Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə17/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
1   ...   13   14   15   16   17   18   19   20   21

 

63

Seyid Hüseyn “Hər kəs özü özünün idealı olmalıdır” fəlsəfi təfəkkürünün 



təcəssümüdür.  

  İlk baxışda çox şəxsi görünən bu əsəri üzə  çıxarmaq istəyimdə bir qədər 

tərəddüdlərim oldu. Yazıçının ailə üzvlərindən icazə almağı düşünürdüm ki,  

araşd


ı

rmalar müstəqil qərarıma təkan verdi (Amma yenə  də Qumral xanım 

Sadıqzadənin icazəsini aldım – K.N.): 

  Birincisi,  Seyid  Hüseyn  özü  bu  əsəri oxucularına ünvanlamışdır.  

Qənaətimi  əsərin bir cümləsi ilə  təsdiq edəcəm: “Allaha, Qurana and içmirəm, 

çünki onlara bir o qədər də ehtiramım yoxdur” (Əstəğfurullah  - K.Nəhmətova). Bu 

cümlə cismini qorumağa çalışan repressiyaya uğramış ruhun iniltisidir, əsərin çapa 

icazə veriməsinin asanlaşdırılması xatirinə yazılıb. Seyid Hüseynin mənsub olduğu 

ailə, böyüyüb boya-başa çatdığı ortam, onun dini təhsili insanı mütləq imanlı 

yetişdirməliydi. Fondunda saxlanan Qurani-Kərimin yarımçıq səhifələri  və 

inqilaba qədərki əsərləri də bunu təsdiq edir.   

   İkincisi, görkəmli  ədəbiyyatşünas, Seyid Hüseyn yaradıcılığının 

tədqiqatçısı Aydın Nüseynzadə    ədibin ikicildliyi üçün nəşrini təklif etdiyi 

əsərlərinin siyahısında “Həqiqət illüzyonu” da vardır.  

     Zamanında oxucularına ünvanlanmış, lakin  dövrünün “tələblərinə” cavab 

vermədiyi üçün adresatına çatmamış bir məktubu bu gün həmin oxucuların 

xələfləri kimi oxuyub və dəyərləndirmək bizim üzərimizə düşür.                    

                                                                                          

                                                                                          Könül Nəhmətova              

                                                                      filologiya üzrə fəlsəfə doktoru  

                                                

 

 

 



 

 

 


 

64

                                                                    Seyid Hüseyn Sadıqzadə 



 

 HƏQİQƏT  İLLÜZYONU 

 

                                                                 



 

 

 



 

  Yazıçılarda, xüsusilə, hekayəçilərdə bu hal bəlkə də bir xəstəlikdir. O, istər 

ki, oxucusu yazılan əsərin həqiqət olduğuna inansın. Bu xəstəlik məndə də vardır. 

Bəzən xəstəliklər insanı  çıxılmaz mövqeyə qoyar. Mən də  həqiqət illüzyonu 

ardınca qoşduqda, tamamilə  çıxılmaz bir girdaba düşdüm. Böhranlı bir ailə 

dramasına uğradım. Bu saət haman dramanın təsirilə bu sətirləri yazıram. 

   Səhər tezdən evdən çıxarkən rəfiqəm 

Ümgülsüm


  xəstə idi. Neçə gündən 

bəri ayağı şiddətli surətdə ağrıyırdı.Saət 3 radələrində məktəbdən evə qayıdarkən 

hazır əlbisə satan bir mağazanın önündən keçdikdə 

Ümgülsümü

 xatırladım . Onun 

ayaq ağrısı məni narahat etməyə bilməzdi. Bizim bir fizik müəllimi var idi.   İki il 

əvvəl onun da ayaqları ağrımağa başladı. Sonra anlaşıldı ki, ayağı vasnilin etmişdi. 

Tam iki aya qədər yatdı. Birdən Ümgülsüm də böylə yatacaq olarsa... Haman saət 

bu məşum fikri başımdan uzaqlaşdırmaq istədim. Müvəffəq olmadım. Nəhayət, 

evə yetişdikdə onu yataqda uzanmış gördüm. Rəngi tamamilə saralmış,  bir xəstə 

sifət almışdı. Gözləri bir qədər çuxurlamışdı belə ... 

-

 



Necəsən? – deyə soruşdum. 

-

 



Bir cavab vermədi. Cavabında bir kin, küdurət vardı. Mənə bir kiçik 

bloknot göstərdi. ”Buarada yazılanları oxuduqdan sonra...” deyirdi. 

                                                    *** 

     Mən onu inandıra bilmədim. O çox əsəbi idi. “Sən yalançısan. Sən o qızı 

sevmisən. Sən bu vaxtadək məni aldatmısan!..” deyib mənim söylədiklərimi 



 

65

qətiyyən dinləmək istəmirdi. Zatən söyləyəcəklərimin nə kimi təsiri ola bilərdi ki, 



əlindəki bloknotda bir neçə səhifə öz qələmimlə yazdığım xatirələr vardı. 

 

                                                    1 



     Bəlkə o mənə yenə inanmayacaqdı. Bəlkə  əvvəlki rahət və  səmimi ailə 

həyatımız bir daha qayıtmayacaqdır. Bəlkə  həmişəlik olaraq mən səadətimi 

itirəcəkdim. Və yaxud “həqiqət illüsyonu” haqqındakı düşüncələrim onda bir 

qənaət oyadacaqdır. Bunları gələcək göstərər. 

     İki il əvvəl bir kitabçı dükanının vıstavkasına qoyulmuş rusca kitablara 

tamaşa edərkən gözüm bir kitabın üzərində dayandı. Bu kitab bir romandı. Adını 

imdi xatırlamayıram., yalnız kitabın qaba üstündə bir şəkil vardı. 45-50 yaşlarında 

bir qədər  şişmanca bir erkək kiçik yaşlı, zəif vücudlu, alçaq boylu bir qızın 

qoltuğuna girərək gedər bir vəziyyətdə idi. Şəkildən açıq məlum olurdu ki, bunlar 

ər və arvaddırlar. Eyni zamanda bir-birlərini sevirlər. 

    Məndə bir təbiət var. Hər  şeydən bir nəticə  çıxarmaq, bir şeyin nə 

olduğunu kimsəyə müraciət etmədən öyrənmək istərəm. Bir kitabın ( roman və 

hekayənin) adından yaxud ilk səhifəsindən onun nədən bəhs edəcəyini və hansı 

nəticə ilə bitəcəyini kəşf etmək istərəm. Bəzən müvəffəq də olaram. Habelə, 

vıstavkada gördüyüm kitabın üzərindəki  şəklə baxmaqla onun mündərəcatını, 

mövzusunu kəşf etməyə qalxışdım. Bir neçə  kərə o kitabın önündə durdum. 

Müəyyən bir qərara gələ bilmədim. Yalnız təxəyyülümdə bir hekayə mövzusu 

düzəltdim. Bu mövzu tanıdığım və bildiyim adamlardan və  eşitdiyim bəzi 

hadisələrdən əmələ gəlirdi. 

    Hekayənin zəminəsi mətbəə  və  mətbuat həyatı olacaqdı. Qəhrəmanı 

Ağaəli adında bir mühərrir olurdu. Bu mühərririn özünə görə  bəzi xüsusiyyərləri 

də bulunurdu: hər  şeyi tənqid edər, vəzifəsindən başqa bir şey tanımaz, kimsəyə 

boyun  əymək istəməz. Ağaəli arvadı Fatmanı sevər. Onun rahət və  səadəti üçün 

çalışar. Yalnız mühərrirliklə kifayətlənməyib gündüzlər başqa bir işlə  də  məşğul 

olar. Böyləliklə, Ağaəli vaxtının mühüm bir qismini dışarıda keçirər, evdə yalnız 

iki ilə altı arasında olar. Gecələr saət ikidən tez qayıda bilməz.               




Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə