Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə11/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

 

45

Rza 



D

arablı  əfəndi də ibtidada komik idi. O, bütün müqtədir aktyorları 

eynilə təqlid edirdi. Yalnız aktyorlar deyil, hər kəsi kəndi tövr və hərəkətilə, ahəng 

və  ləhcəsilə  təqlid etmək onun xüsusi bir əyləncəsi idi.  Daha üç həftə bundan 

əvvəl Rza Darablı mərhum Hüseyn Ərəblinskini Nadir şah rolunda təqlid etməklə, 

Nadir şah kimi mühüm və ciddi rolu oynamaqla “Nadir şah” faciəsində iştirak etdi. 

Iki həftə  əvvəl “Ağa Məhəmməd  şah Qacar” faciəsində    Ağa Məhəmməd  şah 

rolunu oynadı. Hətta “Leyli və Məcnun” operasında Məcnunun rolunu Hüseynqulu 

Sarablını təqlid etməklə Teymurxanşurada oynadığı məşhurdur.  

Rza Darablı  səhnəmizə ilk bir komik olaraq çıxmış isə  də, lakin son 

zamanlarda kəndisinə daha ciddi bir vəziyyət taxınıb, faciələrdə də iştirak etməyə

həm də ciddi və mühüm rollar oynamağa başlamışdır. 

Bizim səhnəmizdə Rza Darablı yeganə bir aktyordur ki, kəndisinin 

xüsusiyyəti – rol məhdudluğu yoxdur. O, amplua tanımaq istəməz. Nə kimi bir rol 

olursa-olsun, biməhaba öhdəsinə alıb oynar. 

Rza Darablını bir gün “O olmasın, bu olsun” operettasında hambal kimi 

məsxərəçi bir rolda görüyoruz, ötəki gün Nadir şah kimi bir qəhrəman, daha başqa 

bir gün “Qaçaqlar” faciəsində  Şpiqellir kimi fitnəçi, yarın Kamal kimi hissi-

intiqam ilə yanıb-yaxılan, bu uğurda cinayət irtikabından belə çəkinməyən bir cani 

tiplərində görürük.  

Rza Darablının bacarmadığı bir şey yoxdur. O hər  şeyi bacarır. Hətta son 

müsamirələrin birində  məşhur xanəndə Seyid Şuşalını segah oxuyarkən təqlid 

etmişdir. 

Rza Darablı  səhnəmizdə müqtədir bir aktyor olmaqla bir məktəbi-bədayi 

hüsulə  gətirməsinə amil ola biləcəyi ümid edilməktədir. Bizdə komik aktyor 

çoxdur. Rza Darablı ilə Əbülhəsən Anaplı o aktyorların cümləsindədir ki, əbədən 

şarj etməzlər. Qayət təbii surətdə tipləri kəndilərində təzahür etdirirlər.  

Ümid edilir ki, yarınkı şərəf (benefis) günü münasibətilə teatr və səhnəmizin 

tərəqqisini istəyənlər bu iki aktyorumuzu təqdir edər, onları unutmazlar.  

            




 

46

(Cəfər Cabbarlı. Əsərləri, dörd cilddə, IV cild\ Tərtibçi: Asif Rüstəmli, 



Bakı, 2005, səh.129-130) 

 

 



  

                                                                          Könül Nəhmətova.  Məqalələr 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNƏ GEDƏN YOLDA  

SEYİD HÜSEYNİN FƏALİYYƏTİ 

 

 

Seyid Hüseynin siyasi dünyagörüşü “Müsavat” partiyasının təsiri 

altında formalaşmışdır. 1918-ci ildə “Təqsir kimdədir” məqaləsində müəllif 

yazırdı: “Rusiya inqilabı onun daxilində yaşayan millətlər üçün bir imtahan 

meydanını  təşkil etdi. Hər millət bu meydanda özünün həyat və siyasət 

dərslərində layiq olduğu dərəcəyi, nömrələri qazandı, aldı”.  Seyid Hüseynin 

mədəni-ictimai fəaliyyətinin yorulmaz tədqiqatçısı Aydın Hüseynzadə ədibin 

fikirlərinə münasibətini bildirmək üçün yazırdı: “Müəllif öz azadlıq və 

istiqlaliyyətini 

əldə


 etmək üçün Azərbaycan xalqının da belə bir inqilaba 

ehtiyacı olduğunu söyləyir. Lakin həmin illərdə ölkədə yüksələn və ciddi şəkil 

alan inqilabi hərəkatı, Azərbaycan xalqının siyasi mübarizə meydanına 

atılmasını layiqincə qiymətləndirməyi bacarmayan mühərrir dünyagörüşünün 

məhdudluğu nəticəsi olaraq böyük bir səhvə yol verir: “Bizim imtahanda 

ümidli nömrələr alacağımız şübhəlidir” – deyir, xalqın qələbəsinə, qüvvəsinə 

inamsızlığını bildirirdi”

12

. S.Hüseyni dünyagörüşünün məhdudluğunda 



təqsirləndirməklə  tədqiqatçı böyük yanlışlığıa yol vermişdir. Hələ 1911-ci 

ildə S.Hüseyn “Müsavat” partiyasının gizli bəyannaməsinin hazırlayacaq 

qədər öz dairəsinin etimadını məhz ictimai-siyasi dünyagörüşünün sayəsində 

qazanmışdı. Elə bu bəyannamədə  də S.Hüseyn “jandarmi-aləm” ləqəbi ilə 

müləqqəb olan Şimal ayısı Rusiya hökuməti-müstəbidəsi”nin “aləmi-İslamın 

                                                 

12

 A.Hüseynzadə.Seyid Hüseynin pedaqoji fəaliyyəti və maarifçilik görüşləri. “Maarif”, 1991. 




 

47

başına gələn bəlaların əksərinə, bəlkə də həpsinə” səbəb olmasını bəyan edir 



ki, tarix ədibin ehtimallarını eynilə  təsdiqləyir. Məhz 

,

 buna görə  də bu 



imtahanda  İslam aləminin bir parçası olan Azərbaycanın “ümidli nömrələr” 

alacağına  şübhə ilə yanaşır.  Ədib Azərbaycanın başı üzərindəki pəncənin 

ağırlığını bütün gerçəkliyi ilə  dərk edirdi. Elə bu deyilənlər kifayət edir ki, 

S.Hüseynin şübhəsini “mühərrir dünyagörüşünün məhdudluğu nəticəsi” kimi 

deyil, siyasi uzaqgörənlik kimi qiymətləndirək. 

Hüseyn Baykara “Müsavat” partiyasının yaranmasının ilk mərhələsi 

haqqında yazırdı: 

“1911-ci ildə belə bir vəziyyətdə vaxtı ilə M.Ə.Rəsulzadə ilə 

S

osial-


D

emokrat partiyasının “Hümmət” təşkilatında çalışan üç nəfər fəhlə -  

A.Rəsulzadə, Abbasqulu Qasımzadə və Vəli Mikayıl oğlu ilə birlikdə qeyri-

leqal təşkilat yaratmağı planlaşdırırlar. “Hümmət” təşkilatının üzvləri olan bu 

üç nəfər partiya yaratmaq fikrində olduqları zaman 

onlardan biri dəftərxana 

dükanı açaraq ticarətlə məşğul olurdu, o biriləri isə sərbəst çalışırdılar

. Ancaq 


onların heç biri bir partiya proqramını hazırlayacaq siyasi savada malik 

deyildilər. Onlar yaratdıqları partiyaya “Müsavat”adını qoymaqla çox anlamlı 

ad seçmişdilər. Bu partiyanın qəbul etdiyi proqramda islam dini ön plana 

çəkilirdi”

13

.  


 Hüseyn  Baykaranın fikirləri də bizə Seyid Hüseynin “Müsavat” 

partiyasının yaranmasındakı  əvəzedilməz fəaliyyətinin olması  qənaətinə 

gəlməyə imkan verir. Ehtimal ki, partiya proqramı da ilk dəfə  məhz Seyid 

Hüseyn tərəfindən hazırlanmışdır. Proqramın bütün maddələrində əks olunan 

ideyalar Seyid Hüseynin publisistik yaradıcılığında ictimai-fəlsəfi-estetik 

təfəkkürünün əsas  müddəaları kimi səslənir.  

 “Müsavat”ın ilkin qəbul etdiyi proqram islam birliyi üzərində 

qurulmuşdu və islami ideyalara daha çox üstünlük verilirdi. “Onun 

proqramında öz istiqlalını itirmiş müsəlman xalqlarına yardım və istiqlal 

qazanmış müsəlman məmləkətlərinə kömək fikri əsas yer tuturdu. İlkin 

                                                 

13

 Hüseyn Baykara. Azərbaycan istiqlal mübarizəsi tarixi. Azərbaycan Dövlət nəşriyyatı, 1992, səh.184. 




Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə