Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə6/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
1   2   3   4   5   6   7   8   9   ...   21

 

21

 



Əli İslam: 

Bildir bu vəqt ora kimi dağılırdın, 

Vedrə açıb salonikə

10

 bağlardın, 



Aşna, dünən vağzalda ağlayırdın, 

Deyirdin qan-qan hara çıxdı getdi. 

 

Mir Paşa: 

Tarçalanlar tulladılar tarını, 

Gəzir kirvə heyvasını, narını, 

İngilisə oxşadan paltarını 

Dizi açığın hara çıxdı getdi. 

 

Əli İslam: 

Fikr eyləmə pencəyi satdırarsan, 

Şapkanı da çevirtdirib qoyarsan

Olmasa ver rəngə boyatdırarsan, 

Bir qarış tuman hara çıxdı getdi. 

 

 

      BİZİM OLDU 

 

Əli İslam: 

Açıldı bahar fəsil, gülüstan bu gün oldu, 

Meyxana deməkdən ora lap dügün oldu, 

Sındı bildin düşmənin sərnigün

11

 oldu, 



Dövran sizin oldu, de görək, ya bizim oldu. 

 

                                                 



10

 Salon-vaqon: bir yarısında kupe, o biri yarısında miniklər üçün ümumi yer olan vaqon. 

11

 Başıaşağı, devrilmiş, yıxılmış, məhv edilmiş. 




 

22

Mir Paşa: 

Bundan sonra siz bir dəxi üsyan edəcəksiniz

Toplar atuban məscidi viran edəcəksiniz, 

Lap pis gününüz daldadı, əfğan edəcəksiniz, 

Dövran sizin oldu de görək, ya bizim oldu. 

 

Əli İslam: 

Firon kimi merac eliyib ərşə çıxardınız, 

Çöl məscidinin minareyini tərsə çıxardınız, 

Şəmra olmuşdunuz, çəkmə ilən fərşə çıxardınız, 

Dövran sizin oldu de görək, ya bizim oldu. 

 

Mir Paşa: 

Bir ilə xəyal eylədiniz İran sizə çatdı, 

Osmanlı sizin, Qars ilə Şirvan sizə çatdı, 

Ay siz öləsiz, Ərdəbil, Salyan sizə çatdı, 

Dövran sizin oldu de görək, ya bizim oldu. 

 

 Əli İslam: 

Mehrabda at bağlamaq heç dində tapılmaz, 

Heç vəhşi Denikin kimi bidində tapılmaz, 

Gündüz gəzir indi, gecələr hində tapılmaz, 

Dövran sizin oldu de görək, ya bizim oldu. 

 

Mir Paşa; 

Bəsdir genə baş qalxızıb İrana sataşma, 

Qoy rahət olaq, evləri viranə, sataşma, 

Biqeyrət olmagilən, biz təki ceyrana sataşma

Dövran sizin oldu de görək, ya bizim oldu. 

 



 

23

Əli İslam: 

Fikrindədü, bildir yığışıb siz bizə gəldüz, 

Nahqıra kirvə mənilən siz sözə gəldiz? 

İndi nə olub asma bilincən gözə gəldiz, 

Dövran sizin oldu de görək ya bizim oldu. 

 

Mir Paşa 

Türkün yarısın kirvə Haystana verirlər? 

Şamil qələni, bil ki, Dağıstana verirlər, 

Bakü şəhərin türk kimi aslana verirlər, 

 Dövran sizin oldu de görək, ya bizim oldu. 

 

Əli İslam: 

Siz söylərdiniz yay bizim, yaz da bizimki, 

Ördək də bizim, quş da bizim, qaz da bizimki, 

Hər kəlmə başı bir-iki, Qafqaz da bizim ki,  

Dövran sizin oldu de görək, ya bizim oldu. 

 

 

 

 

ATA VƏ OĞUL 

 

Əli İslam: 

Getdiyin bir güncədir,  

Meydanda dəst pəncədir, 

Gəl get oğlum, yazığam, 

Məxluq məni incidir. 

 

Mir Paşa: 



 

24

Mən getmirəm, ay ata,  



Salma məni sən oda

İntelligent olmuşam, 

Oxşamıram soldata.  

 

Əli İslam: 

Dur dolanım başuva, 

Baxgilən yoldaşuva, 

Əsgərliyə düşürsən, 

 Molla baxıb yaşuva. 

 

Mir Paşa: 

Molla görmür, mat deyil,  

Düşmən deyil, yad deyil, 

Rüşvəti bas ovcuna, 

 Üç-dörd min bir zat deyil. 

 

Əli İslam: 

Rüşvət deyirsən verim,  

Gül tək səni bəsləyim

İşdir gəldi mart ayı,  

Onda oğul, neyləyim? 

 

Mir Paşa: 

Biz qaçarıq İranə,  

Vətən qalsın viranə, 

Cibdə də pul olmasa, 

Yan allıq Kiçik xanə. 

 

Əli İslam: 




 

25

Qabaq vardı hörmətim,  



İzzətim, həm şöhrətim, 

İndi getsəm İranə,  

Əsir düşər qeyrətim. 

 

 



 

“ABŞERON MEYXANALARI” kitabından:  

                                     Mirpaşa və Əli İslam 

                               (d. və ö. tarixləri məlum deyil.) 

 

Azərbaycan klassik ədəbiyyatının, o cümlədən, meyxana janrının mahir 

biliciləri. XIX-XX əsrlərdə yaşamışlar. Bioqrafiyaları və başqa əsərləri haqqında 

əldə məlumat yoxdur.  Hacıbəyli qardaşları müdiriyyətinin aktyorları olmuş, 

Azərbaycan Dövlət Teatrında çalışmışlar. Aşağıda oxuculara təqdim edilən 

meyxana kupletləri 1919-cu ildə Bakıda nəşr edilmiş “Hal-hazıra dair meyxana” 

kitabından götürülmüşdür. 

 

                    BAX 



 

Mir Paşa 

Təklif edirsən, mən də d

e

yim meyxana, 



Uprava gör açıbdır kasıblara çayxana, 

Bir bax Səfa məktəbi dönüb olub toyxana

Çiyinləri pullanıb, hər gecə piyanə bax. 

 

Əli İslam 

Gəlib bu məclisdə tərif edək əsgəri, 

Dövlətlini qoymayaq qalsın onlardan geri, 

Bağlamasın boş yerə belinə qızıl xəncəri, 



Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə