Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə19/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
1   ...   13   14   15   16   17   18   19   20   21

 

69

vicdanı yazacağı  əsərin müvəffəqiyyəti xəyalilə  ağrımamışdır. Habelə, məşhur 



fransız romançılarından biri özünün ən çox sevdiyi kiçik qardaşının can verərkən 

başı üzərində göz yaşı tökərkən hekayəçiliyini xatırlayaraq haman saat qarşısında 

uzanan adamın qardaşı olduğunu unutmuş, əlinə qələm alaraq can verən bir adamın 

üz-gözündə  nə kimi hallar olduğunu soyuqqanlılıqla təsvir etməyə başlamışdır. 

Yenə İtaliya rəssamlarından birisi “Ölüm” adlı bir lövhəni çəkmək istəyərkən bir 

rəqqasəni  əlilə boğub öldürdükdən sonra şəklini çəkmişdir. Türk yazıçılarından 

Ömər Seyfəddin də həqiqət illüzyonu xatirinə özünün yaş yarımlıq oğlunun rahət 

uyquda olduğu halda ayağına iynə batırdığı dəfələrlə olmuşdur.  Mən də Ağaəlinin 

tərəddüd, iztirab və  həyəcanlarını    tamamilə verə bilmək, hissiyyat ilə 

mühakiməsinin  mübarizəsini göstərə bilmək üçün bir xatirat dəftəri yazmağı lazım 

bildim. Yazıçı  əsərlərinin qəhrəmanlarını  xəyalında yaratmaz. O özünün tanıyıb 

bildikləri adamları xarakterizə edib əsərinə salar.  Mən də bu hekayəyə mühərririn 

müavini üçün tanıdığım bir qızı salmaq istəmişdim. Qaraladığım bəzi səhifələrdə 

onun həyatına və hissiyyatına aid olan bəzi  şeylər qeyd etmişdim. Mən hiss 

edirdim ki, onun şəxsən mənə qarşı ta kiçik bir cocuq olurkən bir əlaqəsi var. Bu 

əlaqə yalnız bir cocuq əlaqəsi idi. Başqa bir şey ola bilməzdi. Son zamanlarda – 

yəni keçən ilin axırlarından bu əlaqənin başqa bir yola düşə biləcəyi imkan 

daxilində idi. Əvvəllər mən bunun nəticəsini düşünmürdüm. Ağaəlinin xatiri üçün 

mənə müxtəlif hadisələr və faktlar lazım idi. Mən onunla olan bir təsadüfü xəyalın 

müsaidə etdiyi dərəcədə genişləndirir, bəzən heç vaqe bulmayan hadisələr yaradıb 

xatirə  dəftərinə qeyd edirdim. Fəqət sonra yanlış bir hərəkət etdiyimi düşündüm. 

Mən həqiqət illüzyonu yaradıram deyə  gənc bir qızı uçuruma doğru çəkmiş 

olardım. Mən mənə heç bir fənalığı olmayan bir qızın qəlbilə oynamış olardım. 

Xüsusilə, ” Həzin bir xatirə”ni nəşr etməklə çox da münasib bir hərəkət etmədiyimi 

hiss etdim. Hələ  xəyalımda təsəvvür etdiyim hekayədən də vaz keçdim. İmdi 

haman hekayəyə yalnız  bir memorial ola biləcək kiçik bir xatirat 

Ümgülsümün 

əlinə keçmişdir. O, inanır ki, mən o qızı sevmişəm. Fəqət bir tərəfdən yaşımın artıq 

olması, digər tərəfdən ailəli olduğum mənim qarşımı almış, öz eşqimi unutmağa 

çalışmışam. Bununla belə onun xəyalı ilə yaşamışam.  




 

70

           İnan, Ümgülsüm! Hər nə qədər də inanmaq istəməsən də...Mən səni 



qətiyyən aldatmaq istəmirəm. Mən “ doğrudur, o zaman bir az onu sevirdim, imdi 

isə, özün görürsən, sevmirəm. Bir işdi, olmuşdu, məni bağışla” deməklə  işin 

içindən çıxardım. Qarşında üzr istəməklə könlünü alardım. Fəqət olmayan bir şeyi 

insan necə boynuna ala bilər. Doğrudur, mən o qızın xatirini başqalarına nisbətlə 

daha artıq istəmişəm. Fəqət bu istəmək qətiyyən bir sevda, bir məhəbbət deyildir.  

Allaha, Qurana and içmirəm. Çünki bunlara bir o qədər ehtiramım yoxdur 

(Əstəğfurullah – K.Nəhmətova). Sənin və  uşaqlarımın canına da and içmirəm. 

Çünki bunlar mənim üçün nə  qədər  əziz də olsalar, işin təsviyyəsi üçün bir dəfə 

yalandan and içmək mümkündür. Fəqət hər bir kəsin ehtiram etdiyi əziz bir şey 

olar ki,  onu özünün çirkin və yalan nəfləri üçün əlində alət etməz. Mənim bir 

qardaşım var idi. Bu, məndən yaş etibarilə kiçik olduğu üçün daha əziz idi. 

Faciəli bir surətdə  tərki-həyat etdiyi üçün, hələ get-gedə unudulduğu üçün 

onun ruhuna ehtiram etməyim lazımdır. Mən sənin qarşında Mirpaşanın 

Qarabağda verdiyi canına və  həsrət gözlərinə and içirəm ki, mən o qızı, qoy 

adı ilə söyləyim, Xədicəni bir qadın kimi sevməmişəm. Onun xəyalı ilə uzun 

zamanlar məşğul olduğum olmamışdır. Mən Xədicəyə o gözlə baxmışam ki, necə 

Səyyarəyə (bacısı  qızıdır – Nəhmətova K.),  Xalidəyə baxıram. Mən hər zaman 

onu  “qızım” deyə çağırmışam. Necə ola bilər ki, mən onu başqa bir məhəbbətlə 

sevə biləm.  Əlinə keçən xatirələrdə  həqiqətə yüz faiz bənzəyən , bəzən eyni 

həqiqət olan fəqərələr var.  Fəqət bu fəqərələrin içərisində  həqiqət olmayan,  

qətiyyən vaqe olmadığı kimi söylənməyən sözlər də vardır. Onlar yalnız mənim 

təfəkkürümün yaratdığı cümlələrdir. Mən o qızı qaralayıb bir şeylər, daha doğrusu 

çox  şeyl

ğ

r yazmışdım. Bunu danmıram. Hamısından tövsiyyəm  “həyat ilə 



mühakiməsi” bir-birilə mübarizə edən qariban bir adamın iztirablarını  təsvir edə 

bilmək fikri olmuşdur. Fəqət sonra bundan vaz keçdim. Çünki bu yazılarda xəyal 

olmayan canlı bir həqiqət olacaqdı. O da “qızım” deyə adlandırdığım Xədicənin 

bununla əlaqədar olaraq ortaya çıxacaq bəzi dedi-qodunun,  bunların da hamısının 

mənə, ümumiyyətlə bizə  şamil olacağının  imkan daxilində olacağı idi. Mənim 

həyatda yaşadığım yalnız səninlə cocuqlarımın səadəti üçündür. Mən öz istirahət 




 

71

və səadətimi burada görürəm. Əgər bundan başqa bir cəhətdə görsəydim, o tərəfə 



grtməkdə

 kimsə  mənə mane ola bilməzdi. Həyatda hər  şey müvəqqətidir. Həpsi 

məhv olub gedəcək. Zaman ilə xatirələrdən silinəcəkdir. Mənim çalışmağım, 

yazıçılığım həp sizin səadətiniz üçün olmuşdur. Siz məni təmin edirsiniz. Özümü 

başqa bir şeylə  əyləndirmək fikrində olmadığım kimi və bundan sonra da 

olmayacağam. Mən istəməzdim ki, sən mənə “sən yalançısan”  deyib xitab edə 

idin. Sizin bunu deməyə bəlkə haqqınız vardır. Mən qüsurumu etiraf edirəm. Fəqət 

bu qüsur sizin təsəvvür etdiyiniz şəkildə deyildir. Əvvəldə dediklərimi yenə təkrar 

edirəm.  Əlim sənin  əlinə  dəydikdən sonra  nə vücudumu, nə  də  qəlbimi səndən 

başqa heç bir qız və qadına verməmişəm.  İmdi istərsən inan, istərsən “Bu 

dediklərin də tamamilə yalandır. Məni aldatmaq üçündür” 

deyib inanma. 



       Əgər əlinə keçən dəftərçədə “mən talesizəm” deyə yazılmışsa, bunu sən 

mənim ünvanıma yazırsan isə,  bu talesizlik yalnız bu gündən etibarən başlayır. 

Mən, doğrudan, talesizəm. Başqaları min dürlü xəyanətləri irtikab etdikləri halda  

yenə öz qadınlarına xoş görünürlər. Mən isə 

,

 heç bir şey etmədiyim bir halda 



qiymətsiz, zibilə atılmaqdan başqa bir şeyə yaramayan əski bir dəftərçə məni sənin 

qarşında yalançı yerinə qoyur. Bu cəhətdən mən talesizəm. Fəqət bununla belə

yenə ümidsiz deyiləm. Bəlkə də aldanıram, böyük Tofiq Fikrətin dediyi kimi: 

    “Aldanmağın özü də əzəli bir töhfədir”. 

                                                                                         29 dekabr 1928. 



 

 

 

 

 

 

 

 

 

 


Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə