Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə97/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   93   94   95   96   97   98   99   100   ...   133

 

303

tənzimləmək; 

•  Banklara  pul  vermə  əməliyyatlarını  qanunla  göstərilən 

sərhədlər daxilində həyata keçirmək. 

1211 saylı qanun ilə Mərkəzi Bankına kredit əməliyyatların-

da tətbiq edəjəyi reeskont, diskont və faiz nisbətlərini müəyyənləş-

dirmək, borс pul vermə, əmanət faizləri, disponibilite və qarşılıqlar 

mövzusunda yüksək planlama təşkilatı vasitəsilə Nazirlər Kabine-

tinə təklif vermə və tətbiq ediləcək pul siyasətinin inkişaf planları 

və illik proqramlara uyğunluğunu təmin etmə və bank sektorunun 

apardığı  əməliyyatların  bu  qanunlara  uyğunluğuna  nəzarət  etmək 

səlahiyyəti verilmişdir. 

Mərkəzi Bankın əsas müşavirlik vəzifələri arasında: milli pu-

lun  xarici  valyutalar  və  qızıl  qarşısındakı  paritetini  müəyyən  et-

məkdə  hökumətə  rəy  bildirmə,  bank  qanununun  tətbiqində  höku-

mətlə rəy mübadiləsi aparma, banklar və digər maliyyə təşkilatları 

ilə bağlı quruluş icazələri və bunlarla bağlı təsfiyədən öncə bankın 

rəyi soruşulduğunda bu rəy bildirmə sayıla bilər. 

1211  saylı  qanun  qüvvəyə  mindiyi  1970-ci  ildən  bu  vaxta 

qədər keçən müddətdə, Türkiyədə iqtisadi şərtlər əhəmiyyətli dərə-

cədə dəyişilmişdir. 5.5.2001-ci ildə 4651 saylı Türkiyə Cümhuriy-

yəti  Mərkəzi  Bankı  qanununda  dəyişiklik  edilməsinə  dair  qanun 

rəsmi qəzetdə yayınlanmışdır. Bu qanun ilə TJMB-nın əsas məqsə-

dinin qiymət dayanıqlığını təmin etmək olduğu və bankın ölkənin 

siyasətinin müəyyən edilməsində və tətbiqində yeganə səlahiyyətli 

və  məsuliyyətli  orqan  olduğu  bildirilmişdir.  Qanuna  görə  bankın 

ə

sas  hədəfinə  zidd  olmamaq  şərtilə  bank  hökumətin  böyümə  və 



məşğulluq  siyasətlərini  dəstəkləyə  bilər.  Bundan  başqa  bank  əsas 

hədəf olan inflyasiyayla mübarizənin fəal olaraq aparılması məqsə-

dilə inflyasiya hədəfini hökumətlə birlikdə müəyyən etməklə vəzi-

fələndirilmişdir. Bank qiymət dayanıqlığını təmin etmə, inflyasiya 

ilə  mübarizə  aparmaq  üçün  müasir  dövrdəki  mərkəzi  bankçılıqda 

istifadə  edilən  pul  siyasəti  vasitələrini  müəyyənləşdirməli  və 

istifadə etməlidir. 

Yeni  mərkəz  bankı  qanunu  ilə  edilən  dəyişikliklərin 




 

304

ə

sasları aşağıdakılardır: 



1.

  Vasitə  müstəqilliyi.  Müstəqillik  ölçüsü  olaraq,  bankın 

ə

sas  məqsədinin  qiymət  təmin  etmək  olduğu  və  bankın  pul 



siyasətinin  müəyyən  edilməsində  və  tətbiqində  yeganə 

məsuliyyətli  və  səlahiyyətli  olduğu  qanuniləşmişdir.  Bank  vasitə 

müstəqilliyi  qazanarkən,  inflyasiya  hədəfini  hökumətlə  birlikdə 

müəyyən  etmə  vəzifəsi  və  səlahiyyətilə  vəzifələndirilmişdir. 

Bankın hesab və əməliyyatlarının auditinin müstəqil audit təşkilat-

ları tərəfindən aparılması yeni qanunda nəzərdə tutulmuşdur. 

2.

  Pul siyasəti orqanı.  Qiymət dayanıqlığının aktivliyinin 



təmin edilməsi məqsədilə dünya praktikası da nəzərə alınaraq pul 

siyasəti  orqanı  yaradılmışdır.  Pul  siyasəti  orqanı  sədrin  rəhbərliyi 

altında  sədr  müavinləri,  bank  məjlisinin  üzvləri  arasından 

seçiləcək  nümayəndə  və  sədrin  məsləhəti  ilə  müştərək  qərarla 

seçilən  nümayəndədən  ibarətdir.  Xəzinənin  sədri  və  ya  onun 

müavini səs vermə hüququ olmamaq şərtilə iştirak edirlər. 

3.

  Dövlət sektoruna kredit verilməməsi. Xəzinə ilə dövlət 



orqanı və təşkilatlarına "avans verilməsi" və kredit verilməsi qada-

ğ

an olunmuşdur. Bu baxımdan da əvəzi olmadan pul kəsilməsi də 



dayandırılmışdır. 

Mərkəzi Bankı 11.6.1930-cu il tarixli ilk qanunda "xəzinənin 

qısa  müddətli  avansı"  adlı  anlayış  yox  idi.  Bu  hesab  1938-ci  ildə 

yaradılmış və daha sonrakı illər də, xüsusilə də 1952-ci ildən sonra 

pis niyyətlə istifadə edilmişdir. O dövrdə kənd təsərrüfatı sektoru-

na verilən subvansiyalar Mərkəzi Bankdan borc alınaraq maliyyə-

ləşdirilmişdir. Bunun nəticəsində də Türkiyə ciddi inflyasiya ilə ilk 

dəfə bu dövrdə rastlaşmışdır. Maliyyə bazarlarının inkişaf etmədi-

yi  həmin  dövrlərdə  Mərkəzi  Bankın  inflyasyonist  siyasət  aparıb 

aparmadığı  emissiya  ilə  ölçülürdü.  Emissiya  Mərkəzi  Bankın  ba-

zara  çıxardığı  banknotların  cəmi  dəyəri  olaraq,  həmin  müddətdə 

ə

həmiyyət  qazanmışdır.  11.6.1930-cu  il  tarixli  Mərkəzi  Bank 



qanununun  32-ci  maddəsi  belədir:  "Bank  xəzinə  tədiyələrinin  ifa, 

ölkə  daxili  və  xarici  pul  köçürmələrini  təmin  edir".  Qanunun  heç 

bir maddəsində qısa müddətli avans hesabı adlı bir termin istifadə 



 

305

edilməmişdir.  Çünki  bu  qanun  çərçivəsində  xəzinənin  Mərkəzi 

Bankdan  kredit  alması  mümkün  deyildi.  Bankın  qurulmasından 

sonra  vergi  gəlirləriylə  xərjlər  arasındakı  müddət  fərqinin  ya-

radacağı  nağd  ehtiyajının  Mərkəzi  Bankdan  avans  alınaraq  həll 

edilməsi fikri yaranmışdır. Ancaq bu avansın büdjənin maliyyələş-

məsi  üçün  olmadığı,  il  sonunda  mütləq  sıfır  olacağı  ehtimal  edil-

mişdir. Avans hesabının üst limiti, dövlət büdcəsinin böyüklüyün-

də deyil, Mərkəzi Bankın ödənilmiş sərmayəsinə bağlı idi. 

2.7.1932-ci  il  tarixli  2062  saylı  qanun  ilə  32-ci  maddə 

aşağıdakı  kimi  dəyişdirilmişdir.  "Bank  xəzinənin  fəaliyyətinə 

xitam  verilməsinə  minimum  3  ay  qalmış  bonolarını  diskont  edə 

bilər.  Bu  işə  bankın  tədiyə  edilmiş  sərmayəsinin  40%-dən  çoxu 

ş

amil  edilə  bilməz".  24.6.1938-ci  il  3492  saylı  qanun  ilə  32-ci 



maddə  daha  da  əhatəli  vəziyyətə  gətirilmiş  və  bura  qısa  müddətli 

avans hesabı daxil edilmişdir. 32-ci maddənin ilk ciddi pozulması, 

çoxpartiyalı dövrə keçiddən sonra baş vermişdir. Bu dövrdə qanu-

nun  qoyduğu  avans  limiti  yetərli  olmamış  və  inflyasiya  səbəbilə 

qanunun  qoyduğu  limit  azalmışdır.  27.4.1955-ci  ildə  6544  saylı 

qanun ilə 32-ci maddənin 2-ci hissəsinin ilk cümləsi dəyişdirilmiş-

dir və belə olmuşdur: "Bank, miqdarı jari ilin məsrəf büdcəsi yeku-

nunun 15%-ni keçməmək şərtilə xəzinəyə qısa müddətli avans he-

sabı aça bilər". Bu ifadənin qüvvəyə minməsilə ilk dəfə 1955-ci il-

də emissiya 30%-ə yüksəlmişdir. 

qtisadi möhkəmliyin təmin edilməsi ümüdi ilə 1961-ci ildə 

ilk dəfə qısa müddətli avans hesabı konsolidə edilib sıfırlanmışdır. 

Avansın limiti büdjə ayırmalarının 5%-i təşkil etmiş və maliyyə ili 

sonunda  bağlanılması  haqda  qeyd  qanunda  göstərilmişdir. 

21.4.1965-ci il 586 saylı qanun ilə 32-ci maddənin 2-ci bəndi yeni-

dən  dəyişdirilmiş  və  avansın  limiti  büdjə  ödənişlərinin  10%-i  qə-

dər  müəyyən  edilmişdir.  Edilən  dəyişikliklə  maliyyə  ili  sonunda 

avans  hesabının  bağlanmasından  sonra  tamamilə  aradan  qaldırıl-

mışdır. 

1.

  Son  borc  vermə  mərhələsi.  Son  kredit  mərhələsi 



etibarilə  ödəniş  sistemində  çatışmamazlıqlara  səbəb  ola  biləcək 


Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə