Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə2/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
1   2   3   4   5   6   7   8   9   ...   21

 

6

məlumatlardır. Amma mətbuat səhifələrini vərəqlədikcə yuxarıda göstərilən 



faktları şübhə altına salan məlumatlar əldə edirik: 

“1911-ci il 6 mart, Bakı. 

Nikitin qardaşları sirki, müsəlman opera artistləri, ilk dəfə olaraq Mirzə  Cəlal 

Yusufzadənin opera şəklinə saldığı “Fərhad və  Şirin”, musiqisi Oqanezaşvili, 

dirijor A.Oqanezaşvili, rejissor R.Araksyan; Şirin – Cəmil Nəcəfov, Fərhad – 

Cabbar Qaryağdıoğlu. 

1911-ci il, 31 mart, Tiflis, “Zakavkazye”. 

Məlum olduğu kimi, indiyədək müsəlman səhnəsində türk dilində 

Ü.Hacıbəyovun yeganə “Leyli və  Məcnun” operası oynanırdı. Bu yaxınlarda 

Bakıda M.C.Yusifzadə  tərəfindən yazılmış “Fərhad və  Şirin” adlı ikinci opera 

oynanmışdır. Üçüncü opera da həmin Ü.Hacıbəyov tərəfindən hazırlanır. Bu, çox 

təsirli süjeti olan “Şeyx Sənan” operasıdır”

1



Verilən məlumatlardan ilk baxışda belə  nəticəyə  gəlirik ki, Oqanezaşvili 



“Fərhad və Şirin” operasının ən azı yeganə müəllifi deyildir. Halbuki Mirzə Cəlal 

Yusifzadənin adına ASE-nin səhifələrində rast gəlmək də mümkün deyildir. 

Şübhəsiz ki, bu mənəvi genosidin nəticəsidir ki, ermənilər məhz Oqanezaşvili kimi 

müftəxor musiqiçilərin “Azərbaycan muğamları, mahnı və rəqs nümunələrini nota 

salması” sayəsində Azərbaycan incəsənətinə yiyələnmişlər. 

Qayıdaq əsas mövzumuzun üzərinə. 

1921-ci ilin fevral ayında Azərbaycan artistlərindən bir qrupu – Aqitbriqada 

(Təbliğat briqadası) Respublikanın rayonlarına göndərilmişdi. Həmin briqadanın 

tərkibinə H.Q.Sarabski, H.A.Hacıbababəyov, R.Darablı,  Ə.A.Vahid, Q.Pirimov, 

                                                 

1

 Azərbaycan mədəniyyətinə erməni təcavüzünün  ədəbiyyatımızdakı  təzahürlərinə biganə qala bilmək 



mümkün deyildir. Hənəfi Zeynallının “Ədəbi ensiklopediya” məqaləsində ürək yanğısı ilə yazırdı: “... bəzən 

ensiklopediya müəlliflərinin də yazdığı məqalələrdə böyük nöqsanlar var ki, o da bilxassə türk ədəbiyyatına aiddir. 

L.M. 

imzası


 ilə yazan “Aşuq” məqaləsində  aşıq erməni xalq nəğməçisi kimi göstərilmişdir. Guya bunlar 

“Ermənistan, Gürcüstan və türk yerlərinə, məsələn, Azərbaycana da yayılmışlar”. Bundan ya müəllifin savadının 

azlığı və ya millətçiliyi meydana çıxır. Aşıqların əslən türk ellərindən olduğu hamıya məlumdur. Erməni aşıqlarının 

oxuduqları belə, türk sözləri və  hətta türk nəğməsi olduğu bəllidir. Bunun yerinə, aşıqlar, Ümumiyyətlə, 

Zaqafqaziya və Türküstan el şairləridir, desəydi, daha doğru olardı. 

Bundan başqa, gənc Azərbaycan şair və yazıçılarından da bu kitabda  heç bir məlumat göstərilməməkdədir. 

Buna ensiklopediya redaksiyasının diqqətini çəkmək lazımdır.” (“İnqilab və mədəniyyət” jurnalı, 1929, N-2-4, səh. 

57-59, səh.289-290) Hənəfi Zeynallının bəhs etdiyi ensiklopediyanı belə tanıdırdı: “Kommunist Akademiyasının 

Ədəbiyyat, Sənət və Dil Seriyası  nəşriyyatı, I cild, 1929-cu il, 768 səh. Məsul redaktor V.M.Friçe, məsul katib 

O.M.Bejin. 




 

7

Ə.B.Zülalov (Əzizə xanım Məmmədovanın atası),  Ə.Anaplı, Mir Paşa, 



Ə.H.Rzayev, Mouses dayı, B.Cabbarzadə,  Ə.Əhmədov daxil idi. Bu briqada 

Yevlaxda iki hissəyə ayrılır. Briqadaya daxil olan artistlərdən bir qrupu – Nuxa, 

Qax, Zaqatala rayonlarına, digəri isə Qarabağa yola düşür. Hər iki briqadaya Əli 

Heydər Qarayev və Qambay Vəzirov rəhbərlik edirdilər.  

Ə.Anaplı  və Mir Paşanın daxil olduğu briqada 1921-ci ilin fevral ayında 

respublikamızın bir neçə rayonunda konsert verdikdən sonra Şuşanın yaxınlığında 

Keşiş kəndinə gəlmişdi. Konsert kəndin geniş meydançasında olacaqdı. Buna görə 

də Bakıdan artistlərin gəldiyini eşidən kənd camaatı, hətta  əsgərlər də  kəndin 

meydançasına toplaşıb səbirsizliklə konsertin başlanmasını gözləyirdilər. 

Ə.H.Qarayev meydançaya toplaşan kənd camaatının qarşısında nitq söylədi, sonra 

bədii briqadanın iştirakçıları  çıxış etdi. Konsertdə  Ə.Anaplı  və Mir Paşanın 

məzhəkəli çıxışı tamaşaçıların xüsusilə xoşuna gəlmişdi.  

Mənbələrin verdiyi məlumatlara görə, Ə.Anaplı və Mir Paşanı gecələmək üçün 

bir evə qonaq aparmış ermənilər elə gecə  yatdıqları yerdə qətlə yetirmişdilər. Bu 

hadisədən qəzəblənən xalq isə qatilləri ələ keçirib cəzalandırmışdı.  

Keşiş kəndində artistlərlə bərabər üç hərbçi də qətlə yetililmişdir. “Kommunist” 

qəzetinin 25 fevral 1921-ci il tarixli nömrəsində onların dəfni haqqında “Şəhidlər 

dəfni” başlığı altında belə məlumat verilirdi:  

“Qarabağda inqilab uğrunda facianə bir surətdə  şəhid olan artistlərdən 

Əbülhəsən Anaplinski və Mir Paşa Sadıqovu və zabitlərdən  Əbdülhəmid 

Yusifxanov, yunkerlərdən Mir Əhməd Mirhəsənov ilə Hüseyn Əsgərov yoldaşları 

dəfn etdilər.Əvvəlcə bu beş  cənazə böyük izdiham ilə  Təzə Pir məscidindən 

qaldırılıb Dövləti-tiyatro qarşısına gətirildi”.  

  Bütün  artistlər qollarına üstündə  mərhumların  şəkli olan qara lentlər 

bağlamışdılar. Matəm mitinqində Azərbaycan teatrı  işçilərindən, artistlər 

komitəsindən, fəhlə klublarından, səyyar teatr dəstəsindən, erməni və  yəhudi 

aktyor truppalarından, “Satir-aqit” teatrından gəlmiş nümayəndələr çıxış edib 

Ə.Anaplı və Mir Paşanın xaincəsinə öldürülməsinin Azərbaycan teatrı üçün böyük 

itki olduğundan danışdılar. Matəm mərasimi Bakının küçələrində irəlilədikcə 



 

8

müxtəlif təşkilat və komissarlıqların qarşısında mitinqlər keçirilirdi.  



Xalq Maarif komissarı D.Bünyadzadə, Maarif Xadimləri  İttifaqı  tərəfindən 

M.Maqomayev, Hərbiyyə  Məktəbi qarşısında Mirzə Davud Hüseynov, Həbib 

Cəbiyev,  İnqilab Komitəsi tərəfindən N.Nərimanov, Bakı  İcraiyyə Komitəsi 

qarşısında Mir Bəşir Qasımov və başqa təşkilatların nümayəndələri mərhumların 

xatirəsinə həsr olinmuş alovlu nitqlər söyləmişdilər.  

Ə.Anaplının və Mir Paşanın Azərbaycan teatrı  səhnəsindəki yerini 

işıqlandırmaq üçün Əli Abbas Rzazadə “Kommunist” qəzetinin 23 fevral 1921-ci il 

tari


x

li nömrəsində “Böyük itkilər” adlı  məqaləsi ilə  çıxış edərək yazırdı: “Neçə 

yıllardır ki, türk səhnəsini fələk nəzərdə tutub. O, səhnəyə  hər bir az müddət 

fasiləsində bir zərbə yetirmək ilə sənayei-nəfisə xadimlərini  dağdar etməkdədir”.  

Müəllif  Ərəblinskinin, Vəlinin, Cahangir Zeynalovun, Hacıbaba  Şərifovun 

ölümünü xatırlatdıqdan sonra davam edərək yazırdı: “ Bu gün də Qarabağdan 

qəmli xəbərlər eşidirik. Məlum olur ki, Əbülhəsən Anaplını və Mir Paşa Sadıqovu 

qanlı canilər – daşnaklar qətl etmişlər. 

Anaplının zərifanə  çıxışlarını, Mir Paşanın  Əli  İslam ilə söylədikləri 

“meyxana”nı görən və  eşidənlər  əlbət bilirlər ki, səhnəmiz nə  qədər böyük itki 

verir.  

Bu gün əgər avropalılar bir sənayei-nəfisə işçisini itirər isə, bütün nasif təhrirlər 

ilə  bərabər özünə  təsəlli vermək üçün yüzünü özlərinin sənayei-nəfisəyə dair  

məktəblərinə dikib söylüyorlar: bu itkinin əvəzinə qalan məktəb bizə neçə  dəfə 

artıq işçi verər. 

Əcəba, biz Türk və  Şərq səhnəsinin, Türk və  Şərq sənayei-nəfisəsinin işçiləri 

ikinci Anaplı  və Mir Paşaları yetirən hansı  məktəbə öz yaş ilə dolu gözlərimizi 

dikib onlardan kömək gözləyək? 

Hanki məktəb bizə  Anaplı verəcək ki, öz istedadıyla ümumnasın məhəbbətini 

qazansın? 

Hanki məktəb bizə Əli İslama yoldaş olmaq üçün Mir Paşa verəcək ki, onların 

səhnəyə çıxışını dörd göz ilə gözləyən camaat təsəllivan olsun?” 

Amma bütün bu gerçəkliklərə baxmayaraq S.Hüseynin təəssüflə qeyd etdiyi 



Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə