Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə3/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
1   2   3   4   5   6   7   8   9   ...   21

 

9

kimi Anaplı və Mir Paşanın xatirələri uzun illər sükuta qərq edilərək unutduruldu. 



Bu da həqiqətdir ki, insanın yalnız dilini susdurmaq olar, könlü isə həmişə danışır. 

Əziz yoldaşlarının xatirəsini qəlbində yaşadan sənətkarlar azacıq bir imkan tapan 

kimi onların haqqında bildiklərini yazmağa və danışmağa başladılar. Bu isə ilk 

dəfə iyirminci əsrin  əllinci illərinin sonuna təsadüf edir. Mətbuat səhifələrində 

H.Hacıbababəyovun, Hacağa Abasovun məqalələri, xatirələri görünür. 

Cabir Səfərov da Mir Paşa kimi aktyorların özündən sonrakı nəslin yetişməsinə 

təsirindən bəhs edərək yazırdı: “Hacağa Abasovun “Tənqid-Təbliğ” teatrının 

səhnəsində aparıcı sifəti ilə müvəffəqiyyətlə  çıxış etməsi heç də  təsadüfi deyildi. 

Konsertləri idarə etməkdə mühüm vasitə olan aparıcı Azərbaycan teatrı və artistləri 

üçün yeni sənət idi. Azərbaycanda ictimai hərəkatın yüksəlişi dövründə Mir Paşa

Əbülhəsən Anaplı,  Əhməd Anatollu, Rza Darablı  və başqa kupletçi artistlər 

yetişmişdi. H.A.Abasov da hələ inqilabdan əvvəl Bakıda və Azərbaycanın başqa 

şəhərlərində  təşkil olunan konsertlərdə aparıcı kimi çıxış edərək ictimaiyyətin 

hörmətini qazanmışdı”

2



Ərdal Karaman da Azərbaycan mədəniyyətində  və  sənətində meyxananın 



yerindən bəhs edərək yazır: “Azərbaycan tiyatrosunda meyxaneden istifade 

edildiyi görülmektedir. Halkı tiyatroya çekmek, halkın sanata olan ilgisini artırmak 

amacıyla meyhane sahneye taşınmıştır. Yirminci yüzyılın başlarında tiyatroya 

giren meyhane, 1921 yılında “Tenkit Tebliğ” sahnesini meyhanelerin süslediyi 

görülmektedir. 1921 yılında sözü edilen sahnede Mirzağa Aliyev ve Hacıağa 

Abasov meyhaneler söylerler”

3



Tədqiqatlar imkan verir ki, Mirpaşa haqqında yalnız kupletçi və meyxanaçı 



kimi deyil , həm də görkəmli aktyorlarla bir sırada çıxış edən aktyor kimi danışaq. 

S.Hüseynin “Azərbaycan” qəzetinin 6 avqust 1912-ci il tarixli nömrəsində 

“Ölülər”in tamaşası haqında dərc etdirdiyi resenziyadan məlum olur ki, Mirpaşa da 

bu tamaşada çıxış etmişdir: “Hacı Baxşəli, Hacı  Kərim, Məşədi Oruc, Kərbəlayi 

Vəli rollarındakı  Əli  İslam, Darablı Rza, Mirpaşa, Xəlil Hüseynov, Anaplı 

                                                 

2

 Cabir Səfərov. Hacağa Abasov. Bakı, 1963 



3

 Erdal Karaman. Size Selam Getirmişem. İstanbul, 2011, səh. 116 




 

10

ümumiyyətlə həddindən artıq şarj edirdilər”. 



Cəfər Cabbarlının da “O olmasın, bu olsun” məqaləsində

4

 Mir  Paşanın 



aktyorluq fəaliyyəti haqqında məlumat verilirdi. Həm də onun adı  məhz Anaplı, 

Əli İslam və Rza Darablı ilə birlikdə çəkilirdi: “Hambal rolunda Anaplı

5

 yaxşı idi. 



Bu gecə son dərəcə inqilabi bir ruhda idi. Qoçu rolunda Darablı, Həsən bəy 

rolunda Xəlil Hüseynov, Həsənqulu bəy rolunda Mir Paşa, qəzetçi Rza bəy rolunda 

Əli  İslam və hamamçı rolunda Ələkbər Süheyli yaxşı idilər.  Qalanları oyunun 

ahəng ümumiyyəsini gözləyirdilər”

6

.    


Yeri gəlmişkən qeyd edək ki, Seyid Hüseyn özündən iki yaş kiçik olan 

qardaşını həmişə himayəsi altına almış, onun təlim və təhsil məsələlərinə özündən 

artıq qayğı ilə yanaşmışdır. Qardaşlar ilk təhsillərini  İçəri  Şəhərdə  Sınıq Qala 

deyilən yerdəki məsciddə, Mirzə Hüseynin yanında almışdılar. Ərəb-fars dillərini 

layiqincə bilən Mirzə Hüseyn onlara da bu dilləri layiqincə öyrətmişdi. 1902-ci 

ildə Seyid Hüseyn və Mirpaşa  İçərişəhərdə üçüncü rus-tatar məktəbinə daxil 

olurlar.  Məktəbi bitirən il 1904-cü ildə babası 90 yaşlı Seyid Sadıq vəfat etdi. 

Seyid Hüseyn təhsilini davam etdirməyi çox arzulayırdı. Ancaq ailədə yaranmış 

vəziyyəti nəzərə alan Seyid Hüseyn qardaşı Mir Paşanı seminariyaya qoyub özü 

işləmək qərarına gəldi. Ayda 14 manat maaşla  əvvəlcə “Kaspi” mətbəəsində 

mürəttib şagirdi, bir neçə aydan sonra isə mühərrir işlədi, haqqı iki qat artdı.  

Mir Paşa Cümhuriyyət dönəmində Azərbaycan Dövlət Teatrının aktyoru idi. 

Onun fəaliyyəti və istedadı haqqında məlumat verən  ən qiymətli sənəd 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının Azərbaycanın  Ədəbiyyat 

Arxivi  şöbəsində saxlanılan meyxana

n

 mikrofilmidir. Göstərilən mənbədən 



məlumat alırıq ki, Mir Paşanın söylədiyi meyxanalar kitab şəklində  işıq üzü 

görmüşdür. Kitabın titul səhifəsini olduğu kimi təqdim edirik: 



“Hal hazıra dair  

MEYXANA 

                                                 

4

 “Kommunist” qəzetinin 1920-ci il 14 may tarixli 10-cu nömrəsində “Cim” imzası ilə çap olunmuşdur.  



5

 Anaplı və Rza Darablının aktyor kimi sənətkarlığı haqqında C.Cabbarlının “Aktyor” imzası ilə 23 fevralı 1920-ci il 

tarixli 38-ci sayında dərc olunmuş “Darablı və Anaplı” məqaləsi aktyorları tanıtdırmaq üçün ən qiymətli 

mənbələrdən olduğundan eyni ilə kitaba daxil etməyi lazım bildik. Bax: səh. 40-42 

6

 Cəfər Cabbarlı. Əsərləri. Dörd cilddə, IV cild, Bakı, 2005, səh.134 




 

11

Azərbaycan Dövləti Tiyatro aktyorları 



----- Əli İslam və Mirpaşa ------- 

tərəfindən tiyatro səhnəsində söylənilmişdir. 

Naşirləri: 

Abbas Mirzə Şərifov və Rza Darablı 

Bakı 20 oktyabr 1919.” 

Kitabda Əli İslamla Mir Paşanın “Görürəm”, “Hara çıxdı getdi”, “Bizim oldu”, 

“Ata və  oğul” adlı deyişmələri toplanmışdır. Kitabın sonunda “Mabədi var” 

qeydindən məlum olur ki, aktyorların meyxanaları bununla bitmir və gələcəkdə çap 

olunacağı nəzərdə tutulur.  

 Meyxanalar ictimai-siyasi motiv daşıyır və bolşevizmin, rus hakimiyyətinin 

əleyhinə söyləndiyi üçün sovet rejimi dönəmində üzə çıxarılmamışdır və bu günə 

qədər də olduğu kimi elmi-ədəbi ictimaiyyətə belə  təqdim olunmamışdır. Yalnız 

bir istisnanı qeyd edə bilərik ki, Mir Paşa haqqında geniş məlumatı ilk dəfə Qumral 

Sadıqzadənin Seyid Hüseynin həyatına həsr etdiyi “Son mənzili Xəzər oldu” adlı 

romanından alırıq. Yazıçı burada Mir Paşanın bədii portretini yaratmağa müvəffəq 

olmuşdur.  Əsərə aktyorun “Ata və  oğul” meyxanası da daxil edilmişdir. “Son 

mənzili Xəzər oldu” əsərinin  ədəbiyyat və  sənət tariximizin öyrənilməsində 

məziyyətləri çoxdur. Lakin onun ən önəmli cəhətlərindən biri əsərdə Seyid 

Hüseynin kiçik qardaşı Mir Paşanın  şəxsiyyətinin işıqlandırılmasıdır. Sənət 

tariximizə sadəcə Mir Paşa adı ilə daxil olmuş, inqilaba qədərki dövrdə Dövlət 

Teatrının aktyoru kimi fəaliyyət göstərən meyxana ustasının şəxsiyyəti uzun illər 

tədqiqatçılar üçün qaranlıq 

qalmışdır.

 Mir Paşanın həyatı və fəaliyyəti haqqında ilk 

dəfə geniş məlumat verən əsər məhz “Son mənzili Xəzər oldu” romanıdır.  Qumral 

Sadıqzadənin  əsərində verilən məlumatlara  əsasən Mirpaşanın bioqrafiyasını 

öyrənməyə və digər əsərlərini də müəyyən qədər üzə çıxarnağa nail olduq.  Ümid 

edirik ki, əldə etdiyimiz məlumatlar uzun illər teatr tariximizin səhifələrindəki ağ 

ləkələrindən, heç olmasa, birini qismən  örtməyə yarayacaqdır. 

Bakı və Kəndlər Birliyinin Ali Məclisinin sədri Nəsir  Ağayevin təşəbbüsü 

və  Rəhimağa  İmaməliyevin tərtibatı ilə 1993-cü ildə  nəşr olunan “Abşeron 



Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə