Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

46 

 

uyğun  gəlmirdi  və  ngiltərə  Almaniyaya  fransız  təsirinin  artmasının  qarşısını  ala 



biləcək bir qüvvə kimi baxırdı.  

       taliya  müharibəyə  girərkən  ona  cənubi  Tirolu,  Adriatik  dənizinin  bütün  şərq 

sahilini  və  Kiçik  Asiyanın  bir  hissəsini  vermək  vəd  olunmuşdu.  ndi  o,  bunları 

istəyərkən müttəfiqlərin müqavimətinə rast gəldi. Çünki  taliyanın qələbəyə töhfəsi 

çox kiçik qiymətləndirilirdi. Rumıniya Avstriya-Macarıstan irsindən ona vəd edil-

miş Transilvaniya, Banat və Bukovinanın verilməsini tələb edirdi. Qalib dövlətlər 

arasında olan ziddiyyətlər üzündən Paris sülh konfransında kəskin mübarizə gedir-

di. 


                  25. Vaşinqton konfransı, onun qərarları. 

 Birinci dünya müharibəsindən sonra Uzaq Şərqdə dinc tənzimləmə qarşıda daya-

nan  əsas  vəzifələrdən  biri  idi.  Müharibə nəticəsində  Uzaq  Şərqdə  və  Sakit  okean 

hövzəsində beynəlxalq vəziyyət dəyişdi. Uzaq Şərqdə müharibədən sonrakı nizam-

lama problemlərini həll etmək üçün Vaşinqton konfransı işə başladı. Onun işində 

ABŞ, Yaponiya, Fransa,  taliya, Belçika, Hollandiya, Portuqaliya, Çin,  ngiltərə və 

domionları (Kanada, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika ittifaqı, Hindistan) 

iştirak  edirdi.  Konfrans  1921-ci  il noyabrın 12-də  açıldı.  Sovet  Rusiyası və  Uzaq 

Şə

rq  Respublikası  Vaşinqtona  dəvət  edilməmişdilər.  Sovet  Rusiyası  Uzaq  Şərq 



problemlərinin onların bilavasitə aid olduğu iki Uzaq Şərq ölkəsinin iştirakı olma-

dan  müzakirə  edilməsinin  məqsədəuyğun  olmamasını  dəfələrlə  konfransın  təş-

kilatçılarının diqqətinə çatdırmışdı. Ona görə Sovet hökuməti bəyan etdi ki, Vaşin-

qton konfransının qərarlarını tanımayacaq. ABŞ Vaşinqton konfransında silahların 

məhdudlaşdırılması, mandataltı ərazilərin bölgüsünə yenidən baxılması, Sovet Ru-

siyasına  münasibət,  beynəlxalq  münasibətlərin  prinsiplərinin  hazırlanması  kimi 

məsələlərin müzakirə edilməsinə çalışırdı.  ngiltərə konfransda yalnız Uzaq Şərqlə 

bağlı məsələlərin müzakirəsini təklif etdi. Fransa konfransda hərbi borclar məsələ-

sinin  müzakirəsini  təklif  etmişdi.  Yaponiya  tələb  etdi  ki,  Vaşinqton  konfransında 

mandataltı ərazilərin yenidən bölüşdürülməsi məsələsinə baxılmasın. 

Konfransın  işi  zamanı  üç  müqavilə  imzalanmışdı.  1921-ci  il  dekabrın  13-də 

ABŞ,  ngiltərə, Fransa və Yaponiya müstəmləkəçi dövlətlərin Sakit okean adaları 




47 

 

və  Uzaq  Şərq  xalqlarının  azadlıq  mübarizəsinə  qarşı  birgə  hərəkətlər  haqqında 



Dördlər Müqaviləsi adlanan sənəd imzaladılar. Konfransın bağlandığı gün- 1922-ci 

il fevralın 6-da daha iki müqavilə imzalandı. 

Vaşinqton konfransında Çinlə bağlı məsələ geniş müzakirə edildi. Çin hökumə-

ti çalışırdı ki, xarici ölkələr onun ərazi bütövlüyünə və suverenliyinə hörmət etsin-

lər. Çin öz ərazisində sənaye və ticarət sahəsində bütün dövlətlərlə müqavilə əsa-

sında  açıq  və  bərabər  imkanlar  prinsipi  ilə  əməkdaşlığa  hazır  idi,  əvəzində  Qərb 

ölkələrinin  Çinlə  bağladığı  qeyri-bərabər  hüquqlu  müqavilələr  ləğv  edilməli  idi. 

Çin hökuməti Şandunun Yaponiyaya verilməsinin əleyhinə idi və xarici qoşunların 

ölkədən çıxarılmasını tələb edirdi. Lakin Qərb dövlətləri və Yaponiya Çinin təklif-

ləri  ilə  razılaşmadı.  ABŞ  isə  ngiltərə,  Fransa  və  Yaponiyanın  mövqelərini  zəif-

lətməyə  çalışırdı.  Ona  görə  ABŞ  Çində  onunla  geniş  əməkdaşlıq  edən  hökumət 

qurulmasında,  milli-azadlıq  hərəkatının  dayandırılması  və  sabitlik  yaranmasında 

maraqlı  idi.  1922-ci  il  fevralın  6-da  Doqquz  dövlətin  müqaviləsində  Çinin  ərazi 

bütövlüyünə və suverenliyinə hörmət prinsipi elan edilirdi. Ölkələr onun ərazisində 

ticarət və sənaye sferasında bərabər imkanlar haqqında bəyanat verdilər. Çində heç 

bir dövlətə xüsusi imtiyazlar verilməməli idi. Bu müqavilə Heyin məlum doktrina-

sında  irəli  sürülmüş  ideaları  inkişaf  etdirirdi.  Elə  həmin  gün  Çinlə  gömrük  tarifi 

haqqında sənəd imzalandı. Doqquzlar müqaviləsindən əvvəl fevralın 4-də Yaponi-

ya  ilə  Çin  arasında  saziş  imzalanmışdı.  Bu  sənədə  görə  Yaponiya  öz  qoşunlarını 

Ş

andun əyalətindən çıxarmalı, həmçinin Tszyaoçjou ərazisini Çinə qaytarmalı idi.  



     Beş  dövlətin-ABŞ,  ngiltərə,  Yaponiya,  Fransa  və  taliyanın  müqaviləsi 

dəniz silahlarının  məhdudlaşdırılmasına  aid  idi.  Uzun diskussiya  və  mübahisələr-

dən  sonra  beş  dövlət  onların  donanmalarının  aşağıdakı  nisbət  əmsalları  barədə 

razılığa gəldilər. ABŞ və  ngiltərə üçün - 5, Yaponiya üçün - 3, Fransa və  taliya-

nın hər biri üçün - 1.75. Başqa qərarlar, o cümlədən sahilə çox yaxın adalar istisna 

olmaqla Sakit okeanda şərq uzunluq dairəsinin 110-cu meridianından şərqdə yeni 

hərbi dəniz bazalarının tikintisinin qadağan edilməsi barədə qərar qəbul olundu.  

Konfransda  ABŞ-ın  beynəlmiləşdirməyə  cəhd  etdiyi  Çin  hərbi  dəmir  yolu 

məsələsinə də baxıldı. RSFSR Xalq Komissarları Soveti etirazla çıxış edərək bil-



48 

 

dirdi  ki,  bu  məsələ  istisnasız  olaraq  iki  dövlətin  -  Sovet  Rusiyası  ilə  Çinin  səla-



hiyyətinə aiddir. Vaşinqton konfransl ilə müharibədən sonrakı problemlərin müza-

kirəsi başa çatdı. Bu, Versal konfransının özünəməxsus davamı idi. Vaşinqton kof-

ransının qərarları Uzaq Şərqdə beynəlxalq problemlərin tənzimlənməsi üçün böyük 

ə

həmiyyətə  malik  idi.  Paris  və  Vaşinqton  konfransında  imzalanmış  müqavilələr 



ə

sasında formalaşan yeni beynəlxalq münasibətlər sistemi Versal - Vaşinqton sis-

temi adlanır. Bu sistem onu tədricən zəiflədən ziddiyyətlərlə birlikdə ikinci dünya 

müharibəsinədək mövcud olmuşdur.   



               26. Genuya və Haaqa konfranslarında diplomatik mübarizə.  

       1922-ci ilin yanvarında Kannda keçirilən Antanta ali şurasının iclasında Sovet 

hökumətinin təklifləri müzakirə edildi. Iclasda Avropa iqtisadiyyatının bərpası ilə 

bağlı, o cümlədən Avropa ölkələri arasında iqtisadi əlaqələri bərpa etmək, zəif öl-

kələrə  kredit  verilməsi  kimi  məsələləri  həll  etmək  üçün  Genuyada  Sovet  Rusi-

yasının  iştirakı  ilə  konfrans  keçirilməsi  haqqında  qərar  qəbul  edildi.  Genuya 

konfransı 1922-ci il aprelin 10-da San-Corco sarayında açıldı. Konfransda 29,  n-

giltərənin dominionları ilə birlikdə 34 dövlət iştirak edirdi. Hələ fevralın 22-də Ru-

siya  nümayəndə  heyəti  Azərbaycan,  Ermənistan,  Gürcüstan,  Belorusiya,  Buxara, 

Uzaq Şərq, Ukrayna və Xarəzm respublikalarının mənafelərini konfransda qoruma-

ğ

ı öz üzərinə götürdü. Nümayəndə heyətinin başçısı RSFSR Xalq  şlər Komissarı 



G.Çiçerin təyin edildi. Beləliklə, Azərbaycan da formal da olsa konfransda iştirak 

hüququ qazandı. Rusiya o dövrdə sovet respublikalarının Qərbə qarşı blokunu ya-

ratmaq istəyində olduğu üçün belə bir addımı atmışdı. Konfransda 4 komissiya – 

siyasi, iqtisadi, maliyyə və nəqliyyat komissiyaları yaradıldı. Siyasi komissiya nəz-

dində  konkret  məsələlərlə  məşğul  olması  üçün  iki  yarımkomissiya  da  yaradıldı. 

Avropa dövlətləri bolşevik Rusiyasından 18 mlrd. borcun ödənilməsini tələb edir-

dilər. Əks tərəf də öz növbəsində birinci dünya müharibəsi, vətəndaş müharibəsi və 

xarici  müdaxilə  ilə  əlaqədar  vurulmuş  zərər  üçün  39  mlrd.  dollar  təzminat  veril-

məsini tələb edirdi. Lakin eyni zamanda bolşeviklər təzminatın ödənilməsinə bir sı-

ra şərtlər daxilində razılıq da vermişdilər. Belə ki, onlar əlavə vaxt və kredit veril-

məsini  tələb  edirdilər.  Avropa  dövlətlərinin  düşmüş  olduğu  ağır  iqtisadi  vəziyyət 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə