Microsoft Word bir omrun qelpeleri doc


«Коммунист», 23 февраль 1921



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə9/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

 

37

 



 

«Коммунист», 23 февраль 1921. 

“Восточная  Консерватория  готовился  к  устройству  траурного  вечера  в 

честь павших героев – артистов Гостеатра  т. Анаплинского и Мир-Паши.  

Программа: 

1).  Речи:  биография  героев  и  значение  потери  их  в  области  Восточной 

музыки. 


2).  Музыка:  Похоронный  марш,  тасниф  посвященный  героям – исполнит 

Восточный  Симфонический  Оркестр.  Все  остальные  номера  программы 

грустного содержания.  

                                                                               Заввостконс Оганезашвили 

24  февраля  в 7 ч.  в  помещении  Рабочего  клуба  на  Баилове  назначиется 

Заседание  Совета  Рабочих,  Крестянских  и  Красноармейских  Депутатов 

Ваилов  Биби  Эмбатского  Района  совместно  с  Промыслов  Заводскими 

Комитетами.  В 6 ч.  веч.  в  том  же  помещении  заседание  фракции 

Коммунистов Совета.   

    

 

 

“Kommunist”, 24 fevral 1921-ci il. 

Azərbaycan hərbi işləri maarifi, xarici işlər, daxili işlər, xalq kommisarlıqları 

səhnə xadimləri və  məşhur artistlərdən  əbülhəsən anaplı  və Mir Paşanın canilər 

əlində facianə bir surətdə qətl edildiklərini yas və təhsir ilə ümuma bildiriyorlar.  

Mərasim dəfni bu gün,  fevralın 24-də olacaqdır. 

 

 



Azərbaycan Sovet Ensiklopediyası 

“Əbülhəsən Məmmədov Anaplı 1894-cü ildə Quba rayonunda anadan 

olmuşdur. Əbülhəsən kiçik ikən anası və qardaşı ilə birlikdə Bakıya köçmüşdür. O, 

yoxsul ailədə böyüməsinə baxmayaraq tez-tez şəhərdə  çıxış edən aktyor 




 

38

truppalarının tamaşalarına baxmağa böyük həvəs göstərir. Nəhayət, çox çəkmir ki, 



Azərbaycan artistləri ilə dostlaşaraq teatrda işləməyə daxil olur. Ə.Anaplının səhnə 

fəaliyyəti Z.Hacıbəyovun 1913-cü ildə tamaşaya qoyulmuş “Evli ikən subay” 

musiqili komediyasındakı Qaraçı rolunu oynaması ilə başlayır.” 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

39

 



ƏLİ ABBAS RZAZADƏ 

 

“Kommunist”, 23 fevral 1921 

 

Neçə  yıllardır ki, türk səhnəsini fələk nəzərdə dutub. O səhnəyə  hər bir az 



fasiləsində bir zərbə yetirmək ilə sənayei-nəfisə xadimlərini dağdar etməkdədir. 

Az müddətdə canilər əlində çabalayan bir halda Ərəblinskini itirdik. Bir az 

sonra Vəli kimi gözəl bir aktyorun ölüm xəbərini eşitdik. Daha bir az sonra 

şəhərimizdə  vəfat edib qərib, heç kəsiolmayanlar kibi dəfn olunan Cahangir 

Zeynalovun ölüm xəbərini Seyid Hüseyn Sadiq qəzetdə yazdığı  təziyət 

məqaləsindən öyrəndik. Hacınski kibi gözəl artisti səhnəmizə çox görən fələk 

Hacıbaba Şərifov kibi səhnə xadimini dəxi əlimizdən aldı. Bu gün də Qarabağdan 

qəmli xəbərlər eşidirik. 

Məlum olur ki, Əbülhəsən Anaplını  və Mir Paşa Sadıqovu qanlı canilər – 

daşnaqlar qətl etmişlər. Anaplının zərifanə çıxışlarını və Mir Paşanın Əli İslamla 

söylədikləri meyxananı görən və  eşidənlər,  əlbəttə bilirlər ki, səhnəmiz nə  qədər 

böyük tələfat verir. 

Bu gün əgər avropalılar bir sənayei-nəfisə  işçisini itirər isə, bütün nasif və 

təhrirlər ilə  bərabər özünə  təsəlli vermək üçün yüzünü özlərinin sənaeyi-nəfisəyə 

dair məktəblərinə dikib söylüyorlar: Bu itkinin əvəzinə qalan məktəb bizə neçə 

dəfə artıq işçi verər. 

Əcəba biz türk və Şərq səhnəsinin, türk və Şərq sənaeyi-nəfisəsinin işçiləri 

ikinci Anaplı  və Mir Paşaları yetirən hanki məktəbə öz yaş  və dolu gözlərimizi 

dikib onlardan kömçk gözləyək? 

Hanki məktəb bizə Anaplı verəcək ki, öz istedadıyla ümumnasın 

məhəbbətini qazansın? 

Hanki məktəb bizə  əli  İslama yoldaş olmaq üçün Mir Paşa verəcək ki, 

onların səhnəyə çıxışını dörd göz ilə gözləyən camaat təsəllivar olsun? 

Amma qanlı daşnaq bir dəfə anlamalıdır ki, türk aktyoru azadə bir sənətkar 




 

40

olub da həmişə  kəndli və  fəhlə içində  işləyib, acı  həqiqəti onlara anladıb.  İmdi 



böylə  tələfatlar yetər, aktyorları azadə  səhnəmizdən cəmaatimizə verilən ruhani 

qəzadən bir an geri durmağa vadar etməz. Biz öz müqəddəs vəzifəmiz ifasında 

həmişə bərqərar varız və olacağız da. 

Yatdığınız yer sizə rahat olsun, ey türk səhhəsinin tez tulu və tez       edən 

yıldızları. 

Anaplı və Mir Paşanın qətli münasibətilə səhnə xadimlərinə   diləriz. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə