Microsoft Word Broshur kitab



Yüklə 448,63 Kb.
Pdf görüntüsü
səhifə5/18
tarix29.01.2018
ölçüsü448,63 Kb.
#22843
1   2   3   4   5   6   7   8   9   ...   18

14 

 

böyük hissəsi boyunca quru meşəliklər, yəni   şümşad, şabalıd, 



dəmir ağacı  və  vələs cinsləri üçün şərait daha əlverişli 

olacaqdır. Ekoloji cəhətdən az əlverişsiz emissiya ssenariləri 

fonunda regionun böyük hissəsi boyunca şərait yalnız quru 

meşəliklər və vələs meşələri üçün əlverişli olacaqdır. 

Meşələr və onların bioloji komponentləri uzunmüddətli 

iqlim dəyişikliklərinə müstəqil şəkildə reaksiya verirlər. Geniş 

ərazilərin meşəsizləşməsinə  səbəb olan insan fəaliyyətlərinin 

başlamasına kimi  Cənubi Qafqazda 5000 il əvvəl başlayan me-

şələrin və müxtəlif meşə cinslərinin yayılması  şəraiti son buz 

dövrünün bitməsindən dərhal sonra yaranan vəziyyətdən çox 

fərqli olmuşdur. Lakin, burada ağac cinslərinin miqrasiya tem-

pi çox mühüm amildir: sonuncu buz dövründən sonra ağac 

cinsləri onillik və ya daha az dövr ərzində cəmi bir neçə kilo-

metr miqrasiya etmiş, iqlim zonaları isə  hər on il boyunca 50 

kilometr məsafədə yerdəyişmə edə bilmişlər. Buna görə də ək-

sər ağac cinslərinin  miqrasiya və adaptasiya templəri proqnoz 

olunan qlobal istiləşmə tendensiyaları ilə bərabər addımlamağa 

qadir deyildir. 

Əgər iqlim dəyişikliyinin meşələrə təsirlərini yumşaltmaq 

üçün heç bir tədbir görülməzsə, iqlim göstəricilərinin meşələrin 

sağlamlığına, yaşama qabiliyyətinə  və  məhsuldarlığına vurdu-

ğu zərər  regionda yaşayan insanlar üçün əhəmiyyətli nəticələrə 

səbəb olacaqdır. Bu nəticələrə daxildir: 

  Regionda hazırda mövcud olan meşə cinslə-

rindən alınan ağac və qeyri-odun (məsələn göbələklər, 

giləmeyvələr və qoz) meşə  məhsullarının həcmində 

ümumi azalma,  bununla belə kolxic bio-iqlim bölgə-

lərində istehsal arta bilər; 

  Region meşələrinin təmin etdiyi ekoloji 

xidmətlərin, o cümlədən su keyfiyyətinin və su axınının  




15 

 

tənzimlənməsi, eroziyanın, torpaq sürüşmələrinin və 



çığların  qarşısının alınması kimi xidmətlərin dəyərində 

ümumən azalma; 

  Biomüxtəliflikdə və regionun qoruq ərazilərinin 

xüsusi dəyərlərində dəyişikliklər

  Vizual landşaftda dəyişikliklər. 

Şəkil 1- Məktəblilərin Yevlax layihə ərazisində ağac əkmə 

aksiyası 

 

2



 

LAYİHƏNİN STRUKTURU 

2.1

 

Məqsədlər və gözlənilən nəticələr 

Layihənin məntiqi struktur cədvəli  Əlavə 1-də  təqdim 

olunmuşdur

2

. Layihə meşə ekosistemlərinin iqlim dəyişikli-



                                                 

2

 



Əlavə 1-də  təqdim olunan məntiqi struktur cədvəli layihənin icrasının birinci ili 

ərzində hazırlanan yenilənmiş versiyadır. Düzəliş layihənin  altı aylıq icra  

təcrübəsindən sonra zəruri olan dəyişiklikləri daxil etmək məqsədilə olunmuşdur. 



16 

 

yinin təsirlərinə qarşı  bərpa olunma qabiliyyətinin artırılma-



sına, eləcə  də biomüxtəlifliyin və yerli əhalinin həyat tərzinin  

yaxşılaşdırılmasına yönəlmiş  ümumi məqsədə töhfə vermək 

baxımından layihələndirilmişdir. Ümumi məqsəd iqlim dəyi-

şikliyinin biomüxtəlifliyə  və yerli icmaların yaşayış  tərzini 

dəstəkləyən meşə ekosistem xidmətlərinə yaratdığı  təhlükəyə 

diqqəti cəlb etməkdir. Ümumi məqsəd üçün obyektiv yoxlanıla 

bilən indikator layihənin bitməsindən iki il sonra milli höku-

mətlərin meşələri və onların göstərdiyi xidmətləri iqlim dəyi-

şikliyinə yüksək dayanıqlı edəcək siyasətlər qəbul etməsi və bu 

siyasətlərin icrasına başlaması olacaqdır. 

Layihənin  xüsusi məqsədi, yəni layihənin sonunda nail 

olunmalı məqsəd monokultura meşə zolaqlarının yüksək daya-

nıqlı “təbiətə yaxın” meşə zolaqlarına transformasiyası üçün 

strategiyaların hazırlanması və icrası üzrə Cənubi Qafqaz ölkə-

lərinin meşə administrasiyalarına zəruri  şəraitin yaradılmasını 

nəzərdə tutan ümumi məqsədə töhfə verəcəkdir. Layihənin so-

nuna yaxın aşağıdakı obyektiv yoxlanıla bilən indikatorlara 

nail olunmalıdır: 

-  Pilot sahələrdəki meşə zolaqlarının strukturu elə bir yol-

la transformasiya olunub ki, zolaqlar iqlim dəyişikliyinə 

qarşı yüksək dayanıqlı olacaqlar; 

-  Pilot sahələrdəki meşə zolaqlarının qonşuluqda yaşayan icma-

ların yaşayış şəraitini yaxşılaşdırmaq potensialı artacaqdır; və 

-  Rəhbər icraçı  şəxslər və meşə administrasiyalarının si-

yasət və planlaşdırma  şöbələrinin rəhbərləri, eləcə  də 

meşə administrasiyalarının müvafiq bölmələrinin rəislə-

ri iqlim dəyişmələrinin təsirləri haqqında biliklərinin, 

eləcə  də meşələri daha dayanıqlı etmək üçün strate-

giyalar hazırlama həvəslərinin artdığını göstərir. 

Layihənin gözlənilən nəticələri bunlardır: 

1. 

Iqlim dəyişikliyinə həssas olan seçilmiş meşə zolaqları 




17 

 

yüksək dayanıqlı “təbiətə yaxın” meşə zolaqlarına 



transformasiya olunub; 

2. 


Monokultura zolaqların daha dayanıqlı zolaqlara trans-

formasiyası üçün meşəçilik təlimatları hazırlanmış, həm 

ingilis, həm də yerli dildə dərc olunmuş, aidiyyəti rəsmi 

şəxslər və ekspertlərin istifadəsinə verilmişdir; 

3. 

Meşə administrasiyası mütəxəssislərinin monokultura 



meşə zolaqlarının stabil, sahəyə uyğunlaşmış meşələrə 

transformasiya etmək üçün meşəçilik strategiyaları 

hazırlamaq bacarıqları artmışdır; 

4. 


İqlim dəyişikliyinin mənfi canlı  və cansız təsirlərinin 

yumşaldılması ilə bağlı meşələrin reabilitasiyasının 

vacibliyi haqqında yerli icmaların məlumatlılığı 

artmışdır. 

Layihənin və bu təlimatların  meşəçilik üzrə  əsas diqqəti 

regiondakı monokultura meşə zolaqlarının son dərəcə daya-

nıqlı, “təbiətə yaxın” meşə zolaqlarına çevrilməsinə yönəl-

mişdir. Burdan çıxış edərək transformasiya tədbirlərinin cavab 

verəcəyi iki şərtin olmasını qeyd etmək lazımdır: trans-

formasiya olunan zolaqlar iqlim dəyişikliyinə yüksək dayanıqlı 

olmalı; və onlar “təbiətə yaxın” olmalıdır. 

Layihə kontekstində  işlədilən “dayanıqlı” anlayışı ekoloji 

sistemin eyni əsas strukturu və funksionallıq yollarını, özünü 

təşkiletmə bacarığını  və stressə  və  dəyişikliyə uyğunlaşma 

bacarığını saxlamaqla fəsadları udmaq potensialını  əhatə edir. 

Bu anlayışa müvafiq olaraq, meşə özünün bəzi xüsusiy-

yətlərində, məsələn, cinslərin genetik tərkibi, meşə mas-

sivlərinin növ tərkibində  dəyişikliyə məruz qala bilməklə hələ 

də “dayanıqlı” anlayışına cavab  verə bilər. Lakin bunun üçün 

sistemin fiziki struktur və təmin etdiyi materiallar və xidmətlər 

baxımından meşə kimi tanınması vacib şərtdir. Dayanıqlı 



Yüklə 448,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə