Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

52 

 

aylarında  komissiyanın  Londonda  keçirilən  konfransında  yeni  qərar  qəbul  edildi. 



Beləki, Almaniya 48 il ərzində 126,5 mlrd. marka təzminat verməli idi. Müttəfiqlər 

Almaniyadan  London  konfransının  qərarı  ilə  razılaşmağı  və  Versal  müqaviləsinə 

ə

məl  etməyi  tələb  edirdilər.    ngiltərə  və  Fransa  arasında  Almaniyanın  maliyyə 



sistemi və iqtisadiyyatı üzərində nəzarət tədbirləri və ona qarşı tətbiq edilməli olan 

sanksiyalar haqqında razılıq əldə olundu. Almaniya London konfransının qərarı ilə 

razılaşdı, lakin maliyyə vəziyyətinin ağırlığına əsaslanıb təzminatı ödəmirdi. ABŞ 

və  ngiltərə  tərəfindən  Almaniyanın  siyasəti  müdafiə  edilirdi.  Beləki,  ABŞ  və 

ngiltərə  Almaniyanı  Fransanın  əsas  rəqibi  kimi  saxlamağa  çalışır  və  onun  zəif-

ləməsini istəmirdilər. Digər tərəfdən  ngiltərə iddia edirdi ki, təzminat Almaniyada 

inqilabın  qələbəsinə  və  kommunistlərin  hakimiyyətə  gəlməsinə  səbəb  olacaq. 

Fransa  isə  Almaniyanı  təzminatı  ödəməyə  məcbur  etməyə  çalışırdı.  Fransa  iddia 

edirdi ki, müharibə zamanı ölkəyə böyük  zərər dəyib və təzminatın vaxtlı-vaxtında 

alınmasını təmin etmək lazımdır. Fransa Almaniyadan aldığı təzminatın köməyi ilə 

təsərrüfatını bərpa etmək, iqtisadi qüdrətini artırmaq və Avropada hegemonluğunu 

təmin etmək niyyətində idi. 

     London konfransının qərarları və “Dauses planı”nın qəbul edilməsi beynəlxalq 

aləmdə qüvvələr nisbətini dəyişdi, amerikan-ingilis yaxınlaşması baş verdi və Av-

ropa  işlərində  ABŞ- ngiltərə  blokunun  rolu  xeyli  artdı.  Lakin  fransız  –  ingilis 

ə

laqələrinə ciddi xələl gəldi. “Daues planı”nın qüvvədə olduğu altı il ərzində Al-



maniya xaricdən müxtəlif formalarda 21 mlrd. marka kredit almış, özü isə cəmi 7,5 

mlrd.  marka  təzminat  ödəmişdi.  Alamniya  xaricdən  yardım  almaqla  hərbi  poten-

sialını  bərpa  edirdi.  Eyni  zamanda  Almaniya  hökuməti  ardıcıl  şəkildə  təzminatı 

ödəməyə imkanı olmadığından “Daues planı”na yenidən baxılmasını tələb edirdi. 

Almaniyanın bu mövqeyini ABŞ müdafiə edirdi. 

                29. Rur münaqişəsi. “Daues planının” hazırlanması və qəbulu. 

20-ci illərin əvvələrində təzminat məsələsinin həll edilməməsi öz növbəsində başqa 

problemin ortalığa çıxmasına səbəb oldu. Bu tarixi ədəbiyyatlarda Rur münaqişəsi 

adı ilə də xatırlanır. Ölkənin ağır iqtisadi vəziyyətində fransız rəsmi dairələri Ru-

run sərvətlərindən istifadə etməyi qərara aldı. Ancaq ilk növbədə bu ərazini işğal 



53 

 

etmək  üçün  tutarlı  bəhanə  lazım  idi.  Fransız  diplomatiyası  Almaniyanı  təzminatı 



ödəməməkdə  və  Versal  sülh  müqaviləsinin  şərtlərinə  əməl  etməməkdə  günahlan-

dırdı.  Fransanın  Avropada  qüvvətlənməsini  heç  cür  qəbul  etməyən  ngiltərədən 

fərqli  olaraq,  taliya  hökuməti  daha  yaxın  qonşusunun  mövqelərini  müdafiə  etdi. 

Belə  şəraitdə  ingilis  diplomatiyası  problemin  həlli  üçün  yeni  vasitələrə  əl  atmalı 

oldu. 1923-cü il yanvarın 2 - 4-də Parisdə keçirilən konfransda  ngiltərə 4 il müd-

dətində  Almaniyanın  təzminat  ödəməsinə  moratorium  qoyulması  təklifi  ilə  çıxış 

etdi, lakin Fransa buna etirazını bildirdi. Yanvarın 10-da Fransa və Belçika Berlinə 

nota verərək təzminatın ödənilməsinə nəzarət etmək üçün Rura komissiya göndər-

diklərini bildirdilər. Yanvarın 11-də isə Fransa-Belçika orduları Ruru işğal etdilər. 

ngiltərə bu münaqişədə Fransa və Almaniyanın vuruşub bir-birlərini zəiflədəcək-

lərini güman edib hadisəni sakitliklə qarşıladı. ABŞ da həmçinin işğala rəsmi mü-

nasibət bildirmədi. Lakin Almaniya kəskin etirazını bildirdi. SSR  də Almaniyanı 

dəstəklədi. Almaniya özünün daş kömür, dəmir filizi, çuqun mədənlərindən məh-

rum olmuşdu. Əslində Rurun işğalı heç Fransaya da xeyir gətirmədi, əksinə onun 

beynəlxalq nüfuzuna xələl gətirdi. Almaniyada antifransız ideyalar yayıldı, Avro-

pada  isə  münaqişəyə  ngiltərənin  müdaxiləsinə  dair  çağırışlar  yayıldı.  Nəticədə, 

Almaniya 1923-cü il mayın 2-də nota verərək təzminat məsələsinin yenidən komis-

siyanın müzakirəsinə verilməsini tələb etdi. Bu da Almaniyada vəziyyəti sabitləş-

dirmədi. Ölkəni inqilabi böhran bürümüşdü. A.Hitlerin başçılığı ilə qisasçılıq, nasi-

zm meylləri gücləndi. Bu da tezliklə silahlı çıxışlara çevrildi. 1923-cü ilin avqus-

tunda  Rur  vilayətində  başlanan  tətil  sonra  bütün  ölkəni  bürüdü.  Rurun  işğalı 

beynəlxalq  münasibətlərə  də  rəngarənglik  qatdı.  Beləliklə,  təzminat  məsələsinin 

həlli istiqamətində ABŞ və  ngiltərənin rolu artdı. Buna görə də Rur münaqişəsini 

fransız  diplomatiyasının  passivinə,  ingilislərin  isə  aktivinə  yazmaq  olar.  Almani-

yada  isə  siyasi  böhranla  əlaqədar  olaraq  inqilabi  şərait  artırdı.  Nəhayət,  1923-cü 

ilin iyununda Almaniya hökuməti  ngiltərə, Fransa, Belçika,  taliya və Yaponiyaya 

nota göndərərək beynəlxalq konfrans keçirilməsini xahiş etdi. Lakin notaya tezliklə 

reaksiya verilmədi. Rur uğrunda səkkiz aylıq mübarizə Almaniyanın təslim olması 

ilə  nəticələndi  və  bu  vilayətin  alman  əhalisinə  müflisləşmə  və  infilyasiya  gətirdi. 



54 

 

Üzdə qalib  görünən Fransa isə  əslində  yersiz  inadı  üzündən  ngiltərənin qəzəbini 



qazanmışdı. Fransanın da öz arqumentləri vardı. O, özünün Avropada güclənməsi-

nə  qarşı  ABŞ- ngiltərə  planlarına  qarşı  mübarizədə  hər  yolu  sınaqdan  keçirirdi. 

ABŞ və  ngiltərəni buna razı sala bildi. ABŞ-ın təşəbbüsü ilə təzminat komissiyası 

1923-cü il noyabrın əvvəlində iki ekspert komitəsi yaratdı. Birinci komitəyə ABŞ 

bankiri Ç.Daues, ikinci komitəyə  ngiltərə bankiri M.Kenna başçılıq edirdi. Birinci 

komitə alman markasını və büdcəsini sabitləşdirmək, Almaniyadan təzminat alın-

ması  haqda tövsiyyələr  irəli  sürməli  idi.  kinci komitənin  əsas  vəzifəsi isə  Alma-

niyanın xaricdəki kapitalının ölkəyə qaytarılması problemini həll etmək üçün yol-

lar  tapmaq  və  Almaniya  iqtisadiyyatına  xarici  kapital  axınını  reallaşdırmaq  üçün 

təkliflər hazırlamaqdan ibarət idi. Beynəlxalq ekspertlər komitəsinin iclası 1924-cü 

il  yanvarın  14-də  Londonda  açıldı.  Aprel  ayında  isə  komitələr  öz  tövsiyyələrini 

beynəlxalq  təzminat  komissiyasına  təqdim  etdilər.  Birinci  komitənin  məruzəsi 

“Daues  planı”  adlanırdı.  Plan  üç  hissədən  ibarət  idi:  Birinci  hissədə  ekspertlərin 

ümumi  nəticələri  və    komitənin  mövqeyindən  bəhs  edilirdi.  Ekspertlərin  əsas 

məqsədi Almaniyaya cəza tətbiq edilməsi deyil, ona borc vermək üçün yollar axta-

rılması  idi.  kinci  hissə  Almaniyanın  ümumi  iqtisadi  və  maliyyə  həyatına  həsr 

olunmuşdu. Üçüncü hissə isə ilk iki hissəyə əlavələrdən ibarət idi. “Daues planı” 

Almaniya  təsərrüfatını  bərpa  etməklə  təzminatın  alınmasını  irəli  sürürdü.  Plana 

görə təsərrüfatını bərpa etmək üçün Almaniyaya xarici ölkələrdən yardım edilməli 

və  ölkədə  azad  sahibkarlığın  inkişafına  şərait  yaradılmalıdır.  nflyasiyanı  aradan 

qaldırmaq  və valyutasını  sabitləşdirmək  üçün  Almaniyaya  800  mln.  marka  kredit 

verilməli idi. Heç planda təzminatın ümumi məbləği də göstərilməmişdi. Almaniya 

1924-cü  ildə  1  mlrd.,  1925  –  1927-ci  illərdə  hər  il  1,7  mlrd.,  1928-ci  ildən 

başlayaraq isə hər il 2,5 mlrd. təzminat ödəməli idi. Özü də müttəfiqlər ödənilmiş 

məbləğlər hesabına ABŞ-a borclarını qaytarmalı idilər. “Daues planı” bir tərəfdən 

Versal müqaviləsi çərçivəsində iqtisadi cəhətdən güclü və təzminatı ödəməyə qadir 

olan  Almaniyanın  bərpa  etdirilməsini,  digər  tərəfdən  isə  onun  iqtisadiyyatını 

nəzarətə götürməklə təhlükəli rəqibə çevrilməsinin qarşısını almağı nəzərdə tutur-

du. Bu plan  Avropada  sabitləşməyə  yönəlmişdi.  Planın  iqtisadi  yönləri  ilə  yanaşı 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə