Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

29 

 

Nyu  –  York    əmtəə    birjası  bağlanan    alqı  –  satqı  əməliyyatlarının  sayına  və  



həcminə    görə  beynəlxalq  əmtəə  birjalarında  üçüncü  yeri    tutur.  Həmin    birjalarda  

alqı  –  satqı    əməliyyatlarının    predmetinə    yanacaq    və    xam    neft,  benzin,  platin  

daxildir. 

London    Beynəlxalq  Neft  birjasında  dizel  yanacağı,  mazut,  neft  və  benzin  

ticarəti  üzrə  əməliyyatlar  aparılır. Böyük  Britaniyada kiçik  miqyaslı  əməliyyatlar  

aparan    Baltik    fyuçers    eksçeyndj    birjası    da    mövcuddur.  Beynəlxalq    əmtəə  

birjaları    içərisində    Yaponiyanın    ən    iri  Tokio  əmtəə  birjası    mühüm    yer    tutur. 

Burada  aparılan  alqı – satqı əməliyyatlarının əsas obyekti  qiymətli  metallar hesab  

edilir. Aparılan  əməliyyatların  həcminə görə Sidney fyuçers birjası da kifayət  qədər  

iri   birja   hesab   edilir. Dünya    miqyasında   Fransanın    ən   iri   birjası   Matif   Paris 

birjası hesab edilir. Bu  birjada  aparılan  əməliyyatlar içərisində ən çox xüsusi çəkini 

dövlət istiqrazları tutur. 

XVII əsrdən etibarən Avropa ölkələrində fəaliyyətə başlayan topdansatış ticarət 

mərkəzləri    prinsip  etibarilə  müasir  birjaların  sələfləri  hesab  edilir.  Birjaların 

Avropada  yaranmasının  əsas  səbəbi  ilkin  kapital  yığımı  və  onun  təmərküzləşməsi 

olmuşdur. Birjaların meydana gəlməsi iri manufakturaların yaradılması və beynəlxalq 

ticarətin  inkişafına  əsaslanır.  Əmtəə  birjalarının  əsas  məqsədi  azad  ticarətin    həyata  

keçirilməsi, tələb  və  təklifin təsiri altında yaranan  bazar  qiymətləri ilə əmtəələrin 

alışı  və  satışı  üzrə  müqavilələrin  bağlanmasından  ibarətdir.  Burada    alqı  –  satqı  

aktları    kütləvi    aşkarlıq    formasında    müəyyən    edilmiş    birja    qaydaları    əsasında, 

ə

vvəlcədən    təyin    edilmiş    yerdə    və   vaxtda    aparılır.  Birja  əmtəəsi  dedikdə,  birja 



tərəfində  müəyyənləşdirilmiş  qaydada  birja  ticarətinə  buraxılmış  və  dövriyyədən 

çıxarılmamış əmtəə, o cümlədən həmin əmtəə üzrə standart kontraktlar başa düşülür. 

Ə

mtəə  birjalarının  mühüm  xüsusiyyətlərindən  biri  orada  bağlanılan  birja 



ə

qdləridir. Birja əqdi – birja ticarəti iştirakçısının öz adından və ya üçüncü şəxslərin 

tapşırığı ilə müəyyənləşdirilmiş qaydada birja ticarətinin gedişində birja əmtəəsi üzrə 

qeydiyyatdan keçmiş müqaviləsidir. Birjada aşağıdakı əqdlər bağlanıla bilər: 




30 

 

Forvard  əqdləri  –  göndərilməsi  təxirə  salınmaqla  real  malın  alqı-satqısına  dair              



ə

qdləri;  Fyuçers  əqdləri  –  birja  əmtəələrinin  göndərilməsinə  dair  standart 

kontraktların  alqı-satqısına  dair;  Opsion  əqdləri  –  birja  əmtəəsinin  və  ya  birja 

ə

mtəəsinin  göndərilməsinə  dair  kontraktların  gələcəkdə  alqı-satqısı  hüquqlarını 



müəyyənləşdirilmiş  qiymətlərlə  alqı-satqısına  dair  əqdləri  və  birja  ticarəti 

qaydalarında müəyyənləşdirilmiş digər əqdlər. Xaricdə  əmtəə  birjalarının  fəaliyyət  

göstərdikləri  ilk  dövrlərdə  real  (mövcud  olan)  əmtəə  birjaları  üstünlük  təşkil  

edirdilər.  Bu    isə    sövdələşmələrdən    sonra    əmtəələrin  dərhal  və  mütləq  satışını 

nəzərdə tuturdu. Hazırki dövrdə birja  sövdələşmələrinin əksər çoxluğu məhz fyuçers 

birjalarında  həyata  keçirilir.  Fyuçers    sazişləri    hələ  yığılmamış    məhsula  (istehsal  

edilməmiş  əmtəəyə), məsələn  gələn  ilin  məhsuluna  bağlana  bilər.  

Müxtəlif ölkələrdə birjalar müxtəlif cür təşkil olunur. Bunlar qapalı və açıq birja 

fəaliyyəti kimi həyata keçirilir.  

Açıq  birjada  təsərrüfat  əlaqələrinin  iştirakçıları  –  alıcı  və  satıcılar  arasında  real 

ə

mtəələrlə  ticarət  həyata  keçirilir.  Açıq  birjada  ticarət  əməliyyatlarının  genişlənməsi 



nəticəsində  alıcı  və  satıcıların  əlavə  vaxt  itirməmələri  üçün  vasitəçilərə  ehtiyac 

duyulurdu. Birja vasitəçiləri – birja təsisçiləri və üzvləri, broker firmaları və müstəqil 

brokerlər, dillerlər və birja ticarətində iştirak etmək hüququnu almış digər hüquqi və 

fiziki  şəxslər  birja  vasitəçiləri  sayılır.  Birja  ticarətində  adətən  bu  vasitəçilər  uğurlu, 

bacarıqlı iştirakçılar arasından seçilir: 

•  Broker  –  birja  əqdlərini  müəyyənləşdirilmiş  qaydada  müştərinin  adından 

onun  hesabına,  müştərinin  adından  öz  hesabına  və  yaxud  öz  adından 

müştərinin hesabına bağlanmasını həyata keçirən birja vasitəçisidir. 

•  Müstəqil  broker  –  sahibkar  kimi  qeydiyyatdan  keçmiş,  öz  fəaliyyətini 

hüquqi şəxs yaratamadan həyata keçirən fiziki şəxsdir. 

•  Diler – birja əqdlərini müəyyənləşdirilmiş qaydada öz adından öz hesabına 

bağlanmasını  həyata  keçirən  və  sonradan  onu  birjada  satmaqla  məşğul 

olan birja vasitəçisidir. 



31 

 

Ümumiyyətlə,  açıq  birjanın  qarışıq  tipi  daha  geniş  yayılmışdı.  Bu  birjalar  həm 



alıcı  və  satıcılara,  həm  də  vasitəçilərə  birja  əməliyyatlarında  iştirak  etməyə  imkan 

yaradır.  Bu  tip  birjalarda  fəaliyyət  göstərən  vasitəçilər  həm  alıcılar  üçün 

ə

məliyyatlarda ixtisaslaşırlar, həm də öz hesablarına əməliyyatlarda iştirak edirlər. 



Qapalı  birjalarda  ticarət  birbaşa  ixtisaslaşmış  iştirakçılar,  təşkilatlar  tərəfindən 

aparılır  və  əməliyyatların  həyat  keçirildiyi  zala  kənar  şəxslərin  daxil  olmasına  icazə 

verilmir. 

Açıq  və  qapalı  tipli  birjaların  mövcudluğu  bəzi  birjaların  təkamülü  ilə 

ə

laqədardır.  Lakin  dövlətin bu  prosesdəki  rolu  da  danılmazdır.  Bu  nöqteyi-nəzərdən 



birjaların  3  növünü  fərqləndirmək  olar:  Dövlət  birjaları,  Xüsusi  birjalar,  Qarışıq 

birjalar. 

Dövlət  birjaları  birja  qanunlarının  əsasını  təşkil  edir  və  ona  nəzarəti  həyata 

keçirir.  Bu  cür  birjalarda  istənilən  sahibkara  mövcud  sahə  üzrə  ticarət  reyestrində 

qeydiyyatdan  keçməyə  və  dövriyyəsini  müəyyənləşdirməyə  imkan  verir.  Bu birjalar 

öz üzvlərinə birjada daimi iştirak üçün şərait yaradır. Bu növ birjalar əsasən Avropada 

(Fransa,  Belçika, Hollandiya) geniş  yayılmışdır.  Bu  birjalar  açıq və ictimai  xarakter 

daşıyır. 

Xüsusi birjalar ABŞ və  ngiltərədə geniş yayılmışdır. Belə birjaların fəaliyyətinə 

dövlət birbaşa tənzimləmə tədbirləri həyata keçirilmir. 

Qarışıq  (universal)  birjalar  da  həmçinin  Avropaya  xasdır.  Belə  birjalar  üçün 

xarakterik  xüsusiyyət  birja  səhmlərinin  bir  hissəsinin  dövlətin  əlində  olmasıdır.  Bu 

dövlət üçün birjanın fəaliyyətinə hərtərəfli şəkildə nəzarət etməyə imkan verir. 

Real ticarət əməliyyatlarına əsaslanan əmtəə birjalarının əsas funksiyası – vahid 

topdansatış  ticarət  kanalı  vasitəsilə  xidmət  göstərmək  idi.  Birjaların  real  ticarət 

forması özünün ən yüksək səviyyəsini aşağıdakı xüsusiyyətlərdə əks etdirir: 

-

 

Birjada  əmtəələrin  keyfiyyət  göstəricilərinin  qeydiyyata  alınması  və   



iştirakçıların məlumatlandırılması; 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə