Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə18/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
1   ...   13   14   15   16   17   18   19   20   21

 

66

                                                        2 



   Ağaəlinin bir də kiçik yaşlı  qızı olar. Ağaəlinin çalışdığı  mətbəə müdiri 

olduqca  əxlaqsız bir adamdır. Hər zaman gözü öz əli altında çalışan məmurların 

arvad-uşaqlarındadır. Ağaəlinin arvadı Fatmanı bir münasibətlə görər. Sonra bir-iki 

kərə qonaq sifətilə Ağaəligilə gedər. Fatmanın xatiri üçün kontordakı məmurlardan 

birisini qulluqdan ixrac edib Fatmanı onun əvəzinə qulluğa qəbul edər.Böylə, 

Fatmayə tamamilə hakim olar. Fatmanın təbiəti də bir qədər yüngüldür. Xüsusilə 

Ağaəlinin deyintiliyindən bezardır. Fatma istər ki, hər zaman ona xoşa gedəcək 

aşiqanə sözlər söyləsinlər. O, böylə sözləri Ağaəlidən çox az eşidər, əksinə olaraq 

mətbəə müdirinin Fatiməyə böyük iltifatı vardır. 

                                                  3 

         Ağaəliyə bir müavin lazım oldu.Qəzetəyə verilən elan üzərinə məktəbli 

bir qız mətbəəyə xidmətə girmək istər. Bu qız ata tərəfindən yetimdir. Yalnız bir 

anası var. Ağaəli bu qızı çalışdırmalı, onu öyrətməlidir. Ağaəli vəzifə qarşısında 

hissiyyata qapılmaz. Qız tamamilə naşıdır. Hələ bəzi xətləri belə oxuya bilmir. Bir-

iki gün sonra bu qızı rədd etmək istər. Fəqət onun maddi ehtiyacını hiss etdikdən 

sonra onu yola verər. Mətbəə müdirinə bacardığını söylər. Beləliklə, haman qız  

Ağaəlinin qulaq asanı olaraq qalar. 

         İdarə müdirinin və hesabdarın qadınlara və qızlara eşq əlaqəsini Ağaəli 

çox yaxşı  bildiyi üçün öz müavini olan həyatda təcrübəsiz qızı qorumağa başlar, 

dəfələrlə qızı müdafiə edər. 

                                                    4 

        Bir  dəfə bir hadisə vaqeə olur. Yay zamanı idarə müdiri Ağaəliyə 

müraciətlə  pəncşənbə günü bağa gedəcəyini sorar. Ağaəli bağa getməyəcəyini 

söylər.  İdarə müdiri də özünün Buzovnadakı bağına gedəcəyini söyləyib yola 

düşər. O günün sabahı nasılsa,  Ağaəli darıxar və yaxud ürəyinə  bəzi vəsvəsələr 

gələr.  Qalxıb Novxanıda olan ailəsinin yanına gedər. Bağa çatınca mətbəə 

müdirini öz  evlərində qonaq sifətilə görər. Məlum olar ki, gecəni onlarda 

yatmışdır. Xüsusiilə istər qonaq, istərsə  də Fatma Ağaəlinin böylə nagahi 

gəlişindən pərtləşirlər. 



 

67

Çünki mətbəə müdiri dünən yola düşərkən  Buzovnaya gedəcəyini 



söyləmişdir. Ağaəlinin şübhəsi artar. Beləliklə Fatma ilə Ağaəlinin arasında bir ailə 

faciəsi başlar. 

       Bağdan qayıtdıqdan sonra Ağaəli Fatmanı  mətbəədə xidmət etməyə 

buraxmaq istəməzsə  də, müvəffəq olmaz. Mətbəə müdirinin də ayağını öz 

evlərindən kəsə bilməz. Hər axşam özü mətbəədə çalışdığı halda Fatma mətbəə 

müdiri ilə teatr və kinolarda əylənirlər. Ağaəliyə artıq həqiqət aşkar olur ki, Fatma 

ilə mətbəə müdiri sevişir və əlaqədə olurlar. Ailə içərisindəki ixtilaf heç bir şeylə 

təsvir edilməz. Fatma Ağaəlidən boşanar.  Əlavə olaraq Ağaəlini mətbəədən 

çıxararlar. 

        Ağaəli mətbəədən çıxdıqdan sonra onun müavini olan qız da burada 

qalmaq istəməz.  Çünki bir tərəfdən mətbəə müdirinin kəndisinə qarşı 

hərəkətlərini, digər tərəfdən hesabdarın kinayəli sözlərini görüb eşitməməyi üçün 

bilərək Ağaəlidən sonra o orada namusu ilə qala bilməyəcəkdir. Ağaəli orasını da 

hiss edər ki, qız onu sevir. Xüsusilə Ağaəli öz arvadı Fatmanın xəyanətilə bu gənc 

qızın səmimiyyətini müqayisə edir. Get-gedə özünün meyli bu qıza artar. 

Ağaəlinin qarşısını yalnız bir şey kəsmişdir. Qızın yaşı az, özünün yaşı çoxdur. O 

anlaya bilmir ki, bu qız onu axıra qədər sevə biləcəkdir. Bunun üçün hər zaman 

onu sevmək hissiyyatını özündən uzaqlaşdırar.   

                                                                     5 

          Ağaəlinin bir istiqraz vərəqəsi vardır. Böylə bir zamanda bu istiqraz 

vərəqəsi ən böyük mükafat olan yüz min manat udur. Bu para Ağaəliyə geniş bir 

səadət yetirər. Fəqət nə yapsın ki, o paradan rahətliklə istifadə edəcək  şərait 

yoxdur. Sabiq arvadı fəna bir həyat aparır. Özünün kiçik yaşlı qızını da yetim bilir. 

Gələcəkdə anasının getdiyi yol ilə gedəcəkdir. Ağaəli öz müavini olan qız ilə  də 

evlənə bilər. Qız onu sevir. Hətta onu sevdiyini bəzi hərəkətlərilə  Ağaəliyə 

bildirmişdir. Məmnuniyyətlə onun arvadı ola bilər.Burada da Ağaəlinin qarşısında 

özünün yaşca qızdan böyük olub atası yerində olmağıdır. 

 

 




 

68

                                                                      6 



         Ağaəli uzun zaman öz qəlbi ilə  və hissiyatı ilə mübarizə edir. Fəqət 

müvəffəq olmur. Axırda bir münasibətlə (yay məzuniyyətini Kislovodskidə 

keçirdikləri halda) sevişir, evlənməyə  qərar verirlər. Bunun üçün vıstavkadakı 

kitabın üzərindəki şəkil qədər gəlir. Hər gün özünün yaşca, vücud və boyca böyük 

olmasına baxmayaraq zəif vücudlu, 17-18 yaşlı qızı qoltuğuna alar, bağa, bulvara 

çıxarlar. Bakıya qayıtdıqdan sonra toy etməyə qərar verib, hətta zaqsa gedib belə 

qeyd olunarlar. Fəqət haman gecə qız Ağaəlini nə qədər gözlərsə, o, gəlib çıxmaz. 

Nəhayət, o günün sabahı Ağaəlinin məktubunu alarlar. Ağaəli banka qoyduğu yüz 

min manatın iyirmibeş min manatını  əvvəlki arvadı Fatmanın, iyirmi beş min 

manatını kiçik qızına, iyirmi beş min manatını da indi sevdiyi, zaqsda qeyd etdyi 

qızın adına qoymuş, iyirmi beş min manatı ilə naməlum bir yerə bir daha 

qayıtmamaq üzrə getmişdir.  

                                           *** 

           İmdi deyə bilərsiniz ki, bu bir hekayəyə mövzu ola biləcək hadisənin  

“həqiqət illüzyonu” və yaxud keçirməkdə olduğum ailə faciəsilə  nə münasibəti 

vardır. Münasibəti olmasaydı söyləməzdim. 

           Bir  hekayə müxtəlif  şəkillərdə yazıla bilər. Mən istəyirdim ki, bu 

hekayəni Xalid Ziyanın “Bir ölünün dəftəri” adlı romanı kimi xatirat şəklində 

yazım, yalnız bir fərqlə: bu xatirələr kiçik səhifələrdən ibarət olsun.  Xüsusilə

Ağaəlinin, doğrudan da, öz müavinini sevdiyini, fəqət hissiyyata məğlub 

olmayaraq ağıl və mühakimə ilə  hərəkət etdiyini canlı bir surətdə göstərə bilim. 

İştə həqiqət illüzyonu verə bilmək hissi də buradan nəşət etdi. 

            Mən istədim ki,  Ağaəlinin xatirat dəftəri onun keçirdiyi iztirab və 

həyəcanları ifadə edə bilsin. O yolda ifadə eləsin ki, yalnız bir oxucu deyil, hətta 

bir münəqqid belə onun yazdığı  səhifələrin səmimiyyəti qarşısında  əsl müəllifi 

olan mənim sənətkarlığımı etiraf eləsin. Böylə hallar bəzi yazıçılarda 

görünmüşdür. Məşhur rus ədibi Tolstoy yazdığı  əsərlərinin birində  həqiqət 

illüzyonu verə bilmək üçün özünə yaxın olan iki ailənin arasına süni surətdə ixtilaf 

salmış, bu ixtilaf bir ailənin tamamilə dağılmasına qədər irəliləmişdir. Tolstoyun 



Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə