Əgər  hər  hansısa  bir 
dövlət  beynəlxalq  hüquq  normalarına  hörmətlə  yanaşaraq  ona 
əməl  edirsə,  digər  dövlətlərlə  dostluq  və  əməkdaşlıq  münasi-
bətləri  yaradırsa,  digər  dövlətin  ərazi  bütövlüyünə  hörmətlə 
yanaşırsa, işğalçılıq siyasətinə əl atmırsa, deməli,  həmin dövlət 
beynəlxalq münasibətlərdə xoş davranış siyasəti həyata keçirir. 
Bunun əksinə olaraq dövlət beynəlxalq hüquq normalarına zidd 
olaraq  başqa  bir  dövlətin  ərazisini  işğal  edirsə,  vətəndaşlarına 
qarşı  terror  aksiyaları  həyata  keçirirsə,  münaqişələr  yaratmağa 
çalışırsa,  dövlətin  ərazi  bütövlüyünə  şübhə  ilə  yanaşırsa,  öz 
ərazisində  yaşayan  başqa  dövlətin  vətəndaşlarının  hüquqlarını 
pozursa,  deməli,    həmin  dövlət  beynəlxalq  münasibətlərdə  pis 
davranış  siyasəti  həyata  keçirir.  Ümumiyyətlə,  böyük 
dövlətlərin  beynəlxalq  münasibətlərdə  yaxşı  davranışları 
onların  strateji  maraqlarının  təminatı  uğrunda  həyata 
keçirdikləri  siyasət  ilə  bəzi  hallarda  ziddiyyət  təşkil  edir. 
Məsələn,  Sovet  dövlətinin  II  Dünya  müharibəsindən  sonra 
Şərqi  Avropa  ölkələrinin  tam  müstəqil  yaşamalarına  imkan 
verməyərək  özündən  asılı  etməsi  bu  super  dövlətin  pis 
davranışına  gətirib  çıxarırdı.  Bununla  yanaşı,  SSRİ-nin 
Əfqanıstana qoşun  yeritməsi və bu dövləti işğal etməsi SSRİ-
nin pis davranış siyasətinin nəticəsi olmuşdur. Eləcə də ABŞ-ın 


 
305 
 
Vyetnama qoşun yeritməsi, Əfqanıstanı və İraqı işğal etməsi də 
bu dövlətin beynəlxalq münasibətlərdə pis davranışı deməkdir. 
İran  beynəlxalq  təşkilatların  qərarlarına  məhəl  qoymayaraq 
özünün  strateji  maraqları  naminə  atom  sənayesini  yaratmağa 
çalışır. Bəyan edir ki, onun məqsədi dinc xarakterlidir və atom 
enerjisindən  istifadə  üçündür.  ABŞ  isə  bu  siyasətin  əleyhinə 
çıxır.  
Beynəlxalq  münasibətlərdə  pis  davranış  siyasətini  əsasən 
güclü  olan  böyük  dövlətlər  kiçik  dövlətlərə  qarşı  həyata 
keçirirlər.  Böyük  dövlətlər  ya  birbaşa,  ya  da  digər  dövlətləri 
təhrik  etməklə  başqa  kiçik  dövlətlərə  qarşı  pis  rəftar  edirlər. 
Məsələn,  Rusiyanın  köməyi  ilə  Azərbaycan  torpaqlarının 
Ermənistan  tərəfindən  işğalı  Rusiyanın  Azərbaycana  qarşı  pis 
rəftar  etməsi  deməkdir.  Böyük  dövlətləri  arxasında  görən 
Ermənistan  Türkiyəyə  qarşı  da  pis  rəftar  edir.  Həmçinin 
Gürcüstanın  ərazilərinə  iddiası  vardır.  Eləcə  də  Gürcüstan 
ərazisində  Abxaziya  və  Cənubi  Osetiya  kimi  qeyri-qanuni 
qurumların  Rusiya  tərəfindən  dəstəklənməsi  Rusiyanın 
Gürcüstana qarşı pis rəftarı kimi qəbul edilməlidir. Bir dövlətin 
digər  dövlətə  qarşı  iqtisadi  təzyiqləri  də  pis  rəftar  kimi  qəbul 
edilməlidir.  İqtisadi  amillər  təsir  vasitələri  olsalar  da,  bu 
vasitələrin  istifadə  edilməsinin  özü  qeyri-etik  davranış  kimi 
başa  düşülməlidir.  Məsələn,  Rusiyanın  Avropaya  qarşı  enerji 
amilindən  təsir  vasitəsi  kimi  istifadə  etməsinin  özü  də  qeyri- 
etik  davranış  deməkdir.  ABŞ  Konqresinin  heç  bir  səbəb 
olmadan  Azərbaycana  yardıma  qadağa  qoyan  Azadlığa 
Müdafiə  Aktına  “907-ci  düzəliş”  etməsi  ABŞ-ın  qeyri  etik  və 
ayrı-seçkilik siyasəti kimi qəbul edilməlidir.  
 


 
306 
 
Dövlət  gücünün  beynəlxalq  münasibətlərdə  sülhün 
təmin edilməsində əhəmiyyəti 
 
Beynəlxalq  münasibətlərdə  dövlətlərin  özləri  iştirak 
etdiyindən,  beynəlxalq  siyasi  hərəkətlərə  xas  olan  və 
tənzimləmə 
obyekti 
olan 
rəqabəti, 
balanslaşdırmanı, 
tənzimləmə  proseslərini,  bu  baxımdan  inkişaf  proseslərini, 
həmçinin  münaqişə  və  böhranların  meydana  gəlməsini 
şərtləndirən  şəraitlərin  formalaşması  proseslərini  də  məhz 
onların  özləri  həyata  keçirirlər.  Beynəlxalq  münasibətlərdə 
dövlətlərin  fəaliyyətləri  zamanı  maraqlar  arasında  uyğunluq, 
oxşarlıq,  paralellik  və  ziddiyyətlər  mövcud  olur.  Beynəlxalq 
münasibətlərin  regional  və  qlobal  səviyyədə  tənzimlənməsi 
prosesləri  müqayisə  baxımından  daha  çox  böyük  gücə  və 
potensiala  sahib  olan  dövlətlər  tərəfindən  həyata  keçirilir. 
Böyük  güclər  (güc  mərkəzləri  olan  ittifaqlar)  bir  tərəfdən 
beynəlxalq  siyasətin  müstəvisində  ağırlıq  mərkəzlərini 
yaradırlarsa,  digər  tərəfdən  də  bu  ağırlıq  mərkəzləri 
(potensialı  özündə  əks  etdirən  geosiyasi  mərkəzlər)  hesabına 
həmin  məkanlarda  nəzarət  funksiyası  yerinə  yetirirlər. 
Beynəlxalq  münasibələrin  tənzimlənməsi  bu  münasibətləri 
tənzim  edən  güclər  arasında  da  təsnifatı  meydana  gətirir. 
Böyük  güclər kiçik güclər üzərində (kiçik dövlətlər üzərində) 
“nəzarətedici”  funksiya  yerinə  yetirərək  mühüm  funksional 
əhəmiyyət kəsb edirlər və böyük dövlətlərin gücləri və onların 
ümumdünyaya  nəzarətləri,  eləcə  də  beynəlxalq  vəziyyətlərə 
dair  müşahidələri  orta  və  kiçik  dövlətlər  üçün  bir  üst  nəzarət 
funksiyasını  həyata  keçirmək  kimi  məna  verir.  Dövlətlər 
arasında  olan  əlaqələr  və  dövlətlərin  müxtəlif  güclərə  malik 
olmaları  təbii  ki,  beynəlxalq  əlaqələrdə  müəyyən  iyerarxik 
qaydaları  əmələ  gətirir.  Dövlətlər  arasında  olan  qaydalar  isə 
beynəlxalq 
hüquq 
qaydalarıdır 
ki, 
bu 
qaydalar 
da 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə