Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.

səhifə15/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

 

57

“Son mənzili Xəzər oldu” əsərinin  ədəbiyyat və  sənət tariximizin 



öyrənilməsində  məziyyətləri çoxdur. Lakin onun ən önəmli cəhətlərindən biri 

əsərdə Seyid Hüseynin kiçik qardaşı Mirpaşanın şəxsiyyətinin işıqlandırılmasıdır. 

Sənət tariximizə sadəcə Mirpaşa adı ilə daxil olmuş inqilaba qədərki dövrdə Dövlət 

Teatrının aktyoru kimi fəaliyyət göstərən meyxana ustasının şəxsiyyəti uzun illər 

tədqiqatçılar üçün qaranlıq qaqlmışdır. Mirpaşanən həyatı  və  fəaliyyəti haqqında 

ilk dəfə geniş məlumat verən əsər məhz “Son mənzili Xəzər oldu” romanıdır. Bakı 

və Kəndlər Birliyinin Ali Məclisinin sədri Nəsir Ağayevin təşəbbüsü və Rəhimağa 

İmaməliyevin tərtibatı ilə 1993-cü ildə  nəşr olunan “Abşeron meyxanaları” 

toplusuna Mirpaşanın  Əli  İslamla deyişmələri də daxil edilmişdir, lakin kimliyi 

barədə əldə məlumat olmadığı nəzərə çatdırılır: “Doğum və ölüm tarixləri məlum 

deyil. Azərbaycan klassik ədəbiyyatının, o cümlədən meyxana janrının mahir 

biliciləridir. Bioqrafiyaları və başqa əsərləri haqqənda məlumat yoxdur”. Halbuki 

Qumral Sadıqzadənin  əsərində verilən məlumatlara  əsasən Mirpaşanın 

bioqrafiyasını öyrənməyə və digər əsərlərini də müəyyən qədər üzə çıxartnağa nail 

olduq. Mirpaşanın həyat və fəaliyyəti  “Erməni qəsdinin qurbanı olan sənətçi” adlı 

elmi məqaləmdə öz əksini tapmışdır (“525-ci qəzet”, 5 sentyabr 2008 – ci il).  

Ümid edirik ki, əldə etdiyimiz məlumatlar uzun illər teatr tariximizin ağ qalan 

səhifələrini qismən  örtməyə yarayacaqdır.  

2000-2008-ci illəri Qumral Sadıqzadənin həyatında bədii yaradıcılıq 

baxımından  ən məhsuldar bir dövr hesab edə bilərik. Bu illər  ərzində dövri 

mətbuatda ədibin bir-birindən maraqlı povest və hekayələri görünmüşdür: “Analar 

tək qalmasın” (povest), “Uzunçu”, “Deyingən” və s. hekayələri. Bu günə qədər də 

yazıçının qələmi öz itiliyini saxlayır və fəaliyyətini davam etdirməkdədir. Sonuncu 

hekayəsi – “Xəsisliyin dərəcəsi” “Ədəbiyyat” qəzetinin 15 sentyabr 2008 tarixli 

nömrəsində dərc olunmuşdur. 

Qumral Sadıqzadənin bədii yaradıcılığında diqqəti çəkən məqamlardan 

birincisi onun öz hekayələrində xarakterlər yaratmasıdır. Yazıçının xarakter 

hekayələrinin əsas ideyası isə bundan ibarətdir ki, insanın həyatını onun xarakteri 

müəyyənləşdirir. Biz bu hekayələrdə xarakterin situasiyadan deyil, situasiyanın 



 

58

xarakterdən asılılığını müşahidə edirik. Yəni



,

 müəllifə görə,  əslində  həyatın 

çətinliyi və ya asanlığı  şərt deyil, əsas insanın onu necə qavramasıdır. Mühüm 

məqamlardan biri də budur ki, xarakter yalnız fərdin özünə deyil, həm də onun 

əhatə olunduğu mühitə  əhəmiyyətli dərəcədə  təsir göstərir. Göstərilən cəhətlər 

müəllifin yalnız xarakter hekayələri üçün deyil, həm də vəziyyət hekayələrinə də 

şamil edilə bilər. Birincilərdə (“Uzunçu”, “Deyingən”, “Qönçə arvad”, “Gəlinbacı 

paltar yuyur”, “Xəsisliyin dərəcəsi” hekayələrində)  xarakter vəziyyəti yaradırsa, 

ikincilərdə (“Analar tək qalmasın”, “Təranə” povestlərində) situasiyanın yenə  də 

xarakterdən qaynaqlandığını görürük.  

“Uzunçu” hekayəsində müəllif xarakterin mühitə  təsirini belə ifadə edir: 

“Belə adamla qatarla uzaq yol getməyi, bir dam altında yaşamağı, xüsusən ailə 

qurmağı Allah keç kəsə qismət eləməsin! Bu o deməkdir ki, ömrünü vaxtından 

qabaq çürüdəcəksən.” Bu cümlələr  əslində yazıçının bütün xarakter hekaylərinə 

epiqraf kimi səslənir. “Uzunçu” hekayəsində Xavərin  əri Eyvaz arvadına bircə 

kəlmə sözü çatdırmaq üçün bütün gün ərzində baş verən  əhvalatları danışmaq 

cəhdindədir. Bu isə yalnız Xavəri deyil, hətta onları ayaqüstü yoluxmağa gələn 

qonağı da təbdən çıxarır:  

“ – Ay Xavər, sən bununla necə dolanırsan? Adam lap dəli olar, vallah... 

-

 



Mən yazığın gününü görürsən də. Belə söhbətlərdən hər 

gün başım  şişir. Mən bilən, dükana gələn müştərilər də onun bu xasiyyətindən 

təngə  gəlib bir də ora ayaq basmırlar.”  Əslində 

,

 bu şikayət ticarətə qoşulan 



Eyvazın öz xarakterinin onun seçdiyi sənətə uyğun olmammasıdır ki, bununla da o, 

həyatını iflasa uğradır. 

“Deyingən”  əsərində isə Nüsrətin xasiyyəti  sözün həqiqi mənasında arvadı 

Nazilənin “ ömrünü vaxtından qabaq çürüdür”. Müəllif 

,

 Nüsrətin xasiyyətini 



Nazilənin dili ilə açıqlayır: “- Dünyada elə insanlar var ki, özündən zəif, gücsüz 

olanları döyüb incitməkdən, əzab-əziyyət verməkdən həzz alırlar, belələrinə sadist 

deyirlər. Mənim aləmimdə Nüsrət də sadistdir, ancaq o, döyməkdən yox, başqasını 

haqsız yerə  əsəbləşdirməkdən həzz alır, qəsdən ona pislik edir. Bu bəlkə  də bir 




 

59

xəstəlikdir, müalicə olunmayan xəstəilkdir.”  Ərinin xasiyyətindəki islaholunmaz 



qüsura davam gətirə bilməyən Nazilə boşanmağa qərar verir.  

“...Ərindən ayrılıb anasıgilə  pənah aparacağına ümid bəsləyən, lakin 

mənzillərinin həqiqətən çox darısqal olduğunu başa düşən, otaq kirayə edib 

gələcək körpəsilə tək yaşamağın maddi cəhətdən mümkün olmayacağını düşünən, 

bir də “camaat nə deyər” məsələsini nəzərə alaraq Nazilə boşanmaq fikrindən  əl 

çəkdi.” Problemlərini həll edə bilməyən qadın  ən ümidsiz bir ehtimalla – 

“gələcəkdə  ərinin xasiyyətinin yaxşılığa doğru düzələcəyi ümidi ilə” bu yaşayışa 

dözdü. Lakin xarakterlərin yaratdığı mühitdə Nazilə nəfəs ala bilmədi, məhv oldu. 

“Gəlinbacı paltar yuyur” hekayəsində isə müəllif tipik vasvası obrazı 

yaratmışdır. Bu əsərdə də Bilqeyis xanımın ətrafındakılar onun ifrat təmizkarlığına 

məhkum olunmuşlardır.  Əsərin sonunda müəllifin qeydindən məlum olur ki, 

hekayənin mövzusu tamamilə  həyatdan götürülüb:  “Bilqeyis xanım on-on beş il 

bundan qabaq səksən iki yaşında dünyasını  dəyişib. Allah ona qəni-qəni rəhmət 

eləsin! Bu yazıya görə qoy ruhu inciməsin.”  Əslində Qumral Sadıqzadənin 

qəhramanlarının prototipi hər kəsin yaşadığı mühitdə var və nəfəs aldığımız havanı 

qatılaşdıran da məhz onlardır. Müəllif bu hekayələrlə  hər kəsi öz daxilinə, öz 

xislətinə  nəzər salmağa səsləyərək insanın özünü tanımağa və  islah etməyə 

ehtiyacı olduğuna inandırmağa çalışır.  

“Qönçə arvad” hekayəsində Asifin mövhumatçılığı  ətrafındakıları da 

yoluxdurub onların həyatını mürəkkəbləşdirir. Asif xalasını  və onun qızını 

qonşuluqda yaşayan Qönçə arvadın ayağının uğursuzluğuna inandırmaqla onları da 

özü kimi bu cəfəngiyyatdan asılı vəziyyətə salmağa nail olur: “O gündən etibarən 

ana da, qız da bir yerə getmək üçün evdən çıxanda özləri də hiss etmədən qeyri-

ixtiyari əvvəlcə həyətə baxır, Qönçə ilə üz-üzə gəlməməyə çalışırdılar”.  

Qumral Sadıqzadənin romanından sonra iri həcmli  əsərləri povestləridir: 

“Analar tək qalmasın”, “Təranə” və “203 nömrəli palata”. “Analar tək qalmasın” 

əsəri bu povestlər içərisində  ən tipik vəziyyətə  həsr olunmuş  əsərdir və 

ictimaiyyətimizin ağrılı mövzularındandır.  Əsərin ilk cümləsini təşkil edən 

mənzərənin  şahidi olmayan yəqin ki yoxdur: “Avtobus dayanacağa yaxınlaşanda 





Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə